16 Oktyabr 2019









SÜBH NAMAZININ VƏ ORUCUN BAŞLANMASI HAQQINDA
Jurnalımızda namaz vaxtları ilə əlaqədar verilən cədvəl bəzi möminlərin etirazına, bəzilərinin isə təəccüb və heyrətinə səbəb olur. Etiraz edənlər bu cədvəlin ölkədə buraxılan cədvəllərə uyğun olmadığınıdavamı>>
A+ Balacalaşdır A+ Böyütmək

DÜŞMƏNİN ŞAHİDLİYİ ƏN MƏQBUL ŞAHİDLİKDİR

Mühəmməd ibn İdris Şafei Həzrətləri

"ABŞ Türk hökumətinin milli təmayüllərdən və baş nazir Ərbakanın ideologiyasından ilham alaraq tarixi siyasəti qərbdən ayıraraq ərəb və müsəlman ölkəsinə doğru yenidən yönəltdiyinə görə dərin narahatlıq içərisindədir. Qənaətimizə görə Türkiyənin İran, İrak, Liviya, Nigeriya və Sudan ilə əlaqələrini qüvvətləndirmək barəsindəki mövcud davranışı, bizim milli mənfəətlərimizə ziddir, düşməncəsinə bir davranışdır” (ABŞ-ın oktyabr 1996-cı ildəki Çevriliş Məxfi Yazısı). "Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) sənədlərində Nəcməddin Ərbakan "ABŞ-a və Qərbə zidd olan siyasi lider” kimi tanıtdırılır” (Qəzetlər). "Nəcməddin Ərbakan hər gün sionizmi, İsraili çox ağır şəkildə tənqid edirdi. Əlbəttə ki, bu, bizi istər-istəməz qorxudurdu. Və bu səbəbə görə də təbii olaraq bizim özümüzdə də ona qarşı hər hansı bir rəğbət hissi yaranmırdı. Biz nə cür hərəkət etsək də, uğurlu nəticə əldə edə bilmədik. Həmişə bizə qarşı müqavimət göstərdi” (Alon Liel, İsrail Xarici İşlər Nazirliyi Müşaviri). "Nyu-York tayms” qəzeti tanınmış jurnalist Stephen Kinzerin imzası ilə nəşr etdiyi yazıda Nəcməddin Ərbakanın baş nazir olaraq fəaliyyət göstərdiyi "çalxantılı ildə Türkiyəni laik (dünyəvi) doqmasına meydan oxuyarkən, islami pul vahidini yaratmağa və Türkiyəni Avropanın etiqadsızlarından xilas etməyi and içdi”yini bildirdi.




  Şərhlər / 0 Şərh




 Şərh yazın


Ad və soyadınız* :
E-mail* :
Ölkə / Şəhər* :
Şərhiniz* :


ƏLLAMƏ BURQUİ


11

free counters

Sabiqun 2011-2019 © Bütün hüquqlar qorunur
Məlumatlardan istifadə zamanı istinad zəruridir!
Telefon: (+994 50) 429-20-99
Site by: azDesign.ws
 

Yeniliklərə abunə olun