16 Oktyabr 2019









SÜBH NAMAZININ VƏ ORUCUN BAŞLANMASI HAQQINDA
Jurnalımızda namaz vaxtları ilə əlaqədar verilən cədvəl bəzi möminlərin etirazına, bəzilərinin isə təəccüb və heyrətinə səbəb olur. Etiraz edənlər bu cədvəlin ölkədə buraxılan cədvəllərə uyğun olmadığınıdavamı>>
A+ Balacalaşdır A+ Böyütmək

ƏRBAKAN XOCAMIZI NECƏ YAŞATMALIYIQ

İllərini İslam Dünyasına həsr edən, İslamın və müsəlmanların yenidən ayağa qalxması üçün çox böyük çətinliklərə qatlaşan cənnətlik Nəcməddin Ərbakan Xocamızın illərlə çıxdığı müqəddəs səfərdə çox önəmli dəyişikliklərə vəsilə olduğunu ölkəmizdə artıq hər bir kəs qəbul edir. Milyonlarla insan onun məktəbində tərbiyə aldı. Onun məktəbində yetişdi. Dünyanı və dünyadakı qlobal gücləri, irqçi imperializmi, sionizmi, masonları, lionsları, roteriləri, Nayim Nəhumları, Yalta Konfranslarını, Böyük İsrail və BOL (Böyük Orta Şərq Layihəsi; Türkcədə BOP – Böyük Orta Doğu Projəsi) layihələrini ilk dəfə ondan eşitdi. Dünyada görünməyən və bilinməyən aysberqi o, ortaya çıxardı.
Dünyada və ölkəmizdə (yəni Türkiyədə) onun hüzurunda tərbiyə görmüş və onun görüşlərini mənimsəmiş yüz minlərlə insan vardır. Bəziləri mübarizədən vaz keçib gördükləri o qədər tərbiyəyə baxmayaraq Xocasını tərk etsə də belə Xocamız bu dünyanı tərk edərkən özündən sonra üçün yüz minlərlə Ərbakan yetişdirdi. Xocamızın ölməsi ilə bu hərəkatın sona çatacağını gözləyənlər cənazə mərasimindəki qələbəliyi, izdihamı, həyəcanı, ehtirası, sevgini və sədaqəti görüncə yanıldıqlarını anladılar.
Ölkəmizdə Allah deməyin, namaz qılmağın belə yasaq olduğu 70-ci ilərdə haqqı və həqiqəti cəsurcasına hayqıraraq bütün xalqın (yəni dini camaatların) yolunu dalğaqıran kimi açmağı bacarmışdır. Bütün millətə qalxan olmuşdur. O günlərə qədər namaz qılanlarla məşğul olanlar Xocamızın səhnəyə çıxması ilə bu işləri bir tərəfə qoymuş və Xoca ilə məşğul olmağa başlamışlar, çünki Xocamız elə bir islami həyat tərzi ortaya qoymuşdur ki, dinin sadəcə fərdi ibadətlərdən ibarət olmadığını, fərdin düzəldilməsi və islah olunması ilə yanaşı müsəlmanın bir vəzifəsinin də dövləti düzəltmək və islah etmək olduğunu söyləmiş, dövlətin də, sistemin də düzəldilməsinə, ədalətli olmasına, millətin haqqının oğurlanmamasına çağırmışdır. Həmçinin müsəlmanların birləşməsini, İslam birliyinin və İslam NATO-sunun qurulmasını, İslamın UNESCO-sunun (Birləşmiş Millətlər Təhsil, Elm və Mədəniyyət Təşkilatı) İslam Ortaq Bazarının qurulmasını hayqırınca və bu ideal istiqamətində fəaliyyət göstərincə İslam düşmənləri onu hədəfə almışlar. Hər bir qul kimi Ərbakan Xocamız da vəfat etdi. Milli Görüşçülər əsasən bundan sonra daha böyük işlər görməlidirlər. Xocanın başladığı bu müqəddəs mübarizəni daha da fəallaşdırmaq və gücləndirmək üçün hər bir kəsin boynuna gücü və vəzifəsi nisbətində böyük vəzifələr düşür. Bu günə qədər başımızı aşağı salacaq, "kaş belə etməyəydik”, – deməyə məcbur edəcək heç bir mənfi hərəkətə imza atmayan, bir müsəlmanın belə burnunun qanamasına icazə verməyən Xocamızın özündən sonra qoyduğu bu gözəl miras israf edilmədən yeni nəsillərə təhvil verilməlidir. Bu məsələdə bütün Milli Görüşçülərin aşağıdakı fikirlərə diqqət etməsini arzu edirəm:
1. Xocamızın hər nitqində vurğuladığı:"Biz siyasətlə məşğul olmuruq, cihad edirik”düsturunun tələbi olaraq Quranda haqqında ən çox danışılan, ümumiyyətlə, Xaliqin ən çox önəm verdiyi cihad ibadətinin şərtlərini (fərzlərini) bütün Milli Görüşçülər güzəştsiz olaraq tətbiq etməlidirlər. Bu prinsiplər bütün gəncliyə öyrədilməlidir.
2. Fikir ayrılığı yaratmadan Xocamızın yerinə seçilən əmr sahiblərinə itaət edilməlidir. İqtidara doğru addımlamağın, zəfərə qovuşmağın tək bir yolu vardır. O da liderə itaət etmək, mübarizəyə bağlı qalmaq, təşkilatın prinsiplərinə, adətlərinə və metoduna sadiq olmaqdır. Bu hərəkatın daxilinə ayrılıq və təfriqə sala biləcək bütün fəaliyyət və davranışlardan uzaq qaçılmalıdır. Sözsüz ki, Milli Görüş mübarizəsinin xarici düşmənləri və onların təşkilatçısı olan Şeytan boş dayanmayacaq, müxtəlif nöqtə və məqamlarda mübarizəni təmsil edənlər arasında fitnə-fəsad yaratmaq istəyəcəklər. Bunlara imkan verilməməli, qardaşlıq haqları davamlı olaraq qorunmalıdır. Dedi-qodu və lazımsız tənqid xəstəliyi olanlara təşkilatda yer verilməməlidir. İşlər "mən özüm bilərəm” məntiqi ilə yox, müəyyən müzakirə və məsləhətlərlə həyata keçirilməlidir. Təşkilatlarda uzun illər əmək sərf etmiş və ürəklə çalışmış qardaşlarımıza dəyər verilməli, onların fikirləri mütləq nəzərə alınmalıdır.
3. Bütün müsəlmanları təsiri altına salan dünyəviləşmə təmayülünə qarşı mənəvi tərbiyəyə əhəmiyyət verməliyik. Xocamızın 40 illik mübarizəsində hər cür çətinliyə qarşı cəsarətlə, əyilmədən dayanmasında, ümidini əsla itirməməyi məzacı ilə birləşdirməsində onu ayaq üstə saxlayan, onu qərarlı, şəfqətli, nəzakətli, əzmkar edən ən önəmli faktor nəfs və qəlb tərbiyəsinin sağlam olması və bu məsələdə mənəvi cəhətdən özünü güclü tutmaq üçün üzərinə düşən vəzifəni tamam-kamal yerinə yetirməsidir.
4. Xocamızı gələcək nəsillərə və bugünkü gəncliyə tanıtdırmaq üçün əsərlər hazırlamalıyıq. Xocamızın oxuduğu, onun özünü formalaşdıran, yetişdirən kitabxanası gəncliyin kitabxanasına təqdim olunmalıdır. "Anadolu Gənclik Dərnəyi”nin rəhbərliyi ilə mütləq Ankarada, İstanbulda və ya Avropada Nəcməddin Ərbakan Tərbiyə Mərkəzi açılmalıdır. Xocamızın başa saldığı və öyrətdiyi prinsiplər bu tərbiyə mərkəzində gənclərə davamlı olaraq anladılmalıdır.
5. Xocamızın ortaya atdığı ümmət layihəsini və vəhdət faktını dərindən qavrayaraq siyasi bir layihə olmaqdan çıxarıb ictimai bir zəminə gətirərək xalq arasında və İslam dünyasında varlığını davam etdirmək əsas vəzifəmiz olmalıdır.
6. Yenidən Böyük Türkiyə və Yeni Bir Dünyanın qurucuları olacaq yeni nəsil Milli Görüşçüləri yetişdirmək üçün Milli Gəncliyin yeganə quruluşu olan "Anadolu Gənclik Dərnəyi”nə hamının maddi və mənəvi dəstək olması lazımdır. Bu çatı altında tərbiyə olunan və xidmət edən gənclərin təqaüdlərdən, zəkatlardan və sədəqələrdən faydalanmasına şərait yaradılmalıdır.
7. Xocamızın əmr və fikirləri istiqamətində qurulan təxminən 40 Milli Görüşçü olması lazım olan qeyri-hökumət təşkilatımız var. Yeni bir dünyanın qurulmasını təmin etmək üçün qurulan bu təşkilatlarımızın birlik və bərabərliklərinin təmin olunması, birlikdə hərəkət etmə platforması qurması daha zəruri görünür.
8. Xocamızla bərabər illər boyu onunla birlikdə mübarizə aparmış sadiq dostlarına da hər şəraitdə dəyər verilməlidir. Onların fikirlərindən faydalanmaq lazımdır. Müxtəlif tərbiyə və toplantılarda təcrübə və səriştələrindən istifadə edilməlidir.
9. Xocamızın keçdiyi həyat yolunu və mübarizəsini canlandıran bir ssenari hazırlayıb hər hansı bir film və ya serial şəklində xalqımızın istifadəsinə təqdim etmək lazımdır. Bu film müxtəlif dillərə tərcümə olunub bütün dünyada nümayiş etdirilməlidir.
10. Xocamızın 1970-ci illərdən bu günə qədər müxtəlif konfranslarda iştirakı və etdiyi çıxışları əks etdirən materiallar bir yerə toplanmalıdır. Seriallarla "Milli Qəzet” və "Anadolu Gənclik Jurnalı” abunəçilərinə hədiyyə olaraq paylanmalı və bütün ölkədə baxılması təmin olunmalıdır.
11. Hər il doğum və vəfat ildönümlərində geniş miqyasda anma mərasimləri keçirilməli, onun fikirləri və fəaliyyəti ilə bağlı gördüyü işlər işıqlandırılmalıdır.
12. Universitetlərdə oxuyan tələbələrin elmi araşdırmalarına onun həyatını və mübarizəsini, "Ağır Sənaye Kampaniyası” fəaliyyətlərini, D8, Kiprə desant çıxarmasını, Balanslaşdırılmış Büdcə fəaliyyətini, Hovuz Sistemini daha elmi şəkildə araşdırmaq, elm dünyasında varlığını qorumaq üçün dissertasiyalarına, magistratura və doktorluq dissertasiyalarına onun işləri və mübarizəsi mütləq mövzu olaraq daxil edilməlidir.
13. Xaricdə Beynəlxalq Milli Görüş Universiteti açılmalıdır. Bu universitetə dünyada Xocamızı tanıyan və onun fikirlərini müdafiə edən elm adamları dəvət edilməlidir. İqtisadiyyat sahəsində və mühəndislik mövzusunda İslam dünyası üçün işıq ola biləcək beyinlər yetişdirilməlidir.
14. Xocamızın ən əhəmiyyətli xüsusiyyətlərindən biri də əsl dövlət adamı olması idi. Çox danışmağı sevməzdi, lakin danışdığı zaman lazım olanı danışardı. İdarə olunmağına ehtiyac yox idi. Həmişə o idarə edərdi. Xocamızı yaxından tanıyan böyük qardaşlarımızın, ailə fərdlərinin Xocamızın bilinməyən tərəflərinin, mübarizəsi ilə əlaqədar yaşadığı xatirələrin gəncliyin istifadəsinə təqdim olunması faydalı olardı.
Abdullah İkinci
"Anadolugenclik” jurnalı, aprel 2011-ci il, 135-ci buraxılış




  Şərhlər / 0 Şərh




 Şərh yazın


Ad və soyadınız* :
E-mail* :
Ölkə / Şəhər* :
Şərhiniz* :


ƏLLAMƏ BURQUİ


11

free counters

Sabiqun 2011-2019 © Bütün hüquqlar qorunur
Məlumatlardan istifadə zamanı istinad zəruridir!
Telefon: (+994 50) 429-20-99
Site by: azDesign.ws
 

Yeniliklərə abunə olun