16 Oktyabr 2019









SÜBH NAMAZININ VƏ ORUCUN BAŞLANMASI HAQQINDA
Jurnalımızda namaz vaxtları ilə əlaqədar verilən cədvəl bəzi möminlərin etirazına, bəzilərinin isə təəccüb və heyrətinə səbəb olur. Etiraz edənlər bu cədvəlin ölkədə buraxılan cədvəllərə uyğun olmadığınıdavamı>>
A+ Balacalaşdır A+ Böyütmək

ƏDALƏT VƏ İNKİŞAF PARTİYASININ (AKP) ARXA PLANI (I HİSSƏ)

Milçəklər iltihablı yaraları axtarıb üzərinə qonduqları kimi sionizmin süvariləri də məqam və mənfəət düşkünlüyü üzünə vurmuş tipləri tapıb onları öz millətinə və ölkəsinə qarşı istifadə etməkdə ustalaşmışdır. ABŞ-ın sabiq Ankara Səfiri Morton Abramoviç[1] də Rifah Partiyası İstanbul Bəyoğlu Rayon sədri Təyyib Ərdoğanı kəşf etdikdən sonra Ərdoğan media mərifəti ilə cəmiyyətin gündəliyinə daxil olmuş, rayon sədrliyindən şəhər sədrliyinə, oradan bələdiyyə sədrliyinə və birdən partiya qurulub baş nazir namizədliyinə qədər varan sürətli yüksəliş meyli başladılmışdır. Ərdoğanın Abramoviçlə Kasımpaşadakı xüsusi bir fondda başlayan tanışlığı bələdiyyə seçkilərindən əvvəl və sonra bələdiyyənin Florya quruluşlarındakı görüşmələrlə davam etmiş, ardından Təyyib Ərdoğanın Amerikaya ardıcıl ziyarətləri başlamışdır. İlk dəfə 17-21 aprel 1995-ci ildə başlayan daha sonra 17-22 noyabr 1996, 20-23 dekabr 1996, həbsə girməmişdən əvvələ təsadüf edən 1 mart 1998-ci ildə və yenə 16 iyul 2000-ci ildə təkrarlanan ABŞ səyahətləri bunların bəziləridir.
Təyyib Ərdoğanı bələdiyyəki məqamında 1996-cı il oktyabrın 15-də ziyarət edən Abramoviçin "Siz İstanbulu idarə edib ulduzunuzu parlatdığınıza görə Türkiyə üçün də çox işlər görə bilərsiniz!” – sözləri mətbuatda yer almış və "Təyyibin bəzi şərtləri qəbul etməsi ilə ABŞ-ın onu baş nazirliyə hazırlaya biləcəyi”, – şəklində şərh edilmişdir. Hətta o günlərdə bəzi qəzetlər "Abramoviç Ərbakanın yerinə Təyyibi hazırlayır” sərlövhələri ilə çıxmışdır[2]. Abramoviç isə şəxsən bu həqiqəti çox əvvəldən və Ərtuğrul Özkökün köşəsindən (sütunundan) belə açıqlamışdır: "Bəli, qalstuklu və şəhərliyə daha çox oxşayan Ərdoğanı Ərbakandan daha üstün tutarıq”[3].
Bilindiyi kimi hər hadisənin bir görünən tərəfi var, bir də dərinliyi! ... Təməl fiziki qaydadır: "Dərinlik asan meydana gəlməz, zamana ehtiyacı var!”
İndi isə ƏİP-ə dərinliyi ilə baxaq: İlk gözə çarpan əlaqə Korkut Özal-Təyyib Ərdoğan əlaqəsidir. Gözü iti insanlar ƏİP üzərindəki Korkut Özal hakimiyyətini açıq şəkildə görə bilərlər. Maraqlı və əsrarəngiz müşavir və gizli kabinet naziri (!) Cüneyt Zapsuya baxın. Beynəlxalq və önəmli bir şəxsdir. Təyyib bəyin müşaviri, Korkut Özalın da bir nömrəli adamıdır. Korkut Özal ilə Cüneyt Zapsu birliyini başa düşmək üçün Demokrat Partiyanı yada salmaq kifayətdir. Zapsu Korkut Özalın Demokrat Partiya Sədrliyi dövründə onun vəkilliyini etmişdir.
Yaxşı, Mücahid Arslan adını heç eşitmisinizmi? ƏİP Diyarbəkr deputatı İhsan Arslanın oğludur. Əgər hökumətlə bir işiniz vardırsa və işinizin həyata keçməsini istəyirsinizsə, tək ünvan olaraq Mücahid Arslan göstərilir. Bu şəxs "Olsun”, – dedikdə hökumətdə olmayacaq işiniz yoxdur. Bu qədər təsirli olan Mücahid Arslan Təyyib bəyin "qiymətcə ən yüksək kartlarından” biridir. Yenə maraqlıdır ki, Təyyib bəylə Mücahid Arslanı tanış edən şəxs Korkut Özal imiş. Diqqət etsəniz, görərsiniz ki, bu şəxslər hökumət üzərində ən təsirli şəxslər olmasına baxmayaraq, heç biri ön planda deyil. Başa düşürlər ki, daha təsirli olmaq üçün pərdə arxasında dayanmaq lazımdır. Buna görə deputat belə olmadılar, çünki "göz önündə olmaq, gözlərin üzərində olması”, – deməkdir. Bu da dərinlik və gizlilik nəzəriyyəsi ilə təzad təşkil edir. İndi isə dərinliyin/gizliliyin ilk yaranma dövrünə gedək. Yəni MSP (Milli Səlamət Partiyası) dövrünə qayıdaq. Bilənlər bilir ki, Milli Görüş daxilində ilk ayrılma MSP dövründə yaşanmışdı. Ayrılma hərəkatının başında isə, əlbəttə ki, Korkut Özal dayanırdı. 1977-ci ildə MSP Konqresində Xocaya qarşı namizəd idi... İndi isə soruşuruq: bəs, Korkut Özalın o vaxt ən yaxın dəstəkçiləri kimlər idi? Təyyib Ərdoğan, Bülənt Arınç... Haradan baxsanız, Təyyib Ərdoğan-Korkut Özal-Bülənt Arınc əməkdaşlığında otuz ilə yaxın bir dərinlik var, yəni siyasətdə heç bir şey təsadüfi deyildir.
Və Korkut Özal bu dərinliyin/gizliliyin ilk pərdəsidir. Daha dərin kökləri isə Korkut Özalın illər öncə qonağı olduğu bir Star TV "Qırmızı Kreslo” ("Kırmızı Koltuk”) verilişində dediyi: "Türkiyə İsrailin liderliyi ilə yaranacaq bir Orta Şərq ortaq bazarına girməlidir!” – sözlərində gizlidir.
Təyyib Ərdoğanın Abramoviçin ziyarətindən sonra Ərbakan Xocadan uzaqlaşmağa başladığı və Xocanın İstanbuldakı açılış mərasimlərində belə iştirak etmədiyi də diqqətçəkici bir detaldır[4]. Ərbakan Xoca, əlbəttə ki, bütün bunları görürdü, amma o həm İstanbulda böyük müvəffəqiyyətlər əldə edilməsi yolunda bu küləkdən faydalanmağı, həm də Ərdoğanın bu tələdən xilas olacağını ummaqda idi. İçimizdən bəziləri nə qədər "Biz bu xəyanətləri yeni başa düşməyə başladıq”, – desələr də, əslində Ərbakan Xocaya bir rəqib hazırlanmasından və Milli Görüşün altının ovulmasından gizli bir razılıq hiss etməkdədir.
O vaxt Abramoviç-Ərdoğan görüşlərini tənzimləyən şəxslərdən biri də jurnalist Rövşən Çakır idi. Rövşən Çakır 1992-ci ildə Türkiyəyə gələn MKİ (Mərkəzi Kəşfiyyat İdarəsi) Orta Şərq şefi və yəhudi əsilli Qraham Fullerlə görüşüb mülayim (layt) Amerikasayağı islamçılar haqqında məlumatlar vermiş və onların başçıları ilə görüşlərini də təmin etmişdi. Ardınca Çakır Qraham Fullerin də səlahiyyətlisi olduğu "Rand Korporasiya”dan təqaüd alaraq Amerikaya yola düşmüşdü. Daha sonra "Milliyyət” qəzetinə "xüsusi müxbir” təyin edilən Rövşən Çakır İsrailə gedib orada bir neçə ay qalmışdı. Rövşən Çakır sabatayçı İsmayıl Cemin "Yeni Türkiyə Partiyası”nın üzvü olmuşdur.
312-2-dən aldığı cəzanın təsdiq olunmasından bir gün sonra 1998-ci il 28 sentyabrda ABŞ-ın Baş Konsulu xanım Kerolayn Haqins Təyyib Ərdoğanı bələdiyyədəki məqamında ziyarət edib Vaşinqtonun təlimatı ilə "Hadisələrin bu cür inkişafı Türkiyə demokratiyasına olan etimadı azalda bilər”, – açıqlamasını vermişdi. Halbuki həmin ABŞ səlahiyyətlilərinin Ərbakana qarşı girişilən, haqsız yerə partiyalarını bağlama, hökumətini yıxma və həbsxanalara salma hadisələri qarşısında səssiz qalmaları diqqətlərdən qaçmamışdı.
Təyyib Ərdoğanın ƏİP-i qurmadan əvvəl 2001-ci il 18 iyulda İsrail səfiri David Sultanla görüşdüyü və ona "Yeni yaranacaq partiyanın İsrail və ABŞ siyasətinə əsla zidd getməyəcəyi”, – yolunda zəmanət verdiyi haqqında danışılıb yazılmışdı. Bu David Sultan uzun illər İsrail ordusunda çalışdıqdan sonra xarici işlər şəxsi heyətinə alınan azğın bir İslam düşmənidir[5]. ... Yadınızdadırsa, daha əvvəllər Ərbakan Xocanın yanına "İsrail və Amerikaya zidd olan siyasətləri bir tərəfə qoyaq”, – təklifi ilə gələn Korkut Özal da Təyyib Ərdoğanın fikir atalarındandır.
Təyyib Ərdoğan və qrupunun ƏİP-i yaratma mərhələsində ABŞ səfirliyində çalışan yüksək səviyyəli mason, müşavir Lourens ilə tez-tez görüşdükləri və həmçinin Abdullah Gülün İngiltərə səfiri Sör Devid Loqanı məqamında ziyarət edib partiya fəaliyyətləri haqqında məlumatlandırdığı xəbərləri mediaya sızdı.
Onsuz da London Universiteti Müdərrislərindən Türkiyə üzrə mütəxəssis Dr. Andrev Mango Abdullah Gülün tez-tez ABŞ və İngiltərəyə gedərək görüşlər keçirdiyini açıqlamışdı[6]. Xarici güclərin Təyyib Ərdoğanın seçkilərdə iştirak etməyərək məğdur edilməsini və bu vəziyyətin mərhəmət istismarı ilə ƏİP-ə bir neçə xal qazandırmasını və beləcə özlərinə daha yaxın gördükləri və güvəndikləri Abdullah Gülün sədrliyə seçilməsini qurğu qurduqları da sezilməyə başlamışdı. Onsuz da SP-li Mehmet Bekaroğlunun T. Ərdoğana da sərf edəcək qanun dəyişiklikləri təklifinə ƏİP idarəçiliyinin xüsusilə maraqsız qalmaları da bu fikrimizi haqlı çıxarmaqda idi. ... Və ƏİP-ə hansı zehniyyətin hakim olduğunu ortaya qoymaqda idi. ...
Baş prokuror Sabih Kanadoğlunun etirafı ilə əfv edilən qatillərin, qiyamçıların və namusa təcavüz edənlərin belə deputat ola bildiyi, lakin 312-ci məğdurlarına maneə qoyulduğu bir tətbiqata ƏİP-çilərin razı olması insanların zehnini qarışdırırdı.
Türkiyəyə xəyanət və həqarətləri ilə məşhur olan Aİ sabiq Türkiyə təmsilçisi xanım Karen Foq da "Ərdoğanın Xristian Demokratlara oxşadığını, sol və sağın boşaltdığı sahəyə yönələcəyini, siyasi və iqtisadi baxımdan qərb dəyərlərinə yanaşacağını, lakin bunlara əxlaqi və mədəni baxımdan yerli ünsürlər əlavə edəcəyini və müvəffəq olacağını”, – ortaya atmışdı[7]. Beləcə, ƏİP-in BVF (Beynəlxalq Valyuta Fondu) zəhərinə yerli şokolad yaxılaraq millətə udduracağı başa düşülmüşdü. Daha da düşündürücüsü odur ki, Təyyib Ərdoğanın Yenilikçi Hərəkatına məşhur sionist və MKİ casusu Qraham Fuller dəstək vermişdir. Fuller Türkiyədə artıq kamalizm modasının vaxtının keçdiyini və "mülayim İslam”a rəhbərlik etmək lazım olduğunu irəli sürürdü. Bir reportajında "Fəzilət Partiyasınfakı gənclərin basqın çıxaracağı və Yenilikçi Hərəkatın mülayim İslama liderlik edəcəyi” – kəhanətini dilə gətirirdi! ...[8] Qərbə aid güclərin və mason mərkəzlərinin tez-tez səsləndirdiyi "mülayim İslam”, sionizmin istismar səltənətinə aid işlərin bir hissəsini üzərinə götürəcək ... Quranın ədalət və əsaləti nəzərə alan quruluş və qavramlarını təfərrüat sayıb pozacaq ... Müsəlmanları köləruhlu, üzüyola və mədəni (!) vətəndaşlar halına salacaq bir anlayışı ifadə etməkdədir.
Türkiyə üçün planlaşdırılan "mülayim İslam”ın siyasi aktyorluğuna: "Biz dini mehvərli partiya deyilik...”, "Dini millətçiliyi rədd edirik...”, "Ədalətli quruluş, faizsiz sistem, İslam Birliyi kimi içi doldurulmamış anlayışları tərk etmişik, artıq dəyişmişik ...”, "Milli Görüş markası ilə əlaqəmizi kəsmişik ...” – etiraflarını edən Təyyib Ərdoğan ... Dini rəhbərliyinə isə Fəthullah Gülən seçilmişdir. Fəthullahçılardan soruşsanız, haqqında açılan məhkəmələrdən qaçaraq Amerikaya sığınan Fəthullah Gülənin bu davranışı "hicrət”, mason zənginlərin əvəzsiz yüz minlərlə dollar təqaüd verərək Təyyibin qızlarını, oğlunu və gəlinini Amerika və İngiltərədə oxutması, baş örtüsü yasağından qaynaqlanan bir "məğduriyyət”dir. Açıqca göründüyü kimi, dini qavramları və mənəvi duyğuları istismar etmək bunların məsləyidir.
Bəli, Peyğəmbərimiz Məkkədən hicrət etdi, lakin əvvəl Mədinədə əlverişli bir şərait yaratdı. Halbuki hal-hazırkı Amerika hələ də zülmün və sionizmin qalasıdır.
İkincisi, Peyğəmbərimiz əvvəl əhsabəsinin ən fəqir və çarəsiz olanlarını, bir müddət keçdikdən sonra orta vəziyyətdə olanlarını və nəhayətdə nisbətən yaxşı vəziyyətdə olanlarını Mədinəyə göndərmiş, beləcə hamısının təhlükəsizliyini təmin etdikdən sonra ən təhlükəli dövrə qədər Hz. Əli və Həzrət Əbubəkrlə birlikdə öz hicrətini təxirə salmışdı. Halbuki tolerantlıq ədəbiyyatı ilə dünyadakı bütün dinlərin qarışığı ilə ortaya çıxarılan Sionist Mun Təriqətinin (Vəhdət Kilsəsinin) təmsilçisi kimi davranan şəxs (yəni Fəthullah) ən kiçik bir basqı qarşısında Amerikaya əvvəl özü qaçır, ardınca da qrupundan bir-iki zəngin və möhtərəm şəxsləri çağırır. Minlərlə tələbəsini isə sahibsiz buraxır. Bunun adı da "hicrət” olur! ...
Və yenə on minlərlə qız övladlarımızın, məktəblərinin qarşısında ən təməl haqlarından məhrum edildiyi bir şəraitdə, Təyyib Ərdoğanın qızlarının bu məğdur və məzlum övladlarımızın yanında və arxasında mübarizə aparması lazım olduğu bir halda qaynağı qaranlıq və qısqandırıcı imkanlarla onları Avropa və Amerikaya qaçırması "məcburiyyət” sayılır! ... Üstəlik artıq baş örtüsü ƏİP üçün əsas problem olmaqdan da çıxmış hesab olunur. Həm Türkiyədə müsəlmanların təhsil azadlığının məhdudlaşdırıldığından və buna görə övladlarını xaricə qaçırmaq məcburiyyətində qaldığından danışır, həm də baş örtüsünün əsas problemləri olmadığını bəyan edir! .. Hər mövzuda olduğu kimi bu mövzuda da ziddiyyətə düşür. Və onsuz da Fəthullah Gülən tərəfindən baş örtüsü yalnız təfərrüat qəbul edilir! ...
2000-ci ilin mayında baş verən ABŞ ziyarətində Təyyib Ərdoğan orada yaşayan Fəthullah Gülənlə görüşmüş və quracaqları partiyanın ümumi siyasəti və layihələri haqqında danışmışlar. Bu arada Ərdoğan-Gülən arasındakı körpü vəzifəsini keçmiş radikal islamçı yazar kimi tanınan və "Məkkə Rəsulların Yolu” kimi kitablarını indi inkar edən Əli Ünal yerinə yetirir. İstanbul Vaşinqton arasında məkik toxuyur. Fəthullah Gülən-Təyyib Ərdoğan partiyasının nəzəri təməllərinin hazırlanmasında "Yeni Şəfəq” qəzetinin yazarı Fəhmi Koru da iştirak edir. ... Və yenə Fəthullah Gülənin fəxri sədrliyini etdiyi, İshaq Alaton və Üzeyir Qarih kimi yəhudi biznesmenlərə mükafat verdiyi "Jurnalistlər və Yazarlar Fondu”nun tərtib etdiyi Abant Toplantılarında bu yeni təşəkkülün siyasi zehniyyət və şəxsiyyətləri tərbiyə edilib yetişdirilirdi.
Bu gün ƏİP-də siyasətlə məşğul olan Bülənt Arınc, Əli Coşqun, Cəmil Çiçək və Prof. Burhan Quzu kimi şəxslər davamlı olaraq Abant Toplantılarında iştirak edirlər. Bülənt Arınc "Səadət Partiyası”nın sədrliyi ona veriləcək həvəsi ilə günlərlə gözləyən, bu baş tutmayınca, ƏİP-ə keçən mühüm bir şəxsdir! ... Əgər sədrlik ona verilsəydi, hal-hazırda Milli Görüşü müdafiə edərdi. Sayəsində Amerikanın Türkiyəni telefonla idarə etməyə başladığı, öz dövründə oğurluğun və soysuzluğun qanuniləşdiyi və ABŞ xatirinə bulaşılan Körfəz Müharibəsi ilə ölkənin 50 milyard dollar zərərə salındığı Turqut Özal üçün "Əgər yaşasaydı, gedib şortikini öpərdim, çünki Özal şortiklə əsgəri təftiş edirdi”, – deyəcək qədər də ordunun qarşı içlərində bir intiqam bəslədikləri ortaya çıxırdı. ... Halbuki zaman-zaman bəzi əyri və yalnış beyinlər çıxsa da, ordu vətənin və müstəqilliyin sığortasıdır və əmr pilləsində Milli Şüur get-gedə ağırlıq qazanmaqdadır. Onsuz da Təyyib Ərdoğanın 90-cı illərdə Trabzondakı bir mitinqdə orduya yönələn məsuliyyətsiz və səviyyəsiz sözləri də, əslində mübarizəmizi və Ərbakan Xocamızı sıxıntıya salmaq üçün məqsədyönlü ucuz bir qəhrəmanlıq idi, çünki ilk illərində, bəlkə, yetərli təlim görməmiş əsgərlərlə KFP (Kürdistan Fəhlə Partiyası-PKK) mübarizəsi başladılmamış ola bilər – bu da təbiidir, çünki heç bir dövlət terrorçulara, siz qətl-qarətə davam edin, mənim təlim görmüş əsgərim yox deyə bilməz –, lakin 1983-cü ildən sonra terrorla mübarizə üçün xüsusi təlim görmüş birliklər yaradılmağa başladı. 1990-cı illərdə isə tamamilə hazırlıqlı və hər baxımdan təchiz edilmiş təhlükəsizlik gücləri bütün sionist və imperialist dünyanın dəstəklədiyi KFP terroruna qarşı müvəffəqiyyət qazanmaqda idi. Mayası və mərifəti bəlli olan Çevik Bir qrupu ilə tez-tez əlaqələr yaradan bu ƏİP-çilərin Milli Orduya qarşı mənfi davranışları, əcəba, haradan qaynaqlanırdı? Hər halda bəziləri Ərbakana zidd olmanın yanında ordu düşmənçiliyinin də sionist dairələrdə xal qazandırdığını bilirdi ...
Milli Görüşün quruluşuna uyğunlaşa bilmədikləri üçün bu mübarizədən ayrılan radikal və marjinal[9] ünsürlərin bütünlüklə ƏİP-də görüşmələri və daha öncə bunları bəhanə edərək Milli Görüşə hücum edən mason mərkəzlərin indi həmin zümrələrə sahib çıxmaları da beyinləri zorlamaqda və şübhələri artırmaqdadır.
Fəthullah Gülən-Təyyib Ərdoğan şərikliyindəki önəmli bir vasitəçi də "Müdhiş Türk” deyə ad qazanmış Əli Rza Bozqurddur. Sivasın Kanqal şəhərinə aid ələvi Mamaş Köyündə fermerlik edən Əli Rza Bozqurd indi Dünya Mason Lojasının ən populyar simalarındandır. ABŞ sionist şirkətlərinin Orta Asiya və Orta Şərqdəki ən önəmli dəllallarındandır. Körfəz Müharibəsində bir ara İrak əsgərlərinə əsir düşən Əli Rza Bozqurd 24 saat içində sərbəst buraxılmışdı[10].
Bir ara Amerikadan qayıdan mason Əli Rza Bozqurd ayağının tozu ilə ƏİP-ə daxil olmuşdu. Orta Asiya neftinin Aralıq dənizinə daşınması məsələsində BOTAŞ ("Boru Xətləri İlə Neft Daşıma Səhmdar Cəmiyyəti”) qarşısında ABŞ şirkətlərini müdafiə edən Məşhur Türk (!) Təyyib tərəfindən ayaq üstə qarşılanmışdı ...
Gülən-Ərdoğan arasındakı önəmli ayaqlardan biri də "Əzizlər Holdinq S.C”-nin sədri və BİM ("Birləşmiş Mağazalar Səhmdar Cəmiyyəti”) Marketlər zəncirinin ortağı mason Cüneyt Zapsudur. Eyni zamanda TÜSİAD (Türk Sənayeçiləri və Biznesmenləri Assosiasiyası) üzvü olan və F. Gülənlə yaxınlığı ilə tanınan Zapsu Təyyib Ərdoğanı TÜSİAD-çılara satan şəxsdir. Bülənt Əczaçıbaşı, Tuncay Özilhan, Can Pekər, Kaya Turqut kimi TUSİAD-çılarla Təyyibin görüşməsini təmin edən, Fəthullah Gülənin önəm verdiyi Cüneyt Zapsu ilə Münci İncidir[11].
ƏİP-in AB ilə əlaqədar yaxınlaşmaları da tutarlı və yararlı deyildir, çünki "Sevr” müqaviləsini tətbiq etmək, yəni Türkiyəni parçalamaq istəyənlər, indi bu əməllərini AB-yə söykənməklə həqiqətə çevirmək istəyirlər. KFP-yə siyasiləşmə və Kürd dilində təhsilə qapı açma təşəbbüsləri, kürd qardaşlarımızın haqlarını təmin etməkdən ziyadə, Sevrin "Elbistandan Musula qədər olan bölgədə Kürdistan qurulmasını nəzərə alan maddəsinə hazırlıq niyyəti daşımaqdadır”.
Və yenə AB uyğunluq qanunları ilə "azsaylıların fondlarına tanınan haqlar və imkanlar”, Bizansı, Ermənistanı, Pontus Rum planını diriltməyə yarayacaq xain fürsətlər tanımaqdadır. Hal-hazırda ölkəmizdə 100 min azsaylı olmasına qarşılıq tam 160 fondun ortaya çıxması və haqq axtarmağa başlaması... Yəhudilərin Almaniyadan aldığı kimi, ermənilərin də Türkiyədən sözdə soyqırıma qarşılıq təzminat tələb etməsi, eləcə də zənn edildiyi kimi insan haqları və demokratikləşmə ilə o qədər də əlaqəsi olmadığının dəlilidir. Beləcə, missionerlik fəaliyyətləri (xristianlaşdırma xəyanətləri) də rəsmiyyət və cəsarət qazanacaqdır.
Və yenə AB-yə qəbul edilmək üçün həll yolu deyə Kiprin bütünlüklə Rumlara verilməsi şərt qoyulur.
Və hələ İngiltərənin Baş Naziri Bler xaric, başda Fransa, Almaniya, Rusiya, Çin və İslam ölkələri olmaqla bütün dünyanın Buşun kovboy məntiqi ilə İraka müdaxiləsinə qarşı çıxmasına baxmayaraq, ƏİP-çilərin məsum və müsəlman İrak xalqını deyil, zalım ABŞ-ın təcavüzkarlığını dəstəkləyici mahiyyətdəki davranışları, bunların hansı güclərin nəzarətinə girdiyini açığa çıxarmaqdadır.
Təyyib Ərdoğanın beynəlxalq yəhudi lobbiləri ilə əlaqədar bəzi generallarla rabitəsini quran şəxs isə Çevik Birdir. Çevik Bir sionist quruluş JİNSA-dan ("Yəhudi Milli Təhlükəsizlik İnstitutu”) mükafat almış bir şəxsdir[12]. JİNSA "JEWİS COMMİ TE” ("Cuiş Kommi Tti” - Amerika Yəhudi Komitəsi), USİP ("Yu Es İy Pi” - "Birləşmiş Ştatlar Sülh və Strategiya İnstitutu”) kimi sionistlərin nəzarətindəki təşkilatların Təyyib Ərdoğan, Fəthullah Gülən və Çevik Birlə müştərək əlaqələri diqqət çəkməkdədir.
USİP MKİ və Pentaqonla əlaqədar başqa ölkələrdə və ələlxüsus, Türkiyədə iqtidara gələcək şəxslərin İsrail və ABŞ-a sadiq qalıb-qalmayacaqlarını araşdıran və zəmanətə alan bir yuxarı təşkilat olaraq tanınmaqdadır.
1998-ci ildə bu USİP-in tərtib etdiyi Londondakı bir xüsusi toplantıda Abdullah Gül ilə MÜSİAD-ın ("Müsəlman Biznesmenlər Dərnəyi”) sabiq sədri Erol Yarar iştirak etdi... Təsadüfən həmin tarixdə Təyyib Ərdoğan da Londonda idi. ABŞ-ın yəhudi mənşəli iki Türkiyə strategi Mark Qrosman ilə Morton Abramoviç isə bu toplantının memarları idi... Çevik Bir bəxtsiz 28 fevral hərəkatında ABŞ-ın Troya Atı vəzifəsini öz üzərinə götürmüşdü. Şükür ki bu qrupun qısa bir müddətdən sonra işinə son qoyuldu. Təyyib Ərdoğan ilə münasibətləri bələdiyyə sədrliyi dövründə başladı. 1999-cu ilin yanvarında həbsdən çıxdıqdan sonra Çevik Birlə İstanbulda yenə görüşdü. Bundan bir müddət əvvəl də Çevik Bir qrupundan təqaüdçü admiral Atilla Kıyatla Xədiv Qəsrində yemək yeyildi. Çevik Birlə Atilla Kıyatın Müşavirə Heyəti üzvü olduğu "Cumhuriyyət Qəzeti”nin yayım direktoru İlhan Səlcuq Təyyibi "realist” elan etdi və "dəyişdiyinə inandığını” yazdı. Daha da maraqlısı İlhan Səlcuq "Yeni təşkilatçıların doğumunun (ƏİP-in doğum başlanğıcının) 28 fevral olduğunu” dilə gətirdi[13]. İlhan Səlcuq doğru deyirdi, çünki 28 fevralın gizli və çirkli olan əsl hədəfi sionist istismar sərmayəsinin qorxulu yuxusu Ərbakanı təsirsiz hala gətirmək, "Milli Görüş”ü bölmək və Təyyib Ərdoğanı itiləyərək yeni təşkilatlanmanı "qurtuluş ümidi və xilasetmə dairəsi” deyə millətə təqdim etmək idi... Yoxsa, zahirdə fərqli qütblərin adamları olan Təyyib Ərdoğanla Çevik Birin əlaqə və ittifaqı necə izah edilə bilər?
Çevik Bir qrupundan olan və 2 iyul bazar ertəsi NTV-də İshaq Alatonla bir proqramda "Sentyabr ayında xalqı küçəyə tökülməyə” çağıran, yəni orduya və milli təşkilatlara qarşı xalqı üsyana təhrik edən bu Atilla Kıyat ... Və yenə Çevik Bir qrupundan olub ordudan ayrıldıqdan sonra "Albayraqlar Holdinq”ə girib Təyyibə müşavirlik edən təqaüdçü polkovnik Adəm Darama kimi şəxslərlə Təyyib Ərdoğanın görüşməsini "Əsgərlə iki təmas” sərlövhəsi ilə eşitdirən və güya Baş Qərargahın Təyyibi dəstəklədiyi imicini yayan "Hürriyyət” qəzetinin ("Hürriyyət”; 25 iyun 2001) bu şarı Baş Qərargahın qəti və sərt açıqlaması ilə söndürüldü.
2002-ci il 3 noyabr seçkilərindən əvvəl "Doyçe Bank”, "Çeyz Manhetten Bənk” ("Təqib Manhetten Bankı”), "Mur Kepital”, "Amerikan Ekspress” ("Amerikan Finans Şirkəti”, Dünya Miqyaslı Kredit Kartı və Turizm Şirkəti) kimi sionist sərmayənin nəzarətindəki maliyyə təşkilatlarına: "ƏİP-in tək başına iqtidara gətiriləcəyini və bunun problemli bir nəticə doğurmayacağını”, – deməklə məlumat verən və bu ziyarətlərini araşdırma şirkəti "Verso”nun sədri Ərhan Göksəl və Məsud Yılmazın dayısı oğlu məşhur birjaçı Mehmet Kutmanla birlikdə həyata keçirən şəxs yenə də Çevik Birdir[14].
O Atilla Kıyat ki Fəthullahçıların "Aksiyon” jurnalı "Yüksəlməsi qəti olduğu bir halda vərdişlərə zidd olaraq təqaüdə göndərildi”, – deyə sahib çıxılmış və uzun-uzun mədh edilmişdi... Təyyib Hərəkatının önəmli maliyyə yardımçılarından "Asiya Finans”ın İdarə Heyətinin Sədri və Fəthullah Gülənin yaxın adamı İhsan Kalkavan da Təyyib Ərdoğan, Çevik Bir, Atilla Kıyat görüşmələrinə yardım etməkdə idi.
Bu arada "Baş Qərargaha casus yerləşdirmək və əldə etdiyi məlumatları ABŞ-a çatdırmaqla” günahlandırılan sabiq təhlükəsizlik işçisi Bülənt Oraqoğlu, Hənəfi Avçı və Meral Akşenər qrupuna da əvvəl Təyyib Ərdoğanla birlikdə hərəkət etdiklərini açıqlayıb sonra hikməti nədirsə, bundan vaz keçmələri də olduqca maraqlı idi[15].
Və yenə Amerikan nəzarətindən çıxan milli və güclü orduya qarşı alternativ bir polis təşkilatı qurmağı və bunu mülayim və amerikasayağı islamçılarla doldurmağı və ordu-polis qarşıdurması kimi bir xaos yaratmağı məqsəd kimi qarşısına qoyan, təhlükəsizlikdə "Super NATO” təşkilatlanmasının quldurbaşlarından sayılan Əbdülqadir Aksu və qrupu da Təyyib Ərdoğanın çəyirdək kadrlarını təşkil edirdi. Turqut Özal 1983-cü ildən etibarən ABŞ-ın təlimatları istiqamətində "Polis vəzifə və səlahiyyətləri qanunu”nu dəyişdirdi. 1987-ci ildə polis daxili təhlükəsizlik hərəkatında Türk Silahlı Qüvvələrinin önünə keçirildi. Polisə fövqəladə səlahiyyətlər, hətta TSQ içində belə kəşfiyyat aparma imkanları verildi. Bu "Xüsusi Təyinatlı Dəstə”lər ABŞ-lı zabitlər və MOSSAD tərəfindən təlimatlandırıldı. Təhlükəsizlikdən quldurbaşları isə Korkut Özalın hazırlayıb ANAP-a (Ana Vətən Partiyasına) təhvil verdiyi bir qrup idi. 1998-ci il 21 fevral tarixli "2000-ci ilə Doğru” jurnalında "Gizli Kırıkkalə Toplantısı” başlığı ilə TÜRPAŞ ("Türk Neft Zavodları Səhmdar Cəmiyyəti”) Quruluşlarında dövrün Qaziantep valisi Əbdülqadir Aksu, İzmir valisi Vəcdi Gönül, Ankara valisi Cahit Bayar, polis rəisi Saffet Arıkan Bedük, daxili işlər müşaviri Qalib Dəmirəl kimi şəxslərin 1987-ci il 21 yanvarda toplanaraq TSQ-yə qarşı təhlükəsizlikdə yaradılan bu təhlükəli təşkilatlanmanı planlaşdırdıqları bildirildi.
Polisin hər baxımdan gücləndirilməsi, əlbəttə, millətin təqdir edəcəyi və sevinəcəyi bir şeydir, lakin xəyanət iyi gələn və şübhə oyandıran inkişaflar polisdən orduya qarşı istifadə etmə təşəbbüsü idi. ...
Yenə sevinərək deyək ki, bu yöndəki təşəbbüs və təşkilatlanmalar nəhayətdə başa düşüldü və təsirsiz hala gətirildi.
Son illərində qərargahı qismən bəzi masonların nəzarətinə girən MTTB-nin (Milli Türk Tələbə Birliyi) bir növ davamı mahiyyətində görünən və 1985-ci il 29 mayda MTTB sabiq sədrlərindən İsmayıl Kahraman, Əli Coşqun, Cəmil Çiçək, Əbdülqadir Aksu, Zəki Ərgəzən, Həsən Kolyoncu və Təyyib Ərdoğan tərəfindən qurulan "Birlik Fond”u da yenilikçilərin qərargahı kimi fəaliyyət göstərdi. Açılışında Star TV-nin "Kırmızı Koltuk” ("Qırmızı Kreslo”) proqramında "Türkiyə İsrailin liderliyi ilə yaranacaq bir Orta Şərq ortaq bazarına girməlidir!?” – deyən Korkut Özal və Nəcati Çətinkaya da iştirak etdilər. 1995-ci il 1 iyulda 10-cu Ümumi Heyətində isə Məsud Yılmaz, Həsən Cəlal Güzəl, Möhsün Yazıçıoğlu, Abdullah Gül, Təyyib Ərdoğan və Əbdülqadir Aksu ilə yanaşı Fəthullah Gülən və yaxın adamı Manisa millət vəkili Rza Akçalının da iştirak etməsi diqqətləri özünə çəkdi.
O dövrdə Prof. Esat Coşanın da dəstəklədiyi bu hərəkat "Milli Görüş” daxilində antiərbakan bir təşkilatlanmanı sürətləndirdi və partiyada yenilikçi – mühafizəkar qalmaqalını tətiklədi.
Təyyib Ərdoğanın ABŞ-la əlaqədar İslam ölkələrindəki bəzi mason məhfəllərlə münasibətlərini tənzimləmək mövzusunda Riyad Səfiri Yaşar Yakış da öz üzərinə önəmli öhdəliklər götürdü.
Və yenə Amerikada təlim görmüş, ABŞ-dakı bir çox lobbi ilə və ələlxüsus "Amoko” (Dünyanın ən böyük neft və qaz istehsalçılarından biri) neft şirkəti ilə əlaqələri müəyyən edilən və MİT (Milli Təhlükəsizlik Təşkilatı) sabiq kontur terror idarə sədri olub sonra Amerikaya qaçan Mehmet Eymürlə də əlaqələri olan və Kanal 7-nin Ankara təmsilçiliyində olan bir şəxsin də Təyyib Ərdoğanın Amerika Səfirliyindəki görüşlərində rol aldığı iddia edildi.
 
ARAŞDIRMA QRUPU
ARDI VAR


[1] Abramoviç əslən yəhudidir. Sionizmin Türkiyə və Orta Şərq strategidir.
[2] "Aydınlık”; 26 oktyabr 1996-cı il
[3] "Hürriyyət”; 1994-cü il
[4] "Milliyyət”; 24 aprel 1995-ci il
[5] "Yenilikçi Hərəkat”, Nasuhi Güngör. s. 97
[6] 7 may 2000-ci il; "Aydınlık”dakı reportajı
[7] "Milliyyət”; 23 iyul 2002-ci il
[8] "Aktual” jurnalı; № 520
[9] Mövcud olan aktual dəyərlərin xaricində və ya qarşısında bir həyat tərzi və fəlsəfəsinə sahib olan insanlara verilən ad.
[10] "2000-ci ilə doğru” jurnalı; 13 sentyabr 1992-ci il
[11] "Hürriyyət”; 28 oktyabr 1999-cu il
[12] "Yenilikçi Hərəkat”; Nəsuhi Güngör, s. 46
[13] "Cumhuriyyət”; 24 iyul 2001-ci il
[14] 06 noyabr 2002, T. Kıvanc, U. Şəfəq
[15] "Hürriyyət”; 25 iyul 2001-ci il



  Şərhlər / 0 Şərh




 Şərh yazın


Ad və soyadınız* :
E-mail* :
Ölkə / Şəhər* :
Şərhiniz* :


ƏLLAMƏ BURQUİ


11

free counters

Sabiqun 2011-2019 © Bütün hüquqlar qorunur
Məlumatlardan istifadə zamanı istinad zəruridir!
Telefon: (+994 50) 429-20-99
Site by: azDesign.ws
 

Yeniliklərə abunə olun