16 Oktyabr 2019









SÜBH NAMAZININ VƏ ORUCUN BAŞLANMASI HAQQINDA
Jurnalımızda namaz vaxtları ilə əlaqədar verilən cədvəl bəzi möminlərin etirazına, bəzilərinin isə təəccüb və heyrətinə səbəb olur. Etiraz edənlər bu cədvəlin ölkədə buraxılan cədvəllərə uyğun olmadığınıdavamı>>
A+ Balacalaşdır A+ Böyütmək

ƏDALƏT VƏ İNKİŞAF PARTİYASININ (AKP) ARXA PLANI (II HİSSƏ)

İndi bütün bunların işığında şüurla və insafla düşünək: Sionist lobbilərdən TÜSİAD üzvlərinə... Din istismarçılarından Atatürkçü görünənlərə... Mason lojalarındakı media təmsilçilərinə qədər bütün qaranlıq və muzdlu mərkəzlərin yekdilliklə Təyyibi dəstəkləməsi və davamlı olaraq şişirtməsi... Müsəlman zümrəni hürkütməmək üçün bir yandan sanki vurur görüntüsü ilə tozunu silkələməsi... Lakin digər tərəfdən süni və saxta anketlərlə ƏİP-i yüzdə otuzda göstərməsi... Bəli, bütün bunlar sadəcə təsadüflərin və ölkəmiz haqqında gözəl arzuların bir nəticəsi ola bilərmi?
Və hətta ƏİP-in özünü qərbə bəyəndirmək üçün keçmişini bu cür inkar etməsinin və kimliksizləşdirilməsinin cəmiyyətdə nifrətə səbəb olacağını və ƏİP-in hazırkı dünya nizamını başa düşən Cengiz Çandarın İsraildən yazdığı yazı ibrət və diqqətlə oxunmağa dəyər:
"Hələ-hələ ƏİP-çi Murad Mərcanın Ariel Şarona yaxın "Jerusalem Post” qəzetinə verdiyi və Türkiyə-İsrail əlaqələrinin əsla zərər görməyəcəyini dilə gətirdiyi müsahibəsi, məndə "Yetər artıq!” – kimi bir duyğuya yer açdı. Bu yumşaqlaşdırma təşəbbüslərinin ƏİP-i kimliksizləşdirmə ilə nəticələndirmə təhlükəsini də başa düşmək lazımdır”.
"ƏİP-in "islami kimlik” imicini bütünlüklə ortadan qaldırmasının heç bir lüzumu yoxdur. Belə bir inkişaf ƏİP-i mənasızlaşdıracağı kimi, Türkiyəni beynəlxalq sistem üçün edə biləcəklərindən də məhrum edər”[16].
Yarım əsr boyunca ölkəmizin süni sağ-sol çəkişmələri və Ecevit-Dəmirəl cütlüyü ilə başını qatan güclər, indi də həmin oyunu Təyyibli ƏİP və Dərvişli RXP (CHP) yelləncəyi ilə davam etdirmək istəyirlər. Bəli, ƏİP köksüz, rəngsiz, fikirsiz və məqsədsiz bir komandadır. Bu həqiqəti başa düşə bilmək üçün dahi olmaq lazım deyil, bir az səmimiyyət və fərasət kifayət edər. Media rəhbərləri və amerikançı partiya sədrlərinin iştirakı ilə gerçəkləşən Frankfurt razılaşması da bunun açıq bir göstəricisidir. Və həmçinin Ərbakan Xocanın dəfələrlə uğradığı haqsız məhkumiyyət və məğduriyyətin qərarlarına əhəmiyyət verməyən, hətta onları alqışlayan şəxslərin indi Təyyib Ərdoğana birbaşa və dolayısı ilə dəstək verməsi düşündürücü deyilmi?
ƏİP-in qaynaq üçün düşündüyü 12 layihəyə diqqət edin:
1. Qənaət edilərək yığılan pulların və qürbətdə olanların gəlirlərinin iqtisadiyyata cəlb olunması üçün xüsusi tədbirlər ələ alınacaq.
2. Boğaz körpüləri, bəndlər və təyyarə limanları 3-5 il gəlir qarantiyası ilə pay sənədi tərtib olunaraq satılacaq.
3. Dövlətə aid 100 min dövlət evi əvvəlcə içərisindəki personala müəyyən vədələr içində təhvil veriləcək.
4. İctimaiyyətin əlində olan 2 min 350 sosial quruluşun ən azı mini özəlləşdiriləcək.
5. Dövlətə artıq yük olan 225 min rəsmi vasitənin ən az 50 min ədədi əldən çıxarılacaq.
6. Yenidənqurma əfvi və katejlərin qarşısının alınma layihəsi ilə modern şəhər planları salınaraq gəlir təmin olunacaq.
7. Bələdiyyərlə əməkdaşlıq edilərək ictimaiyyətin əlindəki ərazilər tikinti üçün torpaq sahəsi olaraq satılacaq.
8. Turistik təsisatlar üçün ayrılmış dövlət xəzinəsinin mülkiyyətində olan ərazilər bazar qiymətinə uyğun olaraq idarə və firmalara təhvil veriləcək.
9. Mədən və enerji qaynaqları ilə bor mədənləri yaxşı dəyərləndirilərək dövlət üçün əlavə gəlir təmin olunacaq.
10. Büdcəyə yük olmaqdan xilas edilə bilməyən İİT (KİT-İctimai-İqtisadi Təşəbbüslər) təşkilatlarından özəlləşdirilə bilməyənlər təmizlənəcək.
11. RTÜK ("Radio və Televiziya İdarə Şurası”) tərəfindən televiziyaların tezlik təxsisi tenderi keçirilərək gəlir təmin olunacaq.
12. Pullu əsgərliyin tətbiqinə müvəqqəti olaraq bir daha imkan veriləcək.
Açıq şəkildə görünür ki, bunların içində yatırım və istehsal yoxdur... Yerli imkanlarla milli inkişaf hədəfi yoxdur. Sadəcə miras dağıdan düşüncəsi ilə ölkəni bir ovuc haqsız qazanclı şəxslərə satmaq və Türkiyəni bütünlüklə satışa çıxarmaq və beləcə, gələcəyimizi qaraltma bahasına bu günü xilas etmə niyyəti vardır[17].
Və ƏİP-in seçkidə qalib gəlməsini sevinclə qarşılayan yunan hökumətindən qərb qəzetlərinə, Avropa Birliyindən Amerikan lobbilərinə qədər... Bu məlum mərkəzlərin münasibəti də olduqca mənalıdır.
Bu da unudulmamalıdır ki, məzlumların qarğışını alıb zalımlara yanaşanlar, ən böyük xəyanət və həqarəti yenə onlardan görəcəkdir. Bu, ilahi ədalətin bir təcəllisidir. Hər bir günahın cəzasını etdiyi günahın cinsinə görə çəkəcəkdir. Uğrunda Haqdan və xeyirdən ayrıldığı şeylərdən də məhrum ediləcəkdir.
Gizli dövlətin və güclərin ortaya çıxardığı və örtü olaraq istifadə etdiyi "Gənc” Partiyasının MHP, DYP və ANAP kimi partiyalardan qopardığı bir neçə xalla onların faiz həddinin altında buraxılması sayəsində təkbaşına iqtidara gətirilən və hətta konstitusiyanı dəyişdirə biləcək şəkildə önü açılan ƏİP-in heç bir üzrlü səbəb gətirə bilməyəcəyi bu şərtlərdə hansı işləri görüb-görməyəcəyi çox qısa bir müddətdə başa düşüləcək və bir təmizləmə nəticəsində milli güclər rəhbərliyə gələcəkdir.
Artıq bu oyunları pozmaq və Şeytan şəbəkələrinin pusqusundan xilas olmaq zamanı gəlmişdir.
Məhz buna görə Ərbakan və "Milli Görüş” hər zamankından daha çox mənalı və önəmlidir. Və görəcəksiniz, ƏİP-də hər şey tərsinə çevriləcək və "Milli Görüş” saflaşmış olaraq səadət sabahına qovuşacaqdır. Və bütün milli güclərin toparlanma vaxtı çatmışdır.
İqtisadiyyat bütünlüklə BVF-yə, xarici siyasətimiz sionist XİŞ-ə (CFR) təslim edilmişdir. Gələcəyimizi qaraltma bahasına "bu günü xilas etmə” siyasətləri və "süni bahar” havaları ilə xalqımıza boş yerə ümid verilmişdir.
Miras dağıdan düşüncə tərzi ilə İİT-i, dövlət ərazilərini, qoruqları, hətta məktəb binalarını satışa çıxaran... Missionerlik fəaliyyətləri, fəqirləşdirilmiş və fikirsiz buraxılmış xalqımızı xristianlaşdırma xəyanətləri üçün "Çoxmərtəbəli kilsələr” yaratmaq məqsədi ilə qanunlar hazırlayan, 365 millət vəkilinə baxmayaraq İmam-Xətib məzunlarına və baş örtüsü məğdurlarına sahib çıxa bilməyən...
Fəhləni, təqaüdçünü, məmuru, kəndlini, taciri, sənətkarı unudan, kənd təsərrüfatını, sənayeləşməni və inkişafı pərişan bir vəziyyətə salan...
AB-yə qəbul edilmək xəyalı ilə Kipri və Egeydəki həyati mənfəətlərimizi fəda etməyə hazırlaşan...
Qərbli dostların inadkarcasına müqaviməti ilə milli müdafiə xərclərini məhdudlaşdıraraq və yerli siyasət və layihələr ortaya qoymaqda milli duruş sərgiləyən hərbiçiləri təsirsiz hala gətirərək ordunu zəiflətməyi məqsəd kimi qarşısına qoyan... Amerikanın istəyi istiqamətində 2-ci İcazə Sənədini Məclisdə qəbul etdirə bilməmənin eybinin və itkisinin (!) əskikliyini tamamlama məqsədi ilə "gizli qərarnamələr”lə bütün hərbi baza və limanların İran, Suriya, Ərəbistan və Pakistana hücumlarda istifadə edilmək üçün ABŞ və tərəfdarlarının əmrinə verilməsini təmin edən və hətta ƏİP İstanbul Millət vəkili və Milli Müdafiə Şurasının üzvü Əmin Şirini belə özündən çıxaran və Təyyib tərəfdarı arvadı Nazlı İlıcakla boşanmaya qədər varan və nəhayətdə partiyadan ayrılmasına səbəb olan...
Və hətta İrak işğalına və Amerikan vəhşətinə qarşı müqavimət göstərən müsəlmanları həzm etmək və İrakı rahat istismar etmək üçün ora Türk əsgəri göndərməyi belə planlaşdıran...
ABŞ əsgərlərinin Süleymaniyyədəki 11 müşahidəçi zabit və gizirin, qərargah işçilərinin ədəbsizcə bir təşəbbüslə və Türk ordusunu alçaltmaq niyyəti ilə nəzarətə alınması və yenə Türkmən partiya mərkəzi və televiziya ötürücüsünün basqına məruz qalıb işçilərin tutulması qarşısında Abdullah Gülün ağzı və vasitəçiliyi ilə Amerikadan belə Amerikançı davranaraq və ABŞ-ın vəkili kimi danışaraq "Bu basqın lokal bir davranışdır. ABŞ üst rəhbərliyinin bu hadisələrdən xəbəri olmamışdır”, – deyib kölə ruhlu bir davranış tərzi ortaya qoyan...
Və özü hördüyü qoza içərisində boğulan barama qurdu kimi ətrafımızdakı İslam ölkələrinin bir-bir istila edilməsinə göz yumaraq, hətta bu işin bir qisminin yerinə yetirilməsini öz üzərinə alaraq əsl hədəf olaraq Türkiyənin işğalına və Böyük İsrail (Vəd Olunmuş Torpaqlar – Ərzi-Moud) xəyalına zəmin hazırlayan...
Və beləcə ölkəmizi şüursuz və məsuliyyətsizcəsinə qorxunc kriz şərtlərinə və sosial partlayışlara doğru sürətlə yuvarlandıran bu ƏİP hökumətini İsrail prezidenti sionist Moşe Katsav: "Türk xalqının 3 noyabr seçkilərində ən doğru qərar verdiyi hər keçən gün daha yaxşı başa düşülməkdədir, çünki ƏİP İsraildən əvvəl Türkiyəni AB-yə daxil edəcəkdir!” – sözləri ilə alqışlamaqda və beləcə ƏİP-i hansı güclərin iqtidara gətirdiyi və öz şeytani məqsədləri üçün istifadə etməyə çalışdığı da öz-özünə ortaya çıxmaqdadır.
Lakin unutduqları, daha doğrusu, şiddətlə qorxduqları və unutmağa çalışdıqları bir həqiqət daha var!...
Amerikanın da, sionist səltənətinin də, əməkdaşları olan iqtidarların da sonu yaxınlaşır. Ərbakan Xocanın və ağıllı dostlarının tarixi xəbərdarlıqlarına qulaqlarını tıxayan və bu son fürsətlərini də əldən verən zavallıların, zəlil və rəzil olacaqları günlər də yaxındadır.
ƏİP iqtidarının hissiz və nizamsız dəvəti ilə, həm də 90 nəfərlik bir qrupla Türkiyəyə gələn İsrail terror başçısı Moşe Katsavın prezident Sezər tərəfindən qəbul edildiyi, həmin gün və saatda, Ərbakan Xocanın Fələstin təmsilçisini partiya qərargahında qarşılaması isə başa düşənlər üçün şeytanları məəttəl qoyan iftixar ediləcək bir davranış və çox mənalı bir qarşılıqdır.
Bax, ƏİP iqtidarının ilk bir illik vəsiqəsi:
Dövlət hər gün 248 trilyon qazanır... Lakin buna qarşılıq 386 trilyon xərcləyir... Yəni hər gün 138 trilyon ziyan... Gündəlik 248 trilyon gəlirin 207 trilyonu fəhlə, məmur, tacir və kəndlidən toplanan vergilərdən, 3 trilyonu da müxtəlif cəza və gəlirlərdən meydana gəlir.
Gündəlik 248 trilyonluq gəlirin 194 trilyonu faizə gedir. Yerdə qalan 54 trilyonu da məmur və fəhlə maaşına və cari xərclərə verilir. Yəni yatırım üçün bir qəpik də qalmır. ƏİP İstanbul millət vəkili Cengiz Kaplanoğlu Silivridə "Allahın gavuru BVF belə ƏİP-dən çox razıdır, lakin bu millət hələ də bizdən şikayətçidir” – deyərək kimə xidmət etdiklərini etiraf edir[18].
Və Təyyib Ərdoğan AHŞ (Ali Hərbi Şura) qərarlarına şərh vermə şouları ilə xalqın başını qatmağa çalışır. AHŞ toplantısında baş nazir "İrticai fəaliyyətləri sübuta yetənlərə, bu cür ixrac qərarları verilməsin demirik, lakin mütləq lazımdırsa, bu platforma gəlmədən öz daxillərində həll edilməsini istəyirik”[19], – deyərək bu cür tətbiqatların ictimaiyyətin gündəliyinə çıxarılmadan və müzakirə mövzusuna çevrilmədən gizli şəkildə idarə edilməsini istəyir... Lakin cəmiyyətə də "Baxın, təsir etməyə çalışdıq...” – deyərək saxta qəhrəmanlıq göstərir.
Pentaqonun yarı rəsmi nümayəndəsi sayılan "Nyu-York Post” qəzetində sabiq general Ralf Piters "Türkiyə 2-ci İcazə Sənədini çıxarmamaqla ABŞ-a qarşı yalançılıq etmişdir. Artıq Türkiyəni hesaba almadan İrakı 3 yerə bölməyin və Kürdistan yaratmağın vaxtıdır”[20], – şəklində ədəbsizcə açıqlamalar verərkən ƏİP idarəçiləri hələ də Amerikan dostluğu haqqında danışırlar. Türkiyənin Amerika və Avropanın təzyiqi ilə gələcəyini qaraldacaq qanunları bir-bir qəbul edərkən baş örtüsü ilə imam-xətibliyə sahib çıxılmır. Anası sabatayçı, atası sabatayçı, qaynanası sabatayçı, özü İsraildə yetişdirilmiş, ivrit dilini çox gözəl bilən yəhudi əsilli mason türk diplomatını MTT (Milli Təhlükəsizlik Təşkilatı) başına gətirmə müzakirələri üçün Təyyib Ərdoğan qalxıb Avstriyaya gedir[21].
"Millətin qanını sovuranlar”la[22] savaşan qəhrəman ədası ilə Uzan Qrupuna müdaxilə edən ƏİP iqtidarından soruşmaq lazımdır:
1. Bəli oğruların, qəsbkarların, xortumçuların üzərinə mütləq getmək lazımdır. Lakin niyə yalnız Uzanlar seçilməlidir? Yoxsa, daha böyük soyğunların üstünü örtmək üçündür?
2. Uzan Qrupunun üzərinə hər axmaqlığına və haqsız qazancına baxmayaraq, "milli və yerli” cəbhədə görünməsi, ABŞ, AB və BVF əleyhdarlığı bir davranış nümayiş etdirdiyinə görə gedilmişdir?
3. Xalqımıza Türkiyə üzərindəki oyunlar barəsində xəbərdarlıq edən yayımların susdurulması da hədəflənmişdirmi?
Bəli, dürüst, dəyərli və nizamlı bir ziyalı olan Mehmet Şevkət Eygi bəy soruşur: "Uzanlar baş Nazirə hücum etməsəydilər, başlarına bunlar gələcəkdimi?”
Gəlməyəcəkdi...
Uzanlar Baş Nazirlə, ƏİP ilə yaxşı keçinsəydilər, onlara şirin görünsəydilər, bu qədər qovluq ortaya çıxacaq, təqib ediləcək, məhv etmə və işi sona çatdırma hərəkətlərinə girişiləcəkdimi?!
Xeyr...
Bax, Türkiyənin xəstəliyi budur.
Qanunlar, nizamlar var, lakin onlar bəzən işləyir, bəzən isə işləmir.
İndi isə sual veririk: "Nə üçün Aydın Doğana (və pərdə arxasındakı əsl patronlarına) toxunulmur?”[23]
Diqqətli və təcrübəli yazar Vahab Munyar sual verir: "Onları devirməyi ABŞ istədi?”
Oxuyan, yazan, "çox bilən” iki intellektual Uzan hadisəsi haqqında mübahisə edir...
İntellektual 1: ƏİP-in Uzan Qrupunun üstünə getməsini ABŞ istədi. Cem Uzanın "Gənc Partiyası” (GP) önə çıxmağa başladıqda ABŞ bundan narahat oldu. Onlar Petkim tenderini qazandıqda ABŞ özündən çıxdı.
İntellektual 2: Uzanlar "Çukurova Elektrik” və "Kəpəz”də "xalqa açıqlıq” qaydalarını illərlə tapdaladı. Sərmayə Bazarı Şurası (SBŞ) bu iki şirkətə 50-yə yaxın iddia qaldırdı və təhqiqat açdı. Təkbaşına iqtidara gələn ƏİP əvvəl "Çukurova Elektrik Səhmdar Cəmiyyəti”nə və "Kepez”ə əl atdı, iki şirkəti yenidən dövlət idarəsinə aldı. Bu, çoxdan edilməli idi. Bunlar olarkən Petkim Uzanlara verilə bilməzdi.
İntellektual 1: Nə üçün keçmiş hökumətlər bu işə əl atmadı? Məncə, çıxarları toqquşurdu. İndi siyasi mübarizə var, ABŞ da təzyiq göstərincə ƏİP düyməyə basdı.
İntellektual 2: Bankçılıq Nizamlama və Təftiş Quruluşu (BNTQ) "İmar Bankı”nı bağladıqdan sonra içindən min bir oyun çıxmağa başladı. Bankın içinə girdikdə 8-9 katrilyon lirəyə çatan "qeyd olunmamış hesab”, "hərraca istiqraz vərəqəsi satışı” kimi oyunlar ortaya çıxdı. Türkiyə bunları çölə atmalıdır?
İntellektual 1: Bu vəziyyəti keçmişdə Maliyyə, son bir neçə ildə isə BNTQ necə görməmişdir? Məncə, göz yumulmuşdur. ABŞ istədi, Uzana qarşı qəhrəman oldular.
Onsuz da ABŞ Motorolla və Nokianın başına gələnlərdən sonra Uzanın ipinin çəkilməsini istədi. Sonrasında hey ABŞ-ın barmağı var[24].
Və peşəkar şərhçi Necati Doğru sual verir: "Bütün bunlar ABŞ nökərliyinə, qəhrəmanlıq üzlüyü keçirməkdirmi?”
Amerikan xüsusi qüvvələrinə bağlı olan xüsusi təyinatlı əlaqələr Vaşinqtondan verilən əmrlə Şimali İrakda vəzifələndirilmiş 11 Türk zabitinin qərargahına basqın etmiş, eyni ilə Səddamın əsgərlərinə etdikləri kimi, türklərin də başlarına kisə keçirmişlər, əllərini arxadan plastik qandallarla qandallamış, qollarına və çiyinlərinə qundaqla vuraraq pikaplara yükləyib aparmışlar. Üzr də istəmədilər. Yalnız "Bizi sizin əsgərlərinizin başına kisə keçirməyə məcbur etdiyiniz üçün kədərləndiyimizi bildiririk”, – növündən alçaldıcı və ədəbsizcə davranışlarını da davam etdirmişlər.
Bunu demək istədilər: Türk ordusu bir heçdir. Gücü yoxdur. Arxasında ABŞ olmazsa, Türk ordusu heç bir iş görə bilməz. Qərargahına girərik, parol demədən içəri keçərik, başlarına kisə keçirərik, atəş belə aça bilməzlər. Lütfən xatırlayın, 11 kisənin mənası nə idi? Bu deyildirmi?
Sonra həmin ABŞ, İrakda içinə düşdüyü bəlalı, qanlı və yalançı böhrandan çıxa bilmək üçün Türkiyədən onun ordusunu istəyir.
Gücü yoxdur, heçdir. ABŞ olmazsa, döyüşə bilməz vəziyyətinə salmağa çalışdığı Türk Silahlı Qüvvələrindən 10 min mehmetcik İraka getməli, hər gün 2-3 amerikan əsgərinin öldüyü bölgəni "İraklı müqavimətçilərdın təmizləmək” üçün çarpışmalı idi. Hər gün amerikan əsgərləri yerinə 2-3 mehmetciyin cəsədi ölkəyə gəlməyə başlayacaqdı. Və beləcə... Dünyaya yalan söyləmiş Amerika... İrakı işğal etmiş Amerika... İrak üzərindəki səlahiyyətlərini Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasına təhvil vermək istəməyən Amerika... Müharibədə təxribat gücü çox yüksək, lakin girdiyi ölkədə qala bilmə gücü çox düşük olduğu ortaya çıxan Amerika...
Həftədə üç gün əsgərlik etmək, dörd gün də pivə içib beyin açmaq, yüksək maaş almaq üçün orduya yazılmış muzdlu əsgərləri ilə İrakda müqavimət göstərənlərin qarşısını ala bilməyəcəyini başa düşən Amerika Türk ordusuna "İrakda yaratdığı xaosu təmizlətdirməkdə” xidmət əsgərliyi etdirəcək.
Və bütün dünyaya "Mən həm başına kisə keçirdər, həm də başına kisə keçirdiyimə nökərlik etdirərəm”, – deyə elan edəcək. Birləşmiş Millətlər Təşkilatı çətiri və bütün dünya ölkələrinin ortaq iştirakı olmadan İraka Türk əsgərləri göndərmək, "Amerikan nökərçiliyi” deyil, bəs nədir?
Keçmişdə, "dünyanın hakimi mənəm”, – deyən bütün imperatorluqların sonu eyni oldu. Romanı tarix doğdu, tarix gömdü. Bizansı tarix doğdu, tarix gömdü, Osmanlını tarix doğdu, tarix gömdü. Üzərində "Günəşin batmadığı İngilis İmperatorluğunu” da tarix doğdu, tarix gömdü.
ABŞ imperatorluğunu da ... Tarix doğdu, tarix göməcək. Bəlkə, 25 ilə göməcək... Bəlkə, 50 ilə göməcək... Lakin mütləq göməcək...
Təcavüz və işğal etmə gücü çox yüksək, lakin işğal etdiyi ölkədə qalma gücü çox düşük olan bir prosesə daxil olması, ABŞ imperatorluğunun da sonunun yaxınlaşdığının bir göstəricisi idi. Sonu gələcək bir imperatorluğun bataqlıq təmizləyicisi olaraq tarixə nə üçün düşək?
Dörd tərəfdən mühasirəyə aldılar. ƏİP ABŞ-a söz vermiş, Baş Nazir bu barədə çox istəklidir. Baş Qərargah "olar”, – deyir. İş dünyası "Onsuz da Amerikanı küsdürmüşük, indi əsgər göndərib günahımızı yuyaq”, – deyə hayqırır. Bəzi ziyalılar "Amerikanın istədiyini etməsək, əsgər göndərməsək, kürdlərin arxasında dayanar, üsyan qaldırar. Cənub-Şərqi əlimizdən alar”, – ümidsizliyinə batmışdılar. ABŞ-dakı Buş İdarəsinin Türkiyədəki yerli uzantıları isə Amerikan təlimatlarının yaltaqlığını edirdilər[25].
İsrail Xarici İşlər Nazirliyi sabiq müşavirlərindən... 1977-ci ildə Ankaraya səfirlik diplomatı olaraq təyin olunan... Və 25 ildir Türkiyə və Türk xalqı ilə əlaqədar araşdırmalar aparan, İsrailin Türkiyə xüsusi mütəxəssisi Eylon Liel adlı sionist, son yayımladığı: "Demo-İslam; Türkiyənin Yeni Üzü” adlı ivrit dilindəki kitabında "Təyyib Ərdoğanı 10 il əvvəl kəşf etdiklərini” etiraf etməsi...
Və yenə İsraildə dərs verərkən Təyyib Ərdoğanın nə olduğunu soruşan gənclərə "Layt İslam” (yəni bir prezervativ kimi istifadə olunması və qorxudulması mümkün olan adam) cavabını verdiyini söyləməsi ƏİP-in arxa planının ən qəti aynasıdır[26].
Təyyib Ərdoğanı "Quranın Ədalətli Quruluşunun və İslam Birliyinin qarşısını alan adam”, – mənasında "Şəriətə o mane oldu... Ərdoğan İslamın xüsusi həyatdakı yeri ilə cəmiyyətdəki yeri arasına bir divar hördü. Bu isə tam axtardığımız bir şey idi...”, – deyə onu öyən israilli diplomat bu ifadələri ilə mühüm bir həqiqəti ortaya çıxarırdı[27].
"Tyurkiş Deyli Nyus”-un xəbərinə görə: "Bir-iki ay içində ABŞ Şimali İrakda müstəqil bir Kürdistanı elan edəcək və bu dövlətin prezidentliyinə sıra ilə Barzani ilə Talabani gətiriləcək. Bunların ardından Türkiyədə də mərhələ-mərhələ federativ sistemə keçiləcək, yerli idarəçilərə səlahiyyət verilmək və xarici güclərin dəstəyi ilə keçiriləcək daxili seçkilər nəticəsində cənub-şərq də müstəqilliyə qovuşacaq və beləcə 2-ci Sevr həqiqət tapacaq”.
Bax, bu iki şəkli birləşdirdikdə Təyyib Ərdoğanın və ƏİP hadisəsinin həqiqi siması daha yaxşı irişməkdədir.
25 sentyabr 2003-cü il TRT 21:00 xəbərlərində deyildiyi kimi 27 İsrail pilotu hava qüvvələrinə ərizə verib Fələstin ərazisinə ediləcək vəhşi və müasir olmayan hücumlarda iştirak etməyəcəklərini, bu zülmə alət olmaqdansa istefalarını təqdim edəcəklərini demələrinə qarşılıq, ƏİP-in ABŞ və İsrailin İrakdakı qətl-qarətlərinə jandarmalıq etməyə can atmaları "Layt İslamın” mənasını və məqsədini əks etdirməkdədir.
AB-yə qəbul edilmə həvəsi ilə, millətlə məsləhətləşmədən, məclisdə belə müzakirə edilmədən, RXP (CHP) ilə birlikdə qəbul edilən, 7-ci uyğunluq paketi ilə MTK (Milli Təhlükəsizlik Komitəsi) katibliyinin funksiyasız hala salınması kimi, ordunu təsirsiz hala gətirmə təşəbbüslərini...
Və yenə ordunu avadanlıqla təmin edən və "Milli Kriptoqrafiya İnstitutu” kimi gizli və milli strategiya və layihələr yaradan fərdləri öz içində himayə edən TÜBİTAK-ı siyasiləşdirmə və dolayı olaraq ordunu sıxıntıya salma təcrübələrini xeyirə yozmaq imkansızdır.
Sabiq prezident Kənan Evrənin dediyi kimi: "Adnan Menderes də bəzi mərkəzlərin istiqamətləndirilməsi ilə bu cür təşəbbüslərə girişmiş, lakin bütün bunlar zərərlə nəticələnmişdir”.
Bu hökumətin İslam dünyasının gələcəyini və türk xalqının milli təhlükəsizliyini girov altına salan bütün siyasətləri də ümid edirik ki, hədəfinə çatmadan qafil başlarına bəla olacaq.
SON
ARAŞDIRMA QRUPU
_____________________________________

[16] 7 noyabr, "Yeni Şəfəq” qəzeti
[17] www.internethaber.com; 6 noyabr 2002-ci il
[18] "Milli Qəzet”; 06 avqust 2003-cü il
[19] Star, Murad Çelik; 06 avqust 2007-ci il
[20] G. Kömürçü "Akşam”; 29 iyul 2003-cü il
[21] Mehmet Şevkət Eygi, "Milli Qəzet”; 31 iyul 2003-cü il
[22] Bunlara türkcə "xortumçu”, yəni "millətin sərvətini şlanqla sovuran” deyilir.
[23] "Milli Qəzet”; 20 avqust 2003-cü il
[24] "Hürriyyət”; 22 avqust, 2003-cü il



  Şərhlər / 0 Şərh




 Şərh yazın


Ad və soyadınız* :
E-mail* :
Ölkə / Şəhər* :
Şərhiniz* :


ƏLLAMƏ BURQUİ


11

free counters

Sabiqun 2011-2019 © Bütün hüquqlar qorunur
Məlumatlardan istifadə zamanı istinad zəruridir!
Telefon: (+994 50) 429-20-99
Site by: azDesign.ws
 

Yeniliklərə abunə olun