15 Oktyabr 2019









SÜBH NAMAZININ VƏ ORUCUN BAŞLANMASI HAQQINDA
Jurnalımızda namaz vaxtları ilə əlaqədar verilən cədvəl bəzi möminlərin etirazına, bəzilərinin isə təəccüb və heyrətinə səbəb olur. Etiraz edənlər bu cədvəlin ölkədə buraxılan cədvəllərə uyğun olmadığınıdavamı>>
A+ Balacalaşdır A+ Böyütmək

TÜRKİYƏDƏ İLK TƏBİİ ANA SÜDÜ BANKI

"Türkiyə Səhiyyə Nazirliyi” ananın vəfatı və ya südünün azlığından ana südündən məhrum olan uşaqlar üçün təbii ana südünün təmin edilməsi məqsədi ilə ilk dəfə olaraq ana südü bankı açmağa hazırlaşır.

Türkiyə "Dini İşlər İdarəsi” qeyd olunan bankdan çəkinməyə çağırsa da, qeyd olunan bankın açılması addımı bir çox analarda və türk ailələrində hərarətlə qarşılanmışdır.

Bəzi qadınlar bu ideyaya heyrətlərini ifadə edərək sevinmişlər, çünki bu onlarda təbii süd çatışmazlığı problemini həll edəcək və onlar süni süddən qurtulacaqlar. Axı təbii südün faydası süni süddən qat-qat artıqdır. Türkiyə Səhiyyə Naziri deyir ki, bu layihədə bir neçə şərt mövcuddur: "Təbii südün lazımi tibbi müayinəsini icra etmək və uşağın vəlisi ilə süd sahibinin arasında razılığın  əldə edilməsi”.

Türkiyə "Dini İşlər İdarəsi”ndəki fəqihlər iddia edirlər ki, bu, uşaqla süd anası arasındakı yaxınlığı müəyyənləşdirməkdə çətinlik yaradacaqdır. Daim belə bir qorxu olacaq ki, layihəyə nəzarət edən şəxslərin bəzən yol verəcəkləri xətalar ucbatından süd verən qadının doğma övladları ilə gələcəkdə həmin qadının süd verəcəyi uşaqlar arasında evlənmə vəziyyətinin ortaya çıxması mümkündür. Uşaq və süd anası rəsmi sənədə alınır ki, gələcək günlərdə bu layihə dini təlimlər və ehtiyata çağıran ictimai ənənələrə baxmayaraq, Türkiyənin İzmir şəhərində uğurla rəsmi şəkildə işə başlasın.

 

ŞƏRH

Bu addım həssaslığı, ona olunan diqqət və nəsəb bağlılığı üzündən fəqihlər və mütəxəssislər tərəfindən geniş araşdırılmalıdır. İctimai və insani infrostruktura təsir edəcək incəliklər götür-qoy edilməli və şəriətin bu sahədə bu işi bəndələrin məsləhətini qorumaq üçün tənzimləyən rəylərinə də diqqət edilməlidir.

Seyid Fəzlullahın müəssisəsindəki "Şəri İşlər Bürosu” bu mövzunu belə izah edir: "Süd əmmək ("riza”, "rəza”) süd əmən uşaqla süd verən qadın və o qadının bacıları və qızları arasında məhrəmliyin yaranmasının səbəblərindəndir. Qısa olaraq deyə bilərik ki, "Nəsəb yolu ilə haram olanlar, süd əmmək (rəza) yolu ilə də haram olur”. Süd əmməklə məhrəmliyin yaranmasında şərt deyil ki, uşaq südü mütləq qadının döşündən əmsin. Əksinə, əgər südü uşağın ağzına töksələr, yaxud südü ona şüşə qabda, yaxud stakanda içirsələr, yenə də məhrəmlik yaranır. Buna görə də yuxarıda qeyd olunan təbii südəmmədə onun şəri nəticələrinə riayət etmək lazımdır. Süd verən ana, həmçinin onun süd sahibi əri etibarlı şəkildə müəyyənləşdirildikdə bu qeydə alınmalıdır ki, haram evlilik əlaqələri baş verməsin. Və bu mümkündür. Əks təqdirdə qeyd olunan cəhətlər baxımından bu iş icazəli deyil”.



  Şərhlər / 0 Şərh




 Şərh yazın


Ad və soyadınız* :
E-mail* :
Ölkə / Şəhər* :
Şərhiniz* :


ƏLLAMƏ BURQUİ


11

free counters

Sabiqun 2011-2019 © Bütün hüquqlar qorunur
Məlumatlardan istifadə zamanı istinad zəruridir!
Telefon: (+994 50) 429-20-99
Site by: azDesign.ws
 

Yeniliklərə abunə olun