16 Oktyabr 2019









SÜBH NAMAZININ VƏ ORUCUN BAŞLANMASI HAQQINDA
Jurnalımızda namaz vaxtları ilə əlaqədar verilən cədvəl bəzi möminlərin etirazına, bəzilərinin isə təəccüb və heyrətinə səbəb olur. Etiraz edənlər bu cədvəlin ölkədə buraxılan cədvəllərə uyğun olmadığınıdavamı>>
A+ Balacalaşdır A+ Böyütmək

"ATA YURDU SƏADƏT PARTİYASIDIR”

"Səadət Partiyası”nın Sədri Prof. Dr. Mustafa Kamalak ilə müsahibə

– Xocamız vəfat etməmişdən əvvəl sonuncu dəfə sizin oturduğunuz bu yerdə oturardı. O yerdə oturmaq, o məqamı yaşamaq çox böyük cavabdehlik tələb edir. Bu cavabdehliyi hiss edərək hansı duyğular içərisindəsiniz?
– Əvvəla sizə təşəkkür edirəm. Hər şeydən əvvəl Rəbbim Xocamıza rəhmət eləsin. Məqamı Cənnət, məqamı ali olsun, qonşusu Peyğəmbərimiz (s) olsun. Allah bizi Xocamızın göstərdiyi hədəflərdən də sapdırmasın. Xocamızın yerini doldurmaq, şübhəsiz ki, imkansız deyiləcək qədər çətindir. Bunu başa düşürük. Lakin həyat davam edir. Buna görə də onun hədəfləri və məqsədləri zəifləməsin deyə onu dəfn edən kimi qəbrinin üstündən ayrılmadan onun vəkili olaraq sədarət divanını dərhal toplantıya çağırdım. Toplanan sədarət divanında Ali Şuramızın və Ali İdarə Orqanımızın toplanması qərarı alındı. 50-dən artıq qardaşımız fikirlərini bildirdi və məsləhətləşmələrin nəticəsində ittifaqla əmanət mənə təhvil verildi. Əmanət olaraq mənə verilən bu vəzifənin çətin, lakin çətin olduğu qədər də müqəddəs bir iş olduğunu bilirəm. Həmişə deyirəm ki, mərhum Nəcib Fazil sanki bu günləri öncədən görərək belə demişdir: "Ey vay, vay Sakaryam, Sənin üzərinəmi düşdü bu yük? Bu dava önəmsiz, bu dava yetim, bu dava böyük” . Əlbəttə ki, bunu başa düşürəm və riyakarlıqdan Allaha sığınıram. Lakin inanın ki, gecə yarısı həyəcan içində yuxudan oyandığım vaxtlar olur. Öhdəmə götürdüyüm vəzifənin ağırlığı gecələr belə məni yuxudan edir.
Rəbbim bizi heç zaman xəcalətli eləməsin, ayaqlarımızı haqq yoldan sürüşdürməsin! Allah vədinə xilaf çıxmaz! Əgər onun yolundan sapmasaq, Allah Öz yardımını və lütfünü ehsan edəcəkdir.
– Xocamız siyasətə necə baxırdı? Siyasət onun üçün hansı mənanı ifadə edirdi? Hansı məqsədlə siyasətlə məşğul olurdu? Onun üçün siyasət nə idi?
– Xocamıza görə siyasət bir ibadətdir. İbadətlərin cihad hissəsinə daxildir. Mənə görə bu yaxınlaşma son dərəcə doğru bir yaxınlaşmadır. Xocamızın siyasətə baxışı nöqtəsində seçkilərdə qutuya atılan hər bir səs mənim qənaətimə görə də cəbhədə düşmənə atılan hər bir güllədən daha müqəddəsdir, daha təsirlidir, çünki nəticədə cəbhədəki mübarizənin yekununu masaya oturan şəxslər müəyyənləşdirir. Sülh masasına kimlərin oturacağını isə qutuya atılan səslər təyin edir. Yəni döyüşün sonunu qutuya atılan səslər müəyyənləşdirir. Buna görə də deyirəm ki, Allah rizası üçün seçki qutusuna atılan hər bir səs cəbhədə düşmənə atılan hər bir güllədən daha təsirlidir.
– "Yaşana bilən bir Türkiyə”, "Yenidən böyük Türkiyə” və "Yeni bir Dünya” ideyaları deyə bilərikmi, Xocamızın vəfatı ilə yarımçıq qaldı, yaxud da yarımçıq qalacaq?
– Əsla, əsla, yox. Xocamızın qarşımıza qoyduğu hədəflərin son nöqtəsi ədalətli quruluşdur. Yeni bir dünya nizamı, bu yeni dünya nizamı da ədalət üzərində qurulması lazım olan bir nizamdır. Lakin o nizama keçə bilmək üçün yaşana bilən bir Türkiyəni yaratmalıyıq, yenidən böyük Türkiyəni qurmalıyıq. Bunu kim quracaq? Şübhəsiz ki, milli görüşçülər quracaqdır. Milli Görüş nədir? Bu, millətin ruhunu təmsil edən, əslini və kökünü ifadə edən sistemin adıdır. Uca millətimizin özüdür. Buna görə də uca millətimiz var olduqca Milli Görüş də var olacaqdır.
– Ölkənin mövcud vəziyyətinin fotoşəklini çəkməyinizi istəsək, bu fotoşəklin içinə nələr daxil olar? Ümumiyyətlə, ölkənin problemləri nədir və ən əsas problemi hansıdır?
– Xocamız vəfatından qısa bir müddət əvvəl ölkənin fotoşəklini masamızın üzərinə qoymuşdu. Nə idi o? Torpaq ayağımızın altından sürüşür. Mənim fikrimcə, bu söz Türkiyənin fotoşəklini çox qəti və açıq bir şəkildə ortaya qoyur. Hal-hazırda Türkiyənin çevrəsi çökdürülür. Türkiyə tənhalığa doğru itələnir. İndi Misirin, Tunisin, Liviyanın və İrakın yaşadığı kədərli hadisələr Allah eləməsin Türkiyə üçün çox da uzaq deyil. Türkiyə bunlara tədbirlə və ehtiyatla yanaşmağa məcburdur. Xocamız bunu hələ 40 il əvvəl xəbər vermişdi. Bu günləri görərək İslam Təhlükəsizlik Təşkilatını quraq, – deyirdi. Ən önəmli problemimiz isə işsizlik və separatçılıqdır. Resept isə istehsala dayanan iqtisadiyyata keçməkdir. Hal-hazırda istehlaka dayanan iqtisadiyyat vardır. Hər şeyimiz idxal olunur. Bu səbəblə 40 ildir yerli sənaye, milli sənaye, ağır sənaye – deyə fəryad edirik. Öz təyyarəmizi, öz tankımızı özümüz istehsal edək, quraşdırmaya deyil, istehsala dayanan iqtisadiyyat quraq deyə millətimizə daim xəbərdarlıq etdik. Separatçılıqla əlaqədar olaraq: bu ölkə tam olaraq 6 əsr Osmanlıda qardaşlıq duyğusu içində yaşamışdır. Amma çox təəssüflər olsun ki, o duyğunu rəsmi ideologiya bərtərəf etməyə çalışmışdır. İslamın yerinə laikliyi (dünyəviliyi) təlqin etməyə səy göstərmişdir. Ümumiyyətlə, yanlış bir laiklik anlayışı Türkiyəni bölünmə nöqtəsinə gətirmişdir. Milli Görüş bu qardaşlıq ruhunu yenidən canlandıraraq bu problemi də həll edəcəkdir.
– "Səadət Partiyası”nın parlamentdəki əskikliyi nəyin itməsinə səbəb oldu, orada olması nə qazandıracaq?
– "Səadət Partiyası” məhək daşıdır. Milli Görüş bu ölkənin məhək daşıdır. Hal-hazırda digər partiyalar da "Səadət Partiyası”na baxaraq vəziyyətlərini müəyyənləşdirirlər. Məclisdə olarsa, şübhəsiz ki, bu vəziyyət müəyyənləşdirmə daha bariz şəkildə ortaya çıxacaqdır. Milli Görüş Milli Məclisdə olsaydı, İrakda 2 milyona yaxın qardaşımız şəhid edilməzdi. İrak yerlə-yeksan edilməzdi, xarabalığa çevrilməzdi. Oradakı müsəlmanlar lümlüt soyundurulub bir-birinin üstünə yığılmazdı, qızlarımız və bacılarımız təcavüzlərə məruz qalmazdı, çünki Milli Görüş bu barədə özünü sipər edərdi. Türkiyəni ayağa qaldırardı. Milli Görüş məclisi ayağa qaldırardı.
– İttifaq məsələsi barəsində səhnəarxasında danışılanlar var. Səadət seçkiyə tək, yoxsa ittifaqla gedəcək?
– Görüşmələr davam edir. Böyük bir inamla deyə bilərəm ki, yaxın günlərdə bu məsələlər qəti şəkildə dəqiq həllini tapacaq. Biz bu barədə belə düşünürük; Xocamızın ifadəsi ilə desək, hamımız bu millətin övladlarıyıq. Deməli, 75 milyon qardaşımız bir-birinin qardaşıdır. Siyasi partiyalar da bu qardaşlarımızın qurduğu təşkilatlardır. Qardaşın qardaşa düşmən olması, qəbul etmədiyimiz bir məsələ olduğu kimi bu qardaşlarımızın qurduğu təşkilatlar da düşmən təşkilatlar deyildir. Düşünürük ki, bir araya gəlsək və əməkdaşlıq etsək, bu ölkə üçün faydalı olar. Lakin biz mütəmadi olaraq təşkilatlarımıza bu mesajı veririk: Başqasının himmətinə (cəhdinə), yardımına, dəstəyinə möhtacsansa, zəfərdən ümidini kəs. Bu mənada deyirik ki, bəli, birlik və ittifaq olarsa, çox əla, lakin ittifaqsız da təkbaşına seçkilərə hazır olmalıyıq.
– Bəs "Səadət Partiyası” iqtidara gələrsə, nə olacaq?
– Hər şeydən əvvəl milləti tarixi ilə yenidən qovuşduracaqdır. Baxın, məsələn Çanaxqalada ingilisin, fransızın qəbir daşlarını oxuya bilirik, lakin üstündən bir əsr keçməməsinə baxmayaraq, şəhidlərimizin qəbir daşlarını oxuya bilmirik. Bu məqbul bir vəziyyət deyildir. Buna görə də deyirik ki, təhsilin hər pilləsində osmanlı dili fakultativ dərs olacaqdır. İcbari təhsil sisteminin həm quruluşu, həm də tərkibi dəyişdiriləcəkdir. Quruluşu 4+4+3 şəklində qəbul ediləcəkdir. Tərkib olaraq təhsil sisteminin təməli əvvəl əxlaq və mənəviyyat olaraq dəyişdiriləcək, İmam-Xətiblərin orta qismləri yenidən açılacaq, Quran kurslarına və hafizlik müəssisələrinə yenidən həyat verəcəyik. Səhiyyə ilə əlaqədar olaraq isə dünyaya gələn hər bir uşaq ölümünə qədər sığortalanacaq, çünki hər hansı bir şəxs üçün sağlamlığından, özünün fiziki varlığından daha önəmli bir şey ola bilməz. Vətəndaşın sağlamlığının qorunması dövlətin əsl vəzifəsi olacaqdır. Şəxsiyyət vəsiqəsi eyni zamanda sağlamlıq kartının yerinə keçəcəkdir. Yaxın zamanda isə bütün işçilərimizə eyni ilə 1996-cı ildə olduğu kimi 50% maaş artımı olacağına söz veririk. Vətəndaşlarımızın, xüsusilə gənclərimizin gələcəyini və şəxsiyyətini inkişaf etdirib formalaşdırmaq üçün təhsilin önündəki bütün maneələri ortadan qaldıracağıq. Universitet xərclərini inşallah tamamilə ləğv edəcəyik.
– Milli Görüşün içindən bir çox partiya çıxdı, müxtəlif səbəblərlə ayrılanlar oldu. Ayrılan bu qardaşlarımıza bir müraciətiniz vardırmı?
– Şübhəsiz ki, ata yurdu buradır. Xocamız dəfələrlə demişdir: "Sürüdən ayrılanı qurd yeyər!” Buna görə də hansı səbəblə olursa-olsun buradan ayrılan qardaşlarımızı, bura heç gəlməmiş qardaşlarımızı əsl ünvanlarına birlikdə haqqı hakim etmək üçün fəaliyyətə dəvət edirik. Allahın izni ilə Ədalətli Quruluşun hakim olması heç də uzaqda deyil. Dünya buna hamilədir. İnsanlar bizi gözləyir.
Müsahibəni apardı: Abdullah Qaripoğlu
"Anadolugenclik” jurnalı, aprel 2011-ci il, 135-ci buraxılış




  Şərhlər / 0 Şərh




 Şərh yazın


Ad və soyadınız* :
E-mail* :
Ölkə / Şəhər* :
Şərhiniz* :


ƏLLAMƏ BURQUİ


11

free counters

Sabiqun 2011-2019 © Bütün hüquqlar qorunur
Məlumatlardan istifadə zamanı istinad zəruridir!
Telefon: (+994 50) 429-20-99
Site by: azDesign.ws
 

Yeniliklərə abunə olun