15 Oktyabr 2019









SÜBH NAMAZININ VƏ ORUCUN BAŞLANMASI HAQQINDA
Jurnalımızda namaz vaxtları ilə əlaqədar verilən cədvəl bəzi möminlərin etirazına, bəzilərinin isə təəccüb və heyrətinə səbəb olur. Etiraz edənlər bu cədvəlin ölkədə buraxılan cədvəllərə uyğun olmadığınıdavamı>>
A+ Balacalaşdır A+ Böyütmək

AT ƏTİNİN YEYİLMƏSİ İCAZƏLİDİR

  2013-cü ildə informasiya vasitələrində Avropada at ətinin yeyilməsi məsələsi ortaya çıxmışdı. Bu da bəzi insanlarda suallar doğurur. Onlar at ətinin yeyilməsi barəsində şəriətin rəyini öyrənmək istəyirlər. Bu məsələ ilə bağlı çoxları şəriətin hökmünü bilmir. Xüsusən ara-sıra eşidirik ki, bazarlarda at və eşşək ətini inək əti adı ilə satırlar.

Sünni fəqihlərinin fikrinə görə ev eşşəklərinin ətinin yeyilməsi icazəli deyil (ev eşşəkləri deyildikdə insanların işlətdiyi eşşək nəzərdə tutulur), lakin at əti mübahdır (icazəlidir) və onun yeyilməsində heç bir problem yoxdur. Bu, əshabə və tabeindən olan əksəriyyət alimlərin iddia etdiyi fikirdir. Onların da dəlili budur ki, Allah Rəsulu Xeybər günü ev eşşəklərinin ətinin yeyilməsini yasaq etmiş, at ətinin yeyilməsinə isə icazə vermişdir.

Şafeinin və Əhməd ibn Hənbəlin fikrinə görə at ətinin və atdan törəyən qatırların ətinin yeyilməsi icazəlidir. Lakin ev eşşəklərindən törəyən qatırların ətinin yeyilməsi isə icazəli deyil.

Malik ibn Ənəs, Əbuhənifə və onların ardıcılları at ətinin haram olması fikrini irəli sürmüşlər. Onların dəlili budur ki, Allah-Taala onu, yəni atı qeyd etmiş, onu minməkdən ötrü və zinət üçün yaradıldığını bildirmiş və Öz kəlamında onun yeyilməsini qeyd etməmişdir. "Nəhl” surəsinin 8-ci ayəsində buyurulur: "Sizin minməyinizdən ötrü, həm də zinət üçün atı, qatırı və uzunqulağı (O yaratdı). ...”

At, qatır və eşşək ətinin halal olmasına gəlincə bu, əksər şiə fəqihləri arasında məşhur fikirdir. Bunun əksi Şeyx Mofidə və Hələbiyə nisbət verilmişdir. Şeyx Mofid qatırın, eşşəyin və atın qarışığının ətinin haram olduğunu demişdir. Hələbi isə ələlxüsus qatırın ətinin haram olduğunu demişdir[1].

Bu ətlərin halal olduğunu deyən dini mətnlərlə yanaşı haram olduğunu deyən rəvayətlər də vardır[2].

Alimlər (şiə fəqihləri) bu rəvayətləri kərahətə həml edərək (məkruhluqla əlaqələndirərək) onların yeyilməsinin haram yox, məkruh olduğuna fitva vermişlər. Onlardan biri də Seyid Mühəmmədhüseyn Fəzlullahdır. O deyir: "Quruda yaşayan heyvanlardan bütün sürünənlər (yeriyən) və ya uçan həşəratların yeyilməsi haramdır. Çəyirtkə istisnadır. Bunun haqqında sonra danışılacaq. Sonra köpək dişi olan bütün heyvanların yeyilməsi haramdır. İstər siçan və ona oxşayan gəmiricilər kimi kiçik olsun, istər də şir və pələng kimi böyük olsun. İstər canavar kimi ət yeyənlərdən olsun, istərsə də fil kimi meyvə və otla qidalanan heyvan olsun. İstər pişik və it kimi ev heyvanı olsun, istərsə də canavar və şir kimi çöl heyvanı və vəhşi olsun. Bütün sürünənlərin yeyilməsi haramdır. İstər ilan kimi ayağı olmayan sürünən olsun, istərsə də kərtənkələ, ərəbdovşanı (ağ dovşan), vəzəğ (kərtənkələyə oxşayan və sıçramayan bir növ qurbağa) və onların ikisi kimi kiçik ayaqları olan sürünən olsun. Vacib ehtiyata əsasən dovşanın yeyilməsi haramdır. Diqqət etmək lazımdır ki, biz burada "həşəratlar” sözünü özünün elmi mənasında işlətmişik. Həmin sözü fəqihlər yerə sığınan bütün sürünənlərə və gəmiricilərə şamil olan mənada işlətmişlər. Yuxarıda adı çəkilən heyvanlardan başqa bütün heyvanların yeyilməsi halaldır. Bu hökm bütün inək, qoyun (xırdabuynuzlu heyvanlar) və dəvə siniflərindən ibarət olan bütün mal-qaraya (ərəb dilində bunlara "ənam” deyilir) şamil edilir. İstər ev heyvanı olsun, istərsə də çöl heyvanı olsun. Məkruh olmasına baxmayaraq, atın, qatırın və eşşəyin yeyilməsi də halaldır. Ceyran, çöl eşşəyi (vəhşi eşşək), maral, köpək dişi olmayan onlar kimi bir çox vəhşi heyvanların yeyilməsi də halaldır. ... ” [3]  



[1] "Deduktiv fiqhdə müqəddimə dərsləri”, c. 4, s. 102

[2]  "Vəsailuş-Şiə”, "Əbvabul-Ətimə vəl-Əşribə”

[3] "Fiqhuş-Şəriə”, c. 2, s. 92 



  Şərhlər / 0 Şərh




 Şərh yazın


Ad və soyadınız* :
E-mail* :
Ölkə / Şəhər* :
Şərhiniz* :


ƏLLAMƏ BURQUİ


11

free counters

Sabiqun 2011-2019 © Bütün hüquqlar qorunur
Məlumatlardan istifadə zamanı istinad zəruridir!
Telefon: (+994 50) 429-20-99
Site by: azDesign.ws
 

Yeniliklərə abunə olun