15 Oktyabr 2019









SÜBH NAMAZININ VƏ ORUCUN BAŞLANMASI HAQQINDA
Jurnalımızda namaz vaxtları ilə əlaqədar verilən cədvəl bəzi möminlərin etirazına, bəzilərinin isə təəccüb və heyrətinə səbəb olur. Etiraz edənlər bu cədvəlin ölkədə buraxılan cədvəllərə uyğun olmadığınıdavamı>>
A+ Balacalaşdır A+ Böyütmək

BƏYANAT

MƏRHUM DİNİ RƏHBƏR AYƏTULLAH SEYİD FƏZLULLAHIN MÜƏSSİSƏSİNDƏKİ ŞƏRİ HEYƏT: "14 SENTYABR BAZAR ERTƏSİ GÜNÜ H.Q. 1436-CI İL (M. 2015) ZİLHİCCƏ AYININ İLK GÜNÜDÜR!”

Mərhum dini rəhbər Ayətullah Seyid Fəzlullahın müəssisəsindəki şəri heyət 1436-cı il (m. 2015) zilhiccə ayının ilk gününün müəyyənləşdirilməsi ilə əlaqədar şəri bəyanat vermişdir. Bəyanatda deyilir: "Hicri-qəməri təqvimi ilə 1436-cı ilin (m. 2015) zilhiccə ayının hilalı 2015-ci il sentyabr ayının 13-ü bazar günündə Qrinviç saatı ilə sübh çağı saat 06:41-də, yəni Beyrut şəhəri yerli saatla 09:41-də (Bakı vaxtı ilə 11:41-də) doğacaq və bazar günü axşam Günəşin batışından təxminən 04 dəqiqə sonra batacaqdır. Belə ki, Günəş saat 18:49-də qürub edəcəkdir, halbuki Ay 18:53-də batacaqdır. Günəşin batışından sonra hilal 4 dəqiqə üfüqdə dayanacaq və ən aşağı dərəcədə Beyrut şəhərinin üfüqü üstünə yüksələcəkdir. Günəşdən təxminən 4 dərəcə və 9 dəqiqə uzaqlaşacaq, hilalın qalınlığı 00:00:02, parıltı nisbəti 00:13% olacaq və Yerdən 402236.21 km. uzaq olacaqdır. Bu xüsusiyyətləri ilə hətta yaxınlaşdırıcı cihazlarla belə hilalın Beyrut şəhərinin (həmçinin Bakı şəhərinin) üfüqündə görünməsi qeyri-mümkündür.

Lakin hilalın Braziliya və Argentinanın bəzi regionlarında yaxınlaşdırıcı cihazlar vasitəsilə görünməsi mümkün olduğu kimi Cənubi Amerikanın qərb hissəsində də yaxınlaşdırıcı cihazlar vasitəsilə görünməsi mümkün olacaq. Seyid Fəzlullahın söykəndiyi fiqhi əsas budur ki, qəti (dəqiq) və adətən yəqinlik ifadə edən astronomik hesablamalara etimad etmək icazəlidir və gecənin bir hissəsində olsa da, müştərək olduğumuz hər hansı bir ölkədə və ya məntəqədə hilalın görünməsinin mümkünlüyü kifayət edir. Buna əlavə olaraq Seyidə görə adi gözlə görməklə yaxınlaşdırıcı cihaz vasitəsilə görmək arasında heç bir fərq yoxdur, hər iki görmə mötəbərdir. Bu fiqhi əsasa görə 1436-cı ilin zilhiccə ayının ilk günü gecənin bir hissəsində olsa da, müştərək olduğumuz bütün məntəqələrə nisbətdə 2015-ci il 14 sentyabr bazar ertəsi günü, görünmə məntəqələri ilə gecənin bir hissəsində müştərək olmayan məntəqələrə nisbətdə isə 2015-ci il 15 sentyabr çərşənbə axşamı günüdür.

Beləliklə, mübarək Qurban bayramı Ayın görünmə məntəqələri ilə gecənin bir hissəsində olsa da, müştərək olan məntəqələrə nisbətdə 2015-ci il 23 sentyabr çərşənbə gününə, Ayın görünmə məntəqələri ilə gecənin bir hissəsində olsa da, müştərək olmayan məntəqələrə nisbətdə isə 2015-ci il 24 sentyabr cümə axşamı gününə təvafüq edir.

Allahdan istəyirik ki, bu bayramı İslam dünyası üçün xeyirli və bərəkətli qərar versin, müsəlmanların sözünü bir yerə toplasın və mövqelərini birləşdirsin, onların cəmiyyətindən fitnə-fəsadı aparsın və ölkələrini sionistlərin, Amerikanın, Böyük Britaniyanın, Atlantika İttifaqının (NATO), digər istismarçı qüvvələrin işğalından və yerli zalımların zülmündən azad etsin!”

 Allahdan istəyirik ki, bu bayram günü bütün azərbaycanlılar arasında xeyirə və haqqa açılış günü olsun! AMİN!

 


 

İzah: Bəyanata və 1436-cı il (m. 2015) zilhiccə ayı hilalının sxeminə diqqət etməklə aydın olur ki, 13 sentyabr axşam Günəş batarkən bizim ölkənin üfüqündə ayparanın görünməsi qeyri-mümkündür. Lakin gecənin bir hissəsində olsa da, müştərək olduğumuz ölkələrin birində – tünd göy rəngdə yerləşən ölkələrə baxın – ayparanın teleskopdan istifadə etməklə görünməsinin mümkünlüyü ilə Seyid Fəzlullahın fitvasına əsasən bizim üçün də zilhiccə ayının əvvəli sübuta yetmiş olur. Beləliklə, Seyid Fəzlullahın söykəndiyi fiqhi əsasa görə 2015-ci il 23 sentyabr Azərbaycanda Qurban bayramı günüdür.

 "MİLLİ GÖRÜŞ-SABİQUN” HƏRƏKATI

 



  Şərhlər / 0 Şərh




 Şərh yazın


Ad və soyadınız* :
E-mail* :
Ölkə / Şəhər* :
Şərhiniz* :


ƏLLAMƏ BURQUİ


11

free counters

Sabiqun 2011-2019 © Bütün hüquqlar qorunur
Məlumatlardan istifadə zamanı istinad zəruridir!
Telefon: (+994 50) 429-20-99
Site by: azDesign.ws
 

Yeniliklərə abunə olun