16 Oktyabr 2019









SÜBH NAMAZININ VƏ ORUCUN BAŞLANMASI HAQQINDA
Jurnalımızda namaz vaxtları ilə əlaqədar verilən cədvəl bəzi möminlərin etirazına, bəzilərinin isə təəccüb və heyrətinə səbəb olur. Etiraz edənlər bu cədvəlin ölkədə buraxılan cədvəllərə uyğun olmadığınıdavamı>>
A+ Balacalaşdır A+ Böyütmək

HƏSƏN ƏL-BƏNNA KİMDİR


1906-cı ildə Misirin Məhmudiyyə qəsəbəsinin varlı adamlarından biri olan Əhməd ibn Əbdürrəhman Bənnanın oğlu Həsən dünyaya gəlir. … Övladını saleh bir insan kimi görmək arzusunda olan ata İslamı öyrənsin deyə oğlunu Rəşadiyyəyə göndərir. … Kiçik Həsən ər-Rəşad Məktəbində Mühəmməd Zəhranın nəzarəti altında təhsilinə başlayır. Həsən əl-Bənnanın həyatı və gələcəyi üzərində bu xocasının çox böyük təsiri olur. Burada Quran-kərimi hifz etməyə başlayan əl-Bənna hifzini tamamlaya bilmədən Hazırlıq Məktəbinə keçir və ev şəraitində hifz fəaliyyətinə yiyələnir. Bu arada «Əxlaq və Ədəb Cəmiyyəti»ni qurur və cəmiyyətə nəzarəti öz öhdəsinə alır. O, hələ gənc yaşlardan hamının diqqətini cəlb etmiş və İslam adı ilə bağlı fəaliyyətə və söhbətlərə başlamışdı.Uşaqlıqdan başlayan mücadilə, gəncliyə doğru addım atdıqca böyüyürdü. O zaman bir neçə mömin dostu ilə birləşərək «Əmrun bil-məruf və nəhyun ənil-münkər» vəzifəsini həyata keçirmək üçün «Məni Mühərrəmat» («Haramların yasaqlanması») cəmiyyətini qurur. Ancaq bu onu qane etmirdi.Mühəmməd Zəhranın tələbəsi olduğu halda, müntəzəm olaraq getdiyi məsciddə Həssafiyyə təriqətinin müridlərini görür və daha sonra buranın məclislərinə və söhbətlərinə qoşulur. Bu təriqətin gənc müridləri ilə arasındakı yaxınlıq getdikcə dərinləşməyə başlayır və bir çox təsəvvüfi əsərlər araşdırır.Hazırlıq Məktəbindən sonra Dəmənhur İbtidai Sinif Müəllimi Məktəbinə daxil olan Həsən əl-Bənna burada oxuduğu zaman Həssafiyyə şeyxi Seyid Əbdülvəhhab Dəmənhura gəlir. Hicri-qəməri tarixilə 1341-ci il 4 iyunda şeyxlə görüşür və Şaziliyyə təriqətinin Həssafiyyə qoluna daxil olur.Şeyxin tərbiyə məqsədi ilə istifadə etdiyi üsulları yada salarkən onun bir xatirəsini belə nəql edir: «Mənə və qardaşım (çox yaxın dostu) Əhməd əs-Sukkəriyə tövsiyə etdiyi tərbiyəvi bir öyüdünü daim xatırlayıram. Öyüdün mənası belə idi: «Mən sizin qəlblərdə yer tutmanızı və öz ətrafınızda çox insanları toplamağınızı Allahdan arzulayıram və bunun olacağına ümid edirəm. Bunu bilin ki, ətrafınızda olacaq bu insanların vaxtlarını necə istifadə edəcəyinizi Allah sizdən soruşacaqdır. Bu zaman ərzində siz insanlara faydalı oldunuzmu? Belə olduqda onlar bu vəsilə ilə savab qazanacaqlarsa, siz də onlar qədər savab qazana bilərsiniz. Yox, zamanlarını boş-boşuna sərf etsəniz, siz də, onlar da cavabdeh olarsınız».Əl-Bənna Dəmənhurda olduğu dövr ərzində fiqh, təfsir, hədis, İslam qanunvericiliyinin tarixi və hikmətləri, məzhəb, firqə və bunlarla bağlı ətrafında toplananlardan mükəmməl dərs aldı.Məktəb həyatında, ibadət və geyimdə bəzi çətinliklərin ortaya çıxması ilə başladı, boykot və mitinqlərlə davam etdi, yay tətilləri isə tamamilə dərs almaqla və ardıcıl ziyarətlərlə keçdi. Nəhayət, 17 yaşında olarkən bu məktəb də tamamlanır və həmin il Qahirəyə gedərək, Darül-Ülum Fakültəsinə daxil olur. Bu məktəbdə oxuduğu müddətdə müəllimlərinin diqqətini cəlb edir, ətrafında bir çox mömin toplanır. İnananlarla birlikdə İslam davasına görə fəaliyyətə girişib, İslam adına qurtuluş çarələri axtarırlar. 1927-ci ilin iyununda bu fakültəni də bitirir və İsmailiyyəyə müəllim təyin edilir. 1928-ci ilin mart ayında altı dostu; Hafiz Əbdülhəmid, Əhməd əl-Husəri, Fuad İbrahim, Əbdürrəhman Həsəbullah, İsmail İzz və Zəki əl-Məğribi ilə «Müsəlman Qardaşlar Birliyi»ni («Cəmaətül-İxvanil-Müslimin») yaradır. Həsən əl-Bənna 1949-cu il 12 fevralda qətlə yetirilərək, şəhid olmuşdur. Allah rəhmət eləsin!Silsilə məqalələrlə bu böyük Ustadın fikirlərini sizin nəzərinizə çatdırmağa çalışacağıq. Xütbələr Ustad tərəfindən keçən əsrin birinci yarısının sonunda söylənməsinə baxmayaraq, bu gün də öz əhəmiyyətini və təzəliyini qoruyub saxlamaqdadır.Həsən əl-Bənna müsəlman gəncliyin bu gün müraciət etməsi lazım olan bir məktəbdir. O, islami dəvəti ilk olaraq sistemləşdirən və bununla da böyük bir nəsil yetişdirmiş tərbiyəçi və imamdır.


  Şərhlər / 0 Şərh




 Şərh yazın


Ad və soyadınız* :
E-mail* :
Ölkə / Şəhər* :
Şərhiniz* :


ƏLLAMƏ BURQUİ


11

free counters

Sabiqun 2011-2019 © Bütün hüquqlar qorunur
Məlumatlardan istifadə zamanı istinad zəruridir!
Telefon: (+994 50) 429-20-99
Site by: azDesign.ws
 

Yeniliklərə abunə olun