15 Oktyabr 2019









SÜBH NAMAZININ VƏ ORUCUN BAŞLANMASI HAQQINDA
Jurnalımızda namaz vaxtları ilə əlaqədar verilən cədvəl bəzi möminlərin etirazına, bəzilərinin isə təəccüb və heyrətinə səbəb olur. Etiraz edənlər bu cədvəlin ölkədə buraxılan cədvəllərə uyğun olmadığınıdavamı>>
A+ Balacalaşdır A+ Böyütmək
BƏYANAT

MƏRHUM DİNİ RƏHBƏR AYƏTULLAH SEYİD FƏZLULLAHIN MÜƏSSİSƏSİNDƏKİ ŞƏRİ HEYƏT: "28 İYUN ŞƏNBƏ GÜNÜ MÜBARƏK RAMAZAN AYININ İLK GÜNÜDÜR!”

Mərhum dini rəhbər Ayətullah Seyid Fəzlullahın müəssisəsindəki şəri heyət mərhum Seyidin söykəndiyi fiqhi əsasa uyğun olaraq dəqiq astronomik hesablamalara əsaslanaraq şənbə gününə təvafüq edən 2014-cü il 28 iyunun1435-ci il mübarək ramazan ayının ilk günü olduğunu elan etmişdir. Bəyanatda deyilir:"Astronomik baxımdan dəqiq hesablamalar bildirir ki, h.q. təqvimi ilə 1435-ci ilin (m. 2014) ramazan ayının hilalı 2014-cü il iyun ayının 27-si cümə günü gündüz Beyrut şəhəri yerli saatla 11:08-də (Bakı vaxtı ilə 13:08-də) doğacaq və Argentina, Braziliya və Çili kimi Cənubi Amerikanın bir çox məntəqələrində Günəş batdığı vaxt yaxınlaşdırıcı vasitələrlə görünməsi mümkün ola biləcək qədər zaman məsafəsi qət edəcəkdir. Bu məntəqələr gecənin bir hissəsində onlarla müştərək olduğumuz məntəqələrdir. Seyid Fəzlullahın söykəndiyi fiqhi əsas budur ki, qəti (dəqiq) və adətən yəqinlik ifadə edən astronomik hesablamalara etimad etmək icazəlidir və gecənin bir hissəsində olsa da, müştərək olduğumuz hər hansı bir ölkədə və ya məntəqədə hilalın görünməsinin mümkünlüyü kifayət edir. Buna əlavə olaraq Seyidə görə adi gözlə görməklə yaxınlaşdırıcı cihaz vasitəsilə görmək arasında heç bir fərq yoxdur, hər iki görmə mötəbərdir. Şənbə gününün gecəsi (cümə günü axşam) hilalın görünməsi mümkün olduğuna görə bu fiqhi prinsipə əsasən bu ilin (1435-ci il) mübarək ramazan ayının əvvəli Allahın izni ilə 28 iyunda olacaq.
Bu, Cənubi Amerikada hilalın göründüyü məntəqələrlə gecənin bir hissəsində olsa belə müştərək olan məntəqələr və yerlərə şamil edilir. Gecənin bir hissəsində belə Ayın göründüyü məntəqələrlə gecə müştərəkliyi olmayan məntəqələrə isə bu, şamil edilmir. Buna əsasən Avstraliya, Yeni Zelandiya və s. ölkələr kimi Uzaq Şərqdə yerləşən ölkələrdə ramazan ayı 29 iyun bazar günü başlamış olur, çünki bu məntəqələrin gecənin bir hissəsində belə Cənubi Amerika ilə müştərəkliyi yoxdur və o ölkələrin gecələri hilalın göründüyü gecələr hesab olunmur. Allahdan istəyirik ki, bu ayı İslam dünyası üçün xeyir, yardım və bərəkət ayı qərar versin, müsəlmanların sözünü bir yerə toplasın və mövqelərini birləşdirsin, onların cəmiyyətindən fitnə-fəsadı aparsın və ölkələrini sionistlərin, Amerikanın, Böyük Britaniyanın, Atlantika İttifaqının (NATO), digər istismarçı qüvvələrin işğalından və yerli zalımların zülmündən azad etsin! Allahdan istəyirik ki, bu ay bütün azərbaycanlılar arasında xeyir və haqqa açılış ayı olsun! AMİN!”


İzah:Bəyanata və 2014-cü il ramazan ayı hilalının sxeminə diqqət etməklə məlum olur ki, 27 iyun axşam Günəş batarkən bizim ölkənin üfüqündə ayparanın görünməsi qeyri-mümkündür. Lakin gecənin bir hissəsində olsa da belə müştərək olduğumuz ölkələrin birində – tünd göy rəngdə yerləşən ölkələrə baxın – ayparanın teleskopdan istifadə etməklə görünməsinin mümkünlüyü ilə Seyid Fəzlullahın fitvasına əsasən bizim üçün də ramazan ayının əvvəli sübuta yetmiş olur.

Bu elana əsasən iyul ayının 15-dən 16-na, 17-dən 18-nə və 19-dan 20-nə keçən gecələr Əhya gecələridir. İyulun 19-dan 20-nə keçən gecə isə mübarək Qədr gecəsidir.

"MİLLİ GÖRÜŞ-SABİQUN” HƏRƏKATI




  Şərhlər / 0 Şərh




 Şərh yazın


Ad və soyadınız* :
E-mail* :
Ölkə / Şəhər* :
Şərhiniz* :


ƏLLAMƏ BURQUİ


11

free counters

Sabiqun 2011-2019 © Bütün hüquqlar qorunur
Məlumatlardan istifadə zamanı istinad zəruridir!
Telefon: (+994 50) 429-20-99
Site by: azDesign.ws
 

Yeniliklərə abunə olun