15 Oktyabr 2019









SÜBH NAMAZININ VƏ ORUCUN BAŞLANMASI HAQQINDA
Jurnalımızda namaz vaxtları ilə əlaqədar verilən cədvəl bəzi möminlərin etirazına, bəzilərinin isə təəccüb və heyrətinə səbəb olur. Etiraz edənlər bu cədvəlin ölkədə buraxılan cədvəllərə uyğun olmadığınıdavamı>>
A+ Balacalaşdır A+ Böyütmək

BİLAL RİBERİ

Fransa uzaqdan turistləri özünə cəlb edən ölkədir. Onun paytaxtı Paris isə ən çox ziyarət olunan şəhərlərdən biri kimi tanınır.
Parisə gələn qonaqlar onun tarixi abidələrinə və hər tərəfdən görünən Eyfel qülləsinin möhtəşəmliyinə heyran olurlar.
Fransanı Avropanın ən çox müsəlmanlar olan ölkəsi adlandırmaq olar. 59 milyon əhalisi olan Fransanın 6 milyonunu müxtəlif irqdən olan müsəlmanlar təşkil edir. Hal-hazırda insanların sayına görə İslam Fransada dinlər arasında ikinci yeri tutur. Təxminən buradakı müsəlmanların üçdə ikisi dünyanın hər bir yerindən gələn emiqrantlardır. Onlar əsasən Afrika, Türkiyə, Yaxın Şərqdən və başqa regionlardan gələnlərdən ibarətdir. Yalnız buradakı müsəlmanların üçdə biri yerli fransızlardır.
Fransada İslam qanunlarının təzahürünü hər bir yerində görmək mümkündür. Burada 5 böyük və 500 adi məscid vardır. Təxminən 2800 impravizə edilmiş ibadət zalı xalqa xidmət edir. Paytaxtda 2 mindən çox İslam assosasiyası dini və mədəni mərkəzləri mövcuddur. Burada halal ət məhsulu ilə məşğul olan istehsalçılara və çoxlu sayda dini kitablar satılan köşklərə rast gəlmək olar.
Fransızlar idmanı çox sevirlər. Futbola maraq isə bu ölkədə xüsusidir. Danılmaz faktdır ki, dünya futboluna bir cox futbolçular bəxş etmiş fransızlar bu təşəbbüsü ilə də ön cərgədədirlər.
Ancaq mən sizə futbol barədə yox, İslamı qəbul etmiş fransız mənşəli futbolçu Frank Riberi haqqında danışmaq istəyirəm.
Frank 1983-cü ildə zəngin olmayan adi fəhlə ailəsində anadan olub. İki yaşında avtomobil qəzası keçirib. Qəza vaxtı maşının pəncərəsindən atılan Riberinin üzərində cərrahiyyə əməliyyatı aparılıb. İndi onun bədənində həmin qəzanın nişanələri hələ də qalır. Ailədə dörd uşağın böyüyü olduğu üçün balacaların qayğısı müəyyən qədər onun da üzərinə düşürdü. Çoxuşaqlı və kasıb ailədə Frankı sevindirəcək günlər çox az idi. Ona sevinc bəxş edən, sevindirən yeganə amil onun yaşıl meydançada topla oynaması idi.
O, futbolda ilk addımlarını doğma Bulan Sur Mer şəhərində atır. 1996-cı ildə LİLL Futbol Akademiyasına daxil olur, lakin elmi-nəzəri mövzulara marağı olmadığından və onları öyrənmək istəmədiyi üçün 3 il sonra Akademiyadan qovulur.
Qovulduqdan sonra Bulon Sur Merə gəlir və burada Fransanın qeyri peşəkarlarının 3-cü diviziyasında oynayır. Bu diviziyada maddi gəlir tam təmin olunmadığına görə atasının peşəsini – boyük kanalizasiya sistemlərini təmir etməklə məşğul olur və bir növ onun sənətini davam etdirir.
2004-cü ilin yayında ”Bres” klubu ilə "Mect” klubları arasında yoldaşlıq görüşü keçirilir. Bu görüşdə Frankın peşəkar oyunu bir çoxlarının diqqətini çəkir. Görüşdən sonra "Mect” komandasının məsul işçisi Frankı təmsil etdiyi kluba – ikinci diviziyaya dəvət edir. Təklifdən məmnun olan Frank dərhal razılıq verir.
Altı ay ərzində o, klubda 20 oyuna və 2 qola imza ataraq özünə çoxlu sayda azarkeş qazanır.
2005-ci ildə "Mect” klubu Türkiyənin "Qalatasaray” klubundan 2.5 milyon yevro müqabilində Frank Riberini həmin kluba transver olunmasını təklif edir.
Fransanın elə də zəngin olmayan klubu futbolçunu transver edir. "Qalatasaray”a transfer olduqdan sonra ulduzu parlamayan Frank sarı qırmızılı klubdan pulunu götürə bilmədiyi üçün oradan ayrılır. Daha sonra Marsilya klubunda fəal idmançı kimi göstərdiyi ustalığa imza atan Frank Riberi burada da nümayiş etdirdiyi performansla kifayətlənməyib transfer rekordu qıraraq Bayern Münihlə transfer olmağa razılaşır.
Bu transferin ardından Riberi yenə mətbuatın gündəminə gəlir. Bu dəfə onu gündəmə gətirən mövzu futbolu deyil, şəxsi həyatı olur. Bu rezonans gənc ulduzun müsəlmanlığı seçdiyini açıqladığından ibarət idi.
Onu bu addımı atmağa Əlcəzairli Vəhibə adlı gənc qızla ailə qurması səbəb olur. Bu Əlcəzairli qızın valideynləri ilk öncə onların evliliyinə razı olmurlar. Qızlarının katolik gənclə ailə qurması ağlasığmaz idi. Məsələnin bu yerdə olduğunu görən Frank sevdiyi qızın razılığını əldə etmək üçün İslamı qəbul edəcəyini deyir. Bundan sonra o, İslamla maraqlanmağa başlayır.
Fransız yığmasına gələndən Zinəddin Zidanla isti münasibət quran Frank həmişə deyir: "Zizi (Zidanı belə adlandırır) mənim böyük qardaşımdır. İslama gəlişim Vəhibəyə görə oldusa da, əsl İslamı mənə Zizi öyrətdi. Mən ona çox borcluyam”.
Bir gün mənə Fransız yığmasının hakimi Zinəddin: "Sən Quran oxu, o, sənin gözünü açacaq”, – dedi. Frank da ilk öncə Quranı oxumağa başlayır. Sözsüz ki, bu məsələdə ona həm dostu, həm də sevdiyi qız Vəhibə yardımçı olurlar. Quran bir çoxlarının qəlbini fəth etdiyi kimi Frankı da öz ecazkarlığı ilə ağuşuna alıb bütün vücuduna hakim olaraq özünə tabe edir.
Bir müddətdən sonra o, İslamı dərindəm öyrənməyi qarşısına məqsəd qoyur və məqsədinə çatır. İslamı qəbul etdikdən sonra o, özünə ikinci ad olaraq Bilal adını götürür. Elə sonrakı oyunlarda da onu məhz bu adla çağırmağını istəyir.
Onun FRANS-24 kanalına verdiyi müsahibəsində də bu açıq-aydın bilinir. Müxbirin ona: "Eşitdiyimizə görə siz İslamı qəbul etmisiniz və özünüzə yeni ad götürmüsünüz. Deyin görək sizə necə müraciət edək; Frank, yoxsa Bilal?” Frank Riberi sualın cavabında deyir: "Əlbəttə ki, Bilal, çünkü mən İslamı qəbul etmişəm və xoşbəxtəm ki, məhz bu dini seçmişəm. Əlhəmdulillah mən 100 faiz hər bir şeyin fövqündə olan ALLAHA inanıram. Çox şükürlər olsun ki, mən müsəlman olma şərəfini çiyinlərimə götürmüşəm. Çox şükür olsun ki, mən, yoldaşım və iki gözəl qızım (Hizyə və Şahnaz) sağlamıq”.
Bilal Riberinin sonrakı hərəkətləri də bir daha sübut etdi ki, o, İslama vurğundur. Hər bir oyuna çıxdıqda o iki əllərini açaraq dua edir. Oyundan sonra isə sağlamlığı üçün Allaha təzim edərək səcdə edir. Məşğələlər zamanı Zidanla birlikdə namaz qılır, daha sonra isə o, hər bir müsəlmana vacib olan zəvvarların duyğularını riqqətə gətirən Həcc mərasiminə qoşulur.
Hal-hazırda Bilal Riberi 2007-ci ildən 2012-ci ilə qədər Almaniyanın Bavariya klubunda oynayır. Ümumilikdə keçirdiyi 349 oyunda 80 qola imza atıb. Bir çox futbolçuların əldə edə bilmədiyinə nail olub. Ən əsası da odur ki, özünün dediyi kimi, Mən Vəhibəni və futbolu çox sevirəm və bu iki sevdiklərim də məni paralel olaraq əbədi sevgiyə çatmağıma vasitə oldular. Sevdiklərimlə sevgimə qovuşdum.
Nadir Məmmədov




  Şərhlər / 0 Şərh




 Şərh yazın


Ad və soyadınız* :
E-mail* :
Ölkə / Şəhər* :
Şərhiniz* :


ƏLLAMƏ BURQUİ


11

free counters

Sabiqun 2011-2019 © Bütün hüquqlar qorunur
Məlumatlardan istifadə zamanı istinad zəruridir!
Telefon: (+994 50) 429-20-99
Site by: azDesign.ws
 

Yeniliklərə abunə olun