15 Oktyabr 2019









SÜBH NAMAZININ VƏ ORUCUN BAŞLANMASI HAQQINDA
Jurnalımızda namaz vaxtları ilə əlaqədar verilən cədvəl bəzi möminlərin etirazına, bəzilərinin isə təəccüb və heyrətinə səbəb olur. Etiraz edənlər bu cədvəlin ölkədə buraxılan cədvəllərə uyğun olmadığınıdavamı>>
A+ Balacalaşdır A+ Böyütmək
SEYİD FƏZLULLAHIN FİQH MƏKTƏBİNDƏN NADİR MİRVARİLƏR 
TƏRKİBİNDƏ SPİRT VƏ UYUŞDURUCU MADDƏLƏR OLAN DƏRMANLAR

İnsanlar arasında istehlak etdikləri (istifadə etdikləri) bəzi dərmanların tərkibində spirt və uyuşdurucu maddələrin olması ətrafında söz-söhbətlər gedir. Belə olan halda şəri baxımdan bu maddələri qəbul etməyin düzgünlüyü sualı ortaya çıxır.

Fiqhi akademiyalardan biri şəriətin əhatə etdiyi "çətinliyi aradan qaldırmaq”("rəful-hərəc”) və "məşəqqəti uzaqlaşdırmaq” ("dəful-məşəqqə”), "zərərin öz qədərində uzaqlaşdırılması”, "zərurətlər qadağalara icazə verir”"iki zərərdən ən yüngülünə mürtəkib olmaq” ("daha qüvvətli zərəri uzaqlaşdırmaq”) prinsiplərinə əsasən tərkibində spirt və uyuşdurucu maddələr olan dərmanlar haqqında yuxarıda deyilən tədqiqatları müzakirə etdikdən sonra belə fikir ortaya qoyublar ki, sırf şərabı (eyni zamanda başqa sərxoşedici içkiləri) heç bir halda dərman kimi qəbul etmək icazəli deyil, çünki Allah Rəsulu buyurmuşdur: "Allah sizin şəfanızı sizə haram etdiyi şeylərdə qərar verməmişdir!” ... Lakin tərkibində spirt olan dərmanların müəyyən nisbətdə istifadə olunması icazəlidir. Bir şərtlə ki onları ədalətli bir həkim yazsın. Habelə spirtdən yaralar üçün bədənin xaricini təmizləmək, mikrobları öldürmək məqsədilə, həmçinin kremlərdə və dəriyə sürtülən yağlarda istifadə etmək icazəlidir.

Seyid Mühəmmədhüseyn Fəzlullahın mövzu ilə bağlı rəyi budur ki, az bir nisbətdə olsa da, tərkibində spirt olan dərmanların qəbul edilməsi icazəli deyil. Lakin xəstəliyin müalicəsi onsuz mümkün olmadıqda bu hal istisnadır. Şərabın özünə gəlincə onun qəbul edilməsi mütləq şəkildə icazəli deyildir, hətta müalicə xarakterli olsa belə. Belə bir hədis var: "Kim şərabla müalicə edərsə, Allah ona şəfa verməz!”

Bəli, belə təsəvvür edək ki, həyatın qorunması haram bir şeyin qəbul edilməsinə bağlıdır, bu vəziyyətdə zərurət halında o, icazəlidir. Ayədə buyurulur: "... Lakin naəlac vəziyyətdə qaldıqda başqasının haqqına təcavüz etmədən və həddi aşmadan bunları yeməyə məcbur olan kimsənin heç bir günahı yoxdur. ...”[1] Lakin unudulmamalıdır ki, biz şərabın dərman olduğu mövzular haqqında danışırıq. Bu barədə ekspert rəyinə ehtiyac vardır.

Lakin spirtin bədənin xaricində istifadə olunmasına gəldikdə isə bu iş icazəlidir. Seyid Fəzlullahın rəyi budur ki, spirtin daxilə qəbul edilməsi haram olmasına baxmayaraq, o, pakdır. Bu maddələr dezinfeksiya etmək və s. üçün tibbi məqsədlə istifadə olunur. Bu halal bir faydadır.

Uyuşdurucu maddələrin daxilə qəbul edilməsi mütləq şəkildə icazəli deyildir. Əgər onların tibbi cəhətdən istifadəsinə ehtiyac olarsa, bu, ekspertlərin müəyyənləşdirdiyinə və tibbi təcrübə qanunlarına uyğun formada olmalıdır.



[1] "Bəqərə”, 173




  Şərhlər / 0 Şərh




 Şərh yazın


Ad və soyadınız* :
E-mail* :
Ölkə / Şəhər* :
Şərhiniz* :


ƏLLAMƏ BURQUİ


11

free counters

Sabiqun 2011-2019 © Bütün hüquqlar qorunur
Məlumatlardan istifadə zamanı istinad zəruridir!
Telefon: (+994 50) 429-20-99
Site by: azDesign.ws
 

Yeniliklərə abunə olun