16 Oktyabr 2019









SÜBH NAMAZININ VƏ ORUCUN BAŞLANMASI HAQQINDA
Jurnalımızda namaz vaxtları ilə əlaqədar verilən cədvəl bəzi möminlərin etirazına, bəzilərinin isə təəccüb və heyrətinə səbəb olur. Etiraz edənlər bu cədvəlin ölkədə buraxılan cədvəllərə uyğun olmadığınıdavamı>>
A+ Balacalaşdır A+ Böyütmək

DÜNYA MÜSƏLMANLARI NEÇƏ SAAT ORUC TUTACAQLAR

Dünyada oruc saatlarının sayı coğrafi regionların dəyişməsi ilə dəyişir. Avropa müsəlmanları ən uzun orucu tutacaqlar. Belə ki, Danimarkada orucun tutulma müddəti maksimum həddə çataraq 21 saat təşkil edəcək. Argentina müsəlmanlarının orucu doqquz saat yarımı aşmayacaq.
Orta Şərqdə oruc saatlarının sayı 14-15 saat arası olacaq. Səudiyyə Ərəbistanı, Yəmən, habelə Şimali Afrikada oruc 14 saata çatacaqdır. Liviya və Afrikanın şimal-şərqində də belədir. Misirdə bu, 16 saat 30 dəqiqəyə qədər yüksələcək. Şimala doğru yönəldikcə orucluq saatları da artacaq. Belə ki, Hollandiyada 18 saat yarıma çatacaq. Belçikada da eyni hal müşahidə olunacaq. İslandiyada orucluq 20 saata qədər çatacaq.
Qitənin cənubunda yerləşən dövlətlərdə oruc saatları azalacaq. Braziliyada 11, Avstraliyada 10 saat təşkil edəcək.
Bu il orucluq isti günlərə təvafüq edəcək. Körfəz ölkələrində istiliyin 50 dərəcəyə yüksələcəyi gözlənilir. Birləşmiş Ərəb Əmirliklərində rütubət də yüksələcəkdir. Avropada isə şimala doğru qalxdıqca istilik aşağı düşəcək.

ŞƏRH
Allah-Taala buyurur:"(O sayı müəyyən olan günlər) Ramazan ayıdır. Ramazan ayı elə bir ay¬dır ki, insanları hidayət edən və hidayətin və haqla batili bir-birindən ayır¬manın açıq-aşkar dəlilləri olan Quran o ayda nazil olmuşdur. Elə isə siz¬dən kim Ramazan ayında vətənində olarsa (yəni müsafirətdə olmaz¬sa), o ayı oruc tutsun, xəstə və ya səfərdə olanlar baş¬qa günlərdə sayı müəyyən olan günləri oruc tutmalıdırlar. ...”("Bəqərə”, 185)
"... Sizin üçün fəcrin ağ sapı qara sapından fərqlənincəyə qədər yeyib için; sonra gecəyə qədər orucu tamamlayın. ...” ("Bəqərə”, 187)
Oruc tutmaq müsəlmanlara vacibdir. Allah-Taala onu müsəlman bəndələrinə fəcr tülu etdikdən (sübh namazından) Günəşin batışına (məğrib namazına) qədər vacib etmişdir. Oruc tutmaqda insanlar üçün böyük fiziki və mənəvi fayda, onları Allaha yaxınlaşdıracaq ibadət üfüqlərinə yüksəliş, iradə və əzmkarlığın isbatı vardır. Oruc tutmaq insanların davranışlarını nizamlayır, onları dinlərinə bağlayır və yüksək mənəviyyata sahib insan yetişdirir. Bu da insanın tərəqqisini, inkişafını, mənəvi və əxlaqi yüksəlişini təmin edir.
Oruc saatlarının uzun olduğu ölkələrdə oruc tutmağın hökmü haqqında verilən suala Seyid Fəzlullahın şəri bürosunun üzvü Şeyx Hüseyn Abdullah cavab verərək Fəzlullahın fikrini belə şərh edir:"Əgər mükəlləf günü uzun olan ölkədə olarsa, belə ki, oruca təhəmmül etməsi (dözməsi) mümkün olmazsa, yaxud səhhətindəki vəziyyətə uyğun olaraq özünə zərər dəyəcəyindən qorxarsa, onun hökmü budur ki, orucunu yesin və sonra onun qəzasını tutsun. ... Başqa ölkənin vaxtına əsasən oruc tutmaq səhih deyildir. Əksinə, gündüz mükəlləfin olduğu ölkəyə uyğun olaraq götürülməlidir. Kim günün uzunluğuna baxmayaraq oruc tutmağa qadir olarsa, oruc tutması vacibdir”.




  Şərhlər / 0 Şərh




 Şərh yazın


Ad və soyadınız* :
E-mail* :
Ölkə / Şəhər* :
Şərhiniz* :


ƏLLAMƏ BURQUİ


11

free counters

Sabiqun 2011-2019 © Bütün hüquqlar qorunur
Məlumatlardan istifadə zamanı istinad zəruridir!
Telefon: (+994 50) 429-20-99
Site by: azDesign.ws
 

Yeniliklərə abunə olun