16 Oktyabr 2019









SÜBH NAMAZININ VƏ ORUCUN BAŞLANMASI HAQQINDA
Jurnalımızda namaz vaxtları ilə əlaqədar verilən cədvəl bəzi möminlərin etirazına, bəzilərinin isə təəccüb və heyrətinə səbəb olur. Etiraz edənlər bu cədvəlin ölkədə buraxılan cədvəllərə uyğun olmadığınıdavamı>>
A+ Balacalaşdır A+ Böyütmək

BİTİŞİK ƏKİZLƏRİN AYRILMASI VƏ ONUN BƏZİ HÖKMLƏRİ

Doğum zamanı bitişik əkizlərə rast gəlmə halları artmaqdadır. Tibb o qədər inkişaf edib ki, bu əkizləri ayırmaq və problemi həll etmək imkanı yaranmışdır. İnsanları düşündürən isə siam əkizlərinin ayrılmasına dair şəriətin rəyidir. Burada əkizlərin ayrılması üçün cərrahiyyə əməliyyatının icra olunmasının hökmü haqqında tibbi müstəvidə bir sual ortaya atılır ki, bəzən cərrahiyyə əməliyyatında əkizlər, yaxud onlardan biri üçün təhlükə ortaya çıxır. Bu surətdə cərrahiyyə əməliyyatını aparanlar onların ölümünə səbəb olmuş hesab olunurlar? Yaxud bu ölümü həyata keçirmiş hesab olunurlar?

Bəzi fəqihlər belə hesab edirlər ki, bitişik əkizlərin ayrılması "zərərin aradan qaldırılması” ("rəfi-zərər”), "fəsadın kənarlaşdırılması” (dəri-məfasid) və "məsləhətin kəsb edilməsi” (ictilabi-məsalih) qaydalarına daxildir. Bu baxımdan belə bir əməliyyat mütləq və zəruridir, çünki onların bitişik şəkildə qalması onlar arasındakı təbii həyatın mümkünsüzlüyü ilə nəticələnir. Şəriət məsləhətin cəlb edilməsi və fəsadın kənarlaşdırılması prinsipinə söykənir. Məsləhət bu bitişikliyin aradan qaldırılmasında gizlənmişdir.

Şübhəsiz, əkizlərin bir-birindən ayrılması əməliyyatı iki cana, yaxud onlardan birinə həyat verməyə cəhd etməklə vücudun qorunması baxımından canın mühafizə edilməsinə əsaslanır ki, onların bu vəziyyətdə qalması ölümlə nəticələnməsin. Ayırma əməliyyatını mahir bir həkim həyata keçirsə, o həkim o canı, yaxud hər iki canı ölümdən xilas etmiş hesab olunur. Öz işini başdansovdu görməyən və ehtiyac duyulan əməliyyatın yerini və həddini aşmayan həkim yarana biləcək uğursuzluqdan məsuliyyət daşımır. Yəni ayırma əməliyyatının həyata keçirilməsinə razılıq vermək onun nəticəsinə də razılıq vermək deməkdir.

Əkizlərin ayrılma əməliyyatının həyata keçirilməsi onlara təbii həyatın bəxş edilməsi üçün icazəlidir. Hətta bu, çətin vəziyyət yaşayan insana xidmət hesab olunduqda xeyirxah bir əməldir. Bu əməliyyatın həyata keçirilməsi onların biri, yaxud hər ikisi üçün zərərli olması qorxusu olmadıqda icazəlidir. Əks təqdirdə əməliyyatın yerinə yetirilməsi mümkün olan vaxta qədər gözləmək lazımdır. Belə ki, həkimlərin və əhli-xibrənin (ekspertlərin) şahidliyi ilə xilas olmanın şərtləri bir yerdə cəm olmalıdır. Bu vəziyyətdə zərərin ortaya çıxma təsəvvürünə görə müalicə edən həkim heç bir məsuliyyət daşımır[1].


[1] Seyid Mühəmmədhüseyn Fəzlullahın şəri idarəsi 



  Şərhlər / 0 Şərh




 Şərh yazın


Ad və soyadınız* :
E-mail* :
Ölkə / Şəhər* :
Şərhiniz* :


ƏLLAMƏ BURQUİ


11

free counters

Sabiqun 2011-2019 © Bütün hüquqlar qorunur
Məlumatlardan istifadə zamanı istinad zəruridir!
Telefon: (+994 50) 429-20-99
Site by: azDesign.ws
 

Yeniliklərə abunə olun