16 Oktyabr 2019









SÜBH NAMAZININ VƏ ORUCUN BAŞLANMASI HAQQINDA
Jurnalımızda namaz vaxtları ilə əlaqədar verilən cədvəl bəzi möminlərin etirazına, bəzilərinin isə təəccüb və heyrətinə səbəb olur. Etiraz edənlər bu cədvəlin ölkədə buraxılan cədvəllərə uyğun olmadığınıdavamı>>
A+ Balacalaşdır A+ Böyütmək

ƏRBAKAN HƏFTƏSİ

"MİLLİ GÖRÜŞ” LİDERİ MƏRHUM NƏCMƏDDİN ƏRBAKAN VƏFATININ İLDÖNÜMÜNDƏ MƏNALI FƏALİYYƏTLƏRLƏ YAD EDİLƏCƏK
Həyatını Türkiyədə islami siyasətin təmsil olunmasına həsr edən mərhum Nəcməddin Ərbakan üçün tərtib olunan fəaliyyətlərdə onun mübarizəsi, əzmi və dünya miqyasında əldə etdiyi müvəffəqiyyətlər vurğulanacaq.
Fevralın 22-dən martın 2-nə kimi "Ərbakan Həftəsi” elan edildi . Buna görə Türkiyənin 7 bölgəsində 7 şəhərdə – Ərbakan TIRlarında Xocanı tanıtdıran foto sərgilərə, yazılı və əyani materiallara yer veriləcək. Həftəyə xüsusi olaraq planlaşdırılmış "Ərbakan Loqosu” və "Ərbakan Musiqisi”ndən də bütün fəaliyyətlərdə istifadə olunacaq.

ƏRBAKAN ÜÇÜN BEYNƏLXALQ SİMPOZİUM
Mərhum Ərbakanın vəfatına təsadüf edən tarixdə ESAM (İqtisadi və İctimai Araşdırmalar Mərkəzi) İstanbulda beynəlxalq "Ərbakan Simpoziumu” tərtib edəcək. Xocanın siyasət həyatında rəqibləri və tələbələrinin gözündən Ərbakanın anladılacağı simpoziumda ƏİP (Ədalət və İnkişaf Partiyası) üzvü olan bir çox nazir və İslam ölkələrinin təmsilçilərinin iştirak edəcəyi bildirilir. Dörd oturumda keçiriləcək "Beynəlxalq Ərbakan Simpoziumu”nun ardınca isə İstanbulda "Anadolu Gənclik Dərnəyi” və "Səadət Partiyası Gənclik Qolları” tərəfindən proqramların finalı mahiyyətində Sinan Ərdəm adına "Bağlı İdman Salonu”nda "Ərbakan Gecəsi” tərtib olunacaq. "Şüurlu Müsəlmanlar Dərnəyi” də Ankara Kocatəpədə martın 1-də "Müəllim Ərbakan” adlı simpozium tərtib edəcək.

TÜRKİYƏ VƏ DÜNYA MÜSƏLMANLARI XOCANI UNUTMAYACAQ
"Ərbakan Həftəsi”nin koordinatoru və "Səadət Partiyası” Baş Katibi Tacəddin Çətinkaya Türkiyənin Xocanı unutmayacağını vurğulayıb "Ərbakan Həftəsi”nə böyük bir önəm verərək hazırlaşdıqlarını bildirdi: "Ərbakan Xocam həm ölkəmizin siyasi həyatını, həm də ictimai həyatını dəyişdirdi. Bu onun lider xarakterinin ən önəmli göstəricisidir. Bəzi prinsiplər və qaydalarla insanlıq aləminə "Milli Görüş” hərəkatını qazandırdı və 42 il bu hərəkata liderlik etdi”, – deyən Çətinkaya: "Buna görə də Xocamızı Quran-kərim xətmləri və mövludlarla yanaşı, simpoziumlar, sərgilər və gecələrlə yada salacağıq. Onun bu ölkəyə verdiyi faydalarını və "Milli Görüş Hərəkatı”nı ən gözəl nümunələrlə xalqımıza anladacağıq”, – söyləyərək çıxışını belə davam etdirdi: "Ərbakan Həftəsi” ilə əlaqədar fəaliyyətlərimizin yanında gələcəkdə "Milli Görüş” arxivi, kitabxanası və muzeyini yaratmaq yönündə fəaliyyətlərimiz də davam edir. Bununla yanaşı, şəxsən Ərbakan Xocamızın müəllifi olduğu kitablardan meydana gələn "Ərbakan Külliyyatı”nı da yenidən oxuculara təqdim edəcəyik”.




  Şərhlər / 0 Şərh




 Şərh yazın


Ad və soyadınız* :
E-mail* :
Ölkə / Şəhər* :
Şərhiniz* :


ƏLLAMƏ BURQUİ


11

free counters

Sabiqun 2011-2019 © Bütün hüquqlar qorunur
Məlumatlardan istifadə zamanı istinad zəruridir!
Telefon: (+994 50) 429-20-99
Site by: azDesign.ws
 

Yeniliklərə abunə olun