15 Oktyabr 2019









SÜBH NAMAZININ VƏ ORUCUN BAŞLANMASI HAQQINDA
Jurnalımızda namaz vaxtları ilə əlaqədar verilən cədvəl bəzi möminlərin etirazına, bəzilərinin isə təəccüb və heyrətinə səbəb olur. Etiraz edənlər bu cədvəlin ölkədə buraxılan cədvəllərə uyğun olmadığınıdavamı>>
A+ Balacalaşdır A+ Böyütmək

FƏTHULLAH GÜLƏNİN DOSYESİ[1]

Fəthullah Gülən "Risaleyi-Nur” kimi elmi və imani əsərləri oxuyub başa düşmək, çevrəsinə və camaatına ötürüb açıqlamaq üçün girişdiyi cəhd və xidmətlərlə tanınıb önə çıxdı. İslami və insani xüsusiyyətlərlə bəzənmiş, milli və mənəvi dəyərləri mənimsəmiş, xeyirli və yararlı bir gənclik yetişdirmə yolunda yataqxana və dərsxana fəaliyyətlərini, kurs və təqaüd xidmətlərini get-gedə gücləndirdi. 1970-ci illərin ortalarında "Milli Görüş” istiqamətində xidmət edən "Ak-Evlər” hərəkatından qoparılaraq "Akyazılı” Fondu qurdurulan Fəthullah Gülən get-gedə Bədiüzzamanın xəttindən uzaqlaşaraq mason mərkəzlərinə yaxınlaşdı. Dünyaya hökm edən və çox gizli, həmçinin kirli işlər görən sionist məhfəllərə, çox qarışıq və qaranlıq əlaqələr toruna düşdü.
Beləcə, heç bir rəsmi sifət və statusu olmayan, ali təhsil belə almayan sadə və səmimi bir xoca əfəndinin deyil, nazirlərin və səfirlərin belə çata bilmədiyi beynəlxalq bir protokol vəziyyəti ilə Papa ilə proqramlara və siyasətçilərlə bazarlığa başladı. İlk baxışda heç bir rəsmi etiketi və dini təmsil səlahiyyəti olmadan, şəxsi cəhd və mərifəti ilə (hətta bəzilərinə görə xüsusi vəlayət və kəraməti ilə) bu kimi yayğın bir təşkilata və sayğılı bir nüfuza çatdığı sanılsa ... Daha doğrusu, haqqında danışdığımız mərkəzlər tərəfindən belə təqdim olunsa da, əslində o, qlobal quldur dəstəsinin və sionist istismarçı sərmayənin istifadə etdiyi bir maşadır... Qəhrəman kimi göstərilən bir statist idi. Və onun patron yox, piyada olduğu, nəticədə zən və ehtimallarla deyil, rəsmi sənədlər və şahidlərlə ortaya çıxdı.
Amerikadakı sionist Yəhudi strategi və MKİ Orta Şərq şefi və milyonlarla məsum müsəlmanın gizli qatili Qraham E. Fuller Fəthullah Gülənə bunun üçün sahib çıxır və onu yerə-göyə sığdıra bilmirdi. Bu da sənədi:
 
QRAHAM FULLER ÖZ KİTABINDA BUNLARI YAZIR
"Bu hərəkat hələ də Fəthullah Gülənin liderlik etdiyi ən geniş və ən təsirli qanadın adına nisbətdə çoxluqda Gülən hərəkatı və ya Fəthullahçılar olaraq tanınır. Nur hərəkatı yetmiş ildən artıqdır ki, səhnədədir, hal-hazırda Türkiyədə ən geniş mütəşəkkil dini hərəkatdır və dünyada da ən böyük hərəkatlardan biridir. Gülən, ələlxüsus hərəkatın enerjisinin böyük bir hissəsini, necəliyi etibarilə sırf hərtərəfli və geniş mənəvi təlimlərə söykənərək, "İslama modernist bir baxışla yaxınlaşacaq məktəblərin açılması və fəaliyyət qruplarının yaradılması” da daxil olmaqla, təlim-tərbiyə ilə əlaqədar fəaliyyətləri istiqamətləndirir. Təlim-tərbiyə üzərində təmərküzləşən bu hərəkatın elm və texnologiya daxil olmaqla bütün sahələrdə təlim və bilginin dinlə əsla toqquşmadığı, olsa-olsa Allahın varlığı etiqadına və kainatın yaradılış məqsədinin başa düşülməsinə xidmət edəcəyi etiqadını göstərməkdədir. Hərəkat cəmiyyətdə daha yüksək bir mənəvi şüur səviyyəsi yaratmağa və beləliklə, zaman içində daha ...
Klassik Şəriət (İslamın müamilə məsələləri və ədalət əsasları), hərəkatın düşüncəsində mərkəzi bir rol oynamır. Əsasən şəriət, geniş mənada Allahın dərin istəyinin yerinə otuzdurula bilməsi üçün gediləcək "yol” (şəriətin lüğəvi mənası) olaraq başa düşülməkdədir. "Nur” üzvləri cazibə qanununu belə, məsələn, şəriətin ünsürlərindən biri olaraq tanıtdırırlar. Hərəkat islami mətnlərdə, onların liberal (hərfi, hərfiyyən) əmrləri içində deyil, orijinal tətbiqatları çərçivəsində, bu günün yeni çərçivələri işığında şərh edilərək başa düşülməsini təmin etmək üçün ciddi nisbətdə ictihad (şərh) yoluna baş vurur. (Yəni İslamı çağın şeytani şərtlərinə uyğunlaşdırır. – Müə.) Bu mənada da hərəkatın görünüşü son dərəcə modernistdir. (Yəni Fəthullahçılar Ədalətli Quruluş, İslam Birliyi kimi sionizm üçün təhlükəli düşüncələrə sahib deyildirlər).
Fəthullahçı Nur hərəkatı fikirlərində rasionalistdir və plüralist bir cəmiyyət içində Allahın yaratdıqlarının görkəmli çoxüzlü nizamını ifadə edən bütün digər dini (hətta dini olmayan) fikirlərə qarşı tolerant olmağa böyük önəm verir. Fəthullahçıların Türkiyədə 236, ələlxüsus keçmiş Sovet blokuna daxil olan ölkələr də daxil olmaqla 280 məktəb açdığı, bu məktəblərdə, İngiliscə və Türkcə keyfiyyətli dünyəvi (qeyri-dini) təlim verildiyi bildirilir. Təxminən 200 dini fond və 211 ticari şirkət bu fəaliyyətləri maliyyə baxımdan dəstəkləyir.
Fəthullahçı nurçuların bir siyasi partiya qurma niyyətləri olmasa da, hərəkatın liderləri açar məsələlərdə necə səs vermək lazım olduğu mövzularda milyonlara çatan ardıcıllarına əmr şəklində olmayan tövsiyələr verirlər. (Yəni sionistlər milyonlarla insanları böyük qardaşları vasitəsi ilə idarə edirlər. – Müə.) Üzvlər bir çox ənənəvi türk siyasi partiyalarında, az bir hissəsi isə İslamçı partiyalarda təmsil olunmuşlar. Nur hərəkatının bütün qeyri-siyasi mahiyyətinə baxmayaraq, Türkiyənin radikal dünyəviləri (laikləri), ələlxüsus hərbi liderlər bu hərəkatı sahib olduqlarını iddia etdikləri "uzun zaman içində dini fəalları dövlətə yerləşdirmək və nəticədə dövləti ələ keçirmək” niyyəti baxımından təxribatçı və hətta təhlükəli olaraq görürlər. Tam mənası ilə nurçuların müdafiə etdiyi şeydən qorxurlar – insanların qəlblərini dəyişdirməklə cəmiyyətin aşağıdan yuxarıya doğru islamlaşdırılması![2] Bunun nəticəsi olaraq, Fəthullahçı Nurçular nizamlı bir şəkildə ordudan və dövlət qurumlarından təmizlənməkdə, hərəkat və qurumları narahat edilməkdə və məhkəmələrə göndərilməkdədir”[3]. Fuller bu sözləri ilə fəthullahçıları açıq şəkildə müdafiə edirdi.
Amansız şəriət düşməni Bülənt Ecevitin belə Fəthullah Gülənə təriflər yağdırmasının və bəzi fəthullahçıların partiyasından namizədliklərini irəli sürüb deputat seçdirməsinin arxasında, görəsən, hansı hədəflər gizlənir?
Milli Görüş və Ərbakan həqiqətinin qorxusundan yuxuları qaçan Bilderberqçi Ecevetlərin və Qraham Fullerlərin Fəthullah Gülənə və onun siyasi təmsilçisi ƏİP-ə (AKP-yə) bu cür sahib çıxmaları hansı hikmətdən qaynaqlanır?
"Türkiyə demokratikləşdikcə (Fəthullah Gülən və ƏİP-in mənimsədiyi və Amerikanın dəstəklədiyi) mülayim (layt) İslamın türklərin həyatında daha önəmli bir vəziyyətə "geri qayıtması” qaçınılmazdır”, – deyən Qraham Fuller beləcə ağzındakı paxlanı da, beynindəki şeytanlığı da açığa çıxarırdı[4]. Yəni mülayim (layt) İslam tiryəki ilə uydurulan Türk xalqı (eyni zamanda Orta Asiya xalqları – tərcüməçi) Amerikanın könüllü xidmətkarlarına çevriləcək.
 
MKİ (MƏRKƏZİ KƏŞFİYYAT İDARƏSİ)
FƏTHULLAH GÜLƏNİ NƏ ÜÇÜN DƏSTƏKLƏYİR
ABŞ-lı müəllim, sabiq AFSB (Amerikan Federal Soruşdurma Bürosu – FBİ) müşaviri Pol L. Vilyams 2010-cu ilin aprelində Fəthullah Gülən haqqında önəmli bir məqalə yazdı. Sionizm əleyhdarı olaraq tanınan və yanlış siyasətlər ucbatından ABŞ-ın öz başına bəla açdığını müdafiə edən Vilyamsın məqaləsinin ardından Fəthullah Gülənin yaşadığı Pensilvaniyada yayımlanan sağçı qəzet "Pokono Rikord”, Gülənin qaldığı bağ evinə gedərək bağ evinin görüntülərini çəkib yayımladı, Görüntülər Türk mətbuatında da yer almışdı.
Məqaləni yazan Vilyams 29 aprel məqaləsinin ikinci bölümünü nəşr etdirdi. Olduqca sərt dili olan məqalədə Vilyams "MKİ-nin uzun illərdir Güləni dəstəklədiyini” yazmışdı. Vilyamsın "Universal xilafət Pensilvaniyadanmı çıxdı? MKİ bir islamçının ehtiyaclarını qarşılayırmı?” başlıqlı yazısına görə: "Dünya üzərindəki ən xain və təsirli islamçı olaraq adlandırılan Fəthullah Gülən MKİ-nin sabiq casusu Qraham Fuller və ABŞ xarici işlər mənsubları sayəsində daimi oturma izni aldı və Pensilvaniyadakı qalasında artıq ömrünün sonuna qədər rahatdır”.
 
FƏTHULLAHÇILARI MKİ MALİYYƏLƏŞDİRİR
Vilyams yazısında maraqlı ittihamlar irəli sürdüyü üçün nəşr edə bilmədiyimiz bölümündə "MKİ-nin bir dönəm narkotik qaçaqmalçılığından əldə etdiyi pullarla Fəthullah Güləni maliyyələşdirdiyini” iddia edəcək qədər ağır ifadələrdən istifadə etmişdir.
Yazar MKİ-nin nə üçün Güləni dəstəklədiyi sualına isə: "Gülən bu pulla inkişaf etməkdə olan ölkələrin neft və təbii qaz resurslarını nəzarət altına ala bilmək üçün Özbəkistan, Azərbaycan, Qazaxıstan, Türkmənistan və yeni qurulan Rus respublikalarında radikal mədrəsələr və camaatlar qurdu”, – şəklində cavab vermişdir. Hərəkat Gülənin Osmanlı İmperatorluğunu yenidən qurmaq və universal bir xilafət meydana gətirmə təcrübələrini dəstəkləyən altı milyondan artıq müsəlman tərəfdar çəkəcək qədər fəaliyyət qazandı.
MKİ 1999-cu ildən etibarən Gülənin Orta Asiyada yeni qurulan ölkələrin nəzarətini əldə etmək üçün sağlam bir baza qurmaq məqsədi ilə Türkiyədəki laik (dünyəvi) rəhbərliyi mülayim (layt) İslama çevirə bilmə cəhdlərini dəstəkləməyə başladı. Türk səlahiyyətlilər Gülənin niyyətini başa düşüncə xalqı təhrik etmə ittihamı ilə onu həbs etməyə çalışdı. Gülən ölkədən qaçdı və "din xadimi” olaraq xüsusi bir mühacir statusu əldə etdiyi Birləşmiş Ştatlara köçdü.
Vilyams yazısında "Gülənin ölkə xaricindən siyasi iqtidarı (ƏİP-AKP) idarə etdiyini” söyləyib Gülənin müridi olduğunu iddia etdiyi yüksək səviyyəli məmurların adını açıqladı. Vilyams Fəthullah Gülən hərəkatına qarşı dünyada artan şübhəni və reaksiyaları isə belə açıqladı: "Bəzi ölkələr Gülən təhlükəsini başa düşdülər. Onun hərəkatı Rusiya və Özbəkistanda yasaq edildi. Hətta plüralizmi və tolerantlığı mənimsəmiş bir ölkə olan Hollandiya belə yaxın gələcəkdə ictimai nizam üçün qorxu yarada biləcəyi əsası ilə Gülən mədrəsələrindən yardımı kəsmə qərarı aldı”.
 
MKİ NƏ ÜÇÜN HƏLƏ DƏ DƏSTƏKLƏYİR
Vilyams öz yazısında MKİ-nin nə üçün hələ də Güləni dəstəkləməyə davam etdiyini isə belə açıqladı: "Lakin Gülənin islamçı Yeni Dünya Nizamı röyası müsəlman dünyasının hamısında dəstək və təcil qazanmağa davam edir. MKİ hələ də Gülən hərəkatının Orta Asiya müsəlmanlarını birləşdirmə və beləliklə, bu ölkələrin təbii sərvətlərinin nəzarətini Amerikan xalqının sözdə "yaxşılığı” üçün öz öhdəsinə götürmə mövzusunda müvəffəq olacağı etiqadını yaşadır. Üsamə ibn Ladinin universal bir xilafət görüşü artıq sadəcə içi boş bir xəyal deyil. İbn Ladinin xəyalı Fəthullahçılığın əli ilə yumşaldılıb həyata keçirilir”.
MKİ sabiq "Milli Kəşfiyyat Şürası” sədrinin yardımçısı Qraham Fuller Gülənin daimi oturma izni müraciəti üçün tövsiyə məktubunu bax, bu səbəblə verir. Fuller hal-hazırda düşüncə quruluşu RAND şirkəti üçün müşavirlik edir. Quruluşun digər müşavirləri arasında sabiq xarici işlər nazirləri Henri Kissincer və Kondaliza Rays, sabiq müdafiə naziri Donald Ramsfeld, sabiq müdafiə və enerji naziri Ceyms Şeslinger də vardır. Müdafiə Nazirliyi üçün analizlər aparan sözdə "düşüncə quruluşu” RAND bir MKİ hərəkatı möhürü daşıyır. Fuller keçmişdə, digər radikal islamçı hərəkatlara müsaidə etməsi ilə də tanınır. "Təbliğ Camaatı”nı "xalqa öyüdlər verən sülhsevər və qeyri-siyasi bir hərəkat” olaraq dəyərləndirir. Şeyx Mübarək Gilani, "Təbliğ Camaatı” missioneri olaraq 1969-cu ildə ABŞ-a gətirildi. On il sonra "Cəmatul-Fuqra”nı qurdu və İslamçı hərbi təşkilatlanmalar ölkənin hər yerinə yayıldı.
Vilyams yazısında Fəthullah Gülənə də rəy verən digər amerikalılara da belə etiraz edir: "Lakin Gülənin müraciəti üçün yalnız Fuller deyil, sabiq xarici işlər naziri müavini Mark Qrosman və ABŞ-ın Türkiyə səfiri Morton Abramoviç də tövsiyə məktubu yazır. Onların tövsiyə məktublarının möhtəvası daha təəccübləndirici və narahatedici görünür”.
Vilyams yazısının sonuna belə bir qeyd atır: "Yazıları izləməyə davam edin. Ən pisi hələ gəlmədi”.
Fəthullahçılığı bu ayələr işığında yenidən dəyərləndirməliyik: "Ey iman gətirənlər! Əgər siz kitab verilənlərdən (yəni kitab əhlindən) bir dəstəyə itaət edərsinizsə, onlar sizi iman gətirəndən sonra döndərib kafir edərlər”[5].
"Ey iman gətirənlər! Yəhudi və xaçpərəstləri özünüzə dost (vəli və dəstəkləyici) tutmayın! Onlar bir-birinin dostudurlar. Sizdən kim onlarla dostluq edərsə, o da onlardandır. Allah zalım tayfanı düz yola yönəltməz!”[6]
"Allahın qəzəbləndiyi bir tayfanı özlərinə dost tutanları görmədinmi? Onlar nə sizdəndirlər, nə də onlardan. Onlar bilə-bilə yalandan and içirlər.
Allah onlar üçün şiddətli bir əzab hazırlamışdır. Onların etdiyi əməllər necə də pisdir!
Onlar andlarını özlərinə sipər etdilər və (xalqı) Allah yolundan döndərdilər. Onları alçaldıcı bir əzab gözləyir.
Onların nə malları, nə də övladları heç bir vəchlə onları Allahdan qurtara bilməz. Onlar cəhənnəmlikdirlər və orada əbədi qalacaqlar.
Allah onların hamısını dirildəcəyi gün onlar sizə and içdikləri kimi Allaha da and içəcək və bir şey qazanacaqlarını zənn edəcəklər. Bilin ki, onlar əsl yalançıdırlar!”[7]
"Allaha və axirət gününə iman gətirən heç bir tayfanın Allah və Peyğəmbərinə düşmən olan şəxsləri – öz ataları, oğulları, qardaşları, yaxın qohumları olsa belə – sevdiyini görməzsən. Onlar elə kimsələrdir ki, Allah onların qəlblərinə iman yazmış və onları Özündən olan bir Ruhla gücləndirmişdir. Allah onları altından çaylar olan cənnətlərə daxil edəcəkdir. Onlar orada əbədi qalacaqlar. Allah onlardan, onlar da Allahdan razıdırlar. Onlar Allahın firqəsidirlər. Bilin ki, Allahın firqəsi – məhz onlar, nicat tapıb əbədi səadətə qovuşanlardır”[8].
"Allah və Peyğəmbəri bir işi hökm etdiyi zaman heç bir mömin kişiyə və qadına öz işlərində başqa yol seçmək yaraşmaz. Allaha və Onun Elçisinə üsyan edən şəxs, şübhəsiz ki, haqq yoldan açıq-aydın azmışdır!”[9]
İndi artıq ölçü, öz məntiqimiz, sabit fikrimiz, vaxtsız verəcəyimiz hökm, nəfsani rahatlığımız və mənfəətimiz deyil;
1. Quran-kərimin yuxarıda nümunələrini verdiyimiz möhkəm ayələri və Hz. Peyğəmbərin yəhudi və xristianlarla əlaqədar səhih hədisləri,
2. Tarixi gerçəklər və günümüzdə hadisələrin inkişafı işığında Avropa və Amerikanın və bunların yaratdığı qurumların türk xalqının və İslam ölkələrinin əleyhinə olan xəyanət və cinayətləri,
3. Sağlam ağlın və vicdani qənaətin tərəzisində AB, ABŞ və İsrailin imani və qurani xidmətlərə dəstək verib-verməyəcəkləri həqiqətləri istiqamətində insafla düşünülüb dəyərləndirilərsə, Fəthullah Gülənə və ƏİP-ə sionist yəhudilərin və xristian imperialistlərin yardım etmələrinin, İslam dininə xidmət və hörmət üçünmü, yoxsa laytlaşdırıb özünü çürütmək və müsəlmanları özlərinin kölələrinə çevirməklə məğlubiyyət üçünmü olduğu öz-özünə ortaya çıxacaqdır. Xaçlı imperialistlərlə və sionist yəhudilərlə xain əlaqə və əməkdaşlığı Quran nifaq əlaməti sayır.
Elə isə özümüzü, çevrəmizi, mənsubu olduğumuz hərəkat və şəxsiyyətləri bu nifaq pusqusundan qorumaq üçün, əlbəttə, diqqətli olmalı və bir-birimizə nəzarət etməliyik. Bədiüzzamanın təbiri ilə desək, "boynumuzda bir əqrəb olduğunu xatırladana qəzəblənmək deyil, təşəkkür etməyimiz lazımdır”.
Yox, əgər "Fəthullah Gülən və ƏİP hökuməti xaçlı və sionist mərkəzlərin başını qarışdırıb ovuşaraq, İslama və müsəlmanlara xidmət etmək üçün onlardan görünürlər”, – deyirsinizsə, o təqdirdə biz mükəlləf olduğumuz kimi zahirə görə hökm verib, bunların xəyanətkar fəaliyyətlərini tənqid etməyimiz, onların da lehinə olacaq, çünki yəhudi və xristianları daha rahat aldadacaq və inandırıcı şəkildə istifadə etmə imkanları yaranacaq! ... Elə isə bu qədər xırçınlığımızın altında nə yatır?!
Fəthullah Gülənin tələbələri və ardıcılları arasında çox böyük faizdə, gözəl niyyətli, istiqamətli, ibadət və xidmət əhli qardaşlarımız vardır. Bizim bir məqsədimiz də təbliğata qurban getmiş bu möminlərin həqiqəti görmələrinə yardımçı olmaqdır. Rusiya Fəthullah Gülən məktəblərini nə üçün bağladı və kimlər açdırdı?
Putin idarəçiliyi ölkə içindəki Fəthullah Gülən məktəblərini bağlamaq üçün hərəkətə keçdi. Gülənə bağlı müxtəlif şirkətləri yaxın nəzarətə götürən Rus rəhbərliyi, məktəbləri "Amerikan və İngilis casusu yetişdirmə mərkəzi” olaraq gördü. Rusiya məhəlli idarəçiləri arasında bu məktəblərdə oxumuş bəzi vəzifəlilərin də işinə son verilməsi üçün hazırlıqlar aparıldı.
Rusiya Federasiyası, Fəthullah Gülən məktəblərini "MKİ-yə bağlı olduğu” əsası ilə bağlamağa başladı. Əlimizdə olan məlumatlara görə Rusiya Federasiyası rəhbərliyi Fəthullah Gülən məktəblərini açan şirkətləri yaxından nəzarətə götürür və haqqında danışılan əməliyyat Fəthullahçı camaat məktəblərinə və şirkətlərinə qarşı aparılan təhqiqatların ən əhatəlisi idi. Digər tərəfdən Rusiya Federasiyası, məhəlli idarəçiləri arasında bu məktəblərdə oxumuş bəzi vəzifəlilərin də işinə son verdi. Rus səlahiyyətlilər Fəthullah Gülən məktəblərini açıq şəkildə "Amerikan və İngilis casusu yetişdirmə mərkəzi” olaraq tanıtdırırdı. Digər yandan Türkiyə ictimaiyyətinə "modern məktəblər” olaraq təqdim olunan bu məktəblərin bəzilərində çox xain və siyasi fəaliyyətlər aparıldığı və ABŞ-ın dünya hakimiyyəti üçün beyinlərin yuyulduğu xüsusilə vurğulanırdı. Moskvada nəşr olunan "Nezavisimaya” qəzeti 2000-ci ilin iyulunda Fəthullah Gülənin Rusiyadakı tərəfdarlarının iqtidar orqanlarına sızdığını yazırdı. Haqqında danışılan məktəblərin Rusiyanın türkcə danışan bölgələrində qurulduğunu bildirən "Nezavisimaya” Tatarıstanda 8, Başqırdıstanda 4, Qaraçay-Çərkəz, Çuvaşıstan, Saxa Pespublikasında (Yakutiyada) da bir məktəb olduğunu açıqlayırdı. Qəzetdəki yazıda məktəblərdə "Amerika heyranlığı və İsrail təbliğatı” aparıldığı bildirilərək bu quruluşların təftiş edilməsi istənilirdi.
Rusiya Federal Təhlükəsizlik Xidmətinə (RFTX) görə casusluq edilirdi. Rusiya Daxili Təhlükəsizlik Təşkilatı RFTX-nin sədri Nikolay Patruşev 2002-ci il 17 dekabr türk mediasında yer alan açıqlamasında, həyata keçirdikləri ən müvəffəqiyyətli fəaliyyətlər arasında "türk casusların ifşa edilməsi”ni də sayırdı. RFTX sədri 2002-ci il fəaliyyət məruzəsində Fəthullah Gülən məktəblərində işləyən müəllimlərin casusluk fəaliyyətlərinin ifşa edildiyini bildirirdi. RFTX sədri açıqlamasında məktəblərin sahibi məqamındakı "Tolerans”, "Sərhat” və "Ufuk” fondlarının adlarını verirdi.
Buna görə də Rusiyanın Başqırdıstan Muxtar Respublikasında Fəthullah Gülən məktəblərindəki 10 müəllim 2003-cü ilin iyulunda ölkədən qovuldu. Həmçinin Başqırdıstan Təhsil Nazirliyinin qovulan müəllimlərin işlədiyi məktəbi quran "Sərhat” fondu ilə bütün müqavilələrini ləğv etdiyi bildirildi. Bu hadisədən sonra Buryatiya Respublikasında da Fəthullah Gülən məktəbi haqqında təhqiqat başladı.
"Milliyyət” qəzeti Moskva müxbiri Cenk Başlamış 7 sentyabr 2003-cü il xəbərində Rusiyada Fəthullah Gülən məktəblərinin təmsilçisi durumundakı "Tolerans” Fondunun Sədri Mustafa Şirinin qovulduğunu bildirmişdi. Xəbərdə: "Şirin həftə içində Rus hava yolları "Aeroflot”a aid bir təyyarə ilə gəldiyi Şeremetyevo-2 Hava limanından giriş etmək istədi, lakin pasport kontrolu sırasında "Rusiyaya girişi yasaq olduğu” əsası ilə ölkəyə girişinə izin verilmədi. Qanunları pozduğu əsası ilə Rusiyaya girişi 5 il yasaq olan Şirin gecəni təyyarə limanında qalıb ertəsi gün Türkiyəyə göndərildi. "Tolerans” Fondu sədri Şirin Rusiyanın Türk məktəbləri ilə əlaqədar olaraq indiyə qədər deport etdiyi ən üst səviyyədəki təmsilçisidir”, – deyilirdi.
Yenə həmin xəbərdə RFTX-nin sədri Nikolay Patruşevin verdiyi açıqlamanın ardından Rusiya Təhsil Nazirliyinin Fəthullah Gülən məktəblərinə qarşı əhatəli bir təhqiqat başladığı bildirilirdi. Bu çərçivədə Rusiyanın müxtəlif bölgələrində 10-a yaxın məktəb bağlanarkən 50-dən artıq türk vətəndaşı ölkədən qovuldu.
Lakin ABŞ, İsrail və Türkiyədən kimlərsə vasitəçi edildikdən sonra Rusiya camaatın məktəblərinə qarşı əməliyyatlara son verdi.
 
HARADAN HARAYA GƏLİNDİ
Bədiüzzamanın Qurandan qaynaqlanan "Risaleyi-Nur” deyilən imani və əxlaqi əsərlərini oxumaq, oxutmaq və beləcə şüurlu və hüzurlu bir nəslin yetişməsinə vasitəçi olmaq kimi xeyirli bir məqsədlə girişilən xidmətlər zamanla cığırından çıxmağa başladı.
"Bədiüzzamanın müjdələdiyi və gəlişinə hazırlıq mahiyyətində xidmətlər etdiyi Hz. Mehdi” havası ilə özünü mərkəz alan Fəthullahçı təşkilatlanma; "İşıq evləri”ndə beyinləri bu istiqamətdə yuyulan tələbələrdən bir çəyirdək kadr ortaya çıxardılmağa çalışılırdı və mason mərkəzlər və xəstə media tərəfindən "hadisələrin bu cür inkişafından” narahat olurlarmış görüntüsü ilə davamlı gündəmdə saxlanılıb reklam edilməyə çalışılırdı.
Fəthullah Gülənin: "Bu evlərin tərbiyəsindən keçməyənlər insanlıq özündən məhrumdurlar. ... İşıq evləri ürəyi pak, imanı polad kimi olan insanların yetişdiyi müqəddəs məkanlardır[10]”, – şəklində tanıtdırdığı bu evləri Rotari Klubların dəstəkləməsi də mənalıdır...
Fəthullah Gülən işıq evlərində yetişməyənləri "insanlıq özündən məhrum” saymaqda idi, yəni ona tabe olmayanlar nəinki müsəlmançılığa, insanlıq şərəfinə belə çata bilməzdi! ...
Halbuki Nevval Sevindinin Amerikadan yolladığı və 22 iyul 1997-ci il tarixli "Yeni Yüzillik” qəzetinin 5-ci səhifəsində nəşr etdiyi "Fəthullah Gülənlə Nyu-York Söhbəti” yazısına görə: "Fəthullah Gülən Xoca Əfəndi respublika cumhuriyyət ideologiyasının yaratmaq istədiyi "müsəlman avropalı türk” tipinin memarı idi. ... O, "dini bütün və qərb formasiyalı yeni bir sintez” ustası idi...”
Bu təsbit doğrudur... Bəli, xarici qüvvələrin əli ilə Fəthullah Gülənə verilən missiya; Qərb ilə uyğunluq içində olan və ona uyuşan layt müsəlman tipi meydana gətirmək idi. Bu tip Allahın istədiyi deyil, Avropa və Amerikanın mənimsədiyi bir müsəlmandır... Lakin bu gerçəyi də xatırladaq ki, bu cür təşəbbüslər hesaba görə bəzi təxribatlar törədəcəkdi... Lakin əsla məqsədlərinə çata bilməyəcəklər və müvəffəq ola bilməyəcəklər, çünki İslamı istismar təşəbbüslərin hamısından nəticədə İslam qazanclı çıxacaq. Fəthullah Gülənin pərdə arxasını sezən səmimiyyət və istiqamət sahibi insanların da bu xain və sionist mühasirəni qırmaları yaxındır...
Bu sualın mütləq verilməsi, doğru və qaneedici cavabının tapılması lazımdır:
Bir zamanlar: "Amerika və Rusiya sistem olaraq materialist fəlsəfəni mənimsəmişdir. Əslində nə Rusiyanın, nə də Amerikanın bizə baxış tərzi fərqli deyildir. Hətta heç bir fərq yoxdur, – deyilə bilər. İsrarla deyirik ki, ikisi də bizim aman verməz düşmənimizdir”[11], – deyən Fəthullah Gülənə nə oldu ki, indi: "Amerika, hələ də bu dünya gəmisinin sükanında oturan bir millətin adıdır. ... Amerika hal-hazırda bütün vəziyyəti və gücü ilə bütün dünyaya komanda verə bilir və buna layiqdir”[12], – deməyə və Amerikanı öyməyə başlamışdır?
Fəthullah Gülənin əsl məqsədi İslamı yaymaqdır, yoxsa sionist Gizli Dünya Dövlətinin kovboyu olan Amerikaya uyğunlaşan mülayim (layt) vətəndaş hazırlamaqdır?
Prof. Dr. Alpaslan İşıqlının təsbiti ilə "ölkə xaricindəki məktəbləri ilə, Türkiyədəki fond, dərsxana, universitet fəaliyyətləri ilə sionist imperializmin dünya hakimiyyətinə və qlobal bir totalitarizmin qurulma hədəfinə xidmət edilməkdədirmi?”[13]
Daha əvvəllər: "Səbəblərə riayət bir məsuliyyət olsa da, onlara "həqiqi təsir vermək” apaçıq bir zəlalət və ilhirafdır”, "İt özünü bəsləyəni sahibi olduğu zənn edir və buna görə də sahibinə göstərdiyi sədaqət görünüşə, yəni səbəbiyyətə dayanır”[14], – deyən Fəthullah Gülən indi necə olur ki, "Amerika ilə dostca davranmayan və Amerika istəmədən, dünyanın heç bir yerində, heç kimə və heç bir şey etməyə qoymazlar....
İndi (mənə bağlı) bəzi könüllü quruluşlar dünya ilə inteqrasiya adına (yəni sionizmlə uyuşaraq) gedib dünyanın müxtəlif yerlərində məktəblər açırlarsa, bu etibarla, məsələn, Amerika ilə toqquşduğumuz halda bu layihələrin gerçəkləşdirilməsi mümkün olmaz...”[15], – deyərək hamını qeydsiz-şərtsiz Amerikaya təslim olmağa çağırmaqdadır?
Fəthullah Xocaya görə güc və qüvvət sahibi Allahdır, yoxsa Amerika?
"Amerika hələ uzun bir zaman dünyanın taleyində çox önəmli rol oynayacaqdır. Bu reallıq qəbul edilməli, Amerika göz ardı edilərək, orada-burada özbaşına bir iş görməyə təşəbbüs göstərilməməlidir.
Rusiya belə bizi dəstəkləsə, əgər Amerika istəməzsə, işinizi pozacaqdır... Çünki Amerika öz işlərinin pozulmamasını istəyir. Bu yaddan çıxarılmamalıdır”[16], – deyəcək qədər Amerikaya tapınan və sonizmin yenilməz gücünə (!) sığınan bir Fəthullah Gülən, əcəba, Quran qəhrəmanıdır, yoxsa Amerikanın kuklasıdır?
Gözlənən Məsihdir, yoxsa Papalıq missioneri?
Moizələrində və kitablarında: "Həzrət Məsih (İsa əleyhissəlam) axırzamanda o önəmli missiyanı əda etmək üçün mütləq nüzul edəcəkdir. Nüzul edəcəkdir, lakin içinizdn mənəvi şəxsiyyətin ehtiva etdiyi məna və ruha nüzul edəcəkdir”[17], – deyərək dolayı şəkildə Məsihliyini və Mehdiliyini elan edən və nə qədər insanı buna inandıran Fəthullah Gülən;
"Sizinlə müşərrəf olmağı bəxş etdiyiniz üçün Zati-alilərinizə ən dərin qəlbi təşəkkürlərimizi təqdim edirik”, – deyə başladığı Papaya məktubunda; "Papa VI Pavel cənabları tərəfindən başladılan və davam etməkdə olan Papalıq Şurası Missiyasının bir parçası olmaq üçün buradayıq”, – deyir.
İndi isə ağlımıza və vicdanımıza güvənərək soruşaq:
"Fəthullah Gülən gözlənilən Məsih, yaxud Mehdidirmi? Yoxsa, özünün etirafı və ifadəsi ilə Papalıq Şurası Missiyasının bəsit bir parçasıdır?”
Təqiyyə etdiyi və ikiüzlülük etdiyi açıqdır. Lakin, əcəba, əslində aldatmaq və istifadə etmək istədiyi xristianlar və musəvilərdir, yoxsa müsəlmanlar?
Doğru cavab budur: "Yəhudilər və xaçlı imperialistlər Fəthullah Güləndən Fəthullah Gülən isə müsəlmanlardan istifadə edir. "Çağ və Nəsil” seriyasının 4-cü kitabının son yazısında və lider başlığı altında: "Və əvvəlkilərin qəhti-rical (dövlət adamı qıtlığı) dedikləri səviyyəli insan, idarəçi və kadr ilə lider qıtlığı yaşanır. Yaxın keçmiş və hal-hazırdakı vəziyyəti etibarilə: Bu qarışıq dünyanın həqiqi mənada bir lider tanıyıb-tanımadığını bilmirəm; bildiyim tək şey varsa, o da bizim dünyamızda belə bir lider yoxdur. ... O polad sinələrin və sədaların yerində, indi milçəklər uçuşur... Bəli, işıldaquşların ulduza çevrildiyi, milçəklərin qartallaşdığı bu talesizlər diyarında indi aslan zağaları tülkü fəaliyyətləri ilə inləyir... Bülbül yuvaları sağsağanların əlində pərişan və hər tərəfdə şənliklər tərtib edir... Hakim güclər, insafsız və istismar ovunda... Xülaseyi-kəlam, böyük bir dünya başıboşların əlində və bir başdan o biri başa lidersizliklə qıvrım-qıvrım qıvrılır...”, – deyir və ardınca "Necə bir lider?” – deyə özünü anlatmağa başlayır. ... Yaxın keçmişdəki və günümüzdəki bütün dini və siyasi liderləri beləcə kiçik görən və pisləyən Fəthullah Gülənin indi Amerikaya və Papalığa qarşı pərəstişkarlıq dərəcəsindəki hörmət və təslimiyyəti necə uyğunlaşdırılacaq?
Bax, Xoca Əfəndinin Papaya məktubu: "Çox möhtərəm Papa cənabları!
Üç böyük dinin doğum yeri olaraq tanınan torpaqların, dünyanı daha yaxşı yaşana bilən bir məkana çevirmə yolundakı müqəddəs missiyamızı tam mənası ilə bilən xalqından sizə ən içdən gələn salamları gətirdik. Gərgin gündəminizdə bizə zaman ayıraraq sizinlə müşərrəf olmağı bəxş etdiyiniz üçün Zati-Alilərinizə ən dərin qəlbi təşəkkürlərimizi təqdim edirik.
Papa VI Pavel cənabları tərəfindən başladılan və davam etməkdə olan Dinlərarası Dialoq Üçün Papalıq Şurası missiyasının bir parçası olmaq üçün buradayıq. Bu missiyanın həqiqətə çevrilməsini görməyi arzu edirik. Ən aciz bir şəkildə, hətta bir az cürətlə, bu çox qiymətli xidmətinizi icra etmə yolunda ən təvazökar yardımlarımızı təqdim etmək üçün yanınıza gəldik.
İslam səhv başa düşülən bir din olmuşdur və bunda ən çox təqsirləndirilən müsəlmanlardır. Uyğun bir yerdəki vaxtlı bir cəhd bu səhv başa düşülmənin böyük faizdə azalmasına yardımçı ola bilər. Müsəlman dünyası İslamın əsrlərlə ölçülən səhv dərk edilməsini silib atacaq bir dialoq imkanını bağrına basacaqdır. Bəşəriyyət zidd olan görüşlər ortaya qoyduqları əsası ilə, zaman-zaman elm adına dini, din adına da elmi inkar etmişdir. Bilginin hamısı Allaha aiddir və din Allahdandır. O halda bu ikisi necə bir-birinə zidd ola bilər? İnsanlar arasında anlayışı və tolerantlığı artırma istiqamətində dinlərarası dialoqa aid müştərək cəhdlərimiz çox iş görə bilər.
Öz ölkəmizdə bu vaxta qədər müxtəlif xristian məzhəblərinin liderləri ilə dialoq içində olduq. Bu dəyərsiz cəhdlərin boşa çıxmadığını acizanə bir şəkildə ifadə etmək istəyirik. Məqsədimiz bu üç böyük dinin inananları arasında tolerantlıq və anlayış yolu ilə bir qardaşlıq yaratmaqdır. Biz bir araya gəlməklə sözdə mədəniyyətlər müharibəsinin həqiqətə çevrilməsini görmək istəyən yolunu çaşmış və şübhəçi şəxslərin qarşısına dalğaqıranlar kimi, istərsəniz baryerlər deyin, çıxa bilərik.
Keçən il bəzi məşhur beynəlxalq elm adamlarının iştirak etdiyi və mövzusu "mədəniyyətlər arası sülh və dialoq” olan bir simpozium tərtib etdik. Bu müvəffəqiyyətli cəhddən aldığımız təşviqlə bu cür fəaliyyətləri təkrarlamaq istəyirik. Hal-hazırda üç böyük dinin mənsubları arasındakı bağları gücləndirmə istiqamətində dinlərarası dialoq mövzusunda Vatikanın da təmsil ediləcəyini ümid etdiyimiz bir konfrans tərtib etmə mərhələsindəyik.
Yeni fikirlərimiz varmış iddiasında deyilik. Yenə güzəştinizə sığınaraq, bu missiyanın hədəflərinə yaxından xidmət etmək üçün öhdəmizə götürmək istədiyimiz bir neçə təklif verməyi arzu edirik. Xristianlığın 3000-ci ilinə girişi münasibəti ilə keçiriləcək tədbirlər vəsiləsi ilə Orta Şərqdəki Antakya, Tarsus, Efes və Qüds kimi bəzi müqəddəs yerlərə ziyarətləri ehtiva edən bir çox fəaliyyətlər təklif etmək istəyirik. Bunu möhtərəm prezidentimiz Dəmirəlin, cənablarınızın ölkəmizi ziyarətinə və adı çəkilən məkanları göstərməyə dəvətini təkrarlamaq üçün bir fürsət hesab edirik. Anadolu xalqı sizə qonaqpərvərliyini göstərməyi və şövqlə salamlamağı hərarətlə gözləyir. Fələstinli liderlərlə dialoq qurmaq surəti ilə Qüdsü birlikdə ziyarət etməyimizə dəvətnamə çıxara bilərik. Bu ziyarət bu mübarək şəhəri xristianlar, yəhudilər və müsəlmanların, heç bir məhdudlaşdırma, hətta viza belə olmadan sərbəstcə ziyarət edə biləcəyi beynəlxalq bir bölgə olaraq elan etmə cəhdləri istiqamətində div bir addım təşkil edə bilər. Üç böyük dinin liderlərinin əməkdaşlığı ilə ilk Vaşinqton K. D. (Kolumbiya Dairəsi)-ndə olmaqla dünyanın müxtəlif paytaxtlarında konfranslar silsiləsinin gerçəkləşdirilməsini təklif edirik. İkinci silsilənin zamanı üçün Hz. İsanın doğumunun 2000-ci ildönümü ideal ola bilər.
Bir tələbə dəyişmə proqramı da çox faydalı olacaqdır. Etiqadlı gənc insanların birlikdə təhsil görməsi bir-birinə yaxınlıqlarını artıracaqdır. Tələbə dəyişmə proqramı çərçivəsində üç böyük dinin atası olduğu iqrar edilən Həzrət İbrahimin doğum yeri olaraq bilinən Urfa şəhərindəki Hərranda bir ilahiyyat məktəbi qurula bilər. Bu, ya Hərran Universitetindəki proqramların genişləndirilməsi şəklində, ya da üç dinin ehtiyaclarını da təmin edəcək əhatəli bir tədris planına sahib olan müstəqil bir universitet şəklində həyata keçirilə bilər.
Təklif edilən proqramlar aşırı böyük işlər kimi başa düşülə bilər. Lakin bunlar əlçatmaz deyildir. Dünyada iki tip insan vardır: Bəziləri özlərini cəmiyyətə uyğunlaşdırmağa çalışır. Digərləri isə cəmiyyətə tabe olmaqdansa, cəmiyyəti öz dəyərlərinə uyğunlaşdırmaq istəyir. Cəmiyyət bütün irəliləyişlərini bu ikinci tip insanlara borcludur. Onları yaratdığı üçün Rəbbə şükürlər olsun! (M. Fəthullah Gülən) Rəbbin aciz qulu (8 fevral 1998)”.
İndi isə soruşuruq:
1. Fəthullah Gülənə Papa ilə görüşmək və əməkdaşlıq etmək üçün Türkiyə və dünya müsəlmanları belə bir səlahiyyət verdimi? Yoxsa, məlum və məlun mərkəzlər ona belə bir qobur keçirdi?
2. Bu davranışı və tələffüzləri ilə İslamın təbliğçisi və təmsilçisidir, yoxsa Vatikanı da nəzarətinə alan sionizmin xidmətçisidir?
3. Hz. Peyğəmbərin dövrünün önəmli dövlət liderlərinə göndərdiyi və "Ya pozulmuş və batil etiqadlarınızı buraxıb İslamiyyətə və mənim peyğəmbərliyimə iman gətirərsiniz, yaxud da bütün təbəənizin də günahını üzərinizə alaraq Cəhənnəmə girərsiniz”, – möhtəvalı məktubları ilə Fəthullah Gülənin Papaya yazdığı məktubunda dedikləri eyni sözlərdimi? Halbuki Peyğəmbərimizin davranışı izzət və dəvət, bununku isə zillət və təslimiyyətdir.
4. Fəthullah Gülən həddini aşaraq "bu günə qədər İslamiyyətin səhv başa düşüldüyünü və bunun müsəlmanların günahı olduğunu”, – deyir və həqiqətin özü tərəfindən ortaya qoyulacağına işarə edir! ... Yaxşı, bu günə qədər sahib çıxdığını iddia etdiyi Bədiüzzaman və onun izlərini təqib etdiyi bütün əhli-sünnə alimləri İslamın nəyini səhv başa düşmüşdü və hansı səhvləri müsəlmanlara öyüd vermişlər?
5. Papanı Türkiyəyə dəvət və müqəddəs yerləri ziyarət təklifini, Süleyman Dəmirəl adına təkrarlama səlahiyyətini və cəsarətini ona kim vermişdi? Yoxsa, mason Dəmirəl ilə xüsusi bir irtibat içindədir? Bəs, bu Xoca və dəstəsi siyasətdən uzaq idi?
6. Urfada üç dinin müştərək təhsilini verəcək ilahiyyat məktəbini açma qərarı İsrail ilə bərabər verilmişdirmi? Çünki ƏİP-çi bələdiyyə sədri dövründə bu layihə İsrailin yardımı ilə Urfada gerçəkləşdirilmişdi.
7. Fəthullah Gülən, əcəba, insanlığı, ən azından öz tərəfdarlarını islami dəyərlərə görə yenidən düzəltmək və yer üzündə ədalətli bir quruluş yerləşdirmək istəyən nadir və öndər bir şəxsiyyətdir? Yoxsa, Papalıq Şurasının bəsit bir parçası, Papa həzrətlərinin və CAL-a (Cənub-Şərqi Anadolu Layihəsi – Türkcə qısacası QAP) yatırım qoyan İsrailin bir xidmətçisidir?
ARDI VAR
ARAŞDIRMA QRUPU
___________________________________________
[1] Müəyyən şəxs barədə sənədlər və materiallar toplusu, kadrlar üzrə şəxsi vərəqə
[2] Yaxşı, Türkiyə Silahlı Qüvvələri ABŞ-ın nəzarətindən çıxıb, yoxsa Fəthullahçılar yəhudi lobbilərinə kiralanıb? Və ya sionist zalım Qraham Fuller müsəlman olub ki, Türkiyədə İslamın inkişafına belə bir şəkildə sahib çıxır? – Müə.
[3] Qraham Fuller, "Siyasi İslamın Gələcəyi”; s. 220-223. Timaş yayınları
[4] Qraham Fuller, "Siyasi İslamın Gələcəyi”; s. 214 Timaş Yayınları
[5] "Ali-İmran”; 100
[6] "Maidə”; 51
[7] "Mücadələ”; 14-18
[8] "Mücadələ”; 22
[9] "Əhzab”; 36
[10] "Prizma”; 2, s. 12-13
[11] "Əsrin Gətirdiyi Tərəddüdlər”; T.O.V nəşriyyatı, s. 200
[12] Nevval Sevindi; s. 39
[13] Prof. Dr. Alpaslan İşıqlı, s. 85
[14] Fəthullah Gülən, F. F c. 2, s. 212
[15] Nevval Sevindi, s. 39
[16] M. Emin Dəyər, "Bir Respublika Düşməni”, s. 283
[17] Yəni Hz. İsa hal-hazırda içinizdə olan, lideriniz və təmsilçiniz olan şəxsiyyətə, yəni özünə enəcəkdir.


  Şərhlər / 0 Şərh




 Şərh yazın


Ad və soyadınız* :
E-mail* :
Ölkə / Şəhər* :
Şərhiniz* :


ƏLLAMƏ BURQUİ


11

free counters

Sabiqun 2011-2019 © Bütün hüquqlar qorunur
Məlumatlardan istifadə zamanı istinad zəruridir!
Telefon: (+994 50) 429-20-99
Site by: azDesign.ws
 

Yeniliklərə abunə olun