15 Oktyabr 2019









SÜBH NAMAZININ VƏ ORUCUN BAŞLANMASI HAQQINDA
Jurnalımızda namaz vaxtları ilə əlaqədar verilən cədvəl bəzi möminlərin etirazına, bəzilərinin isə təəccüb və heyrətinə səbəb olur. Etiraz edənlər bu cədvəlin ölkədə buraxılan cədvəllərə uyğun olmadığınıdavamı>>
A+ Balacalaşdır A+ Böyütmək
Bu Amerikalı professor niyə fəryad edirdi?
Çalmers Canson (Koliforniya Universitetinin fəxri professoru və amerikalı yazıçı) "Ze Sorrous of Empaiə, Nyu York, 2004” adlı kitabında ABŞ-ın xarici siyasətinin bütünlüklə Vulfoviç kimi neokonservatistlərin (yenimühafizəkarların) söz sahibi olduğu Pentaqonun əlində olduğunu, Ağ Evin bay-pəs edildiyini bildirir: "ABŞ ona-buna demokratiya satmaq istəyir. Orta Şərqə də "demokratiya yoxdur”, – əsası ilə müdaxilə edir, amma özü demokratiyanın prinsiplərindən uzaqlaşır. ABŞ bir imperatorluq oldu və militarist (hərbçi) bir nizamla idarə olunur. Lakin ABŞ imperatorluğunu digər imperatorluqlardan ayıran önəmli bir xüsusiyyət vardır; ABŞ imperatorluğu bir "hərbi bazalar imperatorluğu”dur. İngilis, ya da Fransızlar kimi getdiyi yerlərdə torpaq işğalı məqsədi güdmür, dünyanın müxtəlif bölgələrini "hərbi bazalar”ı vasitəsilə nəzarət altında tutub ələ keçirməyi hədəfləyən bir imperatorluqdur Amerika. ...” – deyə xəbərdarlıq edir və əlavə edir: "ABŞ hərbi ləvazimatlarını Türkiyədən keçirmək üçün 7 liman və 6 hava limanından istifadə etmək icazəsi aldı. ABŞ-ın istifadəsinə verilən liman və sahələrə aid qərar tətbiq olundu. Buşun keçən aylarda açıqladığı "Türkiyə cəbhə ölkəsidir”, – sözləri ABŞ-a verilən liman və hərbi bazalarla daha bir məna qazandı.
Xəbər verməyə davam edirəm, sevimli oxucu! Necədir, xoşunuza gəlirmi? Tam başqa bir budağa qonuruq... "Nə əlaqəsi var?” – deməyin, başa düşən üçündür. Ən böyük yəhudi nişanı Nazarbayevə verildi. Dünya Yəhudiləri Şurası, Qafqazın enerji mərkəzlərindən Qazaxıstanın Prezidenti Nursultan Nazarbayevə, mədəniyyətlərarası dialoqa xidmətlərinə görə "Beynəlxalq Maymonid Nişanı” (ən böyük yəhudi nişanı) verdi. Avrasiya Quruluşları Birlikləri təmsilçiləri və Nazarbayev tədbirdən sonra Astanada "Raçel-Habad Lyubavivç”i mərasimlə açdılar”[18].
Bu ən böyük yəhudi nişanının Nazarbayevə verilməsinin digər önəmli səbəbi isə Fəthullah Gülənin məktəblərinə verdiyi dəstək olduğu danışılmaqdadır.
Fəthullah Gülənlə "Vəhdət Kilsəsi” ("Mun Təriqəti”) və Mason əlaqələri beyinləri qarışdırır:
Vəhdət Kilsəsi (Mun Təriqəti) ilə Fəthullah təşkilatı arasındakı təşkilatlanma modellərindəki sionist rabitələrlə yanaşı ən önəmli oxşarlıq isə birinin məsihliyə, digərinin isə İslam təmsilçiliyinə və mehdiliyə dayanmasıdır. Hər ikisini də təşkilatlandıran Amerikadakı sionist quruluş CSİS-dir. ("Strateji və Beynəlxalq Tədqiqat Mərkəzi”, sionist təşkilkatdır.)
CSİS 1962-ci ildə Corctaun Universitetində qurulmuşdur. Amerika dövlətinə, ələlxüsus neft və silah şirkətlərinə xidmət edirdi. Xarici ölkə idarəçiləri ilə, bürokratları ilə, Amerikan mənfəətlərinə dolayısı ilə, yaxud birbaşa xidmət edən akademiklərlə əlaqə quran CSİS bir dövlət qurumu olduğu halda Yeni Dünya Nizamına uyğunlaşmaq üçün şirkətə çevrildi. CSİS Orta Şərq neft siyasəti araşdırmaları ilə də diqqət çəkirdi. Orta Şərq bölümünün içində Türkiyəyə də ayrı bir bölüm açıldı. CSİS kadrlarına kəşfiyyat təşkilatlarında və xarici ölkələrdəki diplomatik missiyalarda dünya təcrübəsi qazanmış sabiq dövlət məmurları rəhbərlik edir. Üçüncü ölkələrin adamları da bunlara məruzələr hazırlayırdı.
CSİS xarici dövlətlərin səlahiyyətli şəxslərini də lazım olduqda ABŞ-a qonaq çağırıb əlaqəli mövzularda konfrans vermələrini təmin edirdi. Bunların arasında Türkiyə baş nazirləri də vardı. Hətta CSİS Qafqaz neft boru xətləri ilə əlaqədar toplantılarını Türkiyə Respublikası Baş Nazirliyində keçirdi. Sonralar Baş Nazirliyin müşavirliyinə gətirilən DSP (Demokratik Sol Partiya) millət vəkili və Ecevitin ABŞ səyahətlərində ən böyük yardımçısı, 2002-ci ildə Kiprdən məsul Dövlət Naziri, Harvard məzunu Təyyibə Gülək komitənin katibi idi. MKİ-nin belə bir yuxarı təşkilatı kimi çalışan CSİS Fəthullah Gülənin də ən böyük dəstəkçisi idi.
Çox yaxında ölkə ilə yanaşı ABŞ-da da "lobbi” yaratmaq əsası ilə məktəblər açılması bir qəzetdə bu açıqlama ilə yer aldı: "Gülənin indiki planı ABŞ-da Türklərə də, amerikalılara da təhsil verəcək bir universitet açmaqdır. Virciniya ştatında bağlı kiçik bir məskənləşmə bölgəsi olan Stanşəndə boşaldılmış bir xəstəxana binasını təhvil alan Fəthullahçı qrup burada mindən artıq tələbənin oxuya biləcəyi bir universitetin qurulması çalışmalarına başlamışdır. Gülən Londonda kollec açmış, riyaziyyat doktoru bir Fəthullahçı Stanşən Bələdiyyəsi ilə razılğa gəlinərsə, universitetin dünyanın hər bir yerindən gələcək tələbələrə "bəli”, – deyəcəyini açıqlamışdır”[19].
Fəthullah Gülənin adamları bütün dünyada, Tanzaniyadan Çinə qədər əksəriyyəti Sovet İttifaqı Türk respublikalarında yerləşən 200-dən artıq məktəb açmışlar. Bu məktəblər İslamdan çox guya türk qövmiyyətçiliyini əsas götürən "mülayim” (layt) İslam fəlsəfəsini yayır. Balkan ölkələrindən Çinə qədər Türkiyəni model ölkə götürən seçilmiş kadrlar yetişdirməyi məqsəd olaraq qarşısına qoymuşdur. Bu quruluşlar müsəlman olmayan tələbələri alaraq, bəlkə də, ingiliscədən təməl təhsil dili olaraq istifadə etdiklərinə görə yalnız seçilmişlərin övladlarını oxudur. İndi ingilis dilində təhsil verməyi əsas alan bu qurumların hansı türk qövmiyyətçiliyini əsas aldığı, yaxud necə olub da Tanzaniya və Çin rəhbərlikləri seçilmiş ailə övladlarının "türk qövmiyyətçiliyini əsas alan” bir təhsildən keçirilməsinə göz yumduqları nə üçün soruşulmur?
Sionist yəhudi Qraham Fuller onu: "Bir adam və hərəkatı”, – deyə öyürdü.
2001-ci il 26-27 apreldə Corctaun Universitetində CMCU-nun son konfransının mövzusu "Bir adam və onun hərəkatı” idi. Bu konfransda Fəthullah Gülənin son əlli ildə inkişaf edən islami hərəkatlar içində təşkilatlanan tək hərəkat olduğuna diqqət çəkildiyinə və sabiq MKİ şefi Qraham Fullerin RAND şirkəti adına Türkiyə Nurçuluğunu araşdırmağa başlamış olduğuna diqqət edilərsə, ABŞ ilə "inteqrasiya”nın liberal olaraq tamamlanmaqda olduğu söylənə bilər.
CMCU ("Müsəlman-Xristian Anlaşma Mərkəzi”) konfransında iştirak edənlərin kimlikləri və təcrübələri Corctaun Dövlət Universiteti ilə yanaşı ABŞ rəhbərliyinin və yəhudi təşkilatları ilə Alman Vəqflərinin Türkiyədəki din və ifadə hürriyyətinə verdikləri dəyərin açıq bir göstəricisi idi (!) Toplantıda iştirak edənlərin xüsusiyyətləri işin nə qədər ciddi qəbul edildiyini göstərirdi:
Alan Makovski: ABŞ Xarici İşlər Kəşfiyyat Bürosu sabiq şefi, körfəz müharibəsində ordu müşaviri, İsrail dəstəkçisi WİNEP (Vaşinqton Yaxın Şərq Araşdırmaları İnstitutu – VYŞAİ) səlahiyyətlisi.
Corc Harris: ABŞ sabiq xarici işlər səlahiyyətlisi, sabiq Ankara səfiri, kəşfiyyat mütəxəssisi, Asiya, Orta Şərq, Cənub-Şərqi Asiya mütəxəssisi.
Rosko Saddart: Mali 1961, Livan 1963-65, Yəmən 1967, İordaniya 1974-1990-cı illər kəşfiyyat səlahiyyətlisi, Orta Şərq İnstitutu sədri.
Qraham Edmund Fuller: Yəmən, Ciddə, Uzaq Şərq MKİ səlahiyyətlisi, ABŞ Hava Qüvvələrinə bağlı RAND şirkətinin idarəçisi. Hal-hazırda Türkiyədəki Nurçu Hərəkatını və İran, Bəhreyn, Səudiyyə Ərəbistanı, Küveyt və BƏƏ-dəki müxtəlif şiə müsəlman camaatların gələcəkdəki siyasi rollarını Renç Françe ilə birlikdə araşdırır. Şiə araşdırması layihəsinin məqsədi "Şiələrin azadlığı, siyasətdə və idarəçilikdə iştirak etmələrinin inkişaf etdirilməsinin yollarını tapmaq” olaraq izah edilir.
Bekim Akal: Volksvaqen Vəqfi, Almaniya (yəhudi)
Osman Bakkar: Corctaun MXAM (Müsəlman-Xristian Anlaşma Mərkəzi) Malaziya Departamentliyi İslam Kürsüsü sədri.
Tomas Mitçel: Vatikan Yezuit Departamentində məsul, İstanbul "Bədiüzzaman və Mədəniyyətlərarası Dialoq” konfranslarının iştirakçısı.
Mücahid Bilici: Sosioloq, Boğaziçi Universiteti.
Yasin Aktay: Orta Şərq Texniki Universiteti.
Fahri Çakı: Sosioloq. İstanbul Universitetindən sonra Templedə Nurçu hərəkatının ictimai-iqtisadi inkişafı tezini hazırlayır.
Əhməd Kuru: Bilkənt Universiteti, Fateh Universiteti. Yuta Universiteti doktorluq tələbəsi.
Zəki Santopraq: ABŞ "Rumi Forum” Sədri, Mərmərə İlahiyyat fakültəsi, əl-Əzhər, Hərran fakültəsi. İndi isə Vaşinqton Katolik Universitetində.
Hakan Yavuz: Yuta Universiteti.
Elizabet Özdalğa. Professor. Orta Şərq Texniki Universiteti, RXP (CHP) araşdırmaçısı, İsveç İnstitut Müdiri, İslam Konfransı Təşkilatçısı.
Bayram Balçı: Fransa Milli Sığınma Bürosu, Paris Ərəb dünyası səlahiyyətlisi, Fransa Xarici İşlər Orta Asiya Araşdırmaları İnstitutunda kadrlı əməkdaş.
Berna Turam: Makgill Universiteti/Kanada.
ABŞ Xarici İşlər Nazirliyi Beynəlxalq Din Hürriyyəti Bürosu tərəfindən hazırlanan "Din Hürriyyəti-Türkiyə Hesabatı”nda "İslamik Lider” və "Modereyt İslamik Lider” olaraq qeyd olunan Fəthullah Gülənin haqqları Amerika Dövləti tərəfindən rəsmən müdafiə edildikdən sonra maraqlı yönləri genişləndirilməkdə və Amerika dövlətinin məşhur Universitetində akademik bir səviyyəyə yüksəlməkdə olduğu görünürdü. Bu "elmi” toplantını "Müsəlman-Xristian Anlaşma Mərkəzi” və "Ze Rumi Forum” tərtib etmişdir.
Bu cür "elmi” toplantıların nəticələrinin rəsmi hesabatlara təsiri, əlbəttə, müsbət olacaq. ABŞ Xarici İşlər Nazirliyinin hesabatlarında "Mülayim (Layt) İslami Lider” olaraq tanınan F. Gülən 2002-ci il "Din Hürriyyəti Hesabatı”nda "İslam filosofu və lideri” olaraq tanıtdırılmışdır.
Həmin hesabatın 44-cü paraqrafında "Din Hürriyyəti Zorakılığı” başlığı altında "Ahmadi Maslims” camaatı deyə Cübbəli Əhməd Xocaya da sahib çıxılmışdır[20]. ABŞ-da son toplantı isə 2004-cü il 19-20 aprel Vaşinqtondakı Con Horkins Universitetində "Abant Vaşinqtonda-İslam, Laiklik (Sekularizm) və Demokratiya: Türk təcrübəsi” adı altında toplanırdı. Toplantının proqramına görə "Xoş gəldiniz” danışıqlarını Frensic Fakuyama və "Abant Platforması” başlığı ilə Mete Tincay həyata keçirdi. Açılış danışıqlarını isə din işlərindən məsul Dövlət Naziri prof. Mehmet Aydın ilə ABŞ Xarici İşlər müşaviri sabiq Ankara Səfiri Mark Qrosman həyata keçirdi. Türkiyə "Jurnalistlər və yazarlar fondu” tərəfindən dəvət olunan və "Amerika-Türk dostluq dərnəyi” (ATFA) tərəfindən təşkilatlanan bu maraqlı konfransın panellərində içində MKİ şefləri ilə bərabər Cengiz Çandar da iştirak edirdi.
"Türkiyənin İslam, Laiklik (Sekularizm) və Demokratiya təcrübəsi və Orta Şərq, Qafqaz və Orta Asiya əlaqəsi yuvarlaq masa toplantısı”:
Kamal Dərviş (RXP sədrinin yardımçısı-açılış danışığı), Elizabet Özdalğa, Cüneyt Ülsevər ("Liberal düşüncə cəmiyyəti dərnəyi, "Hürriyyət” qəzeti), Səbri Sayarı (Sabiq RAND müşaviri, Corctaun Universiteti), Emal Uşşaklı, Hüseyn Gülərcə, Kənan Gürsoy (Qalatasaray Universiteti), Fəhmi Koru ("Yeni Şəfəq” qəzeti), Kamal Karpat (Viskonsin Universiteti), Ruşən Çakır ("Türkiyə iqtisadi və ictimai Etüdlər fondu”), Mithat Melen (İstanbul Universiteti), Şahin Alpay (Bağçaşəhər Universiteti), Zəki Sarıtoprak (Con Kerroll Universiteti), Adnan Aslan (İslami Araşdırmalar Mərkəzi), Ömər Taşpınar (Con Honkins Universiteti, Brukinq İnstitutu), Zeyno Baran (Nikson Mərkəzi, Sabiq CSİS əməkdaşı), Cengiz Çandar ("Sabah” qəzeti), Seda Çiftçi (CSİS əməkdaşı), Hakan Yavuz, Henru Barkey, Cohn Lee Esposit, David Calleo, Steven A. Cook, Svante Cornell, James Moller, Charles Fairbanks, Carter Findley, Hussain Haqqani, Barry Jacobs və Anatol Lieven və s...
Çoxu yəhudi və mason olan bu şəxslərlə birlikdə toplantıya ABŞ sabiq Ankara Səfiri və Xarici İşlər Siyasi planlama Müşaviri Mark Qrosmanla yanaşı Müdafiə Nazirliyi Müşaviri Pol Vulfoviçin də açılış nitqi söyləyəcəyi, sadiq səfir və NED idarə heyətinin sabiq üzvü Abramoviç, VYŞAİ (Vaşinqton Yaxın Şərq Araşdırmaları İnstitutu – WINEP) sabiq direktoru, 1990-cı ildə Orta Şərqə ABŞ hərbi təcavüzü əsnasında müşavirlik etmiş, ABŞ təmsilçilər məclisi Personal direktoru Alan Makovski, təmsilçilərdən Rober Ueksler, Con Hopkins və ərəb işləri mütəxəssisi Fuad Əcəminin və Frederik Starinin da iştirak edəcəyi açıqlanmışdı.
O vaxt Dövlət Təhlükəsizliyi Məhkəmələrinin axtardığı şəxs ABŞ Dövlət Universitetində adına tərtib olunan elmi toplantılarda şərəfləndirlimişdir, ABŞ üst səviyyə Xarici İşlərin iştirak etdiyi toplantılar tərtib olunmuşdu. Bu şəxsin bir məhkəmə tərəfindən axtarılıb-axtarılmaması, haqlı olub-olmaması önəmli görünməyə bilər. Lakin uzun illər dövlət idarəçiləri tərəfindən "strateji ortaq” olaraq tanıtdırılan ABŞ-ın davranışına qısa bir sualla toxunmaq lazımdır. ABŞ-ın milli təhlükəsizlik əsası ilə axtardığı hər hansı bir şəxs üçün, məsələn Ankara Universitetində şərəfləndirici bir konfrans tərtib oluna bilərdimi?[21]
Kim nə deyirsə-desin, işin əsası cəmiyyətin dini etiqadlarından istifadə edilərək oynanan oyun dəyişmir. "Vəhdət Kilsəsi” Məsihə, Fəthullahçılıq hərəkatı da Mehdiyə meyil edir. Hər ikisinin yolu da "Amerikaya inteqrasiya” layihəsinə çıxır.
"Vəhdət Kilsəsi”nin missionerləri təşkilata elmi bir etibar görüntüsü vermək üçün universitetlərdən adam seçirdi. Bu iştirakçıların Munun kilsəsinə bağlı olmadığını, sırf ayrı dinlərin, ya da universitetlərin təmsilçiləri olduğu təəssüratını verməyə çalışırdı. Məsələn, səyahətçilər arasında Mun tərəfindən müqəddəs nikahla evləndirilmiş ən az on illik kilsə üzvlərinin təşkilat əlaqələri haqqında danışılmırdı.
Türkiyəni təmsil edənlər arasında "Dünya Dinləri Gənclik Seminarı”nda iştirak edən Əhməd Davudoğlu da vardı. Boğaziçi universitetinin müəllimi Davudoğlu məsumanə fəaliyyətlərin məqsədini bu maraqlı sözlərlə açıqlayırdı: "Amerikada öz sahəsində söz sahibi müxtəlif dinlərə mənsub bir qrup professorun rəhbərlik etdiyi bu səyahətdə məqsəd felən yaşayaraq, daha açıq bir ifadə ilə desək, "səyyar bir universitet” şəklində dinlər arasında dialoq və fikir mübadiləsi təmin etməkdir. İlk dəfəsi keçən il gerçəkləşdirilən bu səyahətdə Türk təmsilçilər bu il iştirak edə bildi. İstər ABŞ-da, istərsə də Qüdsdə, həqiqətən, çox dəyərli müşahidələr aparmaq imkanı qazandıq”[22], – deyən Əhməd Davudoğlu bu qabiliyyət və məziyyətləri səbəbilə ƏİP İqtidarı Xarici İşlər Nazirliyinə təyin olundu.
Munçular kütlələrin böyük diqqətini çəkən futbola da əl atmışdı. Seulda hər təşəbbüsün adında yer aldığı kimi məqsəd "Sülh” olaraq açıqlanmışdı. 10 iyul 2003-cü ildə futbol turnirində Fransadan "Olimpik Lion”, Cənubi Afrikadan "Kayzer Çifs”, Almaniyadan "TSF Münxen 1860”, ABŞ-da "Los-Ancelos Qelaksi”, Hollandiyadan "PSV Eyndhoven”, Uruqvaydan "Nasonal” və Cənubi Koreyadan "Sonnam İlhva Çxonma” komandaları iştirak etmişdi. Türkiyədən də "Beşiktaş İdman Klubu” Futbol Komandası da turnirdə öz yerini almışdı. Birinci yerə 2 milyon dollar və ikinci yerə isə 500.000 dollar mükafat verildi. Bu xəbər Türkiyədəki bəzi qəzetlərdə qısaca yer aldı. Lakin "Vəhdət Kilsəsinin tərtib etdiyi turnir” sözləri və Mun təşkilatlanması ilə əlaqədar qısa məlumatlar verildi. Bu vəziyyətdə Din-Kilsə-Futbol əlaqəsi barəsində ağıla gələ biləcək suallara cavab da "Zaman” qəzetində çıxdı. Fateh Universitetinin müəllimi Yrd. Dos. Əli Murad Yel müqəddəslik ilə futbol və din arasındakı əlaqənin nəzəri təməllərini ortaya qoyan elmi (!) bir yazı yazdı. Müəllimin yazısındakı sətirlər yetərincə aydınlaşdırıcı və təriqət-futbol əlaqəsinə etiraz edənlərə də maraqlı bir cavab idi. Bax, Fəthullahçı yazarın təyinləri və sapdırmaları:
"... Futbol da bir çox xüsusiyyətinə görə "Yeni bir dini hərəkat” olaraq görünə bilər. "Pul-Dindar-Din” kimi olaraq da adlandırılan bu hərəkətlərdə hər hansı dini bir ünsür olmamasına baxmayaraq, bir çox cəhətlərdə dinə bənzər xüsusiyyətlərə rast gəlinir”[23]. Fəthullahçıların din anlayışına və İslamı təhrif etmə cəhdlərinə baxın!
1990-cı illərdə "Pensilvaniya qadın mətbuat dərnəyi” təşkilatının Türkiyə fəaliyyətləri yayğınlaşırdı. "Mədəniyyətlərarası dialoq, Bədiüzzaman Səid Nursi konfransları” adı altında keçirilən toplantılara Amerikadan gələn qonaqların sayı çoxalırdı. Bu adamlarla əlaqədar təriflərə "Aksion” jurnalında, "Zaman” qəzetində bolca rast gəlinirdi. ƏİP-çi və Fəthullahçı bələdiyyə sədrlərinin əli ilə tarixi camelər sökülür və kilsələr açılırdı.
755 illik cameni söküb Mun-Presbiteryən müridlərini qarşılamaqdan xəcalət çəkilməmişdir.
Ələlxüsus, 2000-2002-ci illər arasında dünya mirası, dinlərarası dialoq, din-etiqad turizmi deyilərək xüsusən hökümət tərəfindən tətbiq olunan layihə ilə camaatsız kilsələr qurularkən, antik kilsələr də təmir olunmuşdur. Həmin dövrdə saysız tarixi camenin uçulmasına göz yumulmuş, ya da bilərək və qəsdən sökülmüşdür. Bunun son misalı Türklərin 1211-ci ildə saldıqları Dənizli şəhərində yaşanmışdır.
"Dənizlidə türklərin ilk məskunlaşmada saldıqları və çoxlu zəlzələdən sonra təmir edib açıq saxladıqları 755 illik Ulu Came və tarixi Səlcuqlu minarəsi bir-birini izləyən iki gecədə bələdiyyə heyəti tərəfindən söküldü”. Bundan 7 gün keçmədən regionda dövlət tərəfindən təmir olunan 11 kilsədən biri olan və 100 illərdir istifadə olunmayan antik Pamukkalə Kilsəsinin xarabalıqları arasında ayin tərtib olunmuşdur. Ayini tərtib edən birinci qrup Amerikan Presbetirian kilsəsi mənsubları idi. Bu qrupun başında Amerikalı keşiş Bryus Mi Dovvel və keşiş İlhan Keskinöz var idi. İkinci 25 şəxslik qrup isə "Vəhdət Kilsəsi” mənsubları idi[24].
Ayin keçirənlər dövlət məmurlarından vali yardımçısı Musa Uçarı ziyarət etmiş və ondan hədiyyələr almışlar, "Bizans dövrünün yığıntıları ilə Amerikalı keşişin, yaxud koreyiyalıların necə bir dini əlaqəsi ola bilər? Onlar öz etiqadlarına uyğun ayin icra edəcək bir yer tapa bilməmişlərmi?” kimi maraqlı sualların cavabını verərək laik (sekular) rejimə sahib çıxacaq bir məmur hər halda vardır.
Koreyalı missionerlər də zəlzələnin dağıntılarından yararlanaraq sözdə yardım deyə yerləşdikdən sonra çölü ev, içi kilsə olan etiqad mərkəzləri qurmağı bacardılar. Məsələn, Yalova yaxınlarında dəniz sahilində ev-kilsə quran missionerlər, tənbəllik etməyib zəlzələ zonasını gəzib yığdıqları uşaqları kilsələrə ziyarətə apararaq beyinlərini yuyurlar.
Beynəlxalq təşkilatlanmanı həyat keçirən Mun Amerikanın dəstəyi ilə dünya hakimiyyəti ardınca qaçan dövlətlərin qapalı əməliyyat prinsiplərini yada salan önəmli bir açıqlama verirdi:
"Zamanı gəldikdə dünyanı idarə etmək üçün avtomatik olaraq işləyən bir teokratik nizama sahib olmalıyıq. Siyasəti dindən ayıra bilmərik. Xəyalımda bir universal siyasi partiya var. Bu partiya bütün ölkələri də öz içində ehtiva etməlidir. Bir qolumuzla dini dünyanı, digər qolumuzla isə siyasi dünyanı qucaqlaya bilərik”. Bəli, bu sözlər sionist sərmayənin qlobal hakimiyyət hədəfini əks etdirirdi.
Bunları deyən şəxsin liderliyini etdiyi camaat yüzlərlə şirkətə, fondlara, məktəblərə, universitetə, nəşriyyata, qəzetlərə, dini-elmi təlimlərə, tolerantlıq quruluşlarına və s. sahibdir və gəncliyə böyük önəm verir. Onları təşkilatlandırır, beyinlərindəki bütün etiqadları silib öz səfsətələrini yerləşdirir və yalnız icma içində və lideri üçün qapalı dövrə yaşamağı öyrədir. Siyasətçilər, yazarlar, sənətkarlar, elm adamları icmanın ətrafında toplanır. Dünyanın bir çox ölkəsində quruluşları olan bu icmanın qaynağı maraq oyadan pulunun böyüklüyü hesablana bilmir. Bu camaatın lideri Amerikada yaşayır. Camaatın liderinə "Həzrət Ustad” deyilir, lakin o bir "Xoca Əfəndi” deyil, onun adı Son Myen Mundur. İcmanın adı isə "Vəhdət Kilsəsi”dir.
Munun Koreya Kəşfiyyat Agentliyi K-CİA-ya ilə başladığı və Amerikadakı sionist yəhudi strateglərinin dəstəyi ilə parıldayıb şöhrət qazandığı bu şeytan təriqətində, Yaponiyanın maraqlı iş adamları, ABŞ siyasətçiləri, ABŞ nazirləri, yəhudilər, Cənubi Amerikalılar, katoliklər, protestantlar və müsəlmanlar vardır. Munun etiqadına görə dünyadakı çirkinliklərin kökündə Adəm ata ilə Həvvanın etdikləri günah yatır. Bu yasaq münasibətdən doğan uşağın qanı da məhz buna görə kirlənir. Buna görə də insanlığın qurtuluşu yalnız və yalnız qanının təmizlənməsinə bağlıdır. Təmizləyici qan isə dövrün gerçək ata-anası Mun və arvadının damarlarında axır. Artıq əsas olan Adəm və Həvva yox, özlərini "Həqiqi ata-ana” olaraq elan edən Mun və Həyat yoldaşıdır.
Yeni və təmiz valideynlərin yetişdirilməsi qurtuluşun ən təməl şərtidir. Təmiz valideynlər isə yalnız müqəddəs nikah mərasimləri ilə birləşə bilərdi. "Həqiqi valideyn günləri”ndə Son Myen Mun "Həzrətləri” munlərlə yeni cütlüyü müqəddəsləşdirir, yaxud da evli olanları yenidən nikahlayaraq kütləvi toy təşkil edirdi. Nikahları müqəddəsləşdirir, yaxud da evli olanları yenidən nikahlayaraq kütləvi toy təşkil edirdi. Nikahları müqəddəsləşdirilən cütlər Munun qanını təmsilən bir qədər şərab içirdi. Beləcə, Adəm və Həvvanın Şeytanla əməkdaşlıq edərək kirlətdikləri insan qanı da təmizlənmiş olur.
Munun gənclik təşkilatının sabiq müdirinin göndərdiyi məktubdakı bu məlumat bu işlərin yalnız kilsə dairəsini inkişaf etdirmək məqsədilə siyasi-elmi toplantılar tərtib edilməsini aşdığını göstərirdi. Məktubdan oxuyaq:
"... Dünənki "Nyu-York Post”da (16 dekabr 1999) Munun 13 fevral kütləvi toy mərasimlərinə giriş haqqının 100 dollar olduğu yazılırdı, lakin xəbərdə bir naqislik vardı. Həqiqətdə evlənən cütlərin minlərlə ifadə edilən dollarlar ödəmə məcburiyyəti haqqında danışılmırdı”.
Munun məsihliyinin səbəbi isə belə müəyyənləşdirilirdi: Muna görə Hz. İsa siyasi bacarığı olmadığına görə xristianlığı və insanlığı xilas edə bilmirdi. Buna görə də Mun özünü məsih olaraq elan edirdi. Sualsız bağlanılacaq hər şeyx-dədə-şef təşkilatında olduğu kimi kadr yığma işi həm munçuluqda, həm də fəthullahçılıqda beyin yuma əməliyyatına dayanırdı.
İnsanlığı xilas edəcək bir Məsih olaraq ortaya çıxan Muna heç kim saxta peyğəmbər deyə bilmirdi. Bu təşkilatla Fəthullah Gülənin təşkilatlanma modeli olduqca oxşardır. Hər iki təşkilatın yüksəlməyə başlaması Amerikanın başlatdığı və 1950-ci illərin kommunizmlə mübarizə təşkilatlanmasına dayanmasına baxmayaraq, Mun Həzrətləri Amerikaya uzaqdan söykənməkdənsə, özünü ABŞ-a atmış və qırx ildən bu yana işin podratçılığını etməkdədir. Fəthullah Gülən isə qırx ildən sonra başa düşmüşdür ki, "Güc haradadırsa, orada olmaq lazımdır” – fikrinə əsasən Amerikaya köçmək lazımdır. ABŞ federal dövlət idarəçiliyi ilə çox səmimi olmağı bacaran Mun hər il müqəddəsliyinin ən zirvə nöqtəsinə çatır. Hər il fevral ayının 10-u və 15-i arasında "Həqiqi valideynlər”in ad günləri böyük təmtəraqla və ayinlərlə keçirilir. Eyni ilə peyğəmbərlərin doğum günləri keçirildiyi kimi. Bu arada onların mehmanxanalarında intihar ölümləri də çoxalırdı. 2008-ci ildə öz oğlu da həmin mehmanxanada intihar etdi.
Munun Amerikada mərkəzləşməni seçməsinin səbəbini anlamaq indi daha yaxşı başa düşülür. Mun Həzrətləri, Yəhudi ravvinlərindən aldığı təlimatları cin kimi anlayıb tətbiq edirdi. Dünyanın müxtəlif ölkələrinə "Xristianlıq Kilsəsi” olaraq getməyin qeyri-mümkünlüyünü görmüş və hər dindən, hər qövmdən insanlarla əlaqə qurmaq üçün ziyalı təşkilatları yaratmışdı. Elm adamları, sülh qadınları, dinlər arası federasiya, dünya universitetləri federasiyaları kimi çoxlu təşkilat qurmuşdu.
Bunlardan biri olan "Professorlar Dünya Sülh Akademiyası” (PWPA) ilə dünyanın hər yerində toplantılar tərtib edirdi. PDSA-nın əl atmadığı mövzu yoxdur. "Sovet İttifaqı dağıldıqdan sonra nə olacaq?” məsələsindən "Afrikanın gələcəyi”-nə, "Latın Amerikanın borc problemləri”ndən "Orta Şərqdə ticarət və sülh mərhələsi”nə, "İslamın problemləri”ndən "Ermənistanın inkişaf yolları”nadək ağla gələn nə kimi mövzu, ya da regional problem varsa, hamısı üçün "konfrans” və "simpozium” adı altında 1973-cü ildən bəri 400-dən çox toplantı tərtib olunmuşdur.
 
VƏHDƏT KİLSƏSİ TÜRKİYƏYƏ DAXİL OLUR
PDSA-nın Türkiyədəki ilk sədri Kasım Gülək oldu. Onun koreyalı Munun kilsəsi tərəfindən qurulmuş olan bir təriqəti Türkiyədə bir sədr olaraq təmsil etməsinin səbəblərini başa düşmək çətin idi, lakin onun həyatına qısaca göz atmaq bizə bəzi istiqamətlər verir.
Kasım Gülək (Adana 1910 – Vaşinqton 1996) "İttihad və Tərəqqi”nin üzvü Mustafa Rıfat Bəyin və Təyyibə Güləkin oğludur. Qalatasaray liseyi və Robert Kollecində, Pəris Ekoul Ssayns Potituks (1924-28), Kolumbiya Universiteti (Dr.1928)-də təhsil görmüşdür. ABŞ-da tələbə ikən Çeys Manhattan Bankda işləmişdir. Harvard Universitetində müəssisədə elmi dərəcə (magistr) almışdır. Rokfeller təqaüdü ilə Berlin Universitetində, Kembric Universitetində fəaliyyətlərini davam etdirmişdir. Kembric rektorunun tövsiyəsi ilə RXP (CHP)-yə daxil olmuş, Biləcik millət vəkili, abadlaşdırma nazirliyi, nəqliyyat nazirliyi, RXP (CHP) baş katibliyi vəzifələrində işləmişdir. 1958-ci ildə Şimali Atlantika Asambleyasının sədri (1957-59) polkovnik J. J. Fens, Menderes hökümətindən Türk Heyətinin bildirilməsini istədi. RXP-dən Nüvit Yetkin seçilir, lakin hərəkətə keçən RXP baş katibi Kasım Gülək, polkovnik Fensə məktub yazaraq Nüvit Yetkinin yerinə özünün çağırılmasını təklif verdi. Məsələ "Zəfər Qəzeti”nin sərlövhəsinə çıxarıldı. Kasım Gülək İnönüyə belə bir məktub yazmadığını dedi, lakin bir gün sonra qəzet məktubun kopyasını nəşr edincə İsmət İnönü Kasım Güləkə etimad etməyəcəyini bildirərək vəzifədən ayrılmasını xahiş etdi. İnönününün 1950-ci ildən 1957-ci ilədək vəzifədə saxladığı Kasım Gülək ilə bir yerdə işləmə arzusu onun xaricilərlə yaratdığı sıx dostluqlarından irəli gəlirdi.
Kasım Gülək Koreya Birləşmiş Millətlər Komissiyası Sədrliyi (1950-1953), Şimali Atlantika asambleyası sədrliyi (1968-69), NATO Parlamentlər Konfransı Sədr Müavinliyi və Kontenjan senatorluğu vəzifələrində də işləmişdir. Kasım Güləkin həyatında ən maraqlı təklif General Mak Arturdan gəlmişdir. Güləkdən ABŞ-da qalaraq senator olmasını istəyirdi.
1980-cı illərdə Munun Türkiyə əlaqələrinə rəhbərlik edən Kasım Gülək "Vəhdət Kilsəsi”ni gücləndirmək üçün böyük cəhdlər göstərdi. Təşkilatı ABŞ səfiri Şükrü Ələkdağa "təbliğ” etməyə çalışırdı. Kasım Gülək bu arada Fəthullah Gülənlə dostluğu inkişaf etdirdi və onu ABŞ səfiri Morton Abramoviçlə tanış etdi. Kasım Gülək qoca yaşlarında yenidən RXP ilə əlaqə qurdu.
Kasım Güləkin baldızı Aylin Radomisli uzun illər ABŞ-da yaşamışdır. Amerika ordusunda iştirak etmişdir. Asiyada elçilik vəzifəsinə təyin olunacağı deyilərkən 1995-ci ilə 19 yanvarda evinin bağçasında ölmüş vəziyyətdə tapıldı. Ölümün səbəbi avtomobil qəzası olaraq qeyd olundu. Aylin Radomislinin Türkiyədən maraqlı qonaqları olurdu. Yaxın dostu Aylin Gönənsay (Sabiq Xarici İşlər Naziri və Dövlət Nazirlərindən Əmrə Gönənsayın həyat yoldaşı) bunlardan biri ilə tanış olmuşdur. Bu adam "Zaman” qəzetinin ehtiyacları üçün Amerikaya gəlmişdir. Kasım Güləkin qızı Təyyibə Gülək, xalası Aylin Radomisli ilə ABŞ-da yaşamışdır. Harvardı bitirdikdən sonra Türkiyə iqtisadiyyatını çox yaxşı idarə edənlərin yuvası olan "London İqtisadiyyat Məktəbi”ndə magistratura oxudu. Türkiyəyə qayıtdıqdan sonra dərin təcrübələrinə etimad edilərək Ecevit tərəfindən Baş Nazirlik Müşavirliyinə təyin olundu. Türkiyənin Bakı-Ceyhan boru xətti katibliyini edərkən, Ecevitgilin qrupundan Adana millət vəkili (1999) olaraq TBMM-nə daxil oldu. Ecevit onu ABŞ səyahətlərində həmişə yanında aparardı. Təyyibə Gülək 2002-ci ilin iyulunda Kiprdən məsul Dövlət Nazirliyi vəzifəsinə təyin olundu.
Amerikalılarla 1920-ci illərdən bəri səmimi əlaqələri olan Kasım Gülək Mun təriqəti kadrlarının da iştirak etdiyi toplantını 1982-ci ildə İstanbulda keçirdi. Bu toplantılarda Munun Orta Şərq təmsilçisi Tomos Kromvel başda olmaqla Munun təşkilatlarından və yerlilərdən bir çox idarəçi də iştirak etmişdir. Toplantıların mövzuları da başqarışdırıcı idi. 21-ci yüzilliyin təhsili və türk-yunan əlaqələri! Bu toplantılarda iştirak edən Türk böyükləri də maraqlı adamlar idi: Əmrə Gönənsay, Səbahətdin Zaim, Erkək Akurqal, ilahiyyat fakültələrinin dekanları, sənətkarlar, məşhur bələdiyyə sədrlərindən Gülay Atığ, Səmra Özal, digər beynəlxalq toplantılar arasında iştirak edənlərdən Dəniz Baykal, Xeyri Ərdoğan Alkin, Handan Kepir kimi məşhurlar da vardır.
Mun PVPA toplantılarında ən çox gözə dəyən ilahiyyatçıların başında Saleh Tuğ kimi ilahiyyat fakultəsi dekanları gəlirdi. "Elm Yayma Cəmiyyəti” üzvlərindən və "Aydınlar Ocağı” sabiq sədrlərindən Saleh Tuğ 1997-ci ildə Kanal 7 televiziyasında Fəhmi Koru ilə proqrama çıxıb Munun hərəkatını bol-bol mədh etmişdi. Bu toplantılarda iştirak etmiş olan Yaşar Nuri Öztürk Munun ilahiyyatçılara 45 gün davam edən Amerika səyahəti tərtib etdiyini söylədi. Belə başa düşülür ki, "Vəhdət Kilsəsi” müsəlman və xristian deyə ayırmır, qarşısına çıxanı birləşdirirdi. Fəthullah Güləndən tutmuş dövlət nazirinə qədər yan-yana gətirirdi. Munun Türkiyəli masonlar və təriqətlərlə əlaqələri həmişə gizli saxlanılırdı və Fəthullah Gülənin Kasım Güləkin cənazəsindəki üzüntüsü indi daha yaxşı başa düşülür. Hələlik "Vəhdət Kilsəsi”nin nəşriyyatına görə toplantıları qısa bir siyahıda toparlamaq yararlı olar:
1982 Roma: Kasım Gülək
1982 İstanbul Hazırlıq Toplantısı: Bu toplantını Munun sağ qolu Kvak Çonxvan idarə etmiş və Kasım-Nilufər Gülək Türkiyə tərtibatını həyata keçirtmişlər.
1984 Roma: Xeyri Ərdoğan (Konfransın sədri), Prof.Səbahətdin Zaim.
1986 İstanbul Hilton: "21-ci Yüzillikdə Təhsil”: Kasım Gülək, Səbahətdin Zaim. PVPA-nın ABŞ sədri Nikolas Kitri və Yunanıstandan İvencelos Moutsopulos da iştirak etmişdir.
1986 İstanbul Hilton: "Türk-Yunan Əlaqələri” Səbahətdin Zaim, Əkrəm Akurqan, Əmrə Gönansay (Sonra baş nazirin müşaviri, T.R Xarici İşlər Naziri, Nilufər Güləkin qardaşı Aylin Radomislinin Amerikadan yaxın dostu), Kasım Gülək.
1987 Çikaqo: Kasım Gülək.
1988 London: Handan Kepir Sinangil.
1991 İstanbul: "Prezident” Mehmanxanası.
1994 İstanbul: "Mərmərə” Mehmanxanası.
1996 İstanbul: (1-14 iyun)
Digər iştirakçılar: Dəniz Baykal, İşılay Sayqın, Mehmet Aydın, Abdullah Gül, Rəcəb Təyyib Ərdoğan, Səbri Orman, Əli Şəfəq, E. Ruhi Fiğlalı, Gülay Atığ (Aslıtürk), Səmra Özal, Nilufər Narlı, Nevzat Yalçıntaş, Lütfü Doğan, Osman Zümrüd, Şərafəddin Gölcük, Saleh Tuğ, Fəhmi Koru, Barış Manço, Ayseli Gürsoy.
ABŞ-dan İstanbul toplantılarında iştirak edənlər arasında Munun xüsusi adamları Riçard Rubinşteyn, Nicholas Kittrie ilə yanaşı Yunanıstandan, İordaniyadan, Misirdən və Koreyadan gələnlər də vardı.
Kasım Güləkin ölümündən sonra PVPA-nın Türkiyə sədrliyinə Dr. Xeyri Ərdoğan Alkin gətirildi. Xeyri Ərdoğan Arkil adı "Robert Kolleci” olan Bosfor Universitetində professorluğu ilə yanaşı Türk İqtisadiyyat Bankı idarə heyətinin üzvü idi. Alkin eyni zamanda NED[25]-dən böyük maliyyə dəstəyi alan və türk Xarici İşlər Siyasətini istiqamətləndirməyə çalışan TESEV-in ("Türkiyə İqtisadiyyat və Sosial Araşdırmalar Fondu”)-də müşaviri idi.
Xeyri Ərdoğan Alkin Munun qurduğu PVPA-nın nəşrlərində əks olunan məlumata görə PVPA-nın Avropa toplantılarında iştirak etmişdir. Həmçinin Boğaziçi Universitetindən Handan Kepir Sinangil də Avropa toplantılarında iştirak etmişdir. Bilindiyi kimi Xeyri Ərdoğan Alkinin oğlu ARI dərnəyi təsisçiləri arasında yer almışdır.
Munun 1000-dən çox quruluşlarından ən maraqlısı olan "Qlobal İmic Assosieyşn” bir zamanlar Türkiyənin "lobbi” işlərini icra etmişdir. Və milyonlarla dollar müqabilində Türkiyəni dünyaya tanıtdırmışdır.
 
SON
ARAŞDIRMA QRUPU

_______________________________________
[18] "Axşam”; Gülər Kömürçü, 24 sentyabr 2004-cü il
[19] "Milliyyət”; 2 sentyabr 1997-ci il
[20] "Çılpaq hörümçəyin torunda” Mustafa Yıldırım. 3-cü nəşr, s. 520
[21] "Çılpaq hörümçəyin torunda”; s. 512-523
[22] "Yankı”; 09.07.2003
[23] "Zaman”; 09.07.2003
[24] "Pamukkalədə Sabah Ayini”; "Gündəm (Dənizli), 24 iyul 2002”
[25] 1983-cü illərin sonunda ABŞ konqresinin təsdiqi ilə qurulan və açılışının mənası "Demokratiyaya Milli Yardım” olan Milli Demokratiya Fondudur.





  Şərhlər / 0 Şərh




 Şərh yazın


Ad və soyadınız* :
E-mail* :
Ölkə / Şəhər* :
Şərhiniz* :


ƏLLAMƏ BURQUİ


11

free counters

Sabiqun 2011-2019 © Bütün hüquqlar qorunur
Məlumatlardan istifadə zamanı istinad zəruridir!
Telefon: (+994 50) 429-20-99
Site by: azDesign.ws
 

Yeniliklərə abunə olun