16 Oktyabr 2019









SÜBH NAMAZININ VƏ ORUCUN BAŞLANMASI HAQQINDA
Jurnalımızda namaz vaxtları ilə əlaqədar verilən cədvəl bəzi möminlərin etirazına, bəzilərinin isə təəccüb və heyrətinə səbəb olur. Etiraz edənlər bu cədvəlin ölkədə buraxılan cədvəllərə uyğun olmadığınıdavamı>>
A+ Balacalaşdır A+ Böyütmək

BURUN DAMCISI VƏ ORUCUN HÖKMÜ

 

Bir çox insanlar allergik xəstəliklərdən əziyyət çəkirlər. Burun allergiyası deyilən bir xəstəlik də bunlardan biridir. Bu cür xəstələr burun damcısından istifadə edirlər. Bəzilərinin bu xəstəliyi həssaslıq xarakteri daşıyır, burun damcısından istifadə etmədikləri təqdirdə şiddətli zökəm, (burnun daxili qişasının iltihabı nəticəsində burundan selik axma və tez-tez asqırma şəklində təzahür edən xəstəlik) və başağrısından əziyyət çəkirlər. Lakin damcıdan istifadə etdikdə də ağızda müəyyən qədər tam hiss edirlər. ...

Ramazan ayında burun damcısından istifadə etməyin hökmü nədir? Bu, orucu pozurmu?

Burun damcısının hökmü barəsində alimlər müxtəlif rəylər söyləmişlər. Birinci fikir budur ki, damcının qəbul edilməsilə oruclu şəxsin orucu pozulmur. Bunu belə izah edirlər ki, bu damcıdan mədəyə gedib çatan şey olduqca azdır və bu damcının tərkibindəki dərman az olmaqla yanaşı qidalandırıcı bir şey də hesab olunmur. Orucun pozulmasının səbəbi bədəni qüvvətləndirmək və qidalandırmaqdır. Burun damcısı nə lüğətdə, nə də ürfdə (adətdə və xalqın baxışında) yemək və içmək hesab olunmur. Allah-Taala orucun pozulmasını yalnız yemək və içməklə əlaqələndirmişdir.

İkinci fikir budur ki, burun damcısı orucu batil edən işlərdən hesab olunur. Bu fikrin tərəfdarları Peyğəmbərin bu hədisinə əsaslanırlar:"Çox istinşaq et (burnuna su al), lakin oruc olmağın istisnadır!ˮOnların rəyinə əsasən hədis oruc tutanın, mədəsinə gedib çatan bir şeyi burnuna tökməsinin icazəli olmamasına dəlalət edir.

Fiqhi akademiyalardan biri belə hesab edir ki, qulaq və burun damcısı orucu pozan işlərdən hesab olunmur.

Mövzu ilə bağlı yenilikçi fəqih Seyid Mühəmmədhüseyn Fəzlullah deyir:"Yemək və içmək hesab olunmadıqda boğazdan qeyri bir yolla batinə (daxilə) hər nə daxil olarsa, onun heç bir qorxusu yoxdur. Məsələn, yemək borusunda dərmanın dadının hiss olunmasına baxmayaraq, onu qulağa, yaxud gözə daxil etsə, yaxud iynə və ya onun kimi bir şeyi bədəninə daxil etsə, sonra o daxilə (boşluğa) yetişsə, dərmanı iynə vasitəsilə ələ, yaxud buda vursa, yaxud astmaya qarşı maye halında yox, oksigen halında olan preparatdan (spreydən) istifadə etsə və bunun kimi yemək və içmək hesab olunmayan işlər orucu batil etmir. Lakin dərmanın damcı şəklində buruna daxil edilməsinə gəlincə zahir budur ki, o, boğaza yaxın olduğu üçün bu iş yemək və içmək hesab olunur və onunla oruc batil olurˮ[1].

Başqa bir yerdə Seyid bildirir ki, dərman birbaşa daxilə gedib çatdıqda burun damcısı orucu batil edir. Əgər dərman ağız həddini keçməzsə, yaxud mükəlləf dərmanın ağız həddini keçməsinə şübhə (şəkk) edərsə, bununla oruc batil olmur[2].



[1]"Fiqhuş-Şəriəˮ, c. 1, s. 479

[2]"əl-Məsailul-Fiqhiyyəˮ, "əl-İbadatˮ, s. 408





  Şərhlər / 0 Şərh




 Şərh yazın


Ad və soyadınız* :
E-mail* :
Ölkə / Şəhər* :
Şərhiniz* :


ƏLLAMƏ BURQUİ


11

free counters

Sabiqun 2011-2019 © Bütün hüquqlar qorunur
Məlumatlardan istifadə zamanı istinad zəruridir!
Telefon: (+994 50) 429-20-99
Site by: azDesign.ws
 

Yeniliklərə abunə olun