15 Oktyabr 2019









SÜBH NAMAZININ VƏ ORUCUN BAŞLANMASI HAQQINDA
Jurnalımızda namaz vaxtları ilə əlaqədar verilən cədvəl bəzi möminlərin etirazına, bəzilərinin isə təəccüb və heyrətinə səbəb olur. Etiraz edənlər bu cədvəlin ölkədə buraxılan cədvəllərə uyğun olmadığınıdavamı>>
A+ Balacalaşdır A+ Böyütmək

Beynəlxalq Gənclik Forumu

VII Beynəlxalq Müsəlman Gənclər Mədəni Əməkdaşlıq 
Toplantısı"İslam Birliyi və Müsəlman Gənclik”
26-27 may 2012
VII Müsəlman Gənclər Mədəni Əməkdaşlıq Toplantısı
Yekun Bəyannaməsi

Beynəlxalq Gənclik Forumu (İYFO) tərəfindən 26-27 may 2012-ci ildə İstanbulda tərtib olunan "VII Beynəlxalq Müsəlman Gənclər Mədəni Əməkdaşlıq Toplantısı”na 120 ölkədən dəvət edilən gənclik və tələbə təşkilatlarının təmsilçiləri, "İslam Birliyi və Müsəlman Gənclik” ana təması ilə haqq və ədalətə dayanan Yeni Bir Dünyanın tez bir zamanda qurulmsaı üçün aparılan fəaliyyətləri və bu çərçivədə İslam ölkələrində meydana gələn inkişafları müzakirə etmək üçün bir yerə toplanmışdır.
Toplantı: Siyasət, Təhsil-Mədəniyyət, Media-Rabitə və İnsan Haqları mövzularında cəmi dörd ana iclasda (oturumda) gerçəkləşdirilmişdir. Toplantının proqramına əsasən insanlığın xoşbəxt yaşadığı bir dövrün başlanğıcı olan "İstanbulun Fəthi” proqramında və "İqtisadi və İctimai Araşdırmalar Mərkəzi” ("ESAM”) tərəfindən həyata keçirilən "XXI Müsəlman Cəmiyyətlər Birliyi” açılış iclasında da iştirak edilmişdir.
İslam ölkəkərində haqq və ədalətə söykənən Yeni Bir Dünyanın və İslam Birliyinin qurulması üçün yekun olaraq aşağıdakı qərarlar qəbul edilmişdir:
– Bu gün, ələlxüsus İslam coğrafiyasında çox önəmli dəyişiliklər yaşanır. Müsəlmanların rəhbərlik etdiyi siyasi hərəkatlar bir çox İslam ölkəsində iqtidara gəldiyinə görə yeni ədalətli bir dünya nizamı qurulması yolunda fəaliyyətlərimizi artırmalıyıq. Biz müsəlmanlar öz əqidələrimiz və dəyər ölçülərimizə görə öz ölkələrimizdə haqq və ədalətə dayanan yeni nizamlar qurma məlumatı və təcrübələrinə sahibik. Bu sahədə təcrübələrimizi paylaşmalıyıq. Bu möhtəvada 2012-ci il içərisində Müsəlman Gəncliyin siyasi şüurunun artırılması istiqamətində tərtib ediləcək "Siyasət və Təşkilat” təhsil proqramının bütün İslam dünyası gənclik hərəkətlarının iştirakına açıq olaraq tərtib edilməsini təşviq edirik. İslam ölkələrində meydana gələn dəyişikliklərdən fürsət kimi istifadə edib diktator idarəçiliklərin yerinə yeni əməkdaş idarəçilik sistemi qurmaq istəyirlər. Bunu bilirik və buna imkan verməyəcəyik. İllərdir daxili qarışıqlıqların yaşandığı kimi İslam ölkələrində də müharibə baronları tərəfindən qurulan və qlobal işğal gücləri ilə əməkdaşlıq içində olduqlarının izaha ehtiyacı olmayan "əməkdaş müvəqqəti hökumətlər”in dəstəklənməsini düzgün saymırıq. Davam etdirilə bilən yeni istismar mərhələsinin yeni taktikalarına qarşı oyaq olmalıyıq. Daxili qarışıqlıqların davam etdiyi İslam ölkələri ilə əlaqədar görüşlərdə və konfranslarda bütün tərəflərin təmsil edilməsini istəyirik. Qlobal işğalçılara qarşı müqavimət göstərən müsəlmanların üzərinə terrorçu yarlığının vurulmasını və işğallara qarşı müqavimət göstərməyən sionist əməkdaşlarının dəstəklənməsini qınayırıq.
– İslam Birliyinin qurulmasında ən önəmli addım istifadə etdiyimiz məfhumların və idrak dünyamızın İslamın təməl qaynaqlarından bəslənməsi lazımdır. İslam dünyası olaraq anlayışlarımıza yenidən tərif verməliyik. Qərb məfhumlarından istifadə edərək müsəlmanca düşüncə istehsal edə bilmərik. Qərb məfhumlarından istifadə edərək, müsəlmanca düşünmənin qərb/sekular formalarını yenidən istehsal edərik. Müsəlmanca düşüncə ortaya qoymayınca da İslam Birliyini qura bilmərik. Yeni anlayışlara verdiyimiz mənaların bir ola bilməsi, birlikdə edəcəyimiz müşavirələr və təlim-tərbiyə sistemlərimizin islami və fitri olaraq tərtib olunması ilə mümkündür. Bütün İslam ölkələrində təlim-tərbiyə sistemlərinin təkrar gözdən keçirilərək insan fitrətinə və İslama uyğun olaraq təkrarən formalaşdırılması lazımdır. Bu sahədə görülən bütün işlərə dəstək verəcəyik və ölkələrimizdə "İslam və Təlim-Tərbiyə” mövzulu konfrans və seminarlar tərtib edəcəyik.
– İrəliləyici və materialist təkamül nəzəriyyələrini əsas götürən təhsil sistemləri insanları vəhşiləşdirməkdə, zülm və qətl-qarətlərə səbəb olmaqdadır. Ölkələrimizdəki təhsil sistemlərində materialist təkamül nəzəriyyəsinin əsərlərini ifşa edəcək və bunlara qarşı mübarizə aparacağıq.
– İslam ölkələrində hadisələrin inkişafını etimadlı qaynaqlardan, tam və doğru vaxtında eşitdirilməsini təmin edəcək Yeni Dünya Xəbər Agentliyinin kadr heyətini yaratmaq məqsədi ilə bir internet saytının Türkiyədə İYFO tərəfindən qurulmasını dəstəkləyirik. Biz gənclik təşkilatları olaraq ölkələrimizdən doğru xəbərlərin ən qısa zamanda yaradılacaq xəbər şəbəkəsinə verəcəyik.
– Dünyanın hansı coğrafiyasında, kim tərəfindən və kimə qarşı olursa-olsun, müsəlman gənclər olaraq hər cür zülmün qarşısındayıq. Bütün dünyada və ələlxüsus, İslam ölkələrindəki insan haqlarının pozulma hallarını izləyəcək və bu faktları beynəlxalq cəmiyyətin gündəminə təqdim etməyə və məzlumların yanında olmağa davam edəcəyik. Bu toplantıda iştirak edən bütün quruluşlar öz ölkələrində insan haqlarının pozulma hallarını hesabat kimi digər iştirakçılara bildirəcək və bu faktlar bütün iştirakçı təşkilatların mətbu orqanlarında ictimaiyyətin diqqətinə çatdırılacaqdır
.– Zalım İsrailin məzlum Fələstin xalqı üzərində tətbiq etdiyi dövlət terrorunu şiddətlə qınayırıq. Bütün dünyanı İsrailin irqçi rejiminin zülmlərinə qarşı üsyan etməyə çağırırıq. İslam ölkələrinin də artıq İsrailin yalnız güclə başa salınacağını bilərək hərəkət etməsi lazım olduğunu təkidlə vurğulayırıq.
– Müsəlmanlar haqsız yerə heç bir insanı öldürə bilmədikləri kimi, müsəlman qardaşına qarşı da heç bir şəkildə silahdan istifadə edə bilməz. İslam dünyasının heç bir bölgəsində qlobal güclərin müdaxiləsini qəbul etmirik. Müsəlmanların məsələlərinin də müsəlman olmayanlara həvalə edilərək həll edilməsinə qarşı çıxırıq. Buna görə də İKT (İslam Konfransı Təşkilatı) daxilində İslam coğrafiyasının ixtilaflı və döyüş gedən bölgələrində sülh yaradacaq bir İslam Sülh Gücünün dərhal həyata keçirilməsi lazım olduğunu düşünürük.
– Sənətin bir fəsad vasitəsi olmaqdan ziyadə ümmətin ictimai və mədəni toxumalarını, ümmətin təməl daşı olan ailə quruluşunu gücləndirəcək, birlik və bərabərliyini vurğulayaraq Ümmət Şüuruna qurşanmasını təmin edəcək və haqq və ədalətə dayanan Yeni Bir Dünyanın qurulmasına xidmət edəcək şəkildə müsəlman gənclər tərəfindən icra edilməsini İslama dəvət yolunda önəmli bir vasitə olaraq görürük.
– İslam Birliyini qurmaq uğrunda mübarizə aparan biz müsəlmanlar arasındakı ixtilafların körüklənməsinin, İslam dünyasında məzhəb təməlli aldanmaların və bu aldanmalara yol açacaq təşəbbüslərin qarşısındayıq.Bütün bunların həqiqət tapması üçün və gözlənən ədalətli Yeni Bir Dünyanın qurulması üçün biz bu yolda son nəfəsimizə qədər bütün gücümüzlə çalışacağıq. Cəhd bizdən, müvəfəqiyyət Allahdandır!

Konfransda "Milli Görüş-Sabiqun” hərəkatının üzvləri də iştirak etmişlər: İştirakçılar: Elmir Məmmədzadə, Miri Rəsulzadə, Cavid Mürvətli








































  Şərhlər / 0 Şərh




 Şərh yazın


Ad və soyadınız* :
E-mail* :
Ölkə / Şəhər* :
Şərhiniz* :


ƏLLAMƏ BURQUİ


11

free counters

Sabiqun 2011-2019 © Bütün hüquqlar qorunur
Məlumatlardan istifadə zamanı istinad zəruridir!
Telefon: (+994 50) 429-20-99
Site by: azDesign.ws
 

Yeniliklərə abunə olun