15 Oktyabr 2019









SÜBH NAMAZININ VƏ ORUCUN BAŞLANMASI HAQQINDA
Jurnalımızda namaz vaxtları ilə əlaqədar verilən cədvəl bəzi möminlərin etirazına, bəzilərinin isə təəccüb və heyrətinə səbəb olur. Etiraz edənlər bu cədvəlin ölkədə buraxılan cədvəllərə uyğun olmadığınıdavamı>>
A+ Balacalaşdır A+ Böyütmək

GİZLİ DÜNYA DÖVLƏTİ (I HİSSƏ)

DÜNYANI KİMLƏR VƏ NECƏ İDARƏ EDİR
GİZLİ DÜNYA DÖVLƏTİ VƏ SİONİZM[1]
Bu gün yer üzündə çox sayda müstəqil dövlətin olduğuna inanılır. Lakin bu dövlətlərin idarəçilərinin öz ölkələrini və xalqlarını maraqlandıran bəsit mövzularda belə öz müstəqil iradələri ilə qərar verməkdə çətinlik çəkdiklərini görərsiniz. Bir əhəmiyyətli məsələ də budur; Bilindiyi kimi çağımızda demokratiya sanki bütün insanlığa aid edilmiş bir "siyasi din” halına gətirilmişdir. Hətta demokratiya dövrümüzün siyasətinin apriorisi, yəni avanqardıdır. Buna görə də demokratiyanın eyni ilə ağlın aprioriləri kimi mühakimədən və mübahisədən uzaq tutulması lazım olduğuna inanılır. Halbuki bir çox ölkədə xalqın böyük əksəriyyətinin seçdiyi və istədiyi şəxslər heç bir iqtidara gələ bilməzlər. Bunlardan bəziləri işin içinə girdikdə onlara təqdim olunan demokratiyanın sadəcə bir ilğımdan ibarət olduğunun fərqinə varırlar. Bəziləri rəhbərliyə gəlməyi istərkən özlərini zindanda görürlər. Bəziləri də rəhbərliyə gəlsələr də, iqtidara gələ bilmirlər. Bütün bunları görüncə bir "dərin dövlət” həqiqəti qarşımıza çıxır. Əslində bu "dərin dövlət” həqiqətdə yalnız lokal (müəyyən yerə mənsub olan) və ya milli deyildir. "Dərin dövlət” həqiqətinin qlobal (bütün yer kürəsini bürüyə bilən) yönünün, lokal yönünə təsir etdiyini unutmamalıyıq. Buna görə də müasir dünyanı qarışdıran gizli əllərin sahiblərini tanımaq üçün araşdırma aparanlar bir "Dünya Dərin Dövləti” və ya "Gizli Dünya Dövləti” ilə qarşılaşmışlar.
2002-ci ilin may ayında Amerikada Bilderberq Qrupunun illik toplantısı keçirilmişdir. Bu toplantı ilə birlikdə qeyd etdiyimiz Gizli Dünya Dövləti və Dünya Dərin Dövləti mövzusu yenidən gündəmə çıxdı. Lakin verilən şərhlərdə Bilderberq mövzusu önə çıxdı. Halbuki Bilderberq Qrupu XX əsrə damğasını vuran və XXI əsrdə də dünya üzərindəki hakimiyyətini daha da gücləndirmə məqsədinə yönəlmiş yeni nəzəriyyələr inkişaf etdirən qaranlıq şəbəkənin və birliyin bir orqanıdır.
Sionizm 1897-ci ildə Bazel konfransı ilə təşkilatlanmağa başlayan bir ideoloji təşkilatdır. Yəhudilər bu konfransdan əvvəl də dövlət idarələri ilə əlaqə quraraq bəzi siyasi oyunlar oynayırdılar. Lakin sionist ideologiyaya görə təşkilatlanmanın başlaması ilə bu işi vahid mərkəzdən və daha mütəşəkkil şəkildə idarə etməyə başladılar. Beləcə güclərini və təsirlərini daha da artırdılar.
Biz bu yazıda Dünya Dərin Dövləti, yaxud Gizli Dünya Dövləti, bu gizli dövlətin dünyanın hər tərəfinə əlini uzadan təşkilatları və bu təşkilatlarla sionistlərin əlaqələri haqqında məlumatlar verəcəyik.
 
BUGÜNKÜ DÜNYANIN ANATOMİYASI
II Dünya Müharibəsindən sonra BMT (Birləşmiş Millətlər Təşkilatı) Dünya Bankı (DB) və BVF (Beynəlxalq Valyuta Fondu) yaradıldı. Güc zoru ilə Fələstinə bir "İsrail” yerləşdirildi. Sözdə, insanlıq hüzura, sülhə və xoşbəxtliyə qovuşacaqdı.
Halbuki nə oldu?
1989-cu ildə kommunizmin iflası və Sovet İttifaqının dağılmasına qədər soyuq müharibə davam etdi.
Dünyada iqtisadi baxımdan fəqir ölkələr daha fəqir, zəngin ölkələr daha zəngin oldu. İstər ölkələr arasında, istərsə ölkələrin içində gəlirin bölüşdürülməsi getdikcə pozuldu. Acların, işsizlərin sayı getdikcə artdı. Milyonlarla insan inflyasiya və bahaçılığa görə hər keçən gün artan həyat sıxıntısı ilə iztirab çəkdi. Siyasi baxımdan Fələstin, Kəşmir, Koreya və Vyetnam başda olmaqla davamlı müharibələr və silahlı döyüşlər davam etdi.
İnsanlığın üzərinə bir kabus kimi çökən bu dövr arasında qərblilər hey: "Biz insanlığa səadət və xoşbəxtlik gətirəcəyik, çox təəssüflər olsun ki, kommunizm var, Sovet İttifaqı var, soyuq müharibə var. Buna görə də xidmətimizi həyata keçirə bilmirik”, – dedilər. Nəhayət, 1989-cu ildə kommunizm iflas etdi və Sovet İttifaqı dağıldı. O gündən bu günə qədər illər keçdi.
Bu son dövrdə bir yandan iqtisadi sahədə geri qalmış ölkələrin xarici borcları və bunun üçün verdikləri faizlər qorxunc səviyyələrə çatdı, digər yandan başda müsəlman körfəz ölkələri olmaqla müharibələrə görə bir çox ölkənin iqtisadi vəziyyəti tamamilə pozuldu. Siyasi sahədə isə yer üzünə sülh gəlməkdənsə tam əksinə müharibələr getdikcə artdı və yer üzünün hər tərəfinə yayıldı.
İran-İrak Müharibəsi yaradıldı. Körfəz Müharibəsi qızışdırıldı, Somalidə yerli xalqı əzmək üçün Somali işğal edildi. Bosnya, Çeçenistan və Azərbaycanda tarixin görmədiyi qətl-qarətlər həyata keçirildi, İrak işğal edildi. Bir çox müsəlman ölkəsinə haqsız embarqolar qoyuldu. Addım-addım bütün dünya istismar edildi və kölələşdirildi. İtaət etməyə məcbur edildi. Beləcə, "Yeni Dünya Nizamı” adı altında tək qütblü bir istismar nizamı yaradılmağa çalışıldı. Bax, hadisələr bütün açıqlığı ilə gözlər önündə cərəyan edir və insanlığa heç cür sülh, hüzur və xoşbəxtlik gəlmir!!!
Nə üçün?
Bunun əsl səbəbini başa düşə bilmək üçün yer üzündə hadisələrin təsadüfdən cərəyan etmədiyini idrak etmək lazımdır. Yer üzündə yaşayan bütün insanlar üzərində öz hakimiyyətini qurmaq, bütün insanları kölələşdirmək, özünə tabe etmək və istismar etmək istəyən bir gücün varlığını görmək lazımdır. Bu gücün qayələrini, metodlarını, necə fəaliyyət göstərdiyini, bütün dünyanı necə ovucunun içinə almaq istədiyini və bunun üçün əsrlərdən bəri inkişaf edərək bu gün artıq necə mütəşəkkil bir gücə çevrildiyini bilmək lazımdır. Bu gücün əsrlərdən bəri hadisələri öz qayələri istiqamətində planlaşdıran və bu planları tətbiq edən bir güc olduğunu idrak etmək lazımdır. Bunları görə bilmək üçün də "Bugünkü Dünyanın Anatomiyası”nı tanımaq lazımdır. Bununla aşağıdakıları nəzərdə tuturuq:
Bilindiyi kimi insanların xəstəliklərinə diaqnoz qoymaq və onları müalicə edə bilmək üçün həkim olmaq lazımdır. Həkim ola bilmək üçün də ən birinci öyrənilməsi lazım olan elm anatomiyadır[2].
İnsan orqanizmi kənardan baxıldıqda bir dəri ilə əhatə olunmuşdur. Lakin bu dərini qaldırıb altına baxdıqda sümük, əzələ, damar və sinir sistemi başda olmaqla orqanizmin içində bir çox orqanın, müxtəlif sistemlərin və funksiyaların cərəyan etdiyini görürük. İnsan orqanizminin forma və quruluşunu bilmədən diaqnoz qoymaq və müalicə etmək mümkün deyildir.
Eyni ilə bunun kimi, bugünkü dünya hadisələrinə düzgün bir diaqnoz qoymaq və buna əsaslanaraq da düzgün bir müalicə tətbiq etmək üçün eyni ilə "Bugünkü Dünyanın Anatomiyası”nı bilməkdə çox böyük, hətta qaçılmaz bir məcburiyyət vardır.
Bu gün yer üzündə hər hansı bir şəxsin bir yerdən başqa bir yerə gedə bilmək üçün alacağı təyyarə bileti BHNA-nın (Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyas-ıİATA) nəzarətindədir. Bilet pulunun 9 %-i BHNA-ya verilir. Yoxsa bir yerdən başqa bir yerə getmək mümkün deyildir. Təyyarənin hər hansı bir təyyarə limanına enməsi də mümkün olmaz. BHNA isə zahirdə beynəlxalq bir quruluş kimi görünsə də, ümumiyyətlə, bütün beynəlxalq quruluşlar kimi dünyaya nəzarət edən GDD-nin (Gizli Dünya Dövlətinin) kontrolundadır və bu (yəni BHNA-nın payı) nəticədə GDD-yə gedir. Həmçinin bu gün bir şəxs dünyanın bir yerindən başqa bir yerinə pul göndərmək istəyərsə, bu pulun həmin yerə gedə bilməsi üçün öncə ABŞ-da "Amerika Ekspress Bankı”, yaxud "Çeyz Manhetten Bənk” ("Təqib Manhetten Bankı”) və yaxud hər hansı belə bir bank vasitəsi ilə getməsi məcburiyyəti vardır. Bu banklar isə GDD-nin banklarıdır. Hər göndərilən pulun 1-5 %-i arasında faiz alınır. Bu faiz də nəticədə GDD-yə gedir. Beləcə GDD-yə belə bir pay ödənmədən bu gün dünyanın bir yerindən digər bir yerinə pul göndərmək belə mümkün deyildir.
Bir gəminin dənizlərdə səfərə çıxa bilməsi üçün əvvəl gediş-gəliş səlahiyyəti olduğunu sənədləşdirməsi lazımdır. Buna görə də LLYOD-dan sənəd almağa məcburdur. LLYOD da GDD-nin nəzarəti altında fəaliyyət göstərən bir quruluşdur.
Dövlətlər borc pul almaq istədikləri zaman Dünya Bankı və BVF-yə müraciət etməyə məcburdur. Bunlar isə GDD-nin əlindəki böyük miqdarda pulların dövlət zəmanəti altında faizlə artırılması üçün GDD tərəfindən qurulmuş, dünya iqtisadiyyatına nəzarət edən quruluşlardır.
Beləcə, bu hadisələri bir-bir saatlarla saymaq mümkündür. İdmandan teatra, sənətdən universitetlərə, sənayedən ticarətə, hüquqdan kəşfiyyat orqanlarına qədər bir çox şey GDD-nin nəzarəti altındadır.
Buna görə də dünya hadisələrini başa düşə bilmək üçün əvvəlcə "Bugünkü Dünyanın Anatomiyası”nı bilmək hər şeydən əvvəl gəlməkdədir.
Bununla bərabər ayrıca dünya bugünkü vəziyyətə başlanğıcdan bəri əsrlər boyunca hansı dəyişikliklərlə necə gəldi? Nə üçün gəldi? Bütün bunların çox açıq bir şəkildə bilinməsi zərurəti vardır.
Buna görə də məsələyə təməlindən bir baxış keçirmək hər şeydən daha mühümdür.
 
HAQQ
Haqq nə deməkdir? Batil nə deməkdir?
Bir insanın yağış yağarkən çətirini götürüb çölə çıxması doğru bir hərəkətdir. Lakin yağış yağmadıqda çətirini açaraq çölə çıxması yanlış bir hərəkətdir. Ümumiyyətlə, azərbaycan türkcəsində istifadə olunan "doğru” və "yanlış” sözləri şərtə bağlı olaraq isabət edən, yaxud etməyən şey mənasını verir. Halbuki iki vur iki dörddür, yağış yağsa da dörddür, günəş çıxsa da dörddür, bir həftə əvvəl də dörd idi, min il əvvəl də dörd idi. Bax, şərtə bağlı olmadan mütləq olaraq hər bir şərt altında doğru olan şeyə haqq deyilir. Bunun əksinə olaraq bir insan iki vur iki bərabərdir üç, – desə, yağış yağsa da yanlışdır, günəş çıxsa da yanlışdır, bir həftə əvvəl də yanlış idi, min il əvvəl də yanlış idi. Hər bir şərt altında yanlış olan şeyə isə batil deyilir. İndi isə bu təməl əsaslara söykənərək hər şərt altında doğru olan həqiqətlərə böyük bir diqqətlə nəzər salaq:
 
BU KAİNAT NƏ ÜÇÜN YARADILDI
Başımızı göy üzünə doğru qaldırıb baxdıqda nə görürük? Sonsuz bir kainat, sonsuz bir gözəllik, sonsuz bir nizam. O qədər böyük bir kainat ki içərisində bir ulduzun işığı başqa bir ulduza 100 milyon ildə belə gedib çata bilmir. İşığın bir saniyədə 300 min km yol qət etdiyini düşünsək, bu nə qədər böyük əzəmətdir, Allahım! Allah insanlara bir əsərə baxaraq bu əsərin sahibi haqqında fikir əldə etmək qabiliyyəti vermişdir. Bir rəsm əsərinə baxdıqda onu çəkən şəxsin uşaq, yoxsa yetkin bir insan, qəzəbli, yaxud sakit olduğunu başa düşə bilmək mümkündür. Bax, bunun kimi bu kainata baxdıqda ən kiçik bir yerində bir axsaqlıq və uyğunsuzluq olmayan, burada da podratçının pulu çatmadığına görə işin üstündən keçmiş, sən də oraya baxma, qardaşım, – deməsinə səbəb olacaq ən kiçik xəta olmayan bu kainatın Yaradıcısı da, əlbəttə ki, hər cür eyib və naqislikdən uzaq olan sonsuz kamal sahibi Rəbbimizdir.
Ümumiyyətlə, ətrafımıza baxdıqda Rəbbimizin kamal sifəti ilə müttəsif olduğunu idrak etməməyimiz mümkün deyildir. Rəbbimiz hər cür eyib və naqislikdən uzaqdır, sonsuz kamal sahibidir.
Bir qüdsi hədisdə Cənabı-Haqq bildirmişdir: "Mən gizli bir xəzinə idim. Tanınmaq istədim. Məni tanısınlar deyə məxluqatı yaratdım!” Bir yerdə çox qiymətli bir xəzinə olsa, lakin onu heç kim tanımasa, digər yerdə isə bir xəzinə olsa özünü tanıyacaq bir kainatı yaratsa və tanınsa, əlbəttə ki, ikinci hal birinciyə baxdıqda daha böyük bir "kamal” ("kamillik”) ifadə edir.
Rəbbimiz isə sonsuz kamal sahibidir. Qüdsi hədisdə də bildirildiyi kimi kainat da məhz buna görə yaradılmışdır. Əgər bu kainat yaradılmasaydı, Rəbbimizin kamal sifətində naqislik olardı. Yaradılmış bu kainatda cəmadat var; canlı bitkilər, heyvanlar və insanlar var. İnsan yaradılmışların ən mükəmməli, ən şərəflisidir (əşrəfi-məxluqat).
 
İNSAN NƏ ÜÇÜN YARADILDI
İnsanın bütün digər yaradılmışlardan, bitkilərdən və heyvanlardan üstün olmasının əsasında Cənabı-Haqqın ona verdiyi dörd önəmli məziyyət dayanır. Bunlar aşağıdakılardır:
1. Doğru ilə yanlışı ayıra bilmə məziyyəti; bu məziyyətdən elmlər meydana gəlmişdir.
2. Gözəl ilə çirkini yaxşı ilə pisiayıra bilmə məziyyəti; bu məziyyətdən dinlər meydana gəlmişdir.
3. Faydalı zərərli olan şeyləri ayıra bilmə məziyyəti; bu məziyyətdən iqtisadiyyat meydana gəlmişdir.
4. Ədalət zülmü ayıra bilmə məziyyəti; bu məziyyətdən siyasət və hüquq ortaya çıxmışdır.
Digər yaradılmışlarda bu qiymətli məziyyətlər yoxdur. Buna görə də bir insan bu məziyyətlərdən nə dərəcədə sürətlə və isabətlə istifadə edə bilərsə, o insana o dərəcədə ağıllı deyirik.
Bir insan bu dörd təməl məziyyətə və ağıla sahib olduqda o insanda iman olur. İnsanı uca tutan bunlardır: ağıl, iman və dörd təməl məziyyət.
Əgər insan kimi mükəmməl bir məxluq yaradılmasaydı, bu Rəbbimizin sonsuz kamal sifətinə uyğun gəlməzdi, çünki bir çox gözəlliklər yaradılmış, lakin bunu görən və sezən yoxdur. Bu bir naqislik olardı. Buna görə də insanın yaradılması Uca Rəbbimizin sonsuz kamal sifətinin bir tələbidir.
 
İNSAN BU DÜNYADA NƏ ÜÇÜN İMTAHAN EDİLİR
Rəbbimizin Kamal sifəti ilə yanaşı bir də Ədl (Ədalət) sifəti vardır. Məhz buna görə, yəni məxluqatın bir növü olan insan oğluna digər məxluqlardan fərqli olaraq bu qiymətli məziyyətlər əmanət edilib verildiyinə görə ədalətin tələbi olaraq insan oğlunun imtahan edilməsi zərurəti yaranmışdır.
Necə ki, bir insanın çox qiymətli bir brilyantı olsa və onu uzaq bir yerdə yaşayan bir şəxsə göndərmək lazım gəlsə, "Əhməd! Anbarda bir daş var, onu götür və filan yerdə yaşayan filan adama ver”, - deyə bilməz. Daş qiymətli olduğu üçün, uzun-uzun düşünər, araşdırar və ən uyğun bir şəxs tapar. Ona ciddi tapşırıq verib deyər: "Bu daş çox qiymətlidir. Gözünü bunun üstündən ayırma, yatarkən qarşına qoy, üstündəki ipək örtüyü açma. ... və s”. Əgər Əhməd bu tapşırıqlara diqqət edib əmanəti çatdırılması lazım olan yerə sağlam şəkildə çatdırarsa, ona afərin deyilər və bir mükafat verilər. Yox əgər bu qədər tapşırıqlara baxmayaraq daşı itirər, yaxud oğurladarsa, bu təqdirdə Əhmədə çox böyük bir cəza verilməsi zəruri olar, çünki ədalət bunu tələb edir. Buna görə də bu qiymətli məziyyətlərin ona verilməsi səbəbi ilədir ki, insan oğlu Rəbbimiz adil olduğuna görə imtahana çəkilmə məcburiyyətindədir.
Biz dünya həyatına, bu imtahan üçün gəlir, imtahan olunur və gedirik.
 
İNSAN DÜNYADA NECƏ İMTAHAN OLUNUR
Cənabı-Haqq insan oğlunu bu dünyada ona verdiyi qiymətli məziyyətlərə görə imtahan edir? "Kim 2 metrdən daha yüksəyə tullanarsa, onu Cənnətə daxil edəcəm”, yaxud "Kim 100 metr məsafəni 15 saniyədən daha tez qaçarsa, onu Cənnətə daxil edəcəm” – deyə imtahan edir? Əsla yox! Belə bir imtahan uşaqsayağı bir imtahan olardı. Əgər imtahan bu şəkildə olarsa, hətta heyvanların çoxu insanlardan daha bacarıqlı olar, Cənnətə girməyə haqq qazanardı.
Bəs bu imtahan necə olur?
İmtahan "Bir insan yaxşıdırmı, pisdirmi?” əsasına görə həyata keçirilir, yəni bu imtahan ən ülvi, ən qiymətli və ən yüksək bir qayə baxımından həyata keçirilir.
 
YAXŞI İNSAN OLMAQ NECƏ MÜMKÜNDÜR
Bir hədisi-şərifdə belə buyurulur: "İnsanların ən xeyirlisi insanlara fayda verən insandır!”
Yaxşılıq öz-özünə olmaz, başqasına fayda verməklə olar. Ən böyük fayda, ən böyük yaxşılıq hamının, bütün insanların yaxşılığını istəmək və bu yolda bacardığı qədər cəhd göstərib çalışmaqdır. Yəni bütün insanların dünyada da, axirətdə də xoşbəxt olmasını istəmək və bu yolda bütün gücü ilə çalışmaqdır.
Buna görə də İslam dininin özü budur: "Xaliqə təzim, bütün məxluqata Allahın qulları olduğu üçün şəfqət göstərməkdir!”
"Məxluqu Xaliqə görə sevməliyik!”
İslam dininin təməli "yaxşılıq”dır. Yalnız insanlara deyil, bütün məxluqata şəfqət, çevrəyə, bütün bitkilərə, heyvanlara şəfqət İslam dininin təməlini təşkil edir. Buna görə də şanı uca Quran "Bismillahir-Rəhmanir-Rəhim” ilə başlayır, yəni Cənabı-Haqqın Rəhman və Rəhim adları ilə başlayır. Rəhman demək, hamıya, bütün məxluqlara qarşı şəfqətli olan, mərhəmətli olan, onları himayə edən və bağışlayan deməkdir. Cənabı-Haqqın adları vardır. Bunların 129-u Quranda zikr edilmişdir. Bunlara "Əsmayi-Hüsna” ("Gözəl Adlar”) deyilir. Bu mübarək adların içərisindən başqa adların və sifətlərin zikr edilməyib Quranı oxumağa başlarkən Rəhman və Rəhim adları və sifətləri ilə başlanması İslam dininin əsasının yaxşılıq olduğunu, şəfqət olduğunu, mərhəmət və rəhmət olduğunu göstərməkdədir.
Əsasən İslam sözünün mənası da "silm” kökündən gəlməkdədir, yəni "yaxşılıq, sülh, qardaşlıq, salamatlıq, hüzur” deməkdir.
Həmçinin Hz. Mühəmməd "rəhmətən lilaləmin” olaraq göndərilmişdir. Yəni sadəcə insanlar, bitkilər və heyvanlar üçün yox, bütün aləmlərə rəhmət olaraq göndərilmişdir. Bütün bu təməl əsaslar İslam dininin təməlinin yaxşılıq olduğunu və yer üzündəki bütün insanların səadət və xoşbəxtliyi üçün göndərilmiş olduğunu açıq şəkildə göstərməkdədir.
 
İNSANLARIN YAXŞILIĞI VƏ XOŞBƏXTLİYİ
NECƏ HƏQİQƏT TAPIR
Yaxşı, "insanların yaxşılığı və xoşbəxtliyi necə həqiqət tapır?” ki, o yolda bütün gücümüzlə çalışaq?
İnsanlığın xoşbəxtliyə çata bilməsi üçün yer üzündə:
Yanlışın deyil, doğrunun,
Çirkinin deyil, gözəlin,
Pisliyin deyil, yaxşılığın,
Zərərlinin deyil, faydalının,
Zülmün deyil, ədalətin hakim olması lazımdır.
Cənabı-Haqq insanlara bunları ayırd edə bilmə qabiliyyəti verdiyinə görə insanlar yaxşı (xeyirxah) insan ola bilmək üçün yer üzündə yanlışın deyil, doğrunun, pisliyin deyil yaxşılığın, zərərlinin deyil, faydalının, çirkinin deyil, gözəlin, zülmün deyil, ədalətin hakim olması üçün bütün gücləri ilə işləməkdə məsuldurlar.
Bəs, haqq olan, doğru olan, yaxşı və gözəl olan, faydalı olan və ədalətli olan nədir?
Cənabı-Haqqın insanlara verdiyi yuxarıda qeyd olunan 4 məziyyət ilə insanlar hər nə qədər doğrunu, yaxşılığı, gözəli, faydalını və ədalətli olanı ayırd edə bilirlərsə də, bunların ideal şəklini, bütün insanlığa xoşbəxtlik gətirəcək haqq və ədalət ölçülərini, ağılları ilə ortaya qoya bilməzlər. Buna görə də Cənabı-Haqq insanları Ədl sifətinə görə imtahan etdiyi bir halda, Özünün Rəhman və Rəhim sifətlərinə görə də insanlara bu imtahanda müvəffəq ola bilmək üçün səadət və xoşbəxtlik yolunu da ayrıca göstərmişdir. Peyğəmbərlər vasitəsi ilə də din, yəni İslam bunun üçün gödərilmişdir.
 
 
İSLAM NƏDİR, QURAN NƏDİR
İlk insan Adəmdən bəri bütün peyğəmbərlərin hamısı eyni həqiqəti, yəni İslamı təbliğ etmişdir. Allah yanında din təkdir, o da İslamdır. İnsanlıq tarixinin inkişafına uyğun olaraq göndərilən peyğəmbərlərin təbliğ etdikləri dində əqidənin təməl əsasları eynidir. "Aməntu” ilə bu əsasları ortaya qoyuruq: "1. Allaha, 2. Mələklərə, 3. Kitablara, 4. Peyğəmbərlərə, 5. Axirət gününə (öldükdən sonra dirilişə), 6. Xeyir və şərin Allahın yaratması ilə olduğuna” inanırıq. Zamandan zamana dəyişən yalnız o dövrün tələblərinə uyğun olaraq bildirilən şəriətlərdir. Yoxsa əqidənin əsasları Adəmdən bəri bütün peyğəmbərlər tərəfindən eyni ilə bildirilmişdir.
Son peyğəmbər Hz. Mühəmməddir. Onun gətirdiyi Quran bütün insanlığa xoşbəxtliyin yolunu göstərmək üçün göndərilmişdir. Qiyamətə qədər xoşbəxtliyin tək yolu Cənabı-Haqqın Cəbrayıl (ə) vasitəsi ilə Hz. Mühəmmədə göndərdiyi və onun vasitəsi ilə insanlara təbliğ etdiyi Qurandadır. Quranı yaxşı başa düşə bilmək üçün Cənabı-Haqqın kitabından başqa, həm də Öz həbibini, yəni Peyğəmbərimizi də "bizə ən gözəl nümunə olaraq göndərmişdir”. Yol göstərməkdə ən mükəmməl şəkil Kitab və Nümunə (Sünnə) ilə ola bilərdi. Belə də olmuşdur.
Kitab və Sünnə ilə bizə bildirilən İslam bir xəritəyə bənzəyir. Cənabı-Haqqın insanlara verdiyi ağıl neməti isə bir kompasa bənzəyir. Səadət və xoşbəxtlik üçün həm İslam, həm də ağıl lazımdır.
Lakin yalnız ağıl ilə xoşbəxtliyə çatmaq mümkün deyil. Necə ki bir insan gecənin zil qaranlığında bir meşənin içində tək qalsa və xilas olmaq istəsə, ətrafı da meşəlik olsa, bu meşənin içində və arxasında nə vardır qaranlıq olduğu üçün bilmir. Hara getsə, qurtula biləcək? Bunu necə təyin edə biləcək? İnsanın ağılı var, ona görə göyə baxacaq və Böyük və Kiçik Ayı Bürcünü görəcək. Bunlar vasitəsi ilə deyək ki, şimalın hansı tərəfdə olduğunu təyin edə bildi. Lakin cəhətləri təyin etdikdən sonra hansı tərəfə getsə, qurtulacaq, bunu ağılı ilə tapması mümkün deyildir. Əcəba, şimala doğru getsə, o ağacların içində və ya arxasında bataqlıqlar, timsahlar, uçurumlar vardırsa, şimala doğru getməyin nə xeyiri var? Hansı tərəf təhlükəsizdir, hansı tərəfdə qurtuluş var, hansı tərəfdə təhlükə var, bunları bildikdən sonra yalnız o zaman özünü xilas edə bilər. Bunu isə ağılı ilə başa düşə bilməz. Bunu bilmək üçün, yəni ətrafında nəyin olduğunu bilmək, bu meşələrin içində və arxasında onun üçün yaxşılıq, yaxud pisliyin olduğunu bilmək üçün bunu göstərən bir xəritəyə ehtiyacı vardır. O xəritə İslamdır. İslam Rəhman, Rəhim Allahın bu sifətlərinə görə insanların dünya və axirət səadətinə və xoşbəxtliyinə çata bilməsi üçün onlara göndərdiyi səadət yoludur.
İnsanlar bu səadət yolunu özləri üçün əsas kimi götürərlərsə, bu səadət yolu ilə göstərilmiş olan haqq və ədalət ölçülərinə dayanan bir nizam qurarlarsa və Peyğəmbəri özlərinə ən gözəl örnək və nümunə götürərlərsə, bu təqdirdə dünyada da, axirətdə də xoşbəxtliyi taparlar. Yox əgər İslamdan, Qurandan və Sünnədən uzaqlaşarlarsa, dünyaları da, axirətləri də iztirab ilə dolu olar.
 
MÜSƏLMAN OLMAQ NƏ DEMƏKDİR
Müsəlman (yəni müslim) sözü lüğətdə "Allahın əmrlərinə təslim olmuş şəxs”, – deməkdir.
Müsəlman olmaq üçün bir insanın kəlmeyi-tövhidi, yəni "La ilahə illəllah, Mühəmmədun Rəsulullah!” ("Allahdan başqa ilah yoxdur, Mühəmməd Allahın elçisidir!”) sözünün məzmununu və mənasını düşünərək və bilərək, qəlbi ilə təsdiq edərək dili ilə deməsi lazımdır. Lakin bu sözün mənasının yaxşı başa düşülməsi üçün ərəbcə bir kəlmə olan "ilah” kəlməsinin mənasının yaxşı bilinməsi zəruridir.
Ərəb dili vəciz (qısa və müxtəsər) bir dildir. Digər bir çox dillərdən üstünlük ifadə edən məziyyətləri ilə bərabər ərəb dilinin vəciz bir dil olmasının mənası qısa bir kəlmə ilə bir çox mənanı ifadə edə bilmə qabiliyyətinin olması deməkdir. "İlah” kəlməsi də belə bir kəlmədir. Bu kəlmənin lüğəvi mənası araşdırıldığı zaman görünür ki, bu kəlmədə dörd ana məna eyni zamanda ifadə edilir. Bu mənalar aşağıdakılardır:
1. Ona ibadət olunacaq varlıq (yəni məbud);
2. Ondan kömək istənilən varlıq;
3. Razılığı izlənilməsi lazım olan varlıq;
4. Haqq və ədaləti nizamlayan, qanunverici varlıq;
Bu səbəbə görə bir insan kəlmeyi-tövhidi söylədikdə: "Ey Rəbbim, mən inanıram və şahidlik edirəm ki, Allahdan başqa məbud (ibadət ediləcək), Ondan başqa yardım istəniləcək, Ondan başqa razılığı nəzərə alınacaq bir varlıq yoxdur. Haqq və ədaləti Sən təyin edirsən, mən Sənin bildirdiyin haqq və ədalət ölçülərinin yer üzündə hakim olması üçün bütün gücümlə çalışacam”, – demiş olur. Yaxşı, bu haqq və ədalət ölçüləri haradadır? Cavab: "Mühəmmədun Rəsulullah. Yəni Həzrət Mühəmməd Allahın elçisidir. Onun elçisi olaraq Onun yanından gətirdiyi, Cəbrayıl vasitəsi ilə endirilib bizə təbliğ etdiyi bu Quran Allahın Kitabıdır. Bu Kitabda Allahın bizə bildirdiyi haqq və ədalət ölçüləri insanlığın səadət və xoşbəxtliyinin təməl əsaslarıdır. Və mən bu haqq və ədalət ölçülərinin yer üzündə hakim olması, bütün insanlığın dünyada və axirətdə xoşbəxtliyə çatması üçün bütün gücümlə çalışacağam”, – demiş olur.
Kəlmeyi-tövhid deməyin və müsəlman olmağın mənası budur. Müsəlmanların "müslim” sözü ilə adlandırılması Allahın Quran-kərimdə zikr etdiyi bir məsələdir. Necə ki, Cənabı-Haqq Quran-kərimdə müsəlmanlara siz müsəlmansınız, digərlərindən fərqlisiniz – deyərək bizi başqalarından ayırır. Bəs, başqaları kimlərdir?
Yer üzündə haqq ilə batilin mübarizəsi; haqqa xidmət edən müsəlmanlarla, haqqı qəbul etməyib nəfsinə əsir olaraq batilə xidmət edənlərin mübarizəsidir.
Allah-Taala Quranda buyurur: "... Allahın nazil etdiyi ilə hökm etməyənlər, əlbəttə, kafirdirlər!”[3]
"... Allahın nazil etdiyi ilə hökm etməyənlər, əlbəttə, zalımlardır!”[4]
"... Allahın nazil etdiyi ilə hökm etməyənlər, əlbəttə, fasiqlərdir!”[5]
Əlbəttə, Canabı-Haqqın Quranda bildirdiyi haqq və ədalət ölçüləri insanlığın səadətini təyin etməkdədir. Bir insan bu səadət yolundan ayrılarsa, yerinə yetirdiyi iş zülm olar.
Həzrət Adəmdən bəri yer üzündə, insan oğlunun imtahan olunduğu bu dünyada haqq və batil belə mübarizə aparır.
Çox təəssüflər olsun ki, özünə cüzi iradə (iradeyi-cüziyyə) verilən insan oğlunun hamısı müsəlman olub Allahın əmrlərinə tabe olaraq, yer üzündə haqq və ədalətin təsisi üçün haqq və xeyir yolunda çalışmır. Bəzi insanlar bu işi görərkən, bəziləri də çox təəssüflər olsun ki, nəfsinə əsir olur, Şeytanın təsiri ilə zülm və şər üçün çalışır.
 
ARDI VAR
MÜTƏRCİM VƏ TƏRTİBATÇI: XƏYYAM QURBANZADƏ
______________________________________________________
[1] "Bəzi sapqın yəhudilərin dünyaya hakim olma plan və siyasətlərinə sionizm deyilir. Sionizmi bir timsaha bənzətsək, bu timsahın üst çənəsi kommunizm, alt çənəsi isə kapitalizmdir. Bütün heyvanların alt çənəsi hərəkət etdiyi halda, timsahın üst çənəsi hərəkətli olduğu üçün onu misal çəkirəm. Bu iki çənənin (yəni kommunizmin və kapitalizmin) bir-biri ilə çarpışar vəziyyətdə görünməsi düşmənçilikləri ucbatından deyil, aralarına girən ovlarını əzmək və gövdəni (yəni sionizmi) bəsləmək üçündür. Bu gün artıq kommunizm tamamilə iflas etmiş və çökmüş, kapitalizm də içindən çürümüş və yaxında çökməyə və məhv olmağa məhkum bir hala gəlmişdir”. Nəcməddin Ərbakan
 
[2] İnsan orqanizminin forma və quruluşundan bəhs edən elm
[3] "Maidə; 44”
[4] "Maidə”; 45
[5] "Maidə”; 47



  Şərhlər / 0 Şərh




 Şərh yazın


Ad və soyadınız* :
E-mail* :
Ölkə / Şəhər* :
Şərhiniz* :


ƏLLAMƏ BURQUİ


11

free counters

Sabiqun 2011-2019 © Bütün hüquqlar qorunur
Məlumatlardan istifadə zamanı istinad zəruridir!
Telefon: (+994 50) 429-20-99
Site by: azDesign.ws
 

Yeniliklərə abunə olun