16 Oktyabr 2019









SÜBH NAMAZININ VƏ ORUCUN BAŞLANMASI HAQQINDA
Jurnalımızda namaz vaxtları ilə əlaqədar verilən cədvəl bəzi möminlərin etirazına, bəzilərinin isə təəccüb və heyrətinə səbəb olur. Etiraz edənlər bu cədvəlin ölkədə buraxılan cədvəllərə uyğun olmadığınıdavamı>>
A+ Balacalaşdır A+ Böyütmək

GİZLİ DÜNYA DÖVLƏTİ (IV HİSSƏ)

"DƏYİRMİ MASA” NƏZƏRİYYƏSİ

İllüminatlar Birliyinin təməl məqsədi bütün dünyanı vahid mərkəzdən idarə edə bilmək üçün əli hər tərəfə çata bilən bir şəbəkə meydana gətirmək idi. Lakin bunun həyata keçməsi üçün bir-biri ilə əlaqəli alt mexanizmaların yaradılmasına ehtiyac vardı. Məhz buna görə bir "Dəyirmi Masa” nəzəriyyəsi ortaya atıldı. Bu nəzəriyyəyə görə formalaşdırılacaq orqanlar, üzərlərinə götürdükləri vəzifələrə görə öz aralarında bir əlaqə şəbəkəsi quracaq, bir-birini məlumatlandıracaq və dünya ölkələrini idarə edə biləcək siyasətləri inkişaf etdirəcəklərdi. "Dəyirmi Masa” orqanlarının kadrları öz ölkələrində təsir gücü olan şəxslər olmalı idilər. Dəyirmi Masa nəzəriyyəsi ilk dəfə 1877-ci ildə Con Devison Rokfeller, Sesil Con Rods, Con Pirpont Morqan, Endryu Karpegi və Mayer Amşel Rotşilddən meydana gələn beşlik tərəfindən ortaya atılmışdır. Bunların hamısı İllüminatlar Birliyinin üzvləri idi və üçü, yəni Rokfeller, Morqan və Rotşild yəhudi mənşəli idilər.


"DƏYİRMİ MASA” VƏ BİRİNCİ DÜNYA MÜHARİBƏSİ

"Dəyirmi Masa”nın seçilmiş üzvləri Birinci Dünya Müharibəsindən əvvəl ölkələrindəki döyüş komitələrində üzərlərinə önəmli vəzifələr götürmüşdülər. Bu şəxslər siyasət səhnəsində, bir-birinə zidd ölkələri təmsil etsələr də, "Dəyirmi Masa”da birləşə bilirdilər. Bu şəxslərin müharibənin şərtlərini və səbəblərini öz əlləri ilə hazırladıqları, Birinci Dünya Müharibəsinin arxasında dayanan həqiqətlərin altını qurdalama zəhmətinə qatlanan tədqiqatçıların diqqətindən qaçmamışdır. Bu şəxslər döyüş əsnasında da ölkələrinin döyüş komitələrindəki üst vəzifələri davam etdirmişlər. Müharibədən sonra ortaya çıxan şərtlər İllüminatlar Birliyinin hesab və planlarına daha da uyğun idi. Müharibə atəşini yandıran və dörd il boyunca üzərinə qaz tökən Dəyirmi Masa üzvləri, 1919-cu ildə Fransanın paytaxtı Paris yaxınlığında Versal Sülh Konfransında bir araya gəlmiş və müharibədən sonrakı şəraitdə dünyanı necə idarə edə biləcəklərini müzakirə etmişdilər. Bu toplantıda bir araya gələn Alfred Milner, Edvard Mandel və Bernard Barux "Dəyirmi Masa”nın seçilmiş üzvləri idilər. Və özlərinin yaratdıqları müharibənin ortaya çıxardığı şərtləri dəyərləndirmə mövzusunda fikir mübadiləsi edirdilər. Bunlardan Alfred Milner "Dəyirmi Masa”nın lideri idi. Konfransda iştirak edənlərin bir çoxu Rotşild ailəsinin fərdləri tərəfindən təşəbbüs olaraq irəli sürülmüşdü. Fələstin torpaqlarında bir yəhudi dövlətinin qurulması ilə əlaqədar siyasətlərin formalaşdırılmasında qaranlıq gizli təşkilatların önəmli rolu olmuşdur. Versal Sülh Konfransında alınan qərarların arasında Fələstində bir yəhudi dövləti qurulması qərarı var idi.

 
"MAJESTİN” MEHMANXANASINDA
KEÇİRİLƏN TOPLANTI

Birinci Dünya Müharibəsindən sonra keçirilən önəmli bir toplantı da Parisdəki "Majestin Mehmanxanası”nda keçirilən toplantıdır. Bu toplantıda "Dəyirmi Masa”nın bəzi orqanlarının yaradılması ilə əlaqədar qərarlar qəbul edildi. Bu qərarlara əsasən 1920-ci ildə Xarici İşlər Şurası, 1921-ci ildə də Krallıq Beynəlxalq Əlaqələr İnstitutu quruldu. Bu orqanların idarə olunmasında Rotşild və Rokfeller ailələri həmişə söz sahibi olmuşlar. Bu ailələrin hər ikisi də yəhudi etnik qrupuna mənsubdur. Rotşild ailəsi Avropadakı, Rokfeller ailəsi isə Amerikadakı yəhudi azlığın irəli gələnlərindən idi.

 
XARİCİ İŞLƏR ŞURASI (CFR)

XİŞ, GDD (Gizli Dünya Dövləti)-nin ən önəmli orqanlarından biridir və Dəyirmi Masa nəzəriyyəsinə görə formalaşdırılmış təşkilatların da ən köhnələrindəndir. Buna görə XİŞ üzərində bir az ayrıntılı bir şəkildə dayanmaq lazımdır.
XİŞ 21 iyun 1921-ci ildə Nyu-Yorkda qurulmuşdur. Quruluşunda yəhudi mənşəli Uolter Lippmanın önəmli rolu olmuşdur. Lakin bu təşkilatın qurulması ilə əlaqədar ilk qərar daha əvvəl söylədiyimiz kimi Birinci Dünya Müharibəsindən sonra toplanan Versal Sülh Konfransında alınmışdır.
XİŞ İkinci Dünya Müharibəsində çox önəmli bir rol oynamışdır. "Forin Effeərs” ("Xarici Əlaqələr”) adlı məşhur jurnal bu təşkilatın mətbu orqanıdır. Bu jurnal vasitəsi ilə dünya ictimai rəyi üzərində bir siyasi istiqamət verməyə çalışır. Görünüşdə XİŞ-in fəaliyyətlərinin çox da gizli olmadığı irəli sürülür. Həqiqətdə isə digər GDD orqanları kimi son dərəcə gizli çalışır. Lakin istiqamətləndirmə məqsədli fəaliyyətlərini çölə əks etdirir və bununla da şəffaf fəaliyyət göstərdiyi təəssüratını yaratmağa çalışır.
XİŞ-in bu gün finans (maliyyə), rabitə, akademik, kəşfiyyat və texnologiya sahələrində ən təsirli məqamlarda əyləşən 3500 üzvünün olduğu zənn edilir. Ələlxüsus, Amerikadakı kəşfiyyat orqanları üzərində olduqca güclü təsirə malikdir. FTB ("Federal Təhqiqat Bürosu”), MKİ ("Mərkəzi Kəşfiyyat İdarəsi”), MKT ("Müdafiə Kəşfiyyatı Təşkilatı”), "NMİ” ("Narkotiklə Mübarizə İdarəsi”) və kəşfiyyat şefləri bu təşkilatın da kadrıdır və XİŞ-in prinsiplərindən kənara çıxa bilməzlər.
GDD-də önəmli təsiri olan Rokfeller ailəsinin bir üzvü David Rokfeller XİŞ-in fəxri sədri olaraq qəbul edilir. ABŞ-ın sabiq prezidentləri Bill Klinton, Cimmi Karter, Entoni Leyk, sabiq prezident yardımçısı və son prezident seçimlərində oğul Buşun rəqibi olan Albert Qor, Corc Buş (ata və oğul hər ikisi də), oğul Buşun prezident yardımçısı Dik Çeyni, sabiq nazir Uorren Kristofer, müdafiə naziri Kolin Pauell, Les Aspin, sabiq MKİ direktoru Ceyms Vulsi, yenə MKİ sabiq direktoru Robert Qeyts, ABŞ hava qüvvələrinin sabiq katibi Donald Rayz, ABŞ-ın sabiq Pakistan səfiri Robert Oukli, ABŞ sabiq xarici işlər naziri və eyni zamanda bu ölkədəki yəhudi lobbisinin başında dayanan Henri Kissincer, sabiq müdafiə nazirləri Ceyms Beyker, Donald Ramsfeld və Kaspar Uaynberqer, Cimmi Karter dövrünün milli təhlükəsizlik müşavirlərindən Zbiqnev Bjezinski, ata Corc Buş dövrünün milli təhlükəsizlik müşavirlərindən general Brent Soukroft, sabiq maliyyə naziri Lloyd Bentsen, sabiq dövlət naziri Corc Şuls, sabiq ticarət naziri Robert Mosbaxer, ABŞ-lı məşhur maliyyəçi və pul bazarlarında spekulyasiyalar (möhtəkirlik) edərək milyardlar qazanmaqla tanınan, "Soros Fondu” vasitəsi ilə dünya ölkələrinin gələcəyi üçün GDD-yə xidmət edəcək idarəçilər yetişdirməyə çalışan yəhudi mənşəli Corc Soros ABŞ-ın XİŞ üzvü məşhurlarının başında gəlir. Bu adlar ABŞ siyasətində söz sahibi, yaxud keçmişdə söz sahibi olmuş XİŞ üzvü məşhurların sadəcə az bir qismini təşkil edir. XİŞ üzvlərinin bir çoxu eyni zamanda Bilderberq və ya SBS (QSC – "Qafa Tası və Sümüklər Cəmiyyəti”) üzvüdür.
XİŞ-in Türkiyədən də üzvləri vardır. "Aydınlık” qəzetində yer alan bir yazıda Rəhmi Koçun XİŞ-in Türkiyə təmsilçisi olduğu və təşkilatın 2001-ci ilin fevralında "Koç Holdinq” binasında Rəhmi Koçun ev sahibliyində bir toplantı keçirdiyi irəli sürülmüşdür.

 
BİLDERBERQ

GDD-nin adı ən çox eşidilən orqanlarından biri Bilderberqdir. Əslində Bilderberq "İllüminatlar Birliyi”nin əməllərini həqiqətə çevirmək məqsədi ilə formalaşdırdığı "Dəyirmi Masa” nəzəriyyəsinə görə ortaya çıxarılmış bir təşkilatdır. Lakin "İllüminatlar Birliyi”nin ortaya çıxması ilə Bilderberqin qurulması arasında 177, "Dəyirmi Masa” nəzəriyyəsinin ortaya atılması arasında isə 77 il fərq vardır. "Dəyirmi Masa”nın ən qədim orqanlarından olan "XİŞ”dən isə 33 il sonra ortaya çıxmışdır.
Yuxarıda üzərində dayandığımız XİŞ-in ağırlıq mərkəzini Amerika təşkil edirdi. Buna görə də Bilderberq, XİŞ və digər təşkilatların Avropa ayağını və fəaliyyətini təşkil etmək üçün Hollandiyada Osterbek şəhərində Bilderberq mehmanxanasında 1954-cü ildə qurulmuşdur. Təşkilatın yarandığı mehmanxananın sahibi də Hollandiya kralı idi. Təşkilat da ilk toplantının keçirildiyi mehmanxananın adını götürərək "Bilderberq Qrupu” deyə adlandırmışdır. Bilderberq Qrupunun qurucuları arasında Hollandiya şahzadəsi Bernhard və polşalı sosioloq Dr. Jozef Retinqer də vardı. Retinqer Bilderberqin fikir atası olaraq tanınır. Eyni zamanda XİŞ üzvüdür. Bilderberqin quruluşunda ABŞ kəşfiyyat orqanlarının, ələlxüsus MKİ-nin rolu olduğu çox yaxşı bilinir. Şahzadə Bernhard Nasist SS üzvüdür. 1937-ci ildə Hollandiya şahzadəsi ilə evlənmişdir, lakin nasistlərlə olan yaxınlığı çox yaxşı bilinir.
Bilderberqin qurulmasında əsl önəmli rolu oynayanlar və maliyyə yardımı edənlər Rotşild ailəsidir. Bu fəaliyyətlər amerikalı Rokfeller ailəsi tərəfindən də dəstəklənmişdir.
Bilderberq dünyanın idarə olunması və qloballaşma mövzusunda hər il müxtəlif ölkələrdə toplantılar keçirir. Toplantılar son dərəcə gizli şərtlərdə keçirilir. Toplantılar hər ilin may ayının son həftəsinə təsadüf edir. İştirakçılar təxminən üç günlük toplantı ərəfəsində kənar aləm ilə əlaqələrini qırma məcburiyyətində qalırlar.
İştirakçılar toplantılarda nə haqqında danışıldığını deyil, hansı məsələlərin gündəmə çıxarıldığı haqqında belə hər hansı bir məlumat verməkdən çəkinirlər. Təşkilatın üzvü olanlar istisna olmaqla heç bir qəzet müxbiri və yazar toplantıya buraxılmır. Üzvlər də kənara heç bir məlumat sızdırmırlar. Ümumiyyətlə, kütləvi informasiya vasitələrinin toplantıların tərkibi haqqında hər hansı bir məlumat əldə etməsi mümkün deyildir.
Toplantılarda gizlilik prinsipinin mükəmməl tətbiq edilə bilməsi üçün diqqət edilən bəzi xüsusları burada zikr edək: Qrup hər il keçirdiyi nizamlı toplantılarda, toplantı keçirilən mehmanxananın hamısını tutur və bina təhlükəsizlik gücləri tərəfindən yaxın qorumaya alınır. Üç gün davam edən bu toplantılara üzvlərin həyat yoldaşları belə çağırılmaz. Toplantılarda qeydlər götürmək yasaqdır. İştirakçılara danışılanları kənara sızdırmayacaqlarına dair and içdirilir. İndiyə qədər keçirilən toplantılarda bir çox yazar iştirak etmişdir, lakin bu şəxslər toplantıların tərkibi haqqında bir sətir belə yazmamışlar. Bu da gizlilik prinsipinə nə qədər həssas bir şəkildə bağlı olduğu haqqında bir təsəvvür yaradır. Bu toplantıların nə dərəcədə böyük bir gizlilik içində idarə olunduğunu qrupun fəaliyyətlərini araşdıran Robert Erincer "Bilderberq Qrupu, Qlobal Manipulyatorlar” kitabında dilə gətirir. Erincer, kitabın çalışma mərhələsində toplantılarda müxtəlif tarixlərdə iştirak edən xarici işlər nazirlərinə və MKİ-yə yazdığı məktublara təəccübləndirici cavablar alır. Gələn cavablarda sual verilən şəxslər belə bir qrupun varlığından xəbərdar olmadıqlarını bildirirlər. Təşkilatın "Spotlayt” ("Diqqət Mərkəzi”) adlı bir jurnalı nəşr olunur. ABŞ-ın gizli təşkilatı və XİŞ üzvlərinin bir çoxu eyni zamanda Bilderberq üzvüdür. Əslində Bilderberq XİŞ-in daha çox gizli bir biçimdə beynəlxalq səviyyədə yayılmış halıdır. Məqsədi Yeni Dünya Nizamını və ABŞ-İngiltərə hakimiyyətini və imperializmi bütün dünyaya yaymaqdır. Hər il keçirilən çox gizli şərtlərdəki toplantılara həm MKİ, həm də toplantının keçirildiyi ölkənin kəşfiyyat orqanı nəzarət edir.
Bilderberq qərarlarının dövlət rəhbərlərinin dəyişdirilməsində də önəmli rolu olduğuna inanılır. İngiltərənin sabiq baş naziri Marqoret Tetçerin yüksəlməsi və tənəzzülü buna nümunə göstərilir. Tetçerin 1975-ci ildə Bilderberq toplantılarında iştirakından sonra ulduzunun birdən-birə parıldaması, bundan sonra keçirilən İngiltərə seçkilərində masonların dəstəyi ilə baş nazirliyə seçilməsi və bu vəzifəni 3 dövr üst-üstə davam etdirməsi bir çoxlarının ortaq görüşünə görə Bilderberq qərarları ilə onun dəstəklənməsi sayəsində olmuşdur. Daha sonra gözdən düşməsinin və ulduzunun birdən-birə sönməsinin səbəbinin də Bilderberq qrupunun İngiltərədəki krallıq rejiminə müqavimət göstərməsi tələblərinə etiraz etməsi olduğu Cim Taker adlı bir ingilis jurnalisti tərəfindən dilə gətirilir. Tetçerin tənəzzülündən sonra Toni Blerin yüksəlməsində də Bilderberqin önəmli rol oynadığına ehtimal verilir, çünki Bler də Bilderberq toplantısında iştirak etdikdən sonra İngiltərə baş nazirliyinə seçilməyi bacardı. ABŞ-ın son dövr prezidentlərindən Cimmi Karter, ata Corc Buş və Bill Klintonun iş başına gəlməsində Bilderberq qərarlarının təsiri olduğu mövzu ilə əlaqədar araşdırmalarda vurğulanmaqdadır.
Bilderberq qrupu üzərində sionistlərin hakimiyyəti çox vaxt açığa çıxarılmır. Lakin həqiqətdə qrupun qərar mexanizmində yer alanlar yəhudilərdir. Qrupun əsl idarə mərkəzi Qüdsdədir. Qüdsdə 70 ravvindən meydana gələn Sanhedrin qrupunun baş ravvinlərinin təşkilat iyerarxiyasının ən üst nöqtəsində qərar tutduğu bəzi qaynaqlarda bildirilir. Bu mövzudakı məlumatlar gizli saxlanılsa da, Bilderberqin Amerikadakı yəhudi lobbisinin ən önəmli təşkilatlarından Bney-Brit ilə əməkdaşlıq etdiyi artıq gizlədilməyəcək qədər açıqdır.
Bilderberq toplantılarının ana məqsədi dünya siyasəti üzərində öncədən proqramlaşdırmalar aparmaq və layihələr inkişaf etdirməkdir. Danışılacaq və müzakirə ediləcək mövzular əvvəlcədən müəyyənləşdirilir. Lakin bütün bunlar təşkilat iyerarxiyasının üst mərhələsində qərar tutanlar tərəfindən həyata keçirilir. İştirakçılar isə yalnız fikir ortaya qoyurlar. Lakin iştirakçılar sayca çox olduğundan fikir bildirmə vaxtı olduqca azdır. Danışdığı mövzuda mütəxəssis olanlara 5, olmayanlara isə 3 dəqiqə danışma vaxtı verilir.
Vaxta nəzarət işıq sistemi ilə aparıldığına görə heç kim ona verilən vaxtı aşa bilmir. Buradan başa düşüldüyünə görə bu fikir bildirmə işi bir baxımdan yaşıllıq olsun deyə həyata keçirilir, qərar mexanizmində yenə üst mərhələdə onların sözləri birinci dərəcədə təsirlidir. İştirakçılar isə siyasət səhnəsində irəliləyə bilmək üçün qərarları tətbiq etmə məcburiyyəti hiss etdiklərindən onlardan tələb olunanı yerinə yetirməkdən başqa bir seçimləri yoxdur. Alınan qərarlar hər hansı bir şəkildə yazılı, yaxud görüntülü qeydə alına bilməz. Hər bir kəs qərarları yadında saxlamalı və yeri gəldikdə xatırlamalıdır. Bilderberq toplantılarında iştirak edən üst səviyyə dövlət adamları alınan qərarları öz ölkələrinin əleyhinə olsa da tətbiq edirlər.
Bilderberq Qrupu zaman içində üzv sayını olduqca artırmış və təsir dairəsini genişləndirmişdir. Qeyd etdiyimiz digər gizli təşkilatlarla da əməkdaşlıq etdiyinə görə güclərini müəyyən bir nöqtədə birləşdirirlər.
Bilderberqin bu günə qədər keçirilən toplantılarının ikisi Türkiyədə olmuşdur. Bunların birincisi 1959-cu ildə "Çinar” mehmanxanasında, ikincisi isə 1975-ci ildə "Çeşmə Altın Yunus” istirahət zonasında gerçəkləşdirildi.
Türkiyədə 50 ildir rəhbərliyə gələn məşhur siyasətçilərin bir çoxunun Bilderberq üzvləri arasında adları çəkilir. Bəzilərinin bu toplantılarda iştirak etdiklərinə dair mediada yer alan məlumatlar vardır. Bülənt Ecevit və Süleyman Dəmirəlin 1975-ci ildə Türkiyədə Çeşmədə tərtib olunan toplantıda iştirak etdikləri bilinməkdədir. Məsud Yılmaz 1990-cı ildə Nyu-Yorkda tərtib olunan toplantıda iştirak etmişdir.
Yenə Bilderberq fəaliyyətləri ilə əlaqədar araşdırmalarda qeyd olunduğuna görə 1995-ci il tolantısına sabiq Milli Məclis Sədri Hikmət Çətin, tanınmış akademik Prof. Dr. Şərif Mardin və Cem Boyner, 1996-cı il toplantısına sabiq nazirlərdən Əmrə Gönənsay və Mərkəzi Bankın sədri Qazi Ərçəl, 1997-ci il toplantısına sabiq nazir Vahid Xələfoğlu, "Sabah” qəzetinin sahibi Dinç Bilgin, "ENKA HOLDİNQ”-dən Sinan Tara, Pr. Dr. Üstün Ərgüdər, 1998-ci il toplantısına "İqtisadi İnkişaf Fondu” sədri Meral Gəzgin Eris, "Koç Holdinq”dən Suna Kıraç, "Özəlləşdirmə İdarəsi” sədri Uğur Bayar, təqaüdçü səfir Gürbüz Aktan və sabiq xarici işlər naziri İsmayıl Cem, 1999-cu il toplantısına "Hürriyyət” qəzetinin təmsilçisi Sedat Ergin, Mərkəzi Bankın sədri Qazi Ərçəl, TÜSİAD ("Türk Sənayeçiləri və Biznesmenləri Assosiasiyası”) sədri Ərkut Yücəoğlu, "Koç Holdinq”dən Suna Kıraç, 2000-ci il toplantısına "İctimai İşlər Komissiyası” üzvü və həmin NTV idarəçisi Nuri Çolakoğlu və TÜSİAD üzvü Məhərrəm Kayhan, 2001-ci il toplantısına Qazi Ərçəl, təqaüdçü səfir Özdəm Sanbərk, 2002-ci il toplantısına isə Dünya Bankından böyük ümid və hesablarla Türkiyəyə gətirilən Kamal Dərviş ilə birlikdə bir neçə şəxslik bir qrup qatıldı. Əlbəttə ki, bunlardan başqa iştirak edənlər də olmuşdur. Onlar aşağıdakılardır:
1. Mustafa Koç ("Koç Holdinq”)
2. Rəcəb Təyyib Ərdoğan ("Ədalət və İnkişaf Partiyası”)
3. Əli Babacan (sabiq İqtisadiyyat Naziri, hal-hazırda baş nazirin köməkçisidir)
4. Sami Kohən ("Milliyyət” qazetinin yazarı)
5. Suzan Sabançı Dinçər (Akbank)
6. Agah Uğur ("Borusan Holdinq”)
7. Fəhmi Koru (qəzetçi, yazar)
8. Gülər Sabançı ("Sabançı Holdinq”)
9. Aişə Soysan (Sabiq "Boğaziçi Universiteti” Rektoru, "Ali Təhsil Şurası” üzvü, "Açıq Cəmiyyət İnistitutu Məsləhət Kollegiyası”nın sabiq üzvü)
10. Rəhmi Koç ("KOÇ HOLDİNQ”)
11. Nuri Çolakoğlu ("NTV” rəhbəri)
12. Bülənd Özaydınlı ("Koç Holdinq”)
13. Mehmet Əli Bayar (siyasətçi)
14. Həsən Cəmal ("Milliyyət”)
15. Soli Özəl (müəllim, "Bilgi Universiteti”)
16. Kamal Köprülü (Təsisçi "Arı Hərəkatı”)
17. Ümüd Boyner ("Boyner Holdinq”) və s.
Biznesmen Səlahəddin Bəyazidin daimi üzv kimi hər il bu toplantılarda iştirak etdiyi media qaynaqlarında bildirilir. Ondan başqa da daimi üzvlər vardır.
"Aydınlıq” qəzetinin yaydığı bir siyahıya görə Bilderberqin Türkiyə üzvləri bu şəxslərdir:
Səlahəddin Bəyazid, Şarık Tara, Bülənt Əczaçıbaşı, Jak Kamhi, Sakıb Sabançı, Mehmet Əmin Qaramehmet, Süleyman Dəmirəl, Bülənt Ecevit, Erdal İnönü, Məsud Yılmaz, Hikmət Çətin, İsmayıl Cem, İltər Türkmən, Kamal Dərviş.
Lakin burada Bilderberq toplantısının öz iç iyeyarxiyası baxımından daimi üzvlük, üzvlük və hər hansı bir toplantıda iştirak etmək arasında fərq olduğunu nəzərinizə çatdıraq. Bununla bərabər toplantılarda iştirak etmək də qrupla əlaqə yaratmağı və siyasi səhnədə qrupun qərarlarına zidd olan davranışdan çəkinməyi zəruri etməkdədir. ABŞ-ın sabiq xarici işlər naziri və Amerikadakı yəhudi lobbisinə rəhbərlik edən Henri Kissincer GDD-nin digər təşkilatları kimi Bilderberqin də üzvüdür. Bilderberqin Türkiyəyə aid fəaliyyətlərindən məsul şəxs Henri Kissincerdir.

 
TRİLATERAL KOMİSSİYA (ÜÇTƏRƏFLİ KOMİSSİYA)

"Dəyirmi Masa” nəzəriyyəsinə görə formalaşdırılan təşkilatlardan biri Trilateral Komissiyadır (TR). Bu komissiya 1973-cü ildə hər ikisi də yəhudi olan David Rokfeller və Zbiqnev Bjezinski tərəfindən yaradılmış gizli bir təşkilatdır. Bu iki şəxs eyni zamanda XİŞ üzvüdür. Bu təşkilatın ortaya çıxmasında haqqında danışdığımız Bilderberq qrupunun fəaliyyətlərinin önəmli rolu olmuşdur. Nə qədər ünvanı, yeri, üzvləri bəllidirsə də apardığı fəaliyyətlərin arxasında gizli məqsədlər, ABŞ-ın kəşfiyyat orqanları və NATO-nun gizli xüsusi hərbi təşkilatları dayanmaqdadır. ABŞ prezidentlərinin və Avropa, Amerika və Yaponiyadakı rəhbər kadrların çoxu TR (ÜK) üzvüdür. Bütün dünyada TR (ÜK), Bilderberq və XİŞ bir-birinin içinə girmişdir. Təsir dairəsi geniş olan bir çox idarəçi bunların hər üçünün üzvüdür. Məsələn, Amerikadakı yəhudi lobbiçiliyinin öndə gələn adı və ABŞ-ın sabiq xarici işlər naziri Henri Kissincer bunların hər üçünün üzvüdür. Həmçinin sabiq ABŞ prezidenti Bill Klinton MKİ-nin sabiq direktoru Con Mark Deyç, Müdafiə Nazirliyi sabiq katibi Robert Streync Maknamara, ABŞ-ın Yaponiya səfiri Uolter Frederik (Friç) Mondeyl, sabiq maliyyə katibi Bencamin Nay kimi adlar da hər üç təşkilatın üzvüdürlər. Bilindiyi kimi hər üç təşkilatın üzvü olan 48 şəxs vardır.

 
BOHEMİAN KLUBU

GDD-in Amerikadakı qaranlıq şəbəkələrindən biri də Bohemian Klubudur (BK). BK 1880-cı illərdə Koliforniya da qurulmuş bir cəmiyyətdir. Üzvləri, mərasimləri və fəaliyyətləri çox gizli saxlanılır. Mərkəzdəki ferma eyni anda yüzlərlə şəxsin həftə sonu toplantılarında iştirak edə biləcəyi şəkildədir. Hər şəhərdə məbədləri vardır. Simvolları bayquşdur. ABŞ-dakı yəhudi lobbisinin ən önəmli şəxslərindən olan və ABŞ-ın sabiq xarici işlər naziri Kissincer bu cəmiyyətin üzvüdür. Sabiq prezident Ronald Reyqan da bu cəmiyyətin üzvləri arasında yer alırdı. Fəaliyyətləri nə qədər gizli tutulsa da, Bohemian Klubunun QSC ("Qafa Tası və Sümüklər Cəmiyyəti”), "Pilqrem Sosaiti” ("Pilqrem Cəmiyyəti”), Roteri Klubu kimi mason cəmiyyətlərlə iç-içə olduğu çox yaxşı bilinir. İddialara görə Amerikada bir kəşfiyyat orqanına rəhbər seçilməyin şərti BK-dən rəy almaqdır. BK üzvləri sadəcə dövlət idarəçiliyində deyil, iqtisadi qurumlarda da önəmli nöqtələrə gəlmişlər. Məsələn, 1991-ci ildə Amerikadakı önəmli iqtisadi qurumlarda üst səviyyə idarəçilikdəki BK üzvlərinin sayı belə idi: Amerika Bankı 7 direktor, "Sakit Okean Qaz və Elektrik” 5 direktor, AT-T ("Ağır Ortilleriya Dartıcısı”) 4 direktor, Birinci Ştatlararası Bank 4 direktor, Makkesson Korporeyşn 4 direktor, Ford Motor Şirkəti 4 direktor, General Motors 3 direktor, Sakit Okean Bell Telefon 3 direktor. Kəşfiyyat orqanlarının sədrlərinin və ya üst səviyyə idarəçilərinin bir çoxunun da BK yaxud QSC üzvü olduğu da çox yaxşı bilinir. Yeni Dünya Nizamı nəzəriyyəsinin formalaşdırılmasında BK-un da QSC kimi önəmli rolu olmuşdur.

 
QAFA TASI VƏ SÜMÜKLƏR CƏMİYYƏTİ (QSC-SBS)

Bugünkü GDD-nin önəmli qaranlıq təşkilatlarından biri olan "Qafa Tası və Sümüklər Cəmiyyəti” (SBS)-nin təməlinin 1832-ci ildə Amerikada atıldığı ehtimal verilməkdədir. Lakin bu təşkilatın ortaya çıxmasında da İllüminatlar Birliyinin rolu olmuşdur. Bəzi təsbitlərə görə 1832-ci ildə ABŞ-a İllüminatların bir uzantısı olaraq Uilyam Rassel və Alponso Taft tərəfindən gətirilmişdir. Alponso Taft sabiq ABŞ prezidenti və QSC (SBS) üzvü olan Uilyam Hovard Taftın atasıdır. Lakin bu təşkilatın 1882-ci ildən əvvəlki fəaliyyətləri o qədər də bilinmir.
QSC-nin fikirləri və mərasimləri masonlarınkına çox bənzəyir. Beyin yuma tətbiqatının bir startı olaraq inisiasiya mərasimi adı verilən bir mərasim keçirilir. Bu mərasimdə iştirak edən lümlüt soyunub bir tabutun içinə girir. Tabutdan çıxdıqda özünü yenidən doğulmuş kimi qəbul edir. Ondan sonra artıq beynini QSC (SBS) birliyinin orqanizatorları və bu birliyin dayandığı fikirlər formalaşdırır. Fəaliyyət tərzi İllüminatlar Birliyinin fəaliyyət tərzindən fərqlənir. Son dərəcə gizli fəaliyyət göstərirlər. Üzvlərin kənara məlumat sızdırmamasına böyük önəm verilir.
QSC-yə üzvlük yalnız dəvətlə mümkündür, yəni bir şəxs özü istəsə də, təşkilatın içindən bir dəvət olmadan bu istəyi diqqətə alınmır. Təşkilatı idarə edənlər, xüsusilə, seçdiklərini qəbul etmək və onları da önəmli məqamlara gətirmək məqsədilə bu sistemi tətbiq edirlər. Bir şəxsin təşkilata qəbul edilməsi üçün ağ irqə mənsub olması, anqlosaks və protestant olması lazımdır. Bu şərt WASP (White, Anglo-Sakson, Protestan) qısalması ilə ifadə edilir.
QSC-nin son 150 ildə 2500-dən artıq üzvü olmuşdur. Bunların hamısı da Amerikada önəmli nöqtələrə gəlmişlər. Təşkilata qəbul edilənlərin ailə fərdləri və qohumları da elitar təbəqədən qəbul edilirlər. Ata Buş və oğul Buş hər ikisi QSC-nin üzvüdür.
Təşkilatın mərkəzi Yel Universitetindədir və təşkilata hər il 15 üzv qəbul edilir. QSC üzvlüyünə qəbul edilənlərdə protestant olma şərti tələb olunsa da, təşkilatın fikirləri İllüminatların fikirləri ilə eynidir. Ümumiyyətlə, QSC də mason təşkilatlanmasının bir qanadı sayılır. Mason təşkilatlanmanı isə yalnız masonluğun deyil, eyni zamanda sionizmin fikri bazisini hazırlayan Məbəd Cəngavərləri, Malta Cəngavərləri və İllüminatlar Birliyi ilə bərabər dəyərləndirmək lazımdır.
Amerikada olduqca təsirli olan QSC mənsubları cəmiyyətdə hər bir quruluşun içində mövcuddur. Bunların içində Ağ Ev, Uca Divan, kütləvi informasiya vasitələri, iş və sənaye, federal bank sistemi, qanun yazan kollegiyalar, məhkəmələr və s. yer alır. Birinci və İkinci Dünya müharibələrində Avropadakı İllüminatlar Birliyi kimi Amerikadakı QSC də önəmli rol oynamışdır. Yeni Dünya Nizamı nəzəriyyəsinin inkişaf etdirilməsində də ən önəmli rol oynayan təşkilatlardan biri bu təşkilatdır. QSC-ni əsla İllüminatlar Birliyindən ayrı düşünməməliyik. QSC üzvlərinin də çoxu Bilderberq və XİŞ kimi orqanlara üzvdürlər.

 
GDD VƏ ROKFELLER AİLƏSİ İLƏ ROTŞİLD AİLƏSİ

Bu iki ailə haqqında əvvəldə söz açdıq. Burada hər ikisi də yəhudi olan bu iki ailə haqqında xüsusi bir başlıq altında və müfəssəl bir şəkildə danışmaq istəyirik, çünki bu ailələrin mənsublarının adları GDD-nin təşkilatları ilə əlaqədar olaraq davamlı olaraq çəkilir. 19-cu yüzilliyin böyük bir hissəsində bir yəhudi bankirlər ailəsi olan Rotşild ailəsi Avropanın pul marketlərini idarə etdi. Bir çox Avropa cəmiyyəti, borclarını, döyüş təzminatlarını ödəmək, yaxud sülh layihələrini maliyyələşdirmək üçün Rotşild ailəsindən borc pul aldı. Ailənin adı, yəni Rotşild adı atalarından birinin dükanının işarəsi olaraq istifadə etdiyi qırmızı bir qalxandan gəlir.
Mayer Amşel Rotşild (1744-1812) ailə sərvətinin qurucularından olmuşdur. Almaniyada Frankfur-Mayndakı yəhudi bölgəsində doğulmuşdur. Tacir olmuş və valyuta kimi bir neçə bankçılıq xidməti göstərmişdir. Nadir mədəni pul mütəxəssisi olan M. A. Rotşild çox zəngin evdə iştirak etmə imkanı əldə etdi. Ələlxüsus, seçmə haqqına sahib olan Vilhelm Hessen-Kasselskiynin evinə girə bilmə imtiyazına sahib olması önəmli idi. Qısa müddətdə seçmə haqqına sahib olan bu şəxsin əsas iqtisadi işləri ilə məşğul olmağa başladı. M. A. Rotşild 5 oğlunu da ailə içində işləmək üçün yetişdirdi.
Rotşild ailəsi beynəlxalq bankirlər olaraq məşhur olmalarını Napalyon müharibələrinə borcludurlar. Mayer Amşelin üçüncü oğlu Natan Mayer (1777-1836), 1800-cü illərdə İngiltərəyə getdi və Napalyonun müharibəsi əsnasında İngiltərə üçün əşyalar qaçırdı. Qardaşların yardımı ilə Natan Mayer həmçinin İspaniyadakı İngilis ordusunu maliyyələşdirmək məqsədi ilə Fransadan qızıl da daşıdı. Bu fəaliyyətləri Natana İngilis xəzinəsinin təmsilçisi ünvanını qazandırdı. Müharibənin sonunda Rotşild Ailəsi Fransa və Avstriyaya borc verməklə mükəlləf idi.
Natanın qardaşı Ceym (Yakob) Mayer Rotşild (1792-1868) Parisdə bir bank açdı. Onun qardaşı Salamon Mayer isə (1774-1855) Vyanada bir bank açdı. Digər bir qardaş Karl Mayer (1788-1855) İtaliyanın Neopol şəhərində başqa bir bank açdı, lakin bir şey əldə edə bilmədi və 1861-ci ildə bankı bağladı. Ən yaşlı qardaş Amşel Mayer (1773-1855), Frankfurtdakı iqtisadi işlərdən məsul olaraq qaldı.
Rotşild Ailəsi, Avropa və Amerikada dəmiryollarını maliyyələşdirdi və ABŞ-da istəyənlər üçün borc alma imkanı yaratdı. Natan Mayerin oğlu Layonel Natan (1808-1879) 1875-ci ildə Suveyş Kanalının nəzarətini satın almaq üçün Baş Nazir Benyamin Dizrasli (B. Britaniyanın 42-ci Baş Naziri, diplomat) tərəfindən istifadə edilmək şərti ilə İngiltərəyə borc verdi. Layonel Natan İngilis Məclisinə seçilən ilk yəhudi idi və onun oğlu Natan Mayer (1840-1915) ilk Baron Rotşild oldu.
Rotşildlər bir çox şərəf və ünvan əldə etdilər. İngilis və Fransız ailələrinin üzvü olanlar isə özlərini elm adamları və xeyirxah olaraq tanıtdırmışlar.
Rotşild ailəsinin 2000-ci illərə üç trilyon dollar sərmaye ilə girdiyinə ehtimal verilir. Bütün bu məlumatlardan belə başa düşülür ki, bu ailə faiz qandalından istifadə edərək həm siyasi idarə sistemlərini özlərinə bağlamış, həm də bu yolla böyük gəlirlər əldə edib sərvətlərinə sərvət qatmışlar. Əlbəttə ki, sərvətlərini artırmaqla yanaşı rəhbərliklər üzərindəki təsirləri və gücləri də artmışdır. Bu təsir və güclərindən istifadə edərək başda İllüminatlar Birliyi olmaqla dəstəklədikləri bütün qaranlıq təşkilatların və mason cəmiyyətlərin kadrlarının istədikləri yerlərə gəlmələrini təmin etmişlər. Onların bu təsiri də özlərinə siyasət meydanında "parlaq” bir gələcək hazırlamaq xəyalları quranların onların torlarına düşmələrini asanlaşdırmışdır.
Rokfeller ailəsi Amerikadakı yəhudi lobbisinə rəhbərlik edən bir ailədir. Bu ailə də Rotşild ailəsi kimi başlanğıcda bank və maliyyəçilik işinə ağırlıq verdi. Buna görə də Amerikada illərdən bəridir ki, pul bazarlarında səltənət sürməkdədirlər. Hətta Amerikada sərmayə sahəsində 150 ili aşan Rokfeller xanədanlığı haqqında danışılır. Lakin sadəcə maliyyə və pul bazarında qalmamışlar. Neftdən sənayeyə qədər çox geniş bir sahəyə yayılmış və olduqca güclü bir sənayenin sahibi olmuşlar. Ələlxüsus, neft sahəsində tam bir div və trest halına gəlmişlər və Amerikanın ən önəmli neft şirkətləri onların əlindədir.
Ailənin "Rokfeller Fondu” adı ilə fəaliyyət göstərən bir fondu da vardır. Bu fondun məqsədi də İllüminatlar və Dəyirmi Masa Birliyinin toruna düşəcək rəhbərlər yetişdirmək üçün universitetdə oxuyan tələbələrə təqaüd verməkdir. Adı daha öncə bir neçə dəfə keçən yəhudi Henri Kissincer bu fondun müşavirlərindəndir. Kissincerin Rokfeller ailəsi ilə müşavirlikdən başqa olduqca dərin münasibətləri vardır. Buna görə də bir çox fəaliyyətlərdə ortaqdırlar.
"Rokfeller Fondu” eyni zamanda Ağ Ev üçün strategiya müəyyənləşdirən bir tank quruluşu kimi fəaliyyət göstərir. Bu fəaliyyətlərin əsl məqsədi isə ABŞ-ın siyasətinə yön verməkdir. Bu fond Türkiyədə rəhbərlikdə üst səviyyələrə qədər gəlmiş bəzi şəxslərə də təqaüd vermişdir.
"Çeyz Manhetten Bənk” ("Təqib Manhetten Bankı”(CMB)) Rokfeller ailəsinin maliyyə qurumlarından biridir. Adında keçən Manhetten Nyu-Yorkda yəhudilərin olduqca sıx yaşadıqları adanın adıdır. Bu bankın Şah dövrü İranda müxtəlif yatırımları var idi. "Beynəlxalq Təməl Sənaye Ortaqlığı” (İBEC) ailənin bir fərdi olan Nelson Rokfeller tərəfindən qurulmuşdur. Ailəyə aid şirkətlərin Səudiyyə Ərəbistanında bir çox yatırımları vardır. Səudiyyə neftinə hakim vəziyyətdəki məşhur ARAMKO (SƏ və ABŞ-ın ortaq (müştərək) neftayırma şirkəti) şirkətinin hissələri Rokfeller ailəsinə aid dörd şirkət arasında paylaşdırılmışdır. Bunlar da Tekzako, Nyu-Cersi Oyl, Sokoni Vakuum və Kaliforniya Standart Oyl şirkətləridir. Bu dörd şirkət 1944-ildə bir araya gələrək ARAMCO-nu qurmuşlar. Mərkəzi Londonda yerləşən "Harts Horn Neft Şirkətləri və Dövlətlər” nəşr etdiyi statistikaya görə Orta Şərqin neftinin 99%-i yeddi böyük neft şirkətinin nəzarəti altındadır. Bu şirkətlərin beşi yəhudi Rokfeller ailəsinə aiddir. Yerdə qalan iki şirkətdən Şell-in sahibi Markus Semyuel və Royal Datç Şellin (Hollandiya mənşəli neft-qaz şirkəti) sahibi Uilyam Detendinq də yəhudidir.
Məşhur "Amerika Beynəlxalq Korporasiyası”ın ("AİC”) ortaqlarından biri də Rokfeller ailəsidir. Ailənin Avropadakı bəzi banklarla da əlaqələri olduğu bilinməkdədir.
Daha əvvəl haqqında danışdığımız Dəyirmi Masa nəzəriyyəsinə görə yaradılmış Trilateral Komissiyanın fikir atalığını da Rokfeller ailəsinə mənsub Devid Rokfeller və yenə bir yəhudi olan Zbiqnev Bjezinski etmişdir.
David Rokfeller "Xristian və Yəhudi Milli Konfransı”nın üzvüdür. Kommunizmin çöküş mərhələsində yəhudi sərmayesinin Sovet İttifaqından ayrılan ölkələrə ötürülməsində önəmli rol oynamışdır. Bunda Sİ-dakı kommunistlərlə keçmiş dostluğunun önəmli rolu olmuşdur. Yuxarıda haqqında danışdığımız qlobal gizli təşkilatların hamısında Henri Kissincerdən daha çox təsiri vardır. XİŞ, Bilderberq və Triloteral Komissiyanın hər üçünün də birinci dərəcədə David Rokfellerin nəzarətində olduğu bu təşkilatlarla yaxından maraqlananların çoxunda yaranan bir qənaətdir. Hətta bu üç təşkilatın kralının Devid Rokfeller, baş müşavirinin də Henri Kissincer olduğuna inanılmaqdadır. Hər ikisi də yəhudi və hər ikisi də Amerikadakı yəhudi lobbisinə başçılıq edənlərdəndir. Bu üç böyük təşkilatın öz daxili iyeyarxiyasında mərkəzdə dayanan şəxsə "buğanın gözü” deyilir və hal-hazırda "buğanın gözü”nün Devid Rokfeller olduğuna inanılır.

 
HİTLERİN YÜKSƏLİŞİNDƏ GİZLİ ƏLLƏRİN ROLU

Sionistlərin Hitler istismarı bu gün də davam edir. Əslində bu işin arxasında dayanan həqiqət nisbətən gün üzünə çıxmışdır. Lakin çox təəssüflər olsun ki, gizli əllər bu həqiqətlərin yazılmasına və danışılmasına fürsət vermək istəmirlər. Biz Hitler və nasizm (faşizm) həqiqətini də bir az təhlil etmək istəyirik.
Hər şeydən əvvəl Hitlerin yüksəlişi və Almaniyada rəhbərliyi ələ keçirməsi bir təsadüfün nəticəsi deyildir. 1919-cu ildə Parisin yaxınlığında gerçəkləşdirilən Versal Sülh Konfransında Almaniya ödəməsi mümkün olmayan təzminatlara məhkum edildi. Bu təzminat qərarlarını alanların başında gələnlər isə İllüminatlar Birliyinin orqanı olan Dəyirmi Masa üzvləri idi. Bu qərar Almaniyanı ciddi bir iqtisadi tənəzzülə sürüklədi. Onların məqsədi də bu idi. Bax, bu iqtisadi tənəzzül Hitlerin bir xilaskar kimi yüksəlməsi üçün şərtləri hazırladı. Nasizmin siyasi mexanizması olan Milli Sosialist Partiya, Almaniyada ilk dəfə ortaya çıxdıqda çox da tanınmırdı. Lakin ölkənin tanınmış sənayeçilərinin bu partiyaya daxil olması ilə birdən-birə tanınmağa və ulduzu parıldamağa başladı. Krupp (Essen bölgəsində yerləşən 400 illik keçmişə sahib Alman ailə. Ailə sənayeçi keçmişi, polad, silah və sursat istehsalı ilə məşhurdur.), İ.Q.Farben (həmçinin İ.Q.Farbenindustri) və digər bəzi yəhudi şirkətlərinin sahibləri 1929-cu ildə partiyaya daxil oldular. Bunların partiyaya daxil olması ani bir qərarla və sürətlə həyata keçirilmişdir. Bu şəxslər Hitlerin partiya daxilində yüksəlməsində önəmli rol oynadılar. Buna görə də hər cür maddi yardım etdilər.
Yalnız sənayeçilər deyil, yəhudi bankirlər də Hitlerə istədiyi yardımı edirdilər. Beynəlxalq arenada fəaliyyət göstərən yəhudi Bankir Varburq, Amerikanın məşhur yəhudi ailəsi Rokfeller adından Hitlerlə əlaqə quraraq yardım təklifi etdi. Henri Koston "Zəngin Maliyyə və İnqilablar” adlı əsərində Varburqun Hitlerlə əlaqə qurması və dəstəyi haqqında bu məlumatları verir: "Varbur Almaniyaya gəldikdə Hitlerin müşavirləri ilə görüşdü. Təmsil etdiyi maliyyəçilər adından Fürerə rəhbərliyə keçmək üçün 10 milyon dollar söz verdi. Hitler Vall Stritdəki (ABŞ-da Nyu-York şəhərində Manhetten kvartalının cənubunda, ölkənin aparıcı maliyyə qurumlarının qərargahlarının yerləşdiyi küçə) qoruyucuları ilə sürəkli məktublaşırdı: "Hərəkatımız Almaniyada böyük bir sürətlə inkişaf edir. Mənə göndərdiyiniz pul qurtardı. Növbəti səfərdə nə qədər ala biləcəyimi mənə bildirməyinizi önəmlə rica edirəm” – Hitler. Hitlerin bu ricası yəhudi bankirlər tərəfindən qarşılıqsız buraxılmadı. Keçirilən qısa bir toplantıdan sonra nasistlərə 15 milyon dollarlıq yeni bir yardımın yenə Varburq vasitəsi ilə çatdırılması qərarlaşdırıldı”.
Hitlerə maddi yardım göstərənlərdən biri də yenə yəhudi bankir ailələrindən və Royal Datç Şell şirkətinin sahibi Samuel ailəsi idi.
Hitlerin yəhudi bankirləri ilə əlaqəsinə dair məlumatları çox uzatmağa lüzum yoxdur.
Yuxarıda üzərində dayandığımız və GDD-nin ən önəmli orqanlarından biri olan Bilderberqin quruluşunda birinci dərəcəli rol oynayan Hollandiya şahzadəsi Bernardın eyni zamanda Nasist (Faşist) SS təşkilatının üzvlərindən olduğunu daha öncə bildirmişdik. SS "Xüsusi Qoruma Qüvvələri” mənasını verən Şuts Ştaffel (Almancadır.) adlandırılmasının qısaldılmış şəklidir. Hitler bu xüsusi birliyi 1925-ci ildə özünün qorunması üçün yaratmışdı. Əvvəl kiçik bir təşkilat olan bu birliyin 1933-ci ildə 50 min mənsubu vardı. Beləcə böyük bir ordu halına gəldi. Daha çox ordu nizam-intizamında çalışırdılar. Rəhbəri olan Henrix Himmler isə fanatik bir irqçi olaraq tanınırdı. Çox təəccüblüdür ki, Himmlerin baş yardımçılığına da yəhudi mənşəli Reynhard Heydrix gətirilmişdi. Nasistlərin hökm sürdüyü bölgələrdəki yəhudiləri köçə məcbur etmə və ya razı salma vəzifəsini SS-çilər öz öhdəsinə götürmüşdü. "Yəhudi Problemi” olaraq adlandırılan, həqiqətdə isə yəhudiləri köçə məcbur etməyi hədəfləyən proqramı tətbiq etmə işi ilə isə Reynhard Heydrix ilə Adolf Eyhman adlı ikinci bir yəhudi maraqlanırdı.
Hitlerin hökm sürdüyü bölgələrdə əsdirdiyi antisemit terror havası Fələstin torpaqlarına yəhudi köçünü son dərəcə sürətləndirmişdir. Belə ki, 1917-ci ildə İngilislərin Fələstin torpaqlarını işğal etmələrindən etibarən edilən o qədər təşviqə baxmayaraq, 1933-cü ilə qədər həyata keçirilən köçlərlə birlikdə Fələstin torpaqlarındakı yəhudilərin sayı 150 mini keçməmişdir. Lakin Hitlerin 1933-cü ildə iqtidarı ələ keçirməsindən sonra antisemit terror havası əsdirməsi ilə yəhudilər çəyirtkə sürüləri kimi Fələstinə axın etməyə başladılar, çünki Hitlerin adamları bir neçə yəhudini öldürüb pikapların arxasına ataraq yəhudilərin sıx yaşadığı məhəllələrdə dolaşıb: "Buranı tərk etməsəniz, sizin də aqibətiniz belə olacaq”, – deyə elanlar yayırdılar. Hitlerin adamları yəhudiləri yalnız təhdid yolu ilə deyil, razılaşma yolu ilə də köç etməyə yönləndirdilər. Sobada yandırma, minlərlə insanın kütləvi halda qətl edildiyi iddiaları isə sionistlərin illərdir ki, istismar vasitəsi olaraq istifadə etdikləri əfsanələrdən ibarətdir. Hitler terroru ucbatından yəhudilərin Fəlstin torpaqlarına axın etməsi nəticəsində II Dünya Müharibəsinin sona çatdığı 1945-ci ildə Fələstin torpaqlarındakı yəhudi əhalisinin sayı 800 minə çatmışdı. Beləcə Fələstində bir "İsrail” dövlətinin qurulması üçün yetərli insan potensialı yaranmış oldu. Onsuz da Hitlerin vəzifəsi bunu təmin etmək idi. Hitlerin vəzifəsi sona çatdıqdan sonra kitabı da bağlandı. II Dünya Müharibəsindən böyük bir məğlubiyyətlə çıxan Hitler qurtuluşu özünü intihar etməkdə gördü.

ARDI VAR
MÜTƏRCİM VƏ TƏRTİBATÇI: XƏYYAM QURBANZADƏ

 




  Şərhlər / 0 Şərh




 Şərh yazın


Ad və soyadınız* :
E-mail* :
Ölkə / Şəhər* :
Şərhiniz* :


ƏLLAMƏ BURQUİ


11

free counters

Sabiqun 2011-2019 © Bütün hüquqlar qorunur
Məlumatlardan istifadə zamanı istinad zəruridir!
Telefon: (+994 50) 429-20-99
Site by: azDesign.ws
 

Yeniliklərə abunə olun