16 Oktyabr 2019









SÜBH NAMAZININ VƏ ORUCUN BAŞLANMASI HAQQINDA
Jurnalımızda namaz vaxtları ilə əlaqədar verilən cədvəl bəzi möminlərin etirazına, bəzilərinin isə təəccüb və heyrətinə səbəb olur. Etiraz edənlər bu cədvəlin ölkədə buraxılan cədvəllərə uyğun olmadığınıdavamı>>
A+ Balacalaşdır A+ Böyütmək

GİZLİ DÜNYA DÖVLƏTİ (V HİSSƏ)

GDD-NİN PUL PUSQUSU: BVF (BEYNƏLXALQ VALYUTA
FONDU – İMF) VƏ DÜNYA BANKI (WB)

Bu iki quruluş, GDD-nin xüsusi fitnə siyasətləri və oyunları ilə ortaya çıxarılan II Dünya Müharibəsinin yaratdığı şəraitdən istifadə edərək qurulmuş pul pusqularıdır. Bu qurumlardan tarix boyunca sürəkli zəif dövlətləri borc batağına salmaq, borc yolu ilə ayaqlarına qandal vurmaq, verilən borc müqabilində sionistlərin nəzarətindəki maliyyə qurumlarının faiz gəlirini təmin etmək, bütün bunlara baxmayaraq yenə də verilən kredit qarşılığında dolaylı müstəmləkəçiliyə əsir edilən ölkələrə müəyyən siyasətləri zorla qəbul etdirə bilmək üçün istifadə edilmişdir. Burada bu iki pusqu haqqında müfəssəl danışılacaq.

BEYNƏLXALQ VALYUTA FONDU

II Dünya Müharibəsinin sona çatmasından dərhal sonra, yəni 1945-ci ildə qurulmuşdur. 1944-cü ilin 1-22 iyul arasında ABŞ-ın Nyu-Hempşir ştatının Bretton qəsəbəsində 44 ölkənin iştirakı ilə keçirilən konfransda alınan qərara əsasən 27 dekabr 1945-ci ildə quruluşu rəsmən elan edilmişdir. Quruluşa mərkəz olaraq Vaşinqton şəhəri seçilmişdir. Quruluşda ilk sədr belçikalı Kamiy Qut seçilmişdir. Üzvlükdə zorlayıcı meyarlar şərt qoşulmadığı və bu təşkilatdan kredit ala bilmək üçün üzvlük şərt olduğu üçün üzv ölkə sayı sürətlə artmışdır. Bu gün 182 ölkə bu təşkilata üzvdür.
BVF-nin görünən üzü ilə gizli üzü olduqca fərqlidir. İctimaiyyət BVF-ni "çox zəngin sərmayəli bir bank və dünya miqyaslı və maliyyə qurumu” kimi tanıyır. Halbuki BVF-nin əsl funksiyası və özəlliyi vasitəçi kəfalət qurumu, sələmçi və faizçi olmasıdır. Bu işi də əsasən aşağıda tanıdacağımız Dünya Bankının və ya Amerikadakı sionist lobbiyə mənsub şəxslərin əlindəki maliyyə qurumlarının kassalarından istifadə edərək görür. Beləcə, həm inkişaf etməmiş ölkələrin rəhbərliklərinin ayaqlarına qandal vurmuş və onları GDD-nin nəzarətinə salmış, həm də yəhudi sərmayə sahiblərinin pullarının işləməsini, onların böyük miqdarda faiz gəlirləri qazanmalarını təmin etmiş olur.
BVF-nin kredit vermə məsələsində tətbiq etdiyi metod da kifayət qədər bilinmir. Davamlı olaraq "kredit aldıq, kredit verdik” ifadələrindən istifadə edildiyinə görə insanların zehinlərində açıqlanan rəqəmlərə uyğun gələn miqdarlarda pulun kredit alan dövlətin büdcəsinə ötürüldüyü şəklində bir qənaət formalaşır. Halbuki BVF-nin gördüyü iş yalnız qələm oynatmaqdan və kağız qaralamaqdan ibarətdir. Bunun qarşılığında həmin dövlət üçün müəyyənləşmiş miqdarda pul, BVF rəsmiləri tərəfindən qəbul edilən rəsmi və ya muxtar qurumların hesablarına, yenə müəyyənləşmiş məqsədlər doğrultusunda istifadə edilmək şərti ilə ötürülür. Buna görə də bəzən xəbərlər də "kredit alındı, alınacaq” yerinə "kredit ayrıldı, ayrılacaq” ifadəsinə üstünlük verilir. Yəni BVF-nin işi bir növ çek yazmaqdır.

 
BVF-NİN GDD-NİN TƏŞKİLATLARI İLƏ ƏLAQƏSİ

BVF-nin əsl diqqət edilməsi lazım olan yönü GDD-nin təşkilatları ilə əlaqədə olmasıdır. Lakin onun bu yönünə çox diqqət edilmir. Qərbli araşdırmaçılardan Peter Tomson BVF-nin bu əlaqəsi haqqında bu məlumatı verir: "Qərbin Beynəlxalq Koordinasiyasını təşkil edən aparatların başında Qərbi Avropa və Şimali Amerika elitasını bir arada toplayan Bilderberq toplantıları gəlir. Bu toplantılarda alınan qərarlar isə BMT, BVF, Dünya Bankı (DB), Avropa İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OESD) və NATO kimi iqtisadi və siyasi qurumlar vasitəsi ilə həyata keçirilir”. BVF idarəçilərinin çoxu başda Bilderberq və XİŞ olmaqla GDD-nin müxtəlif təşkilatlarının toplantılarında ciddiyyətlə iştirak edirlər.

BVF KİRLİ İŞLƏRDƏ

BVF-nin kredit qarşılığında istədikləri yalnız iqtisadi sahə ilə əlaqədar deyildir. Bəzi siyasi hesablara dayanan kirli planlarını da həyata keçirməkdədir. Bunun iki misalı:
Frans Pressin verdiyi xəbərə görə Yəmən 1996-cı ildə BVF-dən 280 milyon dollar kredit istəyir. Bunun qarşılığında iki şərt irəli sürür:
– Hökümət pillələrində islami cərəyanlara qarşı mübarizə aparmaq;
– İslami bankın qurulmasına icazə verməmək.
Başqa bir önəmli misal da Çeçenistan müharibəsinin yaratdığı iqtisadi zərərin aradan qaldırılması məqsədi ilə Rusiyaya verilən dəstəkdir. Gündəlik maliyyəti beş milyon dollar olan müharibənin iqtisadi yükünün yüngülləşdirilməsi üçün BVF Rusiyaya önəmli miqdarda kredit verir. Dünya İqtisadiyyat İnstutunda işləyən beynəlxalq əlaqələr üzrə mütəxəssis Viktor Bosokun verdiyi açıqlama bu mövzuda bizə önəmli bir ip ucu verir: "Rusiyanın BVF-yə 1999-cu ilin oktyabrında 369 milyon, 1999-cu ilin noyabrında 800 milyon dollar geri qaytarması lazım olduğu bir halda, BVF-dən bu dönəmdə 1 milyard dollar kredit alması son dərəcə mənalıdır”.
Başda Afrika ölkələri olmaqla bir çox üçüncü dünya ölkəsinin iqtisadi baxımdan geri qalmasında və xalqlarının ac buraxılmasında BVF-nin yürütdüyü siyasətin önəmli rolu vardır. 1993-cü ildə Afrika Həmkarlar İttifaqının Baş Katibi Hasan Sunmonu "Herald Tribyun” qəzetində nəşr olunan açıq məktubunda BVF-nin tətbiqatları ilə əlaqədar olaraq belə deyir: "BVF və Dünya Bankı bölgədəki hərbi və totalitar diktatorluqları davamlı olaraq dəstəkləyən bir siyasət yeridir. Bu dönəmdə BVF və Dünya Bankına qarşı olan fermer etirazları vəhşicəsinə yatızdırılmışdır. Bu iki təşkilatın Afrikaya vurduğu ən böyük zərər isə aqrar siyasət olmuşdur. Yoxsul Afrika ölkələri ehtiyacları olan qida maddələri yerinə kakao, pambıq, kauçuk kimi maddələrin istehsalına məcbur edilmiş, qida maddələrini isə AB və ABŞ-dan idxal etməyə vadar edilmişdir. Son 10 ildə Afrika 100 milyard dollar borc faizi ödəmişdir. Bu borcları ödəyə bilmək üçün ictimai quruluşların özəlləşdirilməsini şərt qoyan BVF, İngiltərə kimi liberal iqtisadiyyatın qalası sayılan bir ölkədə on iki ildə ictimai quruluşların sadəcə yüzdə 12-sinin özəlləşdirildiyi gerçəyini göz ardı edərək, bu mövzuda siyasi iqtidarlar üzərində basqı qurmuşdur”.
Ölkələrdəki önəmli iqtisadi qərarların, acı reseptlərin və hətta bir çox çevrilişlərin və hökumət dəyişikliklərinin, BVF mərkəzində planlaşdırıldığı araşdırmaçıların xüsusi şəkildə üzərində dayandıqları bir məsələdir. Venesuela prezidentinin "Ölkəmizdəki çörək və benzin qiymətlərindən məmur və işçi maaşlarına, yatırım sahələrindəki ixracat və idxalat kvotalarına qədər hər sahədə təsirli olan bu quruluşun, siyasi iqtidarları dəyişdirmə səlahiyyətinin də olacağını düşünürəm”, – sözü bu baxımdan diqqətçəkicidir.

DÜNYA BANKI

Dünya Bankı BVF-nin bir qardaş quruluşu olaraq tanınır. Mərkəzi Vaşinqtondadır. BVF ilə eyni binada və tam bir koordinasiya içində fəaliyyət göstərir.
BMT-yə bağlı maliyyə qurumu olan Dünya Bankı 1944-cü ilin iyul ayında Birləşmiş Millətlər Pul və Maliyyə Konfransında alınan qərarlara əsasən yaradılmışdır. Lakin rəsmi quruluşu 1946-cı ilin iyununda həyata keçdi. Dünya Bankı işi əsasən II Dünya Müharibəsində zərər çəkmiş Avropa ölkələrinə yardım göstərməkdir, yəni II Dünya Müharibəsinin yaratdığı təxribatlar səbəbi ilə GDD-ni də maliyyələşdirən sionist maliyyəçilərin üzünə gün doğmuşdu. Üstəlik işin hamballığını başqalarına etdirir, özləri yalnız pul və kredit təmin etməklə sərvətlərinə sərvət qatırdılar. Pullarının hər hansı bir şəkildə riskə girməməsi üçün də onun beynəlxalq təhlükəsizliyini təmin etmək məqsədi ilə BMT-yə bağlı bir beynəlxalq bank yaratmış və kanal olaraq da ondan istifadə etmişlər.

NATO[84] VƏ GDD

NATO, II Dünya Müharibəsindən sonra ortaya çıxan bir hərbi blokdur. Lakin həqiqətdə GDD-nin hərbi qanadı mahiyyətində olan bir şeydir. Quruluşuna əsas olaraq Sovet qorxusu gətirilirdi, yəni Sovet qorxusu ilə qarşı-qarşıya olan ölkələri bir ortaq müdafiə bloku içində bir araya toplayırdı. Ümumiyyətlə, bloka daxil olacaq ölkələrdən hər hansı birinə yönələn təhdid, yaxud hücum hamısına yönəlmiş qəbul ediləcək və müştərək müdafiə aparılacaqdı.
Bunlara baxılarsa, irəli sürülən əsas məsum kimidir. Lakin arxa plana baxdıqda yenə o qaranlıq təşkilatların əlləri ilə qarşılaşırıq. Jan Monne adlı araşdırmaçının "Xatirələr” adlı əsərində belə deyilir: "NATO Amerikadakı ən güclü yəhudi lobbilərindən biri olan XİŞ tərəfindən yaradılmışdır. ... Yaradıcıları arasında Bilderberq, Üçtərəfli Komissiya (Trilateral Komissiya) və XİŞ üzvü olan Jozef Lune, XİŞ və Bilderberq üzvü Corc Marşall, həmçinin XİŞ və Bilderberq üzvü Din Açeson vardır”. Alle E.Roberts "Trumen Qardaşları” adlı əsərində belə deyir: "NATO-nun öncüllüyünü yəhudi və mason olan ABŞ prezidenti Harri Trumen etmişdir”. İlk NATO başkomandiri də XİŞ üzvü və yəhudi lobbilərinə önəmli xidmətlər etmiş general Eyzenhauer idi. "Historis Hors Seri” də yazıldığına görə sonrakı başkomandirlərdən General Lemnitser də bir yəhudi və masondur. İlhami Soysalın "Dünyada və Türkiyədə Masonlar və Masonluq” adlı kitabında yazıldığına görə NATO başkomandirlərindən Omar Bredli də bir masondur. Bunlar NATO-nun üst pillələrində vəzifələndirilmiş masonların sadəcə bir neçəsidir. Bunlardan başqa da NATO-nun üst pillələrində vəzifə almış daha bir çox ad mason təşkilatlarına üzv idi. Bunların hamısının GDD-nin arxa planda dayanıb dünyaya yön verməyə çalışan təşkilatları ilə əlaqəsi vardır.

QLADİO VƏ GDD

Qladio, adı daha çox İtaliyadakı siyasi cinayətlərdə hallanmış gizli bir təşkilatdır. Lakin bu təşkilat NATO-nun nəzarəti altında fəaliyyət göstərən xüsusi təyinatlı dəstədir. NATO-nun birbaşa düşmən elan edə bilmədiyi şəxslərə və ya siyasi mexanizmlərə qarşı Qladiodan istifadə edilmişdir. Təşkilat yalnız siyasi cinayətlər törətməklə qalmamış zaman-zaman hərbi çevrilişlərin şərtlərini də hazırlamış, hətta bu cür çevrilişlərə istiqamət vermişdir.
Qladio NATO ilə paralel qurulmuşdur və zahirdə məqsədi hər hansı bir kommunist hücum qarşısında partizan müharibəsini orqanizə etmək idi. Təşkilatın maliyyəsi isə böyük ölçüdə ABŞ tərəfindən təmin edilmişdir. Bu arada bir yandan da kütləvi informasiya vasitələri kanalı ilə antikommunist fəaliyyətlərini təşkil etmək idi. Rəhbərləri NATO üzvü olan ölkələrdə təlim keçirdirdilər. Fəaliyyətlərini əsasən gizli həyata keçirən Qladio sadəcə NATO üzvü olan ölkələrdə deyil, Avstriya, İsveç, Norveç kimi NATO üzvü olmayan ölkələrdə də təşkilatlanmışdır. Fərqli ölkələrdə fərqli kod adları ilə fəaliyyət göstərirdi. Məsələn, İtaliyada Qladio, Yunanıstanda B-8 və ya "Şip Skin” ("Qoyun Dərisi”), Belçikada SDRA-8, Hollandiyada NATO COMMAND, Almaniyada Qelen hərəkatı (qurucusu Reynhard Qelenə nisbətdə), Avstriyada Şvert ("Qılınc”), İngiltərədə "Secret Britiş Netvörk” ("Gizli Britaniya Şəbəkəsi”) kod adı ilə fəaliyyət göstərirdi. Təşkilat Türkiyədə Kontrgerilla olaraq tanınır.
Qladionun formalaşdırılmasında rol oynayan önəmli şəxslərdən general Reynhard Qelen eyni zamanda bir nasist (faşist) idi. İşin ən maraqlı tərəfi də budur ki, bu şəxsin İsrailin gizli xidmət orqanı MOSSADla əlaqəsi var idi. Bütün bu əlaqələr GDD-nin arxa plandakı fəaliyyətləri haqqında önəmli ip ucları verməkdədir. General Qelen Qladionun formalaşdırılması mərhələsində önəmli rol oynamışdır. Bu mövzuda Hitlerin yanında əldə etdiyi təcrübədən yararlandığı ehtimal verilir.
Qladionun sionizmlə əlaqəsi haqqında Riçard Dikon "İsrail Gizli Xidməti” adlı əsərində bu işarələri verir: "Almaniyadakı kontrgerilla hərəkatı Qelen Təşkilatı müharibədən sonrakı dönəmdə kəşfiyyat aparmaq üçün qurulan bir təşkilatdır. Təşkilatın başçısı Reynhard Qelen, MKİ vasitəsi ilə ABŞ-dan dəstək alır. Bu təşkilat üçün işləyən Alman səlahiyyətlilərindən biri Nasirin (Misirin sabiq prezidenti Əbdünnasirin) müşavirliyini edir. Lazım olan bilgiləri səlahiyyətli adamlara ötürür. Təşkilatda İsraillə bağlantıdan xəbəri olan çox az şəxs var idi. Bağlantılar daha irəli mərhələlərdə Fransız kəşfiyyat xidmətindəki MOSSAD casusuna xəbər verilərək Parisdə aparıldı. Fransa bir NATO üzvü idi və bu MOSSAD casusunun da NATO ölkələri arasında hərbi kəşfiyyat aparma yolları vardı”. Həmin əsərdə general Reynhard Qelenin MOSSAD hesabına çalışdığı da xüsusi ilə vurğulanır. Riçard Dikona görə Qelen 1950-ci illərdə soyuq müharibə mövzusunda Amerikanınm ən önəmli kadrlarından biri idi. Qladionun İtaliyan qanadının isə bu ölkənin ən çox adı eşidilən P-2 Mason lojası ilə yaxın əlaqədə olduğu hüquqi təhqiqat nəticəsində ortaya çıxmışdır. Bu lojanın ustadi-əzəmi Luçio Celli eyni zamanda İspaniya vətəndaş müharibəsində faşistlər adından savaşmış bir şəxs idi. İtaliyanın mafiya və qladio ilə yaxın əlaqəsi olduğu sübuta yetmiş sabiq baş naziri Culio Andreotti də bu lojanın üzvü idi. Məşhur "Təmiz Əllər Əməliyyatı”nda sorğuya çəkilən Andreotti baş nazir olduğu dövrdə Qladionu müdafiə etmişdi. P-2 lojasının Qladio və mafiya əlaqələri araşdırıldıqda bu lojanın üzvləri arasında 43 deputat, 54 üst səviyyəli məmur, başda Baş Qərargah Rəisi Admiral Covanni Torrisi olmaqla səkkizi admiral və otuzu general olan 183 hərbiçi, 19 hakim, vəkillər, polis komissarları, bankirlər, qəzet sahibləri, jurnalistlər, baş yazarlar, 58 professor, siyasi partiya liderləri və xəbər agentliyinin 3 sabiq sədri olduğu sübuta yetmişdir. Bu vəziyyət ölkədə Qladioya dəstək verən mason lojasının nə qədər geniş bir sahəyə yayıldığını ortaya çıxarır.
P-2-Mafiya-Qladio əlaqəsinin gün üzünə çıxması səbəbi ilə başlayan hüquqi təhqiqatda bəzi maraqlı həqiqətlər də ortaya çıxmışdır. Lojanın sədri Celli, İtaliya seçkilərində "Xristian Demokrat Partiyası”nın seçkidə qalib gəlməsi üçün neylon əməliyyatlar tərtib etmiş və bunun üçün MKİ-dən yardım almışdı.


DOLLAR ÜZƏRİNDƏKİ PİRAMİDANIN
HƏR BİR PİLLƏSİ NƏYİ İFADƏ EDİR

Bu piramidanın ən altındakı birinci pillə "Humanismus”, yəni bütün insanlığı ifadə etməkdədir. Beləcə, bu piramida sionizmin bütün insanlığa, yer üzündəki 9 milyard insana necə nəzarət etdiyini göstərir. Bu piramidada göründüyü kimi insanlığa nəzarət etmək üçün qurulan sistem gizlilik və itaət əsasına dayanır. Ən başdakı idarəçilərin arzularının yerinə yetirilməsi, plan və proqramlarının tətbiq oluna bilməsi üçün bütün dünyaya yayılmış belə bir piramida sistemi əsas götürülmüşdür. Bu piramidada ən altdakı insanlığın üstündəki pillələri üç qrupda toplamaq mümkündür:

1. Xalqın içinə daxil olan və yuxarının əmrlərini tətbiq edən saçaqlar: Bunlar üç pillə halındadır.
a) Rotari, Lion, Diner, Propeller, YMCA
b) Mavi Lojalar
c) Önlüksüz masonlar (Yaxşı insanlar)
2. Ucu görünən, böyük bir hissəsi gizli olan pillələr. Bunlar beş pillədir.
a) Bney-Brit, Bilderberq Təşkilatları: Bu pillə ara koordinasiya pilləsi olub görünən ən yüksək idarə pilləsidir.
b) Böyük Şərq Lojası; (Fransız Mason Lojası təşkilatları)
c) Kommunizm: (Rusiya Mason Lojası)
ç) Şotland Lojası Təşkilatı; 1-33˚ (İngilis Mason Lojası)
d) York Lojası Təşkilatı; (Alman Mason Lojası)
3. Heç görünməyən gizli pillələr. Bunlar da dörd pillədir:
a) RT: (Ən üst gizli pillə; üç Kabbalistdən təşkil olunmuş ən üst əmr pilləsi)
b) 13-lər məclisi
c) 33-lər məclisi
ç) 300-lər klubu Sanhedrin; (ən üst idarə məclisi)
Ən altdakı insanlıqla bərabər bu pillələr 13 pilləni meydana gətirir. 13 rəqəmi sionizmdə, xristianların əksinə uğurlu sayılan bir rəqəmdir.
Bu dünya təşkilatı etiqad etibarı ilə sionizmə dayanır. Sionizmin təməl əsasları isə yuxarıda da bildirildiyi kimi, Kabbala, Dəyişdirilmiş Tövrat və Talmuda söykənir. Bu sistemin ən böyük özəlliyi gizlilik və itaətdir. Buna görə də hər biri yalnız özünə verilən əmrləri yerinə yetirir, hətta öz yaşadığı ölkənin əleyhinə olsa belə. Qurulan "Hücrə sistemi” sayəsində hər birinin yalnız ən üst dərəcəsində yerləşənlər bir üst təşkilatla irtibata girə bilir. Sistemin hamısını bütün sirləri ilə bilənlər isə yalnız ən üstdəki Kabbalist ravvinlərdir.

ÜÇKÜNC SÜTUN VƏ GÖZ

Ən üstdəki üçkünc sütun içindəki göz; bu simvol son məqsədi təmsil etməkdədir. Nədir bu son məqsəd? Lüzifer: mason ilahının gözü! Bu göz "Cənabı-Haqq hər şeyi görür” həqiqətinin qarşısında "Bizim ilahımız da hər şeyi görür, hətta hər şeyi daha yaxşı görür” iddiasını təmsil edir. Bu göz Lüzifer, yəni Şeytanın gözüdür. Maili baxır və çəpdir. Masonlar bir-biri ilə tanış olmaq üçün bu paroldan istifadə edirlər. Qarşılaşdıqda əl ilə salamlaşarkən bir yandan sağ əllərinin baş barmağını digərinin əlinə xüsusi şəkildə basır və gözlərini də üçkünc sütun içindəki göz kimi maili olaraq tutub aşagıya doğru baxırlar. Sionizmin etiqadına görə Şeytan Cənnətdən qovulduqdan sonra indi yer üzündə "Bəni-İsrail”ə mənsub insanlar vasitəsi ilə haşa Cənabı-Haqdan intiqam alacaqmış. Sionizmin təməlində beləcə "Şeytana qulluq etmək” yatır.

ƏN ÜST PİLLƏ

Ən üst pillə Kabbalist sirlərinin hamısını bilən bir Baş Ravvin və digər pillələrdə fərqlənərək ən üst məqama çatmış iki yardimçı Kabbalist, yəni Kabbalanı tam olaraq bilən ravvinlərdən təşkil tapır. Bu ən üst RT pilləsinin altında bir görünməyən ən üst idarə məclisi Sanhedrin pilləsi yerləşir. RT və Sanhedrin İsrail Dövləti də daxil olmaqla bütün sionist təşkilatların bağlı olduğu ravvin icmasıdır.
SANHEDRİN

Sanhedrin üzvləri Kabbala tərbiyəsi almış ravvinlərin arasından seçilir. Bu gizli idarə məclisi kadrlarının içində ümumi rəhbərliyi izləyən "70 Kabbalist Ravvin” "Baş Nəzarət məclisi” olaraq İsraildə toplanır. Bu ruhani məclisdə əgər hər hansı bir əskilmə olarsa, yerinə yeni üzvləri seçmək səlahiyyəti dörd ravvindədir. Sanhedrindəki Kabbalist Ravvinlərə bağlı olaraq fəaliyyət göstərən ayrıca bir "And İçmiş 70-lər Qrupu” vardır ki, bunlar sionizm adına bütün dünyanı və GDD-ni idarə edirlər. Sionizm və GDD-nin bütün pillələri bunlara itaət etməyə məcburdurlar. ABŞ-da Rokfellər, İngiltərədə Rotşildlər bu "And İçmiş 70-lər Qrupu”na daxildirlər. Qrupun Avropa və Yaponiyada da şöbələri vardır. Bu and içmişlər qrupu bütün dünya ölkələrində təşkilatlanmışdır. Beləcə, Sanhedrinə mənsub "70 Kabbalist Ravvin”ə bağlı olaraq bu "And İçmiş 70-lər Qrupu” bütün dünyanı bir Gizli Dünya Dövləti olaraq idarə edir.
Piramidanın Sanhedrin üst pilləsinin altındakı bütün pillələrin hamısı bunlara bağlıdır. Bu "Gizli Dünya Dövləti”ni təşkil etmək üçün yuxarıdakı "And İçmiş 70-lər Qrupu”na bağlı olaraq dünyanı idarə edən təşkilatlar aşagıdakılardir:

SİONİZMİN BEYNİ: BNEY-BRİT

Bney-Britin[85] məqsədi sionizmin dünya miqyasındakı mənfəətlərinə nəzarət etmək və sionizmin hədəfi olan "Dünya Hakimiyyəti”ni təmin etməkdir. Onun üçün bu təşkilat bugünkü Birləşmiş Millətlər Təşkilatının beynini təşkil edir. BMT-ni bütün kilid nöqtələrindəki üzvləri vasitəsi ilə beynəlxalq qərarları istədikləri şəkildə yönləndirirlər. Əsasən BMT GDD tərəfindən bunun üçün qurulmuşdur. Bney-Brit Masonluq və Bilderberq kimi geniş sionist təşkilatlardan biridir.
Bney-Brit 1938-ci ildə dörd önəmli sionist təşkilatının taktikalarını və planlarını hazırlayan "Ümumi Yəhudi Qurultayı”nı meydana gətirmişdir. Bney-Brit özünə bağlı "Alef Zadik Alef” adlı təşkilat vasitəsi ilə bütün dünyadakı 13-21 yaş qruplarına aid gənclərə sionizm düşüncəsini aşılamaq üçün geniş fəaliyyət aparır. Türkiyədə Bney-Britin ayağı "Yoxsulları Qoruma Dərnəyi”dir.

ÖNƏMLİ ALT QURULUŞLAR

İndi isə qısaca RT və Saphedrin pillələrini və bunlara mənsub "And İçmiş 70-lər Qrupu”nun və Bilderberqin İdarə Heyətinin əmr və nəzarətindəki önəmli alt quruluşlara da qısa şəkildə baxış keçirməkdə yarar vardır. Bu önəmli alt quruluşlar bunlardır:

AB; AVROPA BİRLİYİ
AB Bilderberq Toplantılarında qərarlaşdırılan "Roma Müqaviləsi” ilə qurulmuşdur.
GDD vasitəsi ilə sionizmin nəzarəti altında saxlaya bilməsi üçün AB əsas təşkilatı GDD tərəfindən iki pillə olaraq yox, üç pillə olaraq nizamlanmışdır.
Normal olaraq bu idarə etmədə Parlament və İcra Komitəsi, yəni Nazirlər Kollegiyası kifayət etdiyi halda, araya GDD-nin hər şeyə nəzarət etməsi və hər şeyi idarə edə bilməsi üçün Komissiyalar pilləsi qoyulmuşdur. Belə ki, Avropa Parlamenti, Komissiyalar tərəfindən nizamlanan gündəliklə çalışır və yalnız komissiyalardan gələn hesabatları müzakirə edə bilirlər.
Avropa Parlamenti birbaşa İcra Komitəsinə müraciət edə bilməz. Əvvəl Parlamentin qərarları komissiyaya gəlir, komissiya məsələni istədiyi kimi İcra Komitəsinə aparır, İcra Komitəsi yalnız komissiyanın hesabatlarını müzakirə edə bilir. Həmçinin İcra Komitəsinin qəbul etdiyi qərarlar da birbaşa Parlamentə getmir və birbaşa tətbiq olunmur. Komissiyanın bu qərarlara verəcəyi şəkillərlə tətbiq edilə bilir.

AMERİKAN-İSRAİL XALQLA ƏLAQƏLƏR KOMİTƏSİ (AİPAC)

Amerika Senatındakı ən güclü sionist lobbisi AİPAC dünyada məşhur olan sionist təşkilatı Bney-Brit ilə sıx bir irtibat içində fəaliyyət göstərir.
İsrail iqtisadiyyatının böyük bir hissəsi Amerika Konqresindən göndərilən yardımlara dayanır. AİPAC-ın Konqresdəki vəzifəsi isə İsrailə edilən yardımları nizamlamaq və Konqresdə qəbul edilməsini təmin etməkdir. Eyni zamanda AİPAC Amerikanın Orta Şərq Siyasətini nizamlayan təşkilatdır.
AİPAC sədri Tomas Dayn "Konqresdəki dostlarımız bizim dəstəkçilərimizdir”, – deyir. AİPAC Ağ Evdə baş verən hər şeydən xəbərdar olduğunu göstərmək üçün əvvəlcədən xəbər aldığı inkişafı Konqresdəki adamları vasitəsi ilə bildirir.
Yəhudi Lobbisi AİPAC-ın Amerika içindəki fəaliyyət sahələrindən biri də kollec və universitet şəhərcikləridir. Təşkilat bu cür yerləri çox yaxşı bilgi əldə etmə qaynağı olaraq görür. Həmçinin AİPAC İsrail tərəfdarı tələbələr yetişdirmək üçün Bney-Brit ilə başladığı bir proqramı hələ də davam etdirir.
 
YENİ DÜNYA NİZAMI

Yeni Dünya Nizami dünya ictimaiyyətinin gündəliyinə daha çox Şərq Blokunun çökməsindən sonra daxil oldu, halbuki İllüminatlar Birliyinin və onun ortaya çıxardığı qlobal gizli təşkilatların gündəliyində yüz illərdən bəri vardı. Hətta Böyük Fransa İnqilabından əvvəl apardıqları fəaliyyətlərdə hədəflərinin "Yeni Dünya Nizamı” olduğunu açıqlamışdılar. Sonrakı dövrlərdə isə bunu müxtəlif vəsilələrlə və inkişaflarla əlaqədar olaraq gündəliyə çıxarmışlar. Şərq Blokunun çökməsindən sonra Amerikanın bütün dünya üzərində qurmaq istədiyi səltənəti "Yeni Dünya Nizamı” əməli olaraq açıqlaması da təsadüfi deyildir. Bunun İllüminatlar Birliyinin yüz illərdən bəri vurğuladığı "Yeni Dünya Nizamı” nəzəriyyəsi ilə çox yaxın bir əlaqəsi vardır. Onsuz da ABŞ-ın son dövrlərdə üzərində dayandığı "Yeni Dünya Nizamı”nın fikri təməli də Bilderberq və XİŞ toplantılarında formalaşdırılmışdır. Amerikanın rəhbərliyi ilə son dövrdə ortaya atılan "Yeni Dünya Nizamı” nəzəriyyəsinin arxasında da GDD-nin qlobal təşkilatlarının rolu vardır. Lakin bu təşkilatların hədəfi siyasi güclərdən çox sərmayə quruluşlarının qısqacında bir dünya ortaya çıxarmaqdır. Əlbəttə, bu mövzuda sionist təşkilatlar özlərinin sərmayə üzərindəki hakimiyyətlərinə biraz artıq güvənməkdə və sərmayənin nüfuzu sayəsində bir dünya nizamı qurmağın öz suverenliklərinin daha da güclənməsinə imkan verəcəyini hesab etməkdədirlər. Bu barədə Devid Rokfeller belə deyir: "Hökumətlərin yerini tutacaq biri olmalıdır və mənə elə görünür ki, bu işi ən yaxşı şirkətlər görərlər. ...”
Buna görədir ki, məşhur yazar Alev Alatlının da dilə gətirdiyi kimi "Yeni Dünya Nizamı”na müxalif olanların bunun mənasının dünyanın siyasi və qanuni şəxsiyyətini bütünlüklə dəyişdirmək, milli dövlətlərin tarixi rollarını ortadan qaldırmaq, nəzarəti xalqlar üstü trestlərə təhvil verməklə millət qavramını ortadan qaldıraraq idarəçiliyi ingilis dilində danışan anqlo-sever bir oliqarxiyaya təslim etmək olduğundan əmindirlər.

SİONİZMİN NÜFUZU ÇÖKMƏKDƏDİR

20-ci yüzillik sionizm üçün bir qızıl dövr olmuşdur. Belə bir dövrü yaşamasının ən önəmli səbəbi isə bu məqalədə üzərində dayandığımız beynəlxalq gizli təşkilatlar vasitəsi ilə qurduqları səltənətdir. Bu səltənəti qurmalarına imkan yaradan ən önəmli amil isə pul qaynaqlarına hakim olmaqlarıdır. Ələlxüsus, Orta Əsrlər Avropasında maliyyəçi və faiz, borc vermə yolu ilə siyasi platformada da önəmli işlər görməyi bacardılar. Rokfeller və Rotşild ailələrinin fəaliyyətləri buna görə çox əhəmiyyətlidir. Lakin beynəlxalq sionizmin siyasi mexanizmdə nüfuzunu yaratması üçün şərtləri hazırlayanlar yalnız bunlar deyil. Bunlar yalnız adları bir çox yerdə önə çıxan iki önəmli ailədir. Bunlardan başqa bir çox yəhudi ailə pul qaynaqlarına hökm etməklə siyasi mexanizmə təsir etmə imkanı əldə edə bilmişdir. Lakin dünyada heç kimin nüfuzu əbədi və qalıcı deyildir. Uca Allah Quran-kərimdə belə buyurur: "... Biz bu günləri insanlar arasında növbə ilə dəyişdiririk. ...”[86]
21-ci yüzilliyin başlanğıcından etibarən sionizmin nüfuzu da bir çöküş dövrünə girmişdir. İlk baxışda siyasət meydanında hələ də ABŞ vasitəsi ilə beynəlxalq sionizmin və onun nəzarət etdiyi qlobal orqanların hökm sürdüyü görünür. Lakin artıq başa düşülür ki, bu təşkilatlar əvvəlki təsir gücünə sahib deyildirlər. Məsələn, Bilderberqin önəmli qəbul etdiyi üzvlər bəzən ölkələrində ciddi istintaqa cəlb olunurlar. Bu qrupun toplantılarında iştirak etdiklərinə görə siyasət meydanlarında parıldayacaqları sanılan şəxslərin heç də parıldamadıqları və kölgədə qaldıqları müşahidə olunur. Həmçinin ələlxüsus intelektual zümrə bu təşkilatları bu gün dünənə nisbətdə biraz daha yaxından izləyir. Üstün əxlaqi dəyərlərə inanan zümrə isə sionizmin tarix boyunca insanlıq üçün bir qorxu və təhlükə olduğunu görmüşdür. Ümumiyyətlə, haqqında danışılan təşkilatlarla sionizmin əlaqəsi həmin şəxsləri narahat edir. Bu narahatçılıq get-gedə daha da artacaqdır. Artıq yalnız islami cəmiyyətlərdən deyil, qərbdəki intelektual zümrədən də bir çoxlarının həmin təşkilatların fəaliyyətlərindən narahat olduqlarını göstərdiklərinə şahid oluruq. Bu narahatçılıq adı çəkilən təşkilatlarla əlaqədar şəxslərin siyasət meydanlarında bir az daha ehtiyatlı hərəkət etmələrinə səbəb olacaqdır. Həmçinin bu mövzuda kütlənin bir az daha məlumatlandırılması vəziyyətində, kütlə siyasi tərcihində həmin təşkilatlarla əlaqəni bir mənfi xal olaraq qəbul edəcəklər.
Həmçinin adı çəkilən təşkilatlara istiqamət verənlərin pul qaynaqları və iqtisadi qurumlar üzərindəki səltənətləri də getdikcə zəifləyir. Bu zəifləmə, əlbəttə ki, onların siyasi mexanizmə istiqamət vermələrini də çətinləşdirir. Bu baxımdan, adı çəkilən təşkilatlara yol göstərənlərin iqtisadi səltənətini sarsıda bilmək üçün mütləq alternativ iqtisadi fəaliyyətlərə ağırlıq verilməlidir. Cəmiyyətlərin hürr və müstəqil bir gələcəyə doğru irəliləməsini istəyənlərin də sionizmin iqtisadi qaynaqlarını boykot və alternativlərinə dəstək kosmpaniyalarında iştirak etməyin əhəmiyyətsiz hesab edilməməsi, önəm verilməsi bir davranış tərzi olduğunu bilməlidirlər. Burada vurğulanması lazım olan bir məsələ də GDD-yə istiqamət verən mexanizmlərin çoxunun bu gün ABŞ mərkəzli fəaliyyətlərinin diqqət çəkməsidir. Bu vəziyyət qarşısında ABŞ-la rəqabət halındakı ölkələr və ya bloklar o mexanizmlərə məsafəli dayanmağa və yaxınlaşdıqda isə şübhəli yaxınlaşmağa üstünlük verirlər. Ələlxüsus, 11 sentyabr hadisələrindən sonra ABŞ-ın tək mərkəzli bir dünya hakimiyyəti yaratma cəhdi içinə girməsi və bu cəhdin arxasında da GDD-yə yol göstərən qlobal təşkilatların dayanması, bu təşkilatlar qarşısında ehtiyatın bir az daha artırılması ehtiyacını doğurmuşdur.
Bu gün GDD-nin gələcəyini təhdid edən ən önəmli inkişaf islami maariflənmədir. Buna görə də islami qurumlar yeni düşmən olaraq elan edilmişdir. Ümumiyyətlə, islami maariflənmənin qarşısının alınması üçün güclü bir əks-təbliğat fəaliyyəti aparılır. Bu əks-təbliğat fəaliyyətində də əsasən müasir cəmiyyətlərin ən çox nifrət etdiyi terror vaqiəsindən və terror qavramından istifadə edilir. Bu təbliğatların təsirli ola bilməsi üçün zaman-zaman təxribat məqsədli terror aktları da həyata keçirilir. Hətta 11 sentyabr hücumlarının bu cür bir hücum olduğu, o hadisəni yaxından izləyənlərin böyük əksəriyyətinin zehinlərində yaranmış tərəddüddür. Bir çoxları bu tərəddüdlərini haqlı çıxaran əsaslar da ortaya qoymuşlar. Bunlar yalnız islamçı zümrədən deyildir. Hətta deyə bilərik ki, əksəriyyəti qərbli intellektual zümrədəndir. Bəzi yerlərdə isə bir yandan ictimai və psixoloji şərtlər yaradılmaqda, digər yandan da bu şərtlərdən təsirlənə biləcək təşkilatların ortaya çıxmasına fürsət verilir. Bu ikisi bir araya gəlincə də bəzi şiddətli hadisələrin baş verməsi məcburi nəticə olaraq ortaya çıxır və bu nəticədən də əks-təbliğatda bir vasitə kimi istifadə olunur. Lakin çox təəccüblüdür ki, bu əks-təbliğat çox vaxt İslama olan marağın artmasına da səbəb olur. İslami camaat hadisələrin inkişafını çox ağıllı və həm öz gələcəklərini, həm də bütün insanlığın gələcəyini gözünün qarşısına gətirərək dəyərləndirməlidir. Əks-təbliğat qorxusu islami fəaliyyətlərin öz əlləri ilə baltalamalarının səbəbi olmamalıdır. Lakin müəyyən məqsədlər üçün yaradılan ictimai və psixoloji şərtlər də onları islami camaatın əleyhinə olan işlərə sövq etməməlidir.
Biz gələcəyin Allahın izni ilə İslamın olacağına inanırıq. İnsanı canlı tutan ən önəmli amil ümiddir. Ümidlərimizi mütləq canlı tutmalıyıq. Ümidin kəsilməsi ilə həyat da mənasını itirər. Əqidəsinə bağlı bir möminin ümidini itirməsi isə mənasızdır, çünki Uca Allah onun hər bir halda qazandığını bildirir. İxlasla yerinə yetirdiyi heç bir şey qarşılıqsız qalmayacaqdır. Qarşılığını bu dünyada almasa belə axirətdə alacaqdır. Bu dünyadakı nəticəni müəyyənləşdirən Allahdır. Möminin vəzifəsi cihad etməkdir, lakin ümid canlı tutulmasa, cihad eşqi də itə bilər.

SON
MÜTƏRCİM VƏ TƏRTİBATÇI: XƏYYAM QURBANZADƏ


--------------------------------------------------------------------------------
[84] Şimali Atlantika Müqaviləsi Təşkilatı – 4 aprel 1949-cu ildə qurulmuş hərbi ittifaq.

[85] İbrani dilində mənası "Əhdin Övladları”dır.

[86] "Ali-İmran”, 140




  Şərhlər / 0 Şərh




 Şərh yazın


Ad və soyadınız* :
E-mail* :
Ölkə / Şəhər* :
Şərhiniz* :


ƏLLAMƏ BURQUİ


11

free counters

Sabiqun 2011-2019 © Bütün hüquqlar qorunur
Məlumatlardan istifadə zamanı istinad zəruridir!
Telefon: (+994 50) 429-20-99
Site by: azDesign.ws
 

Yeniliklərə abunə olun