29 Mart 2020









SÜBH NAMAZININ VƏ ORUCUN BAŞLANMASI HAQQINDA
Jurnalımızda namaz vaxtları ilə əlaqədar verilən cədvəl bəzi möminlərin etirazına, bəzilərinin isə təəccüb və heyrətinə səbəb olur. Etiraz edənlər bu cədvəlin ölkədə buraxılan cədvəllərə uyğun olmadığınıdavamı>>
A+ Balacalaşdır A+ Böyütmək

HƏCC ƏMƏLLƏRİNİN HİKMƏTİ

Seyid Mühəmmədhüseyn Fəzlullah 2006-cı il dekabr ayının 22-də (1427-ci il zilhiccənin 1-i) "İmameynil-Həsəneyn Məscidi”nin minbərindən bir çox elmi, siyasi və ictimai şəxsiyyətlərin və bir qrup möminin hüzurunda alovlu şəkildə iki cümə xütbəsi söyləmişdir. Xütbədə deyilir:
Kəbəni – Beytülhəramı tikib qurtardıqdan sonra Allah-Taala öz peyğəmbəri İbrahimə deyir: "… İnsanlar arasında həcci yüksək səslə elan et ki, onlar sənin yanına piyada, hər uzaq yoldan hər cür arıq miniklə gəlsinlər. Belə ki, öz mənfəətlərinin şahidi olsunlar və məlum günlərdə Allahın onlara ruzi verdiyi dördayaqlı heyvanların üstündə Onun adını çəksinlər. Onlardan özünüz də yeyin, zavallı yoxsula da yedirdin!”[1] "… və Qədim Evi təvaf etsinlər!”[2] "Həcc ibadətləri budur. Kim Allahın əlamətlərinə hörmət etsə, bu hörmət, şübhəsiz ki, qəlblərin təqvasındandır”.[3] Allah-Taala buyurur: "… Oraya getməyə gücü çatan şəxsin o Evi (Kəbəni) həcc etməsi (ziyarət etməsi) insanlar üzərində Allahın bir haqqıdır. Kim inkar edərsə (kafir olarsa), bilsin ki, Allah aləmlərdən ehtiyacsızdır!”[4]

BƏNDƏÇİLİK VƏ İTAƏT MÖVQEYİNDƏ ALLAHIN
SƏSİNİ EŞİDİB ONA CAVAB VERMƏK
Bu günlər həcc mövsümünə hazırlıq günləridir. Elə günlərdir ki, bu günlərdə insanlar Allahın hər bir müstəti şəxsə vacib etdiyi həcc vəzifəsini yerinə yetirmək və ilk ümumdünya məscidi olan Beytülhəramın yanında qarşılaşmaq üçün dünyanın müxtəlif yerlərindən həcc ziyarətinə gəlirlər. Allah-Taala "Ali-İmran” surəsinin 96-cı ayəsində buyurur: "Həqiqətən, insanlar üçün ilk bina olunan ev Bəkkədəki evdir ki, o, şübhəsiz, bütün aləmlərdən ötrü bərəkət və doğru yol qaynağıdır”Beytülhəram elə bir məsciddir ki, Allah insanların ona doğru yönəlməsini və namazda və Allahın vacib etdiyi bir çox işlərdə üzlərini ona doğru tutmasını istəmişdir. Bununla müsəlmanlar bilməlidirlər ki, onlar Allahın birliyinə inanır, Onun kölgəsi altına sığınır və Onun evini təvaf edirlər.
Həmçinin həcc vəzifəsi elə bir vəzifədir ki, insan onda öz Rəbbi ilə əlaqə əldə edir və Onun bütün əmrlərində və yasaqlarında Ona bəndəçilik və itaət mövqeyində dayanaraq Onun çağırışına cavab verir. Mülahizə edirik ki, insan həccə başlamaq istədikdə Allah istəyir ki, o geyindiyi paltarda adət etdiyi bütün şeyləri tərk etsin. O şeylər ki, insanlar qumaşında, tikişində, rənglərində və s-də bir-biri ilə yarışır. İnsan bunların hamısını soyunur. Sabah Allahın hüzurunda onunla dayanacağı kəfənə oxşar iki ehram paltarı ilə kifayətlənir.
Həmçinin insan ehram qüslü verdikdən sonra ehram bağlamağa başlayır. Sanki Allah insanın ehramda Onun qarşısında pak bir vəziyyətdə dayanması üçün bütün günahlardan təmizlənməsini istəyir. Həqiqətən, insan Allahın ona: "Ey insanlar! Rəbbinizin yasaq etdiyi şeylərdən qorunun!”[5] və "Ey iman gətirənlər!”[6] – deyə etdiyi xitabların üzərində düşünməlidir. Belə ki, Allah öz bəndələrinə onların insanlığı və imanı yönü ilə müraciət edir ki, onlar Allah qarşısında bəndəçilik edib onun hüzurunda təvazökarlıq etsinlər, əmr etdiyi şeylərdə ona itaət edib əmrlərini həyata keçirsinlər və yasaqlarını tərk etsinlər.

DAİMİ TƏLBİYƏ
Burada ehramlı şəxs Rəbbinə yönəldiyi halda Ona üz tutaraq səslənir: "Ləbbeyk, Allahummə ləbbeyk, ləbbeyk la şərikə ləkə ləbbeyk! İnnəl-Həmdə vən-Nimətə ləkə vəlmulkə la şərikə ləkə ləbbeyk!” Bu sözləri Rəbbinə deyib yenidən Onunla əhd bağlayır: "Ey Rəbbim! Mən bura Sənin bütün çağırışlarına cavab verməyə gəlmişəm”. Təlbiyə "daimi itaət” mənasını verir. Sən "ləbbeyk” dedikdə, sanki Rəbbinə deyirsən ki, ey Rəbbim, mənə əmr etdiyin və yasaq qoyduğun şeydə Sənə bir dəfə itaət etmirəm, əksinə, itaət əbədi olaraq mənim həyatıma girir; şəxsi həyatımda itaət, ailə həyatımda itaət, ictimai, iqtisadi və siyasi həyatımda itaət və təhlükəsizlik məsələlərində itaət; ey Rəbbim! Sənə nisbətdə həmişə itaət mövqeyində dayanacağam. Və bu səninlə Allah arasında bir əhddir. Sanki sən ehramda Onunla əhd bağlayırsan ki, bütün həyatın boyu Ona müti olacaqsan. Hər şey bundan sonra başlayır və adətən istifadə etdiyin xoşiyli ətirlərdən imtina edirsən; başını açıq qoyursan ki, günəş işığına və havaya məruz qalsın. Qədim Evə çatıb onu təvaf edirsən. Ayədə buyurulur: "... Qədim Evi təvaf etsinlər. ...”[7]
Evi təvaf etmək Allahın evinə tabeçiliyi ifadə edir. Allahın evi Ona itaət mövqeyidir. Sən Allahın evini təvaf etdikdə Evin tikildiyi daşlara ibadət etmirsən, hətta Qara daşa toxunduqda belə ona ibadət etmirsən, əksinə, Allahın, Ona itaət edərək ondan xeyir-bərəkət almağını istədiyi şeylə təbərrük alasan deyə ona toxunursan. Həmçinin Beytülhəramı təvaf edən şəxs zalımların evlərini və mövqeləri və evləri əyləncə, pozğunluq, günah və insanların toxunulmazlıqlarına zülm etmək mövqeyində hərəkət edən bütün şəxslərin evlərini təvaf etməkdən uzaqlaşır. Buna görə də həmin şəxs öz ailəsinin evini içində şərab içilən, qumar oynanılan, rəzalətlərin hərəkətə gəldiyi və bununla da əhli-əyalına zülm olunduğu məsiyət və günah evi etməməli və həyatdakı bütün mövqelərini qərarlaşdırmalıdır; evi əməl yeri və olduğu hər bir məkanı da Allaha ibadət edilən mövqe qərarlaşdırıb orada Onu çox zikr etməli və səhər-axşam Ona şükr edib şəninə təriflər deməlidir.

XEYİR VƏ HİDAYƏT YOLUNDA SƏY ETMƏK
Sonra hacı Səfa və Mərvəyə gəlir. Allah-Taala buyurur: "Həqiqətən, Səfa və Mərvə Allahın əlamətlərindəndir”[8]. Allaha yaxınlaşmaq və Onun itaəti yolunda səy etmək üçün yeddi dövrədə gah Səfanı, gah da Mərvəni təvaf etməklə Allaha ibadət etmiş oluruq. Səfa və Mərvə təpələri arasında səy edən şəxsin insana zülm etməyə, əyləncə, günah və pozğunluq evlərinə, möminə əziyyət verməyə, yaxud onun haqqını və ya malını batil yolla ələ keçirməyə doğru səy etməsi mümkün deyil. Səfa və Mərvə arasında səy etmək insana gizlicə işarə edir ki, o həyatı boyunca bütün insanlar üçün xeyir və hidayəti gerçəkləşdirə biləcək yolda səy etməlidir.
Bundan sonra öz keçmişindən bir şey kəsdiyinə işarə etmək üçün tükündən, yaxud dırnaqlarından bir qədər kəsir.
Beləcə hacı öz həccini yeni ehram və təlbiyə ilə başlayır. Yalvarıb-yaxarmaq, nəfsini hesaba çəkmək və Allaha doğru qayıtmaq və Ondan bağışlanmaq istəmək üçün Ərəfata gəlir. Hədisdə nəql olunur ki, kim Ərəfatda olub Allahın onu bağışlamayacağını zənn etsə, Allah onu heç vaxt bağışlamaz. Buna görə də hacı Allah haqqındakı zənnini gözəlləşdirməli, keçmişini bütünlüklə yada salmaq üçün nəfsi ilə baş-başa qalmalı, keçmişdəki bütün günahlarına tövbə etməli və həyatını yenidən başlamağa əzm etməlidir.

DÜNYA VƏ AXİRƏT ARASINDA TARAZLIQ
Hacı Ərəfatdan Məşərülhərama gəldikdə orada Allahı zikr etməlidir. "... Atalarınızı yada saldığınız kimi, hətta ondan da artıq Allahı yad edin!”[9] Burada bəzi insanlar: "… Ey Rəbbimiz, elə bu dünyada ver!”, – deyirlər, yəni "bizə ev, övlad və çoxlu mal ver!”, – deyirlər. Lakin axirət haqqında Allahın bağışlaması və rəhməti və Ona yaxınlıq barəsində danışmırlar. Allah-Taala buyurur: "… İnsanların bəzisi "Ey Rəbbimiz, bizə elə bu dünyada ver!” – deyirlər. Belə şəxslərin axirətdə xeyirdən heç bir payı yoxdur!”[10] Çünki onlar dünyaya daldılar və axirətə açılmadılar. "Bəziləri isə: "Ey Rəbbimiz, bizə dünyada da, axirətdə də gözəllik ver və bizi atəşin əzabından qoru!” – deyirlər. Onların qazandıqlarından bir nəsibi vardır. …”[11]
Sonra hacı Əqəbə Cəmrəsini daşla vurmaq üçün Mina torpağına gəlir. Daha sonra qurban kəsir, çünki bunu ondan Allah istəmişdir. Allah-Taala buyurur: "Onlardan özünüz də yeyin, zavallı yoxsula da yedirdin!”[12]
Bundan sonra tükündən bir qədər kəsir, yaxud başını qırxır. Sanki Allah bununla onun bütün keçmişindən canını qurtarmasını istəyir. Onun başında itaətə söykənən yeni bir tük çıxır. Beləcə insan Evi yenidən təvaf etmək və yenidən səy etmək üçün Məkkəyə gəlir. Sonra Allah qarşısında yalvarıb-yaxarmaq, Onun hüzurunda təvazökarlıq və sayqı nümayiş etdirmək üçün yenidən Minaya qayıdır.
Burada Cəmrələri daşla vurur. Sanki bununla böyük, yaxud kiçik olmasından asılı olmayaraq bütün şeytanlarını daşqalaq edir. Həcc mərasimi zilhiccə ayının 12-ci günündə sona çatır. Bu vaxt həcdə Allahın ondan istədiyini yerinə yetirmişdirsə, ona belə deyilir: "Sənin heç bir günahın yoxdur, əməlini və həyatını yenidən başla; özü də Allahın itaətində olan bir həyat!”

HƏYATIN BÜTÜN SAHƏLƏRİNDƏ HƏCC
Əzizlərim! Beləcə ibadətlərin tamam olması ilə həcc mərasimi sona çatır. Lakin bundan sonra insan bütün həyatını əhatə edən yeni bir həccə başlayır. Təvafının Allahın razı qaldığı bütün şeylərdə, səyinin Allahın sevdiyi şeylərdə olması və bütün cin və insan şeytanlarını inkar etmək üçün bütün mövqelərdə və əlaqələrdə yeni bir həccə başlayır. Bununla insan həcdə onu həyatında və əxlaqında tərbiyə edən çox ünsürlər tapa bilər. Əhli-Beytdən nəql olunan bəzi hədislərdə deyilir: "Bu Evə gələn şəxsdə üç xüsusiyyət olmasa, Allah ona diqqət etməz və əhəmiyyət verməz; Onu Allahın haram etdiyi şeylərdən çəkindirən vərə (çəkinmə halı), qəzəbinə onunla sahib çıxa biləcəyi helm (həlimlilik) və onunla yoldaşlıq edən şəxslə gözəl yoldaşlıq etmək”.
Əzizlərim, Allahdan istəyirik ki, hacıların həccini qəbul etsin və hər bir hacı həccin həqiqi mənasını başa düşsün və onu maddi məşğuliyyətlərdən ibarət olan adi səfər hesab etməsin, əksinə, düşünsün ki, o, Allahın yasaq etdiyi şeylər barəsində nəfsə qarşı inqilab, Şeytana qarşı üsyan və yeni bir həyata başlanğıcdır. Bu elə bir səfərdir ki, bütün müsəlmanlar onları bir yerə yığan, səflərini birləşdirən, bütün mövqelərini qüvvətləndirən, küfr və kafirlər, istismar və istismarçılarla üzləşdikdə Allah yolundakı strategiyalarını hərəkətə gətirən islami qardaşlığı düşünsünlər deyə həyata keçirilir.

[1] "Həcc”; 27, 28
[2] "Həcc”; 29
[3] "Həcc”; 32
[4] "Ali-İmran”; 97
[5] "Nisa”; 1
[6] "Bəqərə”; 104
[7] "Həcc”; 29
[8] "Bəqərə”; 158
[9] "Bəqərə”; 200
[10] "Bəqərə”; 200
[11] "Bəqərə”; 201, 202
[12] "Həcc”; 28



  Şərhlər / 0 Şərh




 Şərh yazın


Ad və soyadınız* :
E-mail* :
Ölkə / Şəhər* :
Şərhiniz* :


ƏLLAMƏ BURQUİ


11

free counters

Sabiqun 2011-2019 © Bütün hüquqlar qorunur
Məlumatlardan istifadə zamanı istinad zəruridir!
Telefon: (+994 50) 429-20-99
Site by: azDesign.ws
 

Yeniliklərə abunə olun