15 Oktyabr 2019









SÜBH NAMAZININ VƏ ORUCUN BAŞLANMASI HAQQINDA
Jurnalımızda namaz vaxtları ilə əlaqədar verilən cədvəl bəzi möminlərin etirazına, bəzilərinin isə təəccüb və heyrətinə səbəb olur. Etiraz edənlər bu cədvəlin ölkədə buraxılan cədvəllərə uyğun olmadığınıdavamı>>
A+ Balacalaşdır A+ Böyütmək

ƏN BÖYÜK RÖYA – HİCAZ DƏMİRYOLU

Osmanlı padşahlarının otuz dördüncüsü Sultan II Əbdülhəmid Xandır. O, sadəcə öz ölkəsində deyil, bütün İslam dünyasında simvol bir lider vəsfinə yetişmiş müstəsna bir şəxsiyyətdir. Gənc yaşlarında dini və dünyəvi elmləri mükəmməl bir şəkildə tamamlamış və zahiri elmlərdəki təfəkkürünü təsəvvüfdən feyz alaraq mənəvi bir kamillik ilə bütövləşdirmişdir. Çox nəzakətli, hər bir şəxsin könlünü ələ almağı bilən, fövqəladə zəka və hafizəyə sahib olan II Əbdülhəmid Xan eyni zamanda böyük bir Peyğəmbər aşiqi idi.
Taxta çıxar-çıxmaz (1876-cı il) bir çox məktəblər açan və o gün üçün dünyanın ən yaxşı xəbərləşmə sistemi olan teleqraf xətləri ilə ölkəni başdan-başa təchiz edən II Əbdülhəmid Xan, Hicaz müsəlmanları ilə Anadolu müsəlmanları arasında körpü vəzifəsini görəcək bir dəmiryolu layihəsini gerçəkləşdirməyi düşünürdü. Sultan II Əbdülhəmid Xan öz xatirələrində belə deyir: "Çoxdan xəyal etdiyim Hicaz dəmiryolu, nəhayət, həqiqət olur. Bu yol Osmanlı Dövləti üçün sadəcə iqtisadi baxımdan böyük fayda gətirməklə qalmayacaq, eyni zamanda oradakı qüvvəmizi sağlamlaşdırmağa da yarayacağından, əsgəri baxımdan da çox əhəmiyyətli olacaqdır. ...”
Buna görə də Sultan əldəki imkanlar son dərəcə az olmasına baxmayaraq, 1903-cü ildə dəmiryol inşaatının başlanmasına əmr verir. Başda xəlifənin özü 2,5 milyon qızıl olmaq üzrə, dövlətin mülki və əsgəri məmurları aylıq maaşlarının 10%-ni verdilər. Bu iş üçün xalqdan qurban dərisi toplanmış və medallar düzəldilmişdir. Sultan II Əbdülhəmid Xan yığılmış sərmayə olmadan başlanan bu "Müqəddəs Xətt” layihəsinin sadəcə müsəlmanların pulu ilə çəkilməsini istəyirdi. Ona görə də heç bir xristianın kapital qoymasına icazə verməmişdi. Bütün dünya müsəlmanları bu layihənin gerçəkləşməsi üçün maddi yardımlar etmiş və bu yardımlar "Hicaz Dəmiryolu Xətti İanəsi”ndə toplanmışdır. Xüsusilə, Hind müsəlmanları Osmanlıya olan bağlılıqlarını göstərərək bu dəmiryolu kampaniyasına coşqulu bir şəkildə qoşularaq mərkəzi Heydərabadda olan "Hicaz Dəmiryolu Mərkəz Komitəsi”ni qurmuşlar. Qısa zamanda Hindli Müsəlmanlar evlilik və cənazə xərclərini azaldaraq yardım sandıqlarını doldurmuşlar. Hicaz dəmiryol layihəsinə xərclənəcək bütün sərmayəsinin yarısı müsəlmanların bu yardımları yolu ilə əldə edilmişdir.
1903-cü ilin oktyabr ayında dəmiryolu inşaatına başlandı. İnşaatın təhlükəsizliyi üçün həmin il İstanbulda ilk dəfə iki batalyonluq dəmiryolu əsgərliyi sinfi açıldı. 1050 mm genişliyində dəmiryolu xətti beş ildə tamamlandı. Standart genişlik 1435 mm olmasına baxmayaraq, bu yolun bir qədər dar düzəldilməsinin səbəbi bu ölkəyə sadəcə Osmanlı Dövlətinin istehsal etdiyi lokomotivlərin girməsinin təmin olunması və hansı məqsədlə olursa-olsun yabançı və yad lokomotivlərin girməsinə mane olmaq idi.
Ümumi uzunluğu 1464 km olan bu yolun 1300 km-lik Şam-Mədinə arası ilk çəkilən hissə oldu. Hicaz dəmiryolu inşaatında işləyən işçilərlə texniki kadrlar yalnız müsəlmanlardan seçilmişdi. Rels və bunun kimi ləvazimatlar İstanbul gəmiqayırma zavodlarında istehsal olunmuş, relslərin altına qoyulan şalbanlar isə Toros və Amanos dağlarındakı ağac kötüklərindən düzəldilmişdi. Kimsəsiz, şoran, susuz və qumlu çöllərdə, xətt boyundakı müsəlman əsgər və zabitlər, dəmiryolu çəkilməsinə qarşı çıxan və buna mane olmağa çalışan quldurlarla mübarizədə çox şəhid vermiş və kilometrlərcə uzanıb gedən xətt yolu onlara bir məzar olmuşdur.
Dəmiryolu inşaatında çalışan türk övladlar, çöllərdə alov kimi yanan günəş altındakı qızmış relsləri əlləri ilə tuta bilmədikləri üçün papaqlarından əlcək kimi istifadə edirdilər. Başı açıq olanlardan günəş vurmasından yerindəcə ölənlər də olurdu. Səhrada su yox idi. Şam¬dan xüsusi olaraq hovuz vaqonları ilə su gətirilər, həftədə bir dəfə paylanardı. Bütün bu yoxsulluğa, çətinliklərə, məşəqqətə və pərişanlığa qarşı mübarizə aparan müsəlman əsgərlərə, zabitlərə və dəmiryolçulara güc verən bu işin müqəddəs sayılması və mənəvi cəhətdən insanlara zövq verməsi, eyni zamanda və ən əsası Peyğəmbər sevgisi idi.
Hicaz layihələrində 1904-cü ildə Havran, 1905-ci ildə Beyrut və Hayfa və 1908-ci ildə Mədinə qaraclarına çatdılar. II Əbdülhəmid Xan, dəmiryolu xətti müqəddəs şəhər Mədinəyə çatınca Peyğəmbərin ruhaniyyətini narahat etməmək üçün relslərin altına keçə döşənməsini istəmiş, hətta Mədinəyə 5-6 km qalmış səssiz lokomotivlərin işlədilməsinə əmr etmişdir. Hicaz xətti 27 avqust 1908-ci ildə ilk qatarın Şamdan hərəkəti ilə açılmışdır. Xüsusi olaraq hazırlanan bu qatarda dövlət məmurları, dəvət olunan qonaqlar, yerli-xarici jurnalistlər var idi. Qatarın sürəti o vaxta görə mükəmməl sayılan 40-60 km/s arasında idi.
İslamın böyük düşməni olan və ta əvvəldən müsəlmanların inkişafını istəməyən ingilislərə görə bu layihə panislamizmə dəvət və öz ticarət yollarının təhlükəyə düşməsi idi. Buna görə də dəmiryol layihəsinin inşaatında iştirak edənlərə Osmanlı Dövləti tərəfindən verilən medalların taxılmasını da yasaq etdilər.
Dəmiryol xəttinin açılışından 8 il sonra 1916-cı ildə bu xətlər ingilis casusu Tomas Edvard Laurensinin (Allahın lənəti ona olsun) təşkilatlandırdığı ərəblər tərəfindən Məan-Mədinə arasındakı, 680 km-lik hissəsi bombalanaraq məhv edilmişdir. Bundan başqa I Dünya Müharibəsində də təxribata uğramışdır. Bu yollardan qalan rels və şalbanları gətirənlərə ingilislər pul mükafatları vermişlər.
Bu gün də Mədinədə bostan müqəvvası (quşları hürküdüb qaçırtmaq üçün düzəldilən və bostanlara qoyulan müqəvva) düzəldilmiş şalban və relslərə rast gəlmək olar. Əmbariyə Körpüsü, Mədinə Stansiyası və Camei ilə kömürlü (buxarlı) lokomotiv və taxta vaqonlar hələ də kədərli və boynubükük Osmanlı izləri olmaqla unutdurulması istənilən bir tarix kimi göz önündə durmaqdadırlar.
(Məlumatlar "Sızıntı” jurnalından götürülmüşdür)
Məqaləni hazırladı: Xəyyam Qurbanzadə





  Şərhlər / 0 Şərh




 Şərh yazın


Ad və soyadınız* :
E-mail* :
Ölkə / Şəhər* :
Şərhiniz* :


ƏLLAMƏ BURQUİ


11

free counters

Sabiqun 2011-2019 © Bütün hüquqlar qorunur
Məlumatlardan istifadə zamanı istinad zəruridir!
Telefon: (+994 50) 429-20-99
Site by: azDesign.ws
 

Yeniliklərə abunə olun