15 Oktyabr 2019









SÜBH NAMAZININ VƏ ORUCUN BAŞLANMASI HAQQINDA
Jurnalımızda namaz vaxtları ilə əlaqədar verilən cədvəl bəzi möminlərin etirazına, bəzilərinin isə təəccüb və heyrətinə səbəb olur. Etiraz edənlər bu cədvəlin ölkədə buraxılan cədvəllərə uyğun olmadığınıdavamı>>
A+ Balacalaşdır A+ Böyütmək

HİLALIN SÜBUTU VƏ TƏƏSSÜBKEŞLİK

Fitvalarda, yaxud nəzər nöqtələrində bəzi ixtilaflar ortaya çıxdıqda biz təəssübkeşlik etməməli, əksinə deməliyik ki, hər bir insanın öz vəzifəsi var və Allah qarşısında cavab verəcəkdir. Bizim fikirdə, yaxud siyasətdə, yaxud dini rəhbərlik məsələsində, yaxud ayların əvvəlləri və axırları barəsində bizimlə ixtilaf edən şəxsə qarşı təəssübkeş davranmağımızın təqva və din ilə heç bir əlaqəsi yoxdur. Biz təkcə şiə reallığında deyil, bütün İslam reallığında ayların əvvəlləri və axırlarında ixtilafa varmağa adət etmişik. Hətta illərin birində ramazan ayının 3 müxtəlif başlanğıcı olmuşdur.
Ustadımız Seyid Əbülqasım Xoyi ilə – Allah ona rəhmət eləsin! – eyni fikirdə olduğumuz yeganə həll odur ki, hilal məsələsinin gözlə heç bir əlaqəsi yoxdur, əksinə zamanla bağlı olaraq kosmik nizamla əlaqədar bir məsələdir, çünki Allah-Taala ayları yaratdıqda nə göz vardı, nə də insan. Quranda bu barədə buyurulur: "Həqiqətən, Allah yanında ayların sayı göyləri və yeri yaratdığı gündən bəri Allahın kitabında on ikidir. ...”[1] Allah insanı yaratmamışdan əvvəl aylar var idi. Elə isə bu və ya digər ay arasında hansı fərq ola bilər? Aylar arasında hədd və maneə var? Zaman uzanıb gedir. Ayları bir-birindən fərqləndirən amil Ayın muhaqa daxil olmasıdır. Bu o deməkdir ki, ay sona çatmışdır. Ayın muhaq çərçivəsindən xaric olması ilə – bunu viladət (Ayın doğuşu adlandırırlar) – ay başlamış hesab olunur.
Buna görə də biz deyirik ki, ayın əvvəli və sonu məsələsinin alimlərlə (yəni din alimləri ilə) heç bir əlaqəsi yoxdur, çünki onlar bu işin mütəxəssisi deyillər. Əksinə, bu məsələ astronomların işidir, çünki hilalın nə vaxt doğduğunu bizim üçün onlar müəyyənləşdirirlər, onu görmək mümkün olub-olmadığını bildirirlər. Dediyimiz kimi Seyid Xoyinin elmi görüşü də məhz bu nöqtədə mərkəzləşir. Buna görə də biz hər il, istər ayın əvvəlində olsun, istərsə də axırında bütün dünya mütəxəssislərinə müraciət etdikdən sonra hilalı elan edirik. Lakin bir çox sünni və şiə alimləri hələ də gözlə görmə məsələsinə etimad edirlər, çünki Peyğəmbər (ə) buyurmuşdur: "Ayı gördükdə oruc tutun, ayı gördükdə iftar edin!” Seyid Xoyi dediyi kimi biz də bildiririk ki, görmək mərifət (bilgi) və yəqinlik əldə etmək üçün bir vasitədir. Artıq biz dəqiq astronomik hesabların aparıldığı və mütəxəssislərin gözlə görməkdən daha aydın və daha dəqiq məlumatlar verdiyi bir zamanda yaşayırıq. Artıq atmosfer çirklənmişdir. İnsanın fəzada 20 hilal görməsi mümkündür, çünki insan fəzadakı bu ünsürlər vasitəsi ilə yaranan parıltını hilal zənn edə bilər, lakin gördüyü hilal olmaya bilər.
Biz hesab edirik ki, hilal doğarsa və mütəxəssislər vasitəsi ilə gecənin bir hissəsində birləşdiyimiz (yəni gecələrinin bir hissəsi belə müştərək olan) ölkədə belə görünmənin mümkünlüyü bizim üçün sübuta yetərsə, ay daxil olmuşdur. Əgər başqaları bizimlə ixtilaf etsələr, onlar öz ictihadlarında məzurdurlar və biz onların ictihadlarına ehtiramla yanaşırıq. Odur ki, hər birimiz öz vəzifəsini yerinə yetirməlidir. İstəyimiz odur ki, bir-birimizə qarşı təəssübkeş davranmayaq, fitnə yaratmayaq, çünki cəmiyyətdə fitnə yaradanları Allah cəzalandıracaqdır!


Seyid Mühəmmədhüseyn Fəzlullah
Mütərcim: Salman Səfəralı oğlu Süleymanov
www.bayynat.org.lb

-----------------
[1]"Tövbə”; 36




  Şərhlər / 0 Şərh




 Şərh yazın


Ad və soyadınız* :
E-mail* :
Ölkə / Şəhər* :
Şərhiniz* :


ƏLLAMƏ BURQUİ


11

free counters

Sabiqun 2011-2019 © Bütün hüquqlar qorunur
Məlumatlardan istifadə zamanı istinad zəruridir!
Telefon: (+994 50) 429-20-99
Site by: azDesign.ws
 

Yeniliklərə abunə olun