16 Oktyabr 2019









SÜBH NAMAZININ VƏ ORUCUN BAŞLANMASI HAQQINDA
Jurnalımızda namaz vaxtları ilə əlaqədar verilən cədvəl bəzi möminlərin etirazına, bəzilərinin isə təəccüb və heyrətinə səbəb olur. Etiraz edənlər bu cədvəlin ölkədə buraxılan cədvəllərə uyğun olmadığınıdavamı>>
A+ Balacalaşdır A+ Böyütmək

İKİ XATİRƏ... TƏK ŞƏXSİYYƏT

On dörd-on beş yaşlarında Konya İmam-Xətib Məktəbinin dördüncü sinif şagirdiyəm. Rayonumuzda Bazar Camesində axşam azanını gözləyirik. Camenin camaatı mənim kimi uşaq hesab olunacaq yaşdakı bir neçə şəxs istisna olmaqla ümumən yaşlı və əsasən eyni cür şəxslərdir.
Cameyə ətrafındakılarla üzündə təbəssüm başını tərpətməklə salamlaşan uzun boylu, kostyumda, qalstuklu, saçları səliqə ilə daranmış, özündən arxayın, vüqarlı bir şəxs daxil oldu. Ağ araqçınını taxdı, ön səfə yaxın bir yerdə diz çöküb oturdu. O günə qədər rayonumuzda və ələlxüsus da camemizdə görməyə vərdiş etmədiyimiz fərqli bir insan idi. Hamı maraqlı gözlərlə və diqqətlə ona baxır, "Bu kimdir?” – deyərək işarə ilə bir-birinə sual verirdi.
Ondan sonra cameyə gələn adamlardan bir nəfər yanındakılara pıçıltı ilə deyirdi: "Bu, Ərbakandır. Professormuş. Konya müstəqil millət vəkili namizədi imiş. Baxsana, adam həm professordur, həm deputatlığa namizəddir, həm də namaz qılır”.
Bu adam haqlı idi. O dövrlərdə nəinki gündəlik namazlarda, cümə namazında belə oxumuş, təhsil görmüş, məmur, bürokrat, hətta deputatın camedə namaz qılması çox da təsadüf edilən hadisə deyildi. Camaatın heyrətlənməsinin səbəbi bu idi. İndi o dövr haqqında heç bir məlumatı olmayan gənc qardaşlarımız haqlı olaraq: "Nə olub ki, bir professorun namaz qılmasından daha mümkün nə ola bilər ki?” – deyə soruşa bilərlər. Lakin danışdığım hadisənin baş verdiyi zaman 1969-cu il. Təhsil görmüş, müəyyən məqamlara gəlmiş insanlar arasında namaz qılanların sayı çox az idi. Konyada məktəbimizdə belə ilahiyyatçı xocalarımızdan başqa namaz qılan müəllim, demək olar ki, yox idi.
Müstəqil namizəd, daha sonra da Türk siyasətinə yön verəcək Prof. Dr. Nəcməddin Ərbakan Xocamız yeni bir siyasətçi profili və kimliyi ortaya qoyurdu. Bu kimlik cığır açan bir kimlik idi.
Digər xatirə isə; 3 il sonra, yəni 1972-ci ildə İmam-Xətib məktəbindən məzun olan eyni sinifdən 8-10 nəfər dostla bərabər İstanbula universitet qəbul imtahanlarına getmişdim. Nahar etmək üçün bir yeməkxanada içəri daxil olmazdan əvvəl qapıda müştəri dəvət edən yeməkxana işçisindən burada içki verilib-verilmədiyini soruşduq. Yeməkxana işçisi: "İçki var”, – dedi. Buna görə də biz yeməkxanaya girməkdən vaz keçib geri qayıtdıq. Bu zaman yeməkxana işçisinin arxamızca dükanın qarşısında oturan qonşusuna: "Bunlar Ərbakançıdır. İçki verilən yerdə yemək yemirlər”, – dediyini eşitdik.
"Milli Görüş Hərəkatı”nın ortaya çıxmasından, yəni 1969-cu ildən 1972-ci ilə qədər keçən üç illik qısa bir müddətdə hamının sayğı duyduğu bir şəxsiyyət meydana gəlmişdi. Şəxsiyyət "Ərbakançı” olmaq...
Namazını qılan gənc, ticarətində halal-harama diqqət edən və bankdan faizə pul götürməyən tacir, zəkatını verən zəngin, təsəttürə (hicaba) riayət edən xanım, saqqal saxlayan cavan, saleh əməllərlə məşğul olan hacı əfəndi... Sözün qısası, cəmiyyətdə gözəl xasiyyətlər və davranışlar nümayiş etdirən hər bir şəxsə verilən ləqəb eynidir. "Ərbakançı!” Daha sonra "Səlamətçilər”, – dedilər, "Rifahçı”, – dedilər, "Fəzilətçi”, – dedilər, "Səadətçi”, – dedilər... Hamısını ehtiva edən "Milli Görüşçü” şəxsiyyəti/kimliyi artıq bir marka olaraq rəsmən qeyd edildi.
Kimdir "Milli Görüşçü”
Onlar son yüzilliyin yetişdirdiyi ən müstəsna kadrlardır. Milli Görüşçü üç təməl xüsusiyyətə sahibdir: hidayət, dirayət və fərasət. Milli Görüşçülər 42 ildir millətimizin əsl övladları olaraq canla-başla çalışırlar və bu ölkəyə çox böyük xidmət göstərirlər.
Həmişə millətimizi təmsil etdilər. Millətimizə edilən qeyri-milli təxribatın qarşısını aldılar. Millətimizi əslinə və özünə doğru çəkdilər. Bundan sonra da "Xocası”nın açdığı yoldan, xətdən sapmadan davam edəcəklər, inşallah!
Tacəddin Çətinkaya
"Anadolugenclik” jurnalı, aprel 2011-ci il, 135-ci buraxılış




  Şərhlər / 0 Şərh




 Şərh yazın


Ad və soyadınız* :
E-mail* :
Ölkə / Şəhər* :
Şərhiniz* :


ƏLLAMƏ BURQUİ


11

free counters

Sabiqun 2011-2019 © Bütün hüquqlar qorunur
Məlumatlardan istifadə zamanı istinad zəruridir!
Telefon: (+994 50) 429-20-99
Site by: azDesign.ws
 

Yeniliklərə abunə olun