18 Noyabr 2019









SÜBH NAMAZININ VƏ ORUCUN BAŞLANMASI HAQQINDA
Jurnalımızda namaz vaxtları ilə əlaqədar verilən cədvəl bəzi möminlərin etirazına, bəzilərinin isə təəccüb və heyrətinə səbəb olur. Etiraz edənlər bu cədvəlin ölkədə buraxılan cədvəllərə uyğun olmadığınıdavamı>>
A+ Balacalaşdır A+ Böyütmək

İSLAM BİR HƏYAT NİZAMIDIR VƏ SİYASƏT DƏ BİR İMTAHANDIR

Qovulmuş Şeytandan Allaha pənah aparıram!

Rəhman, Rəhim Allahın adı ilə!

Həmd olsun Allaha – aləmlərin Rəbbinə! Səlam və rəhmət olsun Seyidimiz Mühəmmədə, onun Əhli-Beytinə və bütün əshabələrinə!

Dəyərli dostlar, gəlin birlikdə təfəkkür edək, nəfsimizi hesaba çəkək. Əlhəmdülillah ki, biz müsəlmanıq və İslamın təməl əsaslarına və qaynaqlarına iman gətirən, yaşayan, qarşılaşdığımız problemlərin həll yolunu İslam dinində axtaran insanlarıq. Varlığında şəriki olmayan bir Allaha iman gətirmişik. "Aməntu”muz İslamın aməntusudur. Başqa aməntulara etibar edənlərdən deyilik. Peyğəmbərimiz insanların "La ilahə illəllah və Muhəmmədun Rəsulullah”, – deməsini təmin edərək cəhalətin qaranlığından qurtulub İslamın aydınlığına qovuşmalarını bacardı. Peyğəmbərimizin təbliğ və dəvətinə müxatəb olanlar şirkdən tövhidə qayıtdılar, dünyalarını və axirətlərini xilas etdilər.

Allah varlığının başlanğıcı və sonu olmayan, doğmamış və doğulmamış, başqasına möhtac olmayan, kamal sifətləri ilə müttəsif olan (sifətlənmiş) və hər cür eyib və naqislikdən uzaq bir İlahdır. O, yaradan, yaşadan, tənzimləyən və idarə edəndir. Varlığının bilinməsi üçün Kainatı yaratmışdır. Mülkün sahibidir. Mülkündə şəriki yoxdur. Dünya imtahanı sona çatıb qiyamət qopduqda axirət aləmində məhşər yerində hesab gününün yeganə hakimidir.

Aləmlərin Rəbbi olan Allah insanı məxluqatın ən şərəflisi (əşrəfi-məxluqat) olaraq yaratmışdır. Biz Onun yaratdığı bir məxluquq. Bizi yaradan, yaşadan, rizq verən, idarə edən və əcəlimizi müəyyənləşdirən Odur. Biz Onun mülküyük və Onun mülkündə yaşayırıq. Söz Onundur və Onun sözünün yanında bizim heç bir sözümüz yoxdur. O, sözünü Quran-kərimdə demişdir. "Mülk” surəsinin 1-ci və 2-ci ayələrində belə buyurur: "Mülk əlində olan Allah nə qədər ucadır. O, hər şeyə qadirdir! Hansınızın əməlcə daha gözəl olduğunu sınamaq üçün ölümü və həyatı yaradan Odur. O, Əzizdir (yenilməz qüvvət sahibidir), Qəfurdur (çox bağışlayandır)!”

Allah biz qullarını bu dünya həyatında imtahan edir. "Hər bir nəfs (canlı) ölümü dadacaqdır. Yoxlamaq məqsədi ilə Biz sizi şər və xeyirlə imtahana çəkərik. Və siz ancaq Bizim hüzurumuza qaytarılacaqsınız!”[1]

Bu və bunun kimi bir çox Quran ayələri dünya həyatımızın bir imtahan yeri olduğunu, həyatın və ölümün bir imtahan üçün yaradıldığını bizə xəbər verir.

"Biz bu dünya həyatında nə üçün imtahan olunuruq?” – sualı əhəmiyyətli bir sual olaraq qarşımızdadır. Gəlin bu sualın cavabını Qurandan öyrənək. "Sizi yer üzünün xəlifələri təyin edən, verdiyi nemətlər xüsusunda sizi sınamaq üçün birinizi digərinizdən dərəcələrlə üstün edən Odur. Həqiqətən, sənin Rəbbin tezliklə cəza verəndir (Səriül-iqabdır) və O, şübhəsiz ki, Qəfurdur (bağışlayandır), Rəhimdir!”[2]

Bu ayədə də işarə edildiyi kimi Rəbbimiz başqa varlıqlara verməyib yalnız bizə verdiyi nemətlərə görə bizi imtahan edir. Bu nemətlər başda əql neməti olmaqla doğrunu yanlışdan, yaxşını pisdən, gözəli çirkindən, faydalını zərərlidən, ədaləti zülmdən ayıra bilmə nemətləri ilə cüzi iradə[3] nemətləridir. Bu altı nemət insanların dünya və axirət xoşbəxtlikləri üçün gərəklidir, lakin yetərli deyildir. Bu nemətləri tamamlamaq üçün rəhmli və şəfqətli olduğu üçün Allah insanlara yeddinci nemət olaraq İslam nemətini də ehsan etmişdir. İslam neməti Allahın insan oğluna ən böyük ikramı və ehsanıdır. ... "Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və sizin üçün din olaraq İslamı bəyənib seçdim. ...”[4] Bu ayə İslam dini ilə nemətlərin tamamlandığını və dinin yaradan, yaşadan və idarə edən Rəbbimizin rizası olduğunu elan edir. Bu elanın tələbidir ki, insan Xaliqini razı salmaq üçün İslamın həm formasına, həm də məzmununa tabe olmalıdır. Bizim dünya imtahanımızın hikməti, Allahın rizası olan İslam dinini bir həyat nizamı olaraq görüb yaşayaraq şükr edənlərdənmi, yoxsa nəfsimizi və arzularımızı əsas götürüb batilə yönələrək nankorlardanmı olacağıq xüsusudur? "... Biz onu imtahana çəkəcəyik. Biz onu eşidən, görən yaratdıq. Biz ona haqq yolu göstərdik. İstər minnətdar olsun, istər nankor”[5].

İslam dini Allahın rizasıdır, bir tərcih deyildir. Dünya və axirət xoşbəxtliyimiz üçün yeganə çarədir. Allah nəzdində yeganə haqq din İslam dinidir. İslamsız xoşbəxtlik ola bilməz. Bu həqiqətləri mütləq görməliyik. Hesaba çəkiləcəyimiz günün peşmançılığı bizə heç bir fayda verməyəcək. Qiyamət gününə diqqət edərək dünya həyatındakı işlərimizi nizama salmaq bir məcburiyyətdir. Necə ki Quran Peyğəmbərimizin dili ilə bizə xəbərdarlıq edir: "De: "Mən də sizin kimi ancaq bir insanam. Mənə vəhy olunur ki, sizin ilahınız yalnız bir olan İlahdır. Kim Rəbbi ilə qarşılaşacağına ümid bəsləyirsə, yaxşı iş görsün və Rəbbinə etdiyi ibadətə heç kəsi şərik qoşmasın!”[6] Bu ayədə dəvət edildiyimiz üç şey var: Allahın varlığına və birliyinə inanmaq, yaxşı işlər görmək (saleh əməllərlə məşğul olmaq), tövhiddə, əməldə və əxlaqda şirkə mübtəla olmamaq, yəni Allah və Rəsulunun sözündən başqa sözlərə etibar etməmək.

İnsanlar ictimai varlıqlardır. Həyatlarını birlikdə cəmiyyət halında yaşamağa məcburdurlar. Cəmiyyət halında yaşamağın qayda-qanunları vardır. Dünya həyatımız baxımından fərdi, ictimai və təşkilati fəaliyyətlərimizlə əlaqədar olaraq dörd sahəsi vardır. Bu sahələr aşağıdakılardır:

1. Din və əxlaq.

2. Elm, təlim və tərbiyə.

3. Ticarət və iqtisadiyyat.

4. Siyasət, idarə etmə və hüquq.

Bu dörd sahə bütöv həyatımızı ayrı-ayrı dəyərləndirəcəyimiz məqamlar deyildir. Bunlar bütövün parçalarıdırlar və birlikdə idarə edilməsi və tənzimlənməsi zəruri olan ünsürlərdir. Müsəlmanlar və bütün insanlıq dünyası dünya və axirət səadəti baxımından bu dörd sahəni İslam dininin təməl əsaslarına uyğun olaraq nizamlamağa məcburdurlar. Əks təqdirdə xoşbəxtliyi əldə edə bilməyəcəklər. "Kim İslamdan başqa, bir din arxasınca gedərsə, heç vaxt ondan qəbul olunmaz və o, axirətdə zərər çəkənlərdən olar!”[7] Bu ayə insanların İslamı görməzlikdən gələrək qurduğu nizamların Allah nəzdində bir dəyərə sahib olmadığının ən açıq dəlilidir.

Allahın qulları olaraq Ondan gələn elə Ona doğru qayıdacaq, dünya həyatımızın hesabını sadəcə Ona verəcək şəxslər olaraq əlimizin boşa çıxmaması üçün din və əxlaqımızı, elmimizi, təlim və tərbiyəmizi, ticarətimizi, iqtisadiyyatımızı, siyasətimizi, idarəçiliyimizi və hüququmuzu Allahın rizası olan İslam dini ilə formalaşdırmağımız qulluğumuzun tələbidir.

Dəyərli dostlar, biz bu dünya həyatının hesabını kimə verəcəyik? Əlbəttə ki, bizi yoxdan var edən Allaha. Bu hesabı düzgün şəkildə verə bilmək üçün Allahın rizası olan İslam dinini yaşamalıyıq. Bilməliyik ki, İslam dinini tam şəkildə yaşamaqla hər əməlimizə cavabdehik. İslamı yarımçıq yaşamaq onu bütöv şəkildə yaşamaq deyildir, çünki İslam dininin yarısı onun özü deyildir. Biz İslamın din və əxlaqla əlaqədar hökmlərini qəbul edib tətbiq edəcəyik, lakin elm, təlim və tərbiyə, ticarət, iqtisadiyyat, siyasət, idarə etmə və hüquqla əlaqədar hökmlərini yox sayacağıq?! Belə bir yanaşma tərzi bizə dünya imtahanını qazandırmadığı kimi dünya və axirət xoşbəxtliyimiz üçün də maneədir, çünki Rəbbimizin belə bir vəziyyətə razılığı yoxdur. "Aya siz kitabın bir hissəsinə inanıb, digər qismini inkar edirsiniz? Sizdən bu cür işlər görənlərin cəzası dünyada yalnız rüsvay olmaq, qiyamətdə isə ən şiddətli əzaba düçar olmaqdır. Allah etdiklərinizin heç birindən qafil deyildir”[8].

Biz müsəlmanlar bu gün yaşadığımız sıxıntıların kökündə yanlış İslam idrakının yatdığını bilmək məcburiyyətindəyik.

İslam bir həyat nizamıdır. Siyasət, idarə etmə və hüquq bu nizamın ayrılmaz parçasıdır və bir imtahan mövzusudur. Biz Allahın qulları olaraq bütün sahələrdə olduğu kimi siyasi, idari və hüquqi məsələlərdə də İslamın bu sahə ilə əlaqədar qoyduğu prinsiplərə tabe olmalıyıq.

                                                  SİYASƏT NƏDİR?

Biz bir müsəlman kimi siyasətdən nə başa düşməliyik? Bunu başa düşmək üçün qaynaqlarımıza baxmalıyıq. Siyasət sözü "Lisanul-Ərəb”də "İslah etmək məqsədilə bir şey üzərində hakim olmaq” şəklində açıqlanmışdır. "Qamusul-Mühit”də isə kəlmənin lüğəvi mənası "əmr etmək/yasaq qoymaq” olaraq verildikdən sonra "əslində bir şeylə maraqlanmaq, ona sahib çıxmaq və islah olunması barəsində etina göstərmək” mənasını verdiyi bildirilir.

Ömər Nəsuhi Bilmənin "Hüquqi-İslamiyyə” kitabında siyasətə belə tərif verilir: "Əmr sahiblərinin (İslam cəmiyyətinin idarəçilərinin) cəmiyyət üçün qoyduqları əmr və yasaqları, ədəb və əxlaqın, cəmiyyətin sabitliyinin və mal təhlükəsizliyinin təmin olunması ilə əlaqədar olaraq çıxarılan qanun, insanlara dünya və axirət xoşbəxtliklərini təmin edəcək yolu təbliğ etmək, dəvət və irşad edərək cəmiyyətin islahı üçün çalışmaq”.

İbn Abidin isə siyasətə bu şəkildə tərif verir: "Siyasət xalqı dünya və axirətdə xoşbəxtliklərini və xilas olmalarını təmin edəcək yola irşad edərək, onların təhlükəsizliyi, asayişi, rifahı və xeyiri üçün fəaliyyət göstərməkdir”. Bu tərifin ardınca İbn Abidin bütün islami hökmlərin iman və siyasət çevrəsində fırlandığını açıqlayır.

Bax, öz qaynaqlarımızda siyasətə belə tərif verilir.

Ərbakan Xocamız "Milli Görüşçülər olaraq bütün insanlığın xoşbəxtliyi üçün çalışırıq. Biz siyasətlə məşğul olmuruq, cihad edirik”, – sözlərini bu təriflərə uyğun olaraq söyləmişdir.

Bu təriflərə görə siyasətin iki cəhəti vardır: Birincisi zehniyyət və etiqad, ikincisi ləyaqət və əhliyyət yönüdür.

Siyasətin zehniyyət və əqidə zəmini, haqq ilə batilin İlah, insan və çevrə ilə əlaqədar görüş və anlayışlarına əsaslanır.

Haqqın ilah anlayışının mahiyyətində tövhid əqidəsi vardır. Bu etiqada görə insan fitrət üzərində və günahsız olaraq doğulmuşdur. Çevrə Allah tərəfindən insanlara bir əmanət olaraq verilmişdir. Bu xətti-hərəkət və anlayış hal-hazırda Milli Görüş təşkilatı və onun üzvləri tərəfindən təmsil edilməkdədir. Bu kadrların iqtidara gəldikdə nə edəcəkləri barəsində Quranda belə buyurulur: "O kəslərə ki, əgər onlara yer üzündə iqtidar versək, namaz qılar, zəkat verər, əmrun bil-məruf və nəhyun ənil-münkər edərlər. Bütün işlərin sonu Allaha aiddir”[9].

Batilin ilah anlayışının kökündə təslis, şirk və nəfsi ilah qərar vermə əqidəsi yatır. Bu etiqada görə insan günahkar olaraq doğulur, təmizlənmək və arınmaq üçün kilsəni vasitəçi qərar verməyə məcburdur. Çevrə kilsənin mülküdür. Bu anlayış bu gün Qərb, İrqçi İmperializm, Sionizm və onların əməkdaşları tərəfindən təmsil edilir. Bu anlayışa sahib olan insanların iqtidara gələcəyi təqdirdə görəcəyi işlər Quranda belə açıqlanır: "İnsanların eləsi vardır ki, onun dünya həyatı haqqındakı sözləri sənin xoşuna gələr. O, qəlbində olana da Allahı şahid göstərər. Halbuki o, düşmənlərin ən qəddarıdır. O, iqtidara gəldikdə yer üzündə fitnə-fəsad törətməyə, əkini və nəsli məhv etməyə çalışar. Halbuki Allah fitnə-fəsadı sevməz!”[10]

Hazırda da siyasət bu iki anlayışa görə aparılır.

Ölkəmizdə (Türkiyə nəzərdə tutulur) siyasət yeridən və iqtidara iddialı olan kadrlar və bu kadrların yaratdıqları partiyalar bu iki anlayışdan birinin təmsilçisi vəziyyətindədir.

Siyasətin əhliyyət və ləyaqət yönü kadrların etiqadları və haqq anlayışlarının yanında bilgi (elm), təcrübə, hidayət, fərasət, dirayət və şüur sahibi olmaları vəziyyətidir. Bu xüsusiyyətlərə sahib olmayan insanlara idarə etmə vəkaləti vermək, vəkaləti verən və vəkalət verilən şəxs baxımından bir zülmdür.

Biz bir müsəlman olaraq siyasətdən və onun ehtiva etdiyindən də imtahan olunuruq.

Seçkilər bu imtahan dünyasında insanlar və müsəlmanlar üçün bir cüzi iradə fəaliyyətidir.

Bütün insanlar və eyni zamanda müsəlmanlar tərcih etdikləri siyasət anlayışı və vəkalət verdikləri kadrların gördüyü hər bir işə görə məsuliyyət daşıyırlar.

Milli Görüş və onun yetişdirdiyi kadrlar Ədalətli Quruluş/Nizam, İslam Birliyi, Təhsildə Öncə Əxlaq və Mənəviyyatı təklif verərkən, Qərb tərəfdarları və kadrları faizə söykənən Quldarlıq Quruluşu, Avropa Birliyi, Təhsildə Materializm və Qərb əxlaq və dəyərlərini istəyirlər.

Allah bizə əmr edir ki, sadiqlərlə birlikdə olaq, zalımlardan isə çəkinək.

Qazanmaq Allahın rizasını izləmək, haqqa üstünlük verib onu ayağa qaldıra bilməkdir.

İslam bir həyat nizamıdır. İslamsız siyasətdən, idarəetmədən və hüquqdan xeyir gəlməz. Vəssəlam!

                                                                                                  İsmayıl Haqqı Akkiraz

                                                                        "Şüurlu Müəllimlər Dərnəyi”nin Sədri


[1] "Ənbiya”, 35

[2] "Ənam”, 165

[3] İnsanda olan məhdud iradə (istək) haqqında istifadə olunan bir termindir. İnsanın etdikləri və ya etmədikləri işlər barəsində bir iradədən danışıldığına görə qul mükafat alar və ya cəzalanar. Qula "cüzi iradə” deyilən seçmə haqqı verilmişdir.

[4] "Maidə”, 3

[5] "İnsan”, 2, 3

[6] "Kəhf”, 110

[7] "Ali-İmran”, 85

[8] "Bəqərə”, 85

[9] "Həcc”, 41

[10] "Bəqərə”, 205




  Şərhlər / 0 Şərh




 Şərh yazın


Ad və soyadınız* :
E-mail* :
Ölkə / Şəhər* :
Şərhiniz* :


ƏLLAMƏ BURQUİ


11

free counters

Sabiqun 2011-2019 © Bütün hüquqlar qorunur
Məlumatlardan istifadə zamanı istinad zəruridir!
Telefon: (+994 50) 429-20-99
Site by: azDesign.ws
 

Yeniliklərə abunə olun