16 Oktyabr 2019









SÜBH NAMAZININ VƏ ORUCUN BAŞLANMASI HAQQINDA
Jurnalımızda namaz vaxtları ilə əlaqədar verilən cədvəl bəzi möminlərin etirazına, bəzilərinin isə təəccüb və heyrətinə səbəb olur. Etiraz edənlər bu cədvəlin ölkədə buraxılan cədvəllərə uyğun olmadığınıdavamı>>
A+ Balacalaşdır A+ Böyütmək
           İSLAM-QƏRB ƏLAQƏLƏRİ VƏ ONUN GƏLƏCƏYİ
                                                 (4-cü hissə)

B.IV. XXI Əsrin Əvvəlində XX Əsrdən Alınacaq Dərslər

Yuxarıdakı A. B. bölməsində XX əsrə qısa bir baxış keçirmişdik. Bu baxışdan belə bir nəticələri çıxarmaq mümkündür.

XVI əsrdən sonra maddi gücün qərbin əlinə keçməsinin ardınca qərb mədəniyyətinin əsas xüsusiyyətlərinin təsirinə görə insanlıq heç cür xoşbəxtliyə çata bilmədi. Və XX əsrdə olması lazım olan mənfi aksionlarla insanlıq çox iztirab çəkdi. Bu aksionlar və alınması lazım olan dərslər isə qısa şəkildə bunlardır:

1. Xoşbəxtlik və Səadət üçün "Materializm Deyil, Mənəviyyatçılıqˮ əsas götürülməlidir.

XX əsrdə diktatorlar dövrü yaşandı. Bu dövrün insanlığa necə böyük müharibələr və faciələr gətirdiyi açıq şəkildə göründü. Buradan alınacaq dərs budur:

– Diktatorların təzyiq və basqılarının kökündə materializm və darvinizm fəlsəfəsi yatır. Darvinizmə görə "güclü olanın zəif olanı yox etməsi təbiətin bir tələbidir. Təkamül üçün ortada bir düşmənin olması və bu düşmənlə davamlı olaraq savaşmaq həyatın qanunudurˮ.

– Bu düşüncələrin necə bir fəlakət gətirdiyi göz qabağındadır.

– Bu gün Rusiyada belə insanlar axın-axın kilsələrə gedir.

– Buna görə də XX əsrdən alınacaq ən önəmli dərs "Materializm Deyil, Mənəviyyatçılıqˮ, digər ifadə ilə "Müharibə Deyil, Sülhˮ dərsidir.

2. Xoşbəxtlik və səadət üçün "Qarşıdurma deyil, Dialoqˮ əsas götürülməlidir.

– Birinci Dünya Müharibəsinin hədəfi Osmanlı İmperatorluğunu yıxmaq, parçalamaq, müsəlmanları yox etmək idi. Qərblilər İslam ölkələrini işğal etdilər, lakin xalqını yox edə bilmədilər.

– Dünya müharibəsindən sonra müsəlman ölkələr təkrarən müstəqilliklərinə qovuşdular.

– Bu dəfə bu ölkələri başqa metodlarla istismar etmək istədilər, lakin bacara bilmədilər.

– Əsrin geridə qalan son on ilindən bu günə qədər bu dəfə İslam dini düşmən olaraq göstərilmək istənildi və bu məqsədlə müharibələr aparıldı. Qətl-qarətlər sərgiləndi. Lakin göründü ki, bu belə qətl-qarətləri həyata keçirənlərə səadət və hüzur gətirmir.

– XX əsrin bu hadisələrindən alınması lazım olan digər önəmli bir dərs "Qarşıdurma deyil, dialoq”, – dərsidir. Səadət və sülh üçün "düşmənçilik deyil, dialoq, səmimi əməkdaşlıq və həmrəylik, sülh içində bir yerdə yaşayan çoxmədəniyyətli bir dünyanın əsas götürülməsi zərurətiˮ dərsidir.

3. Cəmiyyətin səadəti və xoşbəxtliyi üçün "İkili Standart Deyil, Ədalətˮ əsas götürülməlidir.

– Qərb XX əsrin 2-ci yarısında basqı və təzyiq yerinə hürriyyət və insan haqlarını əsas götürəcəyini izah etdi. Lakin bu əsrin sonunda "İnsan haqları və azadlıqlar olsun, lakin yalnız bizim üçün olsun, müsəlmanlar üçün olmasın!ˮ – deməyə başladı.

– Daha çox müsəlman ölkələrə qarşı xalqı müsəlman olduğuna görə xüsusi bir mövqe və yanaşma tərzi ortaya qoyuldu.

– Müsəlmançılığın əsası sülh və şəfqət olduğu halda, müsəlmançılıq, hətta terrorizmlə eyni səviyyədə tutulmağa başladı.

– Belə ki, buna görə "mütəşəkkil cinayətkarlıq məfhumuˮ ortaya atılaraq müsəlmanlar potensial təhlükə olaraq görünməyə başladı. Onlara insan haqları verilməsin, – deyəcək qədər irəli getdilər.

– Bəzi müsəlman ölkələrə ikili standart tətbiq etməyə başladılar. Embarqolar qoydular. Müsəlman ölkələrdəki günahsız xalq zülm gördü. İkili standarta çox təəssüflər olsun ki, BMT-ni də alət etmək istədilər. Bu davranış cəmiyyətlər arasında xoşbəxtlik yerinə gərginlik, qarşıdurma və düşmənçilik duyğularının yaranmasına səbəb oldu. Bütün bunlar cəmiyyətə fayda deyil, zərər gətirdi.

– Bu həqiqətdən alınacaq dərs "İnsan Haqları Yalnız Bizə Deyil, Hamıya Lazımdırˮ dərsidir. Yəni "İkili Standart Deyil, Ədalətˮ dərsidir.

4. İnsanlığın xoşbəxtliyi üçün "Üstünlük Deyil, Bərabərlikˮ əsas götürülməlidir.

XX əsr boyunca bəzi inkişaf etmiş ölkələr sahib olduqları maddi gücə güvənərək digər ölkələrə həmişə yuxarıdan aşağı baxdılar.

– Halbuki XX əsrin, məsələn son 20 ilində Uzaq Şərq ölkələrindəki böyük inkişaf maddi gücün nə qədər asan bir şəkildə əldən-ələ keçə bildiyinin açıq dəlilidir.

– Aparılan araşdırmalar XXI əsrdə dünyanın iqtisadi fəaliyyətlərinin ağırlıq mərkəzinin artıq Avropa və Amerikadan Uzaq Şərqə və Asiyaya doğru sürüşəcəyini göstərir.

– Bütün bu inkişaflar, səadət və xoşbəxtlik üçün ölkələr arasındakı münasibətlərdə artıq "Üstünlük iddialarının deyil, Bərabərliyinˮ, yəni "Üstünlük Deyil, Bərabərlik Prinsipiniˮnin əsas götürülməsi lazım olduğunu göstərmişdir.

5. İnsanların Səadəti üçün "İstismar deyil, Əməkdaşlıqˮ əsas götürülməlidir.

– XX əsr boyunca bəzi zəngin qərb ölkələri inkişaf etməkdə olan ölkələrə ağır faizlərlə borc verməyi, onların zənginliklərini "əlimdə fürsət varkən nə üçün əzməyim ki?ˮ – düşüncəsi ilə istismar etməyi əsas götürdülər.

– 2-ci Dünya Müharibəsinin səbəblərindən birinin də Hitlerin "Almaniyaya da koloniyaların verilməsinin lazım olduğuˮ iddiası deyildirmi?

– Bu davranışların hamısı da səhvdir, çünki "səadət həmişə bərabər olur. Qonşusu ac ikən özü tox yatan xoşbəxt ola bilməzˮ.

Aparılan təhqiqatlar bu yanlış siyasətlər dəyişdirilmədikcə XXI əsrdə əhali artımının yaşanacağı, kasıb Afrika xalqından meydana gələcək milyonlarla insanın qədim tarixi dövrlərdə olduğu kimi yığınlar halında gələrək Avropanı işğal edəcəyi şərtlərinin yarana biləcəyini göstərməkdədir.

– Bütün bu səbəblər XX əsrdən alınacaq digər bir dərsin "İstismar Deyil, Əməkdaşlıqˮ dərsi olması lazım olduğunu göstərir.

6. Cəmiyyətlərin səadət və xoşbəxtliyi üçün "Hücumlara məruz qoymaq, faşist siyasəti yeritmək yox, insan haqları və azadlıqlarıˮnın əsas götürülməsi lazımdır.

XX əsrdən alınması lazım olan ən önəmli dərs də budur.

MÜALİCƏ (TƏDAVİ)

İslam-Qərb Dialoqu və Həsrəti Çəkilən Dünyanın


Qurulması Üçün Atılan Addımlar və Atılması Lazım Olan Addımlar

a) Atılan Addımlar: D-8 Kampaniyası

B-IV bölümdəki açıqlamalar ilə əslində D-8-lərin bayrağındakı 6 ulduzun mənasını və əhəmiyyətini ortaya qoyduq.

D-8-lərin bayrağını görürük. Bu bayrağın üzərində simvolik olaraq 6 ulduz yerləşir.

D-8-lərin bayrağındakı 6 ulduzun mənası:

1. Müharibə deyil, Sülh!

2. Qarşıdurma deyil, Dialoq!

3. İkili standart deyil, Ədalət!

4. Üstünlük deyil, Bərabərlik!

5. İstismar deyil, Əməkdaşlıq!

6. Təzyiq və faşizm deyil, İnsan haqları və azadlıq.

Yuxarıdakı açıqlamalardan göründüyü kimi D-8 Kampaniyası XX əsrdə yaşanan zülm və acılardan sonra alınması lazım olan dərslərə diqqət edilərək XXI əsrə intiqal edən çox əhəmiyyətli bir hadisədir.

Yuxarıdakı B bölməsində Qərb mədəniyyətinin əsas xüsusiyyətlərini izah etməyə çalışdıq və əsas xarakterinin gücü üstün tutmaq olduğunu ifadə etdik.

Qərb zehniyyəti bu xüsusiyyətini G-7 vasitəsilə tətbiq etməyə çalışır. G-7-lər Qərb zehniyyətinə dayanılaraq qurulmuşdur. İnkişaf etmiş ölkələr bu zehniyyəti tətbiq etmək üçün G-7-lər vasitəsilə öz aralarında həmrəylik içindədirlər. Və geri qalmış ölkələrə bir çox haqsızlıqlar etməkdədirlər.

Geri qalmış ölkələrin "Gəlin üzərində birlikdə yaşadığımız bu dünya üçün birlikdə yeni bir dünya nizamı quraq!ˮ – təkliflərinə onları gücsüz gördükləri üçün əhəmiyyət verməməkdədirlər.

Bax, buna görə insanlığın səadəti üçün yeni bir dünyanın qurula bilməsinin addımının atılması baxımından inkişaf etməkdə olan ölkələrin fəaliyyət göstərə bilmələri qayəsi ilə D-8 qurulmuşdur.

G-7 yer üzündəki 180 ölkə içərisində 30-nu əhatə etdiyi yer üzündəki 6 milyard əhalinin təqribən 1 milyardlıq hissəsini təmsil edən bir quruluşdur.

D-8-lər isə buna qarşılıq inkişaf etməkdə olan bütün ölkələri bir əməkdaşlıq çatısı altında toplamaqla ən az 150 ölkəni, beş milyard insanı təmsil etmək üzrə yaradılmış bir kampaniyadır.

Bunun hər birinin əhalisi 60 milyondan daha artıq olan 8 müsəlman ölkə tərəfindən qurulmasının əhəmiyyəti və mənası böyükdür.

Əməkdaşlıq yolunda daha dinamik hərəkət edə bilmək üçün başlanğıc belə qurulmuşdur və quruluş statusunda bütün müsəlman ölkələrin D-8-lərin təbii üzvü olduqları və hər bir fəaliyyətində iştirak edə biləcəkləri əsas götürülmüşdür.

Bu başlanğıc daha əvvəldə 150 ölkə ilə birlikdə fəaliyyət göstərməyin yarada biləcəyi çətinliklərə görə belə qoyulmuşdur.

D-8-lər əhalisi 60 milyondan çox olan və bütünlükdə əhalisi 800000000-u keçən 8 müsəlman ölkə ilə qurulmuşdur. Quruluş razılaşması 15 iyun 1997-ci ildə bizim Türkiyədəki 54-cü Hökumətimiz zamanında İstanbul Çırağan sarayında Dövlət Başçısının imza mərasimi ilə rəsmi şəkildə qəbul edilmişdir.

D-8-lər yeni qurulmasına baxmayaraq, 1 il hazırlıq dövründə belə çox əhəmiyyətli əməkdaşlıq layihələri inkişaf etdirmişdir. Bu mövzuda fikir sahibi olmaq istəyənlər türkcə və ingiliscə yazılmış "D-8ˮ kitabından faydalana bilərlər.

b) "İkinci Yalta Konfransıˮ: D-8-lər, G-7-lər Yuvarlaq Masa Toplantısı;

Əgər 54-cü Hökumətimiz bir il də davam etsəydi, 1998-ci ildə D-8 və G-7-lərlə yuvarlaq masa toplantısı keçiriləcəkdi. Bu barədə qərb ölkələrinin hökumət başçıları ilə aparılan hazırlıq fəaliyyətləri ilə lazımi razılaşmalar təsis edilmişdi.

Biz D-8 və G-7 yuvarlaq masa toplantısına 2-ci Yalta Konfransı ifadəsi ilə tərif verməyə çalışmışıq, çünki 2-ci Dünya Müharibəsindən sonra keçirilən 1-ci Yalta Toplantısı yeni bir dünya nizamı qurmaq üçün "Müharibənin Qalibləri Arasındaˮ keçirildi. Yeni dünya nizamı "haqqı deyil, gücü üstun tutanˮ bir əsas üzərində quruldu. Məsələn, Birləşmiş Millətlər Müdafiə Şurası Daimi Üzvləri qalib dövlətlərdən ibarət olaraq yaradıldı.

Bu cür fəaliyyətin nəticəsidir ki, istənilən sülh və xoşbəxtliyə yetişmək mümkün olmadı.

İndi dünya yeni bir dönüş nöqtəsindədir. 2-ci Yalta Konfransı artıq D-8-lərin bayrağındakı 6 prinsip əsas götürülərək gerçəkləşdirilməlidir, çünki insanın xoşbəxtliyi və davamlı bir sülh içində yeni bir dünya bu prinsiplərlə gerçəkləşə bilər. Bütün bu açıqlamalarımız insanlığın bu gün olduğu nöqtədə Həsrəti Çəkilən Bir Dünya üçün İslam və Qərb Dialoqunun Əhəmiyyətini və Zərurətini Ortaya qoymaqdadır.

Görünür ki, gözlənilən və həsrəti çəkilən yeni bir dünyanın qurulması artıq son dərəcə qaçılmaz hala gəlmişdir.

Bu anda Qərb mədəniyyətinin ortaya qoyduğu davranış tərzi və gedişatla bu ehtiyacın təmin olunması mümkün deyildir, çünki Qərb mədəniyyətinin təmsilçiləri hələ də "Müharibə, qarşıdurma, ikili standart, üstünlük, istismar və təzyiqˮ düşüncəsi ilə hərəkət edirlər.

Bunların yerinə D-8-lərin bayrağındakı 6 prinsipin əsas götürülməsi lazımdır.

C) Təklif: Atılması Lazım Olan Çox Əhəmiyyətli Addım:

Göründüyü kimi yeni bir dünyanın qurulması üçün çox köklü şəkildə və əzm ilə fəaliyyət aparılmış və aparılmaqdadır.

Əhəmiyyətli olan dialoq yolu ilə mədəniyyətlərarası kompromis və əməkdaşlığın təmin olunmasıdır.

Bugünkü şərtlər altında və bu anda bunu gerçəkləşdirmək üçün nə etmək lazımdır?

Bu konfransın tərtib heyəti üzvləri bəndənizdən bu simpoziumda "İslam-Qərb Əlaqəsi və Gələcəyiˮ mövzusunda bir nitq söyləməyimi istədilər.

İndi bu tələbi həyata keçirmək üçün görüşümü və təklifimi ərz edirəm.

TƏKLİF

1. İnsanlığın bu gün dayandığı nöqtədə gözlənilən və həsrəti çəkilən yeni bir dünyanın qurula bilməsi üçün heç şübhəsiz ki, hər yaxşı niyyətli insan və ölkə əlindən gələn əzmi göstərməkdədir.

2. Bir yandan siyasi sahədə bu xüsusda əldən gələcək qədər cəhd göstərildiyi halda, digər yandan fikri sahədə fəaliyyət göstərilməsinə çox böyük ehtiyac vardır.

3. Çünki siyasi sahədəki fəaliyyətlər müxtəlif çətinliklər ortaya çıxarır. Məsələn, İslam mədəniyyətini hansı ölkələr və ya qurum təmsil edəcəkdir?

Bunun hamı tərəfindən qəbul ediləcək şəkildə sübuta yetməsi və müəyyənləşməsi böyük çətinliklər yaradır.

4. Bunun yerinə fikir və aksion adamlarından təşkil olunmuş elmi və fikri bir təşəbbüsün ortaya atılmasında çox böyük yarar vardır. Bu yolda faydalı ola bilmək üçün İslam aləmi içində mənəvi baxımdan xüsusi bir yeri olan Səudiyyə Ərəbistanında bu təşəbbüsləri davam etdirməklə bir dialoq təşkilatçılığı təşkil edilə bilər.

5. Bu təşkilatçılıq müsəlman ölkələrin seçilmiş fikir və aksion adamlarını öz içində toplamalı, İslam ölkələri adından digər ölkələrlə əlaqə yaradacaq təmsilçi bir heyət qurmalı və bir yandan elm və fikir adamları vasitəsilə "Yeni Bir Dünya Nizamıˮnın təməl əsaslarının nələrdən ibarət olmasının zəruri olduğunun araşdırılması aparılmalıdır ki, bu xüsusda Papalıq "Rabitəˮyə əməkdaşlıq təklif etmişdir.

Digər tərəfdən müxtəlif ölkələrlə olan əlaqələrin proqramı, planı və ön hazırlıqları hazırlanmalı və təqib edilməlidir. Beləliklə, ölkələrarası dialoqun başlaması zəmini və inkişaf etməsinin təmin edilməsi istiqamətində işlər görülər.

Aşağıdakı tabloda "İslam və Qərb Dialoq İnstitutuˮnun necə bir institut olaraq qurulması və fəaliyyət göstərməsinin lazım olduğu sxematik olaraq açıqlanmışdır.

DİALOQ İNSTİTUTUNUN ÜMUMİ KOLLEGİYASI

Bu qurum 1,5 milyardlıq İslam aləminin tanınmış elm, fikir və aksion adamlarından təşkil olunmuş bir kollegiyadır. Bu kollegiya mənən 1,5 milyardlıq İslam aləminin xalq topluluqlarını təmsil edən və dialoqun əhəmiyyətini qavramış və mənimsəmiş olan şəxslərdən təşkil olunmuş bir kollegiyadır. Ən azı ildə bir dəfə toplanmalıdır.

Müəyyən bir vəzifə dövrü üçün seçdiyi idarəetmə kollegiyasının illik məzurələrini müzakirə etməli və tövsiyələr verməlidir. Bu kollegiyada vəzifələndirilən şəxslərin çox yaxşı bir şəkildə seçilməsinin bütün fəaliyyətlərin müvəffəqiyyətli olması baxımından əhəmiyyəti böyükdür.

İDARƏETMƏ KOLLEGİYASI

Ümumi kollegiya tərəfindən seçilmiş məhdud sayda üzvə sahib olan bir kollegiyadır. Təqribən 3 ayda bir dəfə toplanmalı, İnstitutun fəaliyyətinə istiqamət verməli və nəzarət etməlidir.

ALİ MÜŞAVİRƏ KOLLEGİYASI

İslam aləminin fikir və tövsiyələrindən istifadə ediləcək seçilmiş şəxslərindən təşkil olunmuş kollegiyadır. Bu da təqribən 3 ayda bir dəfə toplanmalıdır. Və ayrıca lazım olduğu zamanda da toplanmalıdır. İnstitutun fəaliyyəti haqqında istiqamətləndirici tövsiyələr verərlər.

Fəaliyyətinə nəzarət edərlər. Bunların hərtərəfli və geniş şəkildə çalışması üçün lazım olan qərarlar qəbul edər və müxtəlif tədbirlər həyata keçirərlər.

BAŞ KATİB

Davamlı olaraq institutun başında dayanmalıdır. İdarəetmə Kollegiyasının və Ali Müşavirə Kollegiyasının qərarları istiqamətində əsas fəaliyyət göstərməlidir.

MÜDİRLƏR KOLLEGİYASI

Baş katiblə bərabər 5 əsas şöbənin başçılarından təşkil tapmalıdır. Şöbələr arasındakı əməkdaşlığa və bütün fəaliyyətlərin idarə edilməsinə bu kollegiya vasitəsitəsilə nəzarət edilməlidir.

Bu kollegiyanın üzvləri təqribən həftədə bir dəfə toplanaraq fəaliyyətlərə istiqamət verməlidir.

İnstitutun əsas fəaliyyətləri bu beş şöbə tərəfindən idarə edilməlidir.

Hər bir şöbənin müdiri, xüsusi müşavirə kollegiyası, katibi və digər ehtiyacları təmin edəcək qədər şəxsi heyəti vardır.

Bu şöbələr İslam dünyasının mövcud qurum və imkanları ilə əməkdaşlıq içində fəaliyyət göstərməlidirlər.

1. STRATEJİ ARAŞDIRMA VƏ PLANLAMA ŞÖBƏSİ

Bu şöbə institutun bütün fəaliyyət sahələrində necə fəaliyyət göstərməsi lazım olduğunu araşdıran və planlaşdıran şöbədir. İslam dünyasının tanınmış mütəxəssislərindən yararlanmalıdır.

Fəaliyyətlərin məhsuldar olması üçün hər cür araşdırma və planlaşdırma ortaya qoymalıdır.

2. YENİ DÜNYA NİZAMI TƏMƏL ƏSASLARI VƏ İNSAN HAQLARI ŞÖBƏSİ

Bütün bu fəaliyyətlərin ana qəyəsi yeni bir dünyanın sülh və hüzur içində yaşayan bir dünya və bütün insanların həyatına səadət gətirən bir dünya olmasını təmin etməkdir.

Buna görə də "Kobud gücü deyil, haqqı üstün tutanˮ yeni bir dünyanın təməl əsasları nələr olmalıdır? Bu dünyada insan haqları hansılardır? Və insan haqlarına zidd olan davranışların qarşısı necə alınacaqdır? Bütün bu mövzular əsas qayə baxımından böyük əhəmiyyət daşıyır. Bu mövzuların seçilmiş mütəxəssislər tərəfindən sürəkli araşdırılması, müxtəlif fəaliyyətlərlə davamlı kamilləşdirilməsi lazımdır.

Beləcə digər mədəniyyətlərin təmsilçiləri və qərb ilə dialoqa başladığı zaman haqqa söykənən dünya nizamı olaraq bərabərlik və əməkdaşlıqla necə bir nizam qurulacağı mövzusu aydınlaşdırılmış olacaq.

3. DİALOQ HEYƏTLƏRİ VƏ DİALOQ TOPLANTILARI TƏRTİB ETMƏ ŞÖBƏSİ

Bu şöbədə müxtəlif mövzularda İslam dünyasını təmsil edəcək dialoq heyətlərinin vəzifələri araşdırılacaq.

İslam dünyası ilə, ələlxüsus yuxarıdakı tabloda göstərilən digər dünya mərkəzləri arasında tərtib olunacaq dialoq toplantıları bu şöbədə planlaşdırılacaq, hazırlıqları tamamlandıqdan sonra həyata keçiriləcəkdir.

4. QƏRBİ İZLƏMƏK VƏ İSLAM ƏLEYHİNƏ MƏQSƏDLİ TƏBLİĞATLARIN QARŞISININ ALINMASI ŞÖBƏSİ

Bu şöbə İslam dünyasında mövcud olan müxtəlif qurumlarla əməkdaşlıq edərək Qərbdə və tabloda göstərilmiş digər dünya bölgələrində müsəlmançılığın əleyhinə aparılan təbliğatları və fəaliyyətləri izləməli və bunların düzəldilməsi üçün həmin ölkələr nəzdində təşəbbüslərlə çıxış etməlidir.

Köln Universiteti "İslam Araşdırmalar İnustutuˮnun Direktoru mərhum Prof. Fəlaturi bir çox qərb elm adamları ilə bərabər Almaniyada, xüsusilə də məktəb kitablarında və rəsmi dövlət yayımlarında İslam dini və cəmiyyətləri əleyhinə aparılan həqiqətəzidd fəaliyyətləri kitablar halında sübuta yetirmişdir.

Bu cür fəaliyyətlərin genişləndirilməsi bir vəzifədir, çünki bir çox qərbli idarəçi öz ölkələrində aparılan məqsədyönlü İslam əleyhdarlığı fəaliyyətlərindən xəbərsizdir.

5. LOBBİ FƏALİYYƏTLƏRİ ŞÖBƏSİ

Bir çox qərb ölkəsi məqsədyönlü mənfi təbliğatlar ucbatından media, universitet və siyasət sahəsində İslam dünyası ilə dialoqu lüzumsuz görən fikir axımlarının təsiri altındadır.

Yuxarıda izah edildiyi kimi qərb özünü də tanımır, İslam dünyasını da tanımır. Dünya sülhü üçün İslam-Qərb Dialoqunun əhəmiyyətini idrak edə bilmir.

Bu mövcud vəziyyətin düzəldilməsi üçün bütün bu ölkələrdə media, universitet və siyasət mənsublarından mümkün olduğu qədər geniş bir kütləni müsbət bir lobbi fəaliyyətinə sövq etmək çox böyük əhəmiyyət daşıyır.

Hələ də müxtəlif müsəlman ölkələri və ya bu ölkələrdəki qurumlar tərəfindən aparılan fərdi və mövqeli lobbi fəaliyyətləri son dərəcə yetərsiz və kifayətsizdir.

Dialoq İnstitutunun bu şöbəsi tərəfindən müsəlman ölkələr və o ölkədəki qurumlar tərəfindən, yəni bu lobbi fəaliyyətlərinin nəzarəti, koordinasiyası və inkişaf etdirilməsi çox böyük əhəmiyyətə malikdir.

Bax, lobbi fəaliyyətləri şöbəsi bu xidmətləri həyata keçirəcək şəkildə işləməsi üçün düşünülmüşdür.

Elə bu əsas quruluşa sahib olmaq üzrə qurulacaq Dialoq İnstitutu bütün bu fəaliyyətləri idarə etmək surətilə nəticə olaraq tabloda göstərilən mərkəzlərlə sülh və əməkdaşlıq dialoqlarının keçirilməsini təmin edəcək, bütün bunların nəticəsi olaraq inkişaf etmiş ölkələr və inkişaf etməkdə olan ölkələrin bir yuvarlaq masa ətrafında toplanaraq, yəni başqa bir təbirlə D-8-lərlə G-7-lərin "2-ci Yalta Konfransıˮnı həqiqətə çevirmək surətilə yeni bir dünyanın;

1. Müharibə deyil, Sülh!

2. Qarşıdurma deyil, Dialoq!

3. İkili standart deyil, Ədalət!

4. Üstünlük deyil, Bərabərlik!

5. İstismar deyil, Əməkdaşlıq!

6. "Təzyiq və hökmetmə (təhəkküm) deyil, insan haqları, azadlıq, demokratiya!” prinsiplərini əsas götürməklə "Gücü deyil, haqqı üstün tutanˮ bir dünyanı qurmağın əzmini göstərəcəkdir.

Dialoq İnstitutunun fəaliyyətləri ilə tablodakı dialoqla nəticə olaraq bu məqsəd üçün tətbiq ediləcəkdir.

Bu mövzuda tablodan da göründüyü kimi müsəlman ölkələrin təmsilçiləri ilə, məsələn Rusiya, Çin, Yaponiya, Hindistan və Braziliya kimi ölkələrlə dialoq fəaliyyətləri inkişaf etdiriləcəyi kimi, əlbəttə, böyük bir meyil və qayğı ilə ABŞ və Avropa Birliyi ilə aparılacaq dialoq fəaliyyətlərinin da həyata keçirilməsinə əzm göstəriləcəkdir. Müvəffəqiyyət Allahdandır!

Nitqimin sonunda bir dəfə də bu simpoziumu təşkil edən Kral Əbdüləziz Xalq Kitabxanasının Ali İdarəetmə Şurasının Sədri Vəliəhd Abdullah ibn Əbdüləziz bəyi, İdarəetmə Şurasının üzvlərini və bu toplantıya təşrif gətirib qiymətli fikirləri ilə bizi feyziyab edənləri və ümumiyyətlə, simpoziumda iştirak edənləri səmimi hisslərimlə təbrik edir, onlara təşəkkür edir və simpoziumun İslam dünyası və bütün insanlıq üçün səadət və xoşbəxtliyə vəsilə olmasını və gözlənilən, həsrəti çəkilən yeni bir dünyanın qurulmasına əhəmiyyətli bir xidmət etməsini təmənni edərək hamınızı Allaha əmanət edirəm.

Əs-Səlamu Əleykum və Rəhmətullahi və Bərəkatuh!

Prof. d-r Nəcməddin Ərbakan

Mütərcim: Xəyyam Qurbanzadə



  Şərhlər / 0 Şərh




 Şərh yazın


Ad və soyadınız* :
E-mail* :
Ölkə / Şəhər* :
Şərhiniz* :


ƏLLAMƏ BURQUİ


11

free counters

Sabiqun 2011-2019 © Bütün hüquqlar qorunur
Məlumatlardan istifadə zamanı istinad zəruridir!
Telefon: (+994 50) 429-20-99
Site by: azDesign.ws
 

Yeniliklərə abunə olun