15 Oktyabr 2019









SÜBH NAMAZININ VƏ ORUCUN BAŞLANMASI HAQQINDA
Jurnalımızda namaz vaxtları ilə əlaqədar verilən cədvəl bəzi möminlərin etirazına, bəzilərinin isə təəccüb və heyrətinə səbəb olur. Etiraz edənlər bu cədvəlin ölkədə buraxılan cədvəllərə uyğun olmadığınıdavamı>>
A+ Balacalaşdır A+ Böyütmək

KAFİRİN MALI MÜSƏLMANA HALALDIRMI?

Bir çoxlarını şübhələndirən məsələlərdən biri də "kafirin malı” məsələsidir. Onu almaq və yaxud hiylə yolu ilə ələ keçirmək müsəlmanlara caizdirmi?

Cəmiyyətlərin bir-birinə açıldığı internet kimi elektron sosial həmrəylik vasitələrində inkişafın müşahidə edildiyi, müsəlmanların başqa cəmiyyətlərə inteqrasiya etdiyi bir vaxtda bu sual maraq doğurur. ... Burada diqqət doğuran bəzi məqamlar vardır. Belə ki, bəzi müsəlmanlar başqalarının malını hiylə ilə əldə etmələrinə və öz ağalıq hərəkətlərinə şəri don geyindirməyə çalışırlar. Mövzu ilə bağlı şəriətin rəyini ciddi və məsuliyyətli şəkildə araşdırmadan müsəlmanların və İslamın şərəfinə layiq olmayan qeyri-mədəni bir obraz yaratmaq istəyirlər. Axı İslam dini müsəlman və ya qeyri-müsəlman olmasından asılı olmayaraq hər hansı bir insanın şərəfini və mülkünü qorumağı əmr edən müqəddəs dindir!

Kafirin malı ilə bağlı şəriətin rəyinə gəlincə Seyid Mühəmmədhüseyn Fəzlullah bu barədə deyir: "Kafir müsəlmanla felən (defakto) müharibə etmədikcə onun malı müsəlmana halal ola bilməz. Bu barədə Allahın Kitabında deyilir: "Allah din yolunda sizinlə vuruşmayan və sizi yurdunuzdan çıxarmayan kimsələrə yaxşılıq etməyi və onlarla ədalətlə rəftar etməyi sizə qadağan etməz. Allah ədalətli olanları sevər!”[1] Əlbəttə ki, onlarla ədalətlə rəftar etməyin ən aydın təsdiqlərindən (misdaqlarından) biri də onların mallarının haqsız yerə götürülməməsidir. Ədalət isə vacib olan məsələlərdəndir. Əsassız olaraq başqasının malına sahib çıxmaq (götürmək) ədalətdən deyildir. ...”[2]

Hiylə ilə bir mülkü ələ keçirməyin qadağan olması və başqasının mülkünə ehtiram etməyin vacibliyi barədə Seyid sözünə davam edərək deyir: "Bu məsələdə müharibə edən və müharibə şərtlərilə yaşayan dövlətlərlə, müharibə etməyib dinc şəraitdə yaşayan dövlətlər arasında fərq vardır. Biz dövlətlə insanlar arasında fərq qoymalıyıq. ... Bizimlə dində müharibə etməyən, bizi yurdumuzdan çıxarmayan hər bir şəxslə ədalətlə rəftar etməli və ədalət yoluna tabe olmalıyıq. Bununla biz Qurandan dəlil gətiririk ki, Quran yalnız kafirliyinə görə kafirin mülkünü mənimsəməyi haram etmişdir. ...”

Allah-Taala yəhudiləri nə üçün məzəmmət edir? "Kitab əhlindən elə kəslər vardır ki, əgər onlara bir qintar (çoxlu qızıl) əmanət versən, onu tamamilə sənə qaytararlar, elələri də vardır ki, onlara təkcə bir dinar (qızıl) əmanət versən, başlarının üzərində möhkəm durub tələb etməyincə sənə qaytarmazlar. Bunun səbəbi budur ki, onlar: "Ümmilərdən ötrü bizə irad tutulmayacaq”, – deyər və bilə-bilə Allaha qarşı yalan söyləyərlər”[3]. Allah belələrini məzəmmət edir, çünki onlar özlərini yalnız yəhudilərə, onların mülkünə, qanına və namusuna ehtiramda məsuliyyətli sayarlar. Yəhudi olmayan heç bir şəxsə ehtiram göstərməyə məsul deyildirlər. Əgər müsəlmanlar da bu cür fikirləşib desələr ki, kafirləri öldürməli, mülklərini soymalı və namuslarına təcavüz etməliyik(!), o zaman bizimlə yəhudilər arasında nə fərq olacaq?! Allah yəhudiləri məhz buna görə qınayır. ...[4]

Qeyri-müsəlman olduqlarına görə əcnəbiləri oğurlamağın icazəli olması haqqında suala Seyid belə cavab verir: "Bu, doğru deyil. Kafir olsa belə canı, namusu və malı möhtərəm olan hər hansı dinc bir insanı oğurlamaq icazəli deyil. Hörməti və ehtiramı olmayan şəxs yalnız felən müsəlmanlarla hərb edən və döyüşən şəxsdir. ...”[5]

"Milli Görüş” jurnalı 3 (4)



[1] "Mümtəhinə”, 8

[2] "Fiqhul-Həyat”, s. 261

[3] "Ali-İmran”, 75

[4] "Təhəddiyatul-Məhcər”, s. 206

[5] "əl-Məsailul-Fiqhiyyə”, s. 663



  Şərhlər / 0 Şərh




 Şərh yazın


Ad və soyadınız* :
E-mail* :
Ölkə / Şəhər* :
Şərhiniz* :


ƏLLAMƏ BURQUİ


11

free counters

Sabiqun 2011-2019 © Bütün hüquqlar qorunur
Məlumatlardan istifadə zamanı istinad zəruridir!
Telefon: (+994 50) 429-20-99
Site by: azDesign.ws
 

Yeniliklərə abunə olun