15 Oktyabr 2019









SÜBH NAMAZININ VƏ ORUCUN BAŞLANMASI HAQQINDA
Jurnalımızda namaz vaxtları ilə əlaqədar verilən cədvəl bəzi möminlərin etirazına, bəzilərinin isə təəccüb və heyrətinə səbəb olur. Etiraz edənlər bu cədvəlin ölkədə buraxılan cədvəllərə uyğun olmadığınıdavamı>>
A+ Balacalaşdır A+ Böyütmək

MACARISTAN

Macarıstan 12 milyon əhalisi olan Mərkəzi Avropa ölkəsidir. Bu əhalinin 1/3 hissəsi paytaxt Budapeştdə məskunlaşıb. Əhalinin böyük əksəriyyətini türksoylu olduqları güman edilən macarlar təşkil edir. Milli azlıqlar arasında almanlar, serblər, sloveniyalılar və rumınlar ölkədə xüsusi üstünlüyə malikdir. Yəhudilərin də Macarıstanda milli azlıq hesab olunmasına baxmayaraq, ticarət və mətbuat sahəsində onların rolu diqqətçəkicidir. Macarıstan şimaldan Rusiya, şərqdən Rumıniya və Ukrayna, cənubdan Xorvatiya və Serbiya, qərbdən isə Avstriya və Sloveniya ilə həmsərhəddir. Xalqın əksəriyyətini katolik və protestantlar təşkil edir. Lakin burada xristianlıqdan əsər-əlamət yoxdu desək, yanılmarıq. Xüsusilə, gənclik xristianlığa heç bir maraq göstərmir. Bu sahədə Sovetlər Birliyi dövründə din əleyhinə təbliğatın təsiri olduğu kimi, kommunizmin iflasından sonra qərb ölkələrindən idxal edilən "arzu və zövqləri hər şeydən üstün görmə anlayışı”nın da önəmli təsiri var. Gənclik əxlaqi yöndən son dərəcə acınacaqlı dövrünü yaşayır. Kommunist rejimin hər növ dini maarifləndirmədən uzaq, ateist anlayışa görə yetişdirdiyi gənclik çox təəsüf ki, bu sistemin iflasından sonra yəhudilərin hakim olduğu təhrifedici mediyanın hədəfinə çevrildilər. Mənəviyyatın düşməni olan mediya fəaliyyəti insanlara zövq və şəhvət hərisliyini son dərəcə peşəkarlıqla təlqin etdirmişdir. Bu zövq və şəhvət hərisliyi o qədər kök atmışdır ki, bu mövzuda hər hansı məhdudiyyətdən söz açmaq qeyri-mümkündür. Gənclərin əksəriyyətinin son zamanlarda qeyri-qanuni nikah əlaqələrinə üstünlük verməsi artıq adi hal almışdır. Ailə qurub oğul-uşaq sahibi olmağın çətinliyinə sinə gərən fədakarların sayı getdikcə azalmaqdadır. Belə həyat tərzinə malik olanların düşüncəsi ailə qurmuş insanların da təfəkkürünə təsirsiz ötüşməmişdir. Bu ölkədə boşanma faizi hazırda 75% təşkil edir. Bu da yekun etibarilə əhalinin artım göstərəcisinin aşağı olduğundan xəbər verir. Məhz bunun nəticəsidir ki, Qərbi Avropa ölkələrində olduğu kimi, Macarıstanda da əhalinin artımı yox dərəcəsindədir. Ailə məsuliyyətindən qaçmanın meydana gətirdiyi digər problemlərdən biri də sahibsiz uşaqlardır. Qeyri qanuni nikah həyatı sürənlərin istəməyərək dünyaya gətirmək məcburiyyətində qaldığı körpələr ehtiyac duyduqları ailə yuvasından məhrum qalırlar. Belə məsum uşaqlar dövlətin onların qayğı və təlim-tərbiyəsi üçün təşkil etdiyi körpələr evinin ixtiyarına verilir.

MACARISTANDA İSLAM VƏ MÜSƏLMANLAR
Hazırkı Macarıstan torpaqları uzun müddət Osmanlı imperiyasının tərkibində olmuşdur. Lakin burada Osmanlı irsindən, mədəniyyət və tarixindən heç bir iz qalmayıb. Bu gün xüsusilə paytaxt Budapeştdə İslam və Osmanlı irsindən heç bir əsər-əlamətə rast gəlinmir. Kommunist rejimin bu ölkəyə hakim olmasından öncə Macarıstanda müsəlmanların sayı onsuz da azlıq təşkil edirdi. Kommunistlərin hakimiyyətə gəlişindən sonra anti-islam təbliğatı müsəlmanların böyük əksəriyyətini ölkəni tərk etmək məcburiyyətində qoydu. Tərk etməyənlərin bir qismi isə dinlərini tamamilə unutdu və Macarıstan cəmiyyətində assimilyasiyaya məruz qaldı. 1930-cu ildə ölkədəki müsəlmanları bir araya gətirmək və dinlərini rahat şəkildə yaşamalarına kömək məqsədilə "Macarıstan İslam Cəmiyyəti” yaradıldı. Həmin cəmiyyət sonradan kommunistlərin təsirinə məruz qalaraq öz fəaliyyətini dayandırdı. Kommunist sisteminin dağılmasından sonra 1988-ci ildə qurum fəaliyyətini yenidən bərpa etdi. Cəmiyyətə rəhbərlik Əbdürrəhman Minhalifə həvalə edildi. "Macarıstan İslam Cəmiyyəti”nin əsas qərargahı paytaxt Budapeştdə yerləşir. Bundan başqa paytaxt ərazisində Macarıstında təhsil alan Sudan əsilli Abdulla İzzuddin Şeddadın təsis etdiyi "Dərur-Rəhmə” adlı başqa bir islami təşkilat da fəaliyyət göstərir. Adı çəkilən qurumlar bir-birilə sıx əməkdaşlıq münasibətləri qurublar. Macarıstanın Budapeştdən sonra ikinci böyük şəhəri olan Miskolçda "Miskolç İslam Mərkəzi” adlı bir İslam təşkilatı da fəaliyyət göstərir. Təşkilata macar əsilli Əbdürrəhman Minhalifi rəhbərlik edir. "Macarıstan İslami Yardım Cəmiyyəti” adı ilə tanınan "Dərur-Rəhmə” bu ölkədə yaşayan müsəlmanların dini tələbatlarını təmin etmək istiqamətində fəaliyyət göstərməklə yanaşı, müsəlman olmayan xalqlar üçün də dinin təbliğində "Macarıstan İslam Cəmiyyəti” ilə birgə çalışırlar. Bosniya və Hersoqovinada meydana çıxan müharibə "Dərur-Rəhmə”nin ölkədəki müsəlmanlara münasibətində əhəmiyyətli çətinliklər yaratdı. Qeyd edək ki, adıçəkilən qurum məhz bu müharibəyə görə ev-eşiklərini tərk etmək məcburiyyətində qalan bosniyalı müsəlmanlardan Macarıstana sığınacaq üçün gələnlərlə maraqlanmaq və onların qayğısına qalmaq vəzifəsini üzərinə götürmüşdü. Bosniyalı müsəlmanlar üçün ölkənin cənubunda qaçqın düşərgələri təşkil edildiyini xüsusi vurğulamaq lazımdır. "Dərur-Rəhmə” bosniyalı müsəlmanların mənəvi-sosial ehtiyaclarının təmin olunması ilə məşğul olur, müxtəlif sahələrdə, daha konkret desək, istehsalat mərkəzləri ilə təchizatdan ötrü ölkənin nazirlikləri ilə də sıx əməkdaşlıq edir. Onlar üçün kənd təsərrüfatı sahəsində lazımi şəraitin qurulmasından ötrü müəyyən işlərə çalışmalar başlamaq ərəfəsindədir. Adı çəkilən təşkilat eyni zamanda Macarıstandakı müsəlmanların öz etiqadlarını rahatca yaşamalarına yardım etməklə yanaşı, dünyasını dəyişən müsəlmanların İslam şəriətinə uyğun dəfn mərasimlərinin təşkilini də bütünlüklə öz üzərinə götürmüşdür. Bu məqsədlə Budapeştdə müsəlman məzarlığı yaradılmış və bu istiqamətdə bütün fəaliyyətlər məqsədyönlü xarakter almışdır. "Dərur-Rəhmə”nin mərkəzi qərargahının yaxınlığında came və məscidlərin tikintisinə başlanmışdır. Bəzən meydana çıxan maddi sıxıntılar bu fəaliyyətin əhatə dairəsini genişləndirməyə mane olur. Üstəlik kadr problemində çatışmazlıq bu işin çətinliyini bir qədər də artırır. İslamın təbliğatı istiqamətində əksəriyyət kitablar pulsuz paylanılır. İslam dini ilə bağlı əsərlərin orijinaldan macar dilinə tərcümədə etibarlı mütəxəssislərin qıtlığı da təşkilatın üzləşdiyi mühüm problemlər sırasına daxildir. "Dərur-Rəhmə” təkcə yerli müsəlmanların yox, eyni zamanda bu ölkəyə mühacirət edərək özünə sığınacaq tapan bosniyalı müsəlmanların təlim-tərbiyəsi ilə də yaxından maraqlanır. Bu məqsədlə bosniya dilində bir neçə kitibın da tərcümə edilməsini xatırlatmaq yerinə düşər.

İSLAMIN TƏBLİĞİ VƏ DÖVLƏT
Kommunistlərin hakimiyyətdə olduğu dövrdə Macarıstanda bütün növ dini təhsilə əngəl yaradıldığı və 1930-cu ildə qurulmuş olan "Macarıstan İslam Cəmiyyəti”nin kommunistlər tərəfindən bağlandığını qeyd etmişdik. Kommunizmin məhvindən sonra Macarıstanda İslamın təbliğinə yönələn işlər önündəki dövlət tərəfindən müəyyən edilən qadağa və maneələr aradan götürüldü. Bu faktı Miskolç və Budapeştdə yerləşən islami təşkilatların nümayəndələri də etiraf ediblər. Onların gəldiyi qənaətə görə hazırda dövlət İslamın fəaliyyətinə heç bir maneə yaratmır, əksinə ara-sıra kömək də edir. Bosniyadan mühacirət etmiş müsəlmanların təsərrüfat və əkin sahələrinin yaradılmasına dair "Darur-Rəhmə” tərəfindən irəli sürülən layihələrin maliyyələşdirilməsini dövlətin öz öhdəsinə götürməsini bu dəstəyin bariz nümunəsi hesab etmək olar.

TƏBLİĞİN ÖNÜNDƏKİ ƏNGƏLLƏR
Macarıstanda İslamın təbliğatı önündə ən böyük maneə qeyd olunduğu kimi yəhudi maraqlarına xidmət edən media mənsublarının anti-islam fəaliyyətidir. Quran-kərimin macar dilinə ilk dəfə bir yəhudi tərəfindən tərcümə edilməsi faktı yəhudi lobbisinin bu istiqamətdə apardığı məqsədyönlü fəaliyyətin yalnız bir hissəsidir. Macarıstan müsəlmanları həmin yəhudinin tərcümə zamanı böyük təhriflərə yol verdiyini, müqəddəs kitabın mətninə uyğun olmayan ifadələr işlətdiyini bildiriblər. Yəhudilərin hazırda himayə etdikləri kütləvi informasiya vasitələri sayəsində macarlara islamı əsl mahiyətindən fərqli tanıtdırmaq yönündə apardıqları fəaliyyət indi də davam edir. Bu baxımdan İslam dedikdə macarların təxəyyülündə İslam fundamentalizmi və ya radikalizm və s. gəlir. Bu mənzərə qarşısında Uca Allahın "… insanlar arasında iman edənlərə düşmənlikdə ən qatı yəhudilər və müşriklər olduğunu görəcəksən” ayəsi bu həqiqəti tam gerçəkliyi ilə ortaya qoyur. Təbii ki, fundamentalizm, radikalizm və s. kimi buna oxşar qıcıqlandırıcı ittihamlar insanları İslamdan uzaqlaşdırmağa xidmət edən əfsanələrdəki obrazlara oxşar xəyali təsəvvürlərdir. Uşaqlar əfsanə və nağıllardan hissi olaraq təsirlənərək, lakin əsl həqiqətdə bunun mahiyyətini dərk etmədiyi kimi, yəhudi hakimiyyətindəki mətbu orqanların ictimai rəyini formalaşdırdığı insanlar da fundamentalizm mifindən təsirlənir, lakin bunun əsl qayəsindən xəbərləri yoxdur. İslam haqda ibtidai bilgiyə belə sahib olmayan macarlar həmin mifik təsəvvürün təsiri altına düşərək yəhudinin bütün bunları etməkdə nə məqsəd daşıdığını haradan bilsin? Macarıstanda yaşayan müsəlmanların qənaətincə, macarların əksəriyyətinin islami dünyagörüşü çox bəsitdir. Əksəriyyət macarların müsəlmanlar haqda dar dünyagörüşü donuz əti yemədiyimiz və dörd qadınla evlənməyi caiz gördüyümüz kimi rituallarla məhdudlaşır. Macar əsilli müsəlmanlar arasında keçirilən sorğular da bu fikirləri təsdiq edir. Bütün bunlardan o nəticə çıxır ki, yanlış bilgilənmə və yaxud İslam əleyhinə fəaliyyət insanlarda dinimiz haqqında yanlış tendensiyanın yaranmasına və ən azı dinimizə qarşı rəğbətsizlik meydana gətirir.
Gəncliyin zövq və şəhvət düşkünlüyü də təbliğat önündə duran əsas maneələrdəndir. Gənclər sadəcə arzularına görə yaşamağı, zövq və şəhvətlərini təmin etməyi düşünür. Bu, onlarda təbii hal almış, həyat tərzlərinin prioritet sahəsinə çevrilmişdir. Yəhudi-mason kütləvi informasiya vasitələri fahişəlik, həyasızlığın yayılmasından ötrü gəncləri zövq və şəhvət burulğanına elə yönəltmişdir ki, dünyada baş verən proseslər onların təmamilə diqqətindən kənarda qalmışdır. İslamın təbliği yönündə önəmli problemlərdən biri də maddi imkanın çatışmazlığıdır. Ölkə daxilində İslamın təbliğini maddi baxımdan dəstəkləyəcək potensial bir qurumun olmaması, bu çalışmalara beynəlxalq aləmdə fəaliyyətlə məşğul olan islamyönlü qurumların yardımçı olmaq zərurətini yaradıb. Macarıstandakı İslam qurumlarının isə bu sahədə yetərincə əlaqələrə malik olmadığı sirr deyil. Tədricən yeni əlaqələrin qurulması və ayrıca ölkə daxilində islami fəaliyyətə maddi dəstək verən bir qurumun təşkili ilə bu problemin həllinə qismən nail olmaq olar. Bəlkə, bu yolla insanların təfəkkürünü İslam əleyhinə yönəldən mediya qurumlarının yırtıcı burulğanından xilas etmək mümkündür. İslamı gerçək sifəti ilə insanlara tanıtmaq uğrunda aparılan bütün səy və fəaliyyətin dövrümüzdə müsəlmanların üzərinə düşən ən böyük missiya olduğunu unutmamalıyıq. Ən böyük qüvvət Allahdandır.
Hazırladı: Mahir Cəbiyev





  Şərhlər / 0 Şərh




 Şərh yazın


Ad və soyadınız* :
E-mail* :
Ölkə / Şəhər* :
Şərhiniz* :


ƏLLAMƏ BURQUİ


11

free counters

Sabiqun 2011-2019 © Bütün hüquqlar qorunur
Məlumatlardan istifadə zamanı istinad zəruridir!
Telefon: (+994 50) 429-20-99
Site by: azDesign.ws
 

Yeniliklərə abunə olun