15 Oktyabr 2019









SÜBH NAMAZININ VƏ ORUCUN BAŞLANMASI HAQQINDA
Jurnalımızda namaz vaxtları ilə əlaqədar verilən cədvəl bəzi möminlərin etirazına, bəzilərinin isə təəccüb və heyrətinə səbəb olur. Etiraz edənlər bu cədvəlin ölkədə buraxılan cədvəllərə uyğun olmadığınıdavamı>>
A+ Balacalaşdır A+ Böyütmək

ŞEYX MÜHƏMMƏD MUSTAFA ƏL-MƏRAĞİ ... İSLAHAT VƏ MƏZHƏBLƏRARASI YAXINLAŞMAYA DƏVƏT

Şeyx Mühəmməd Mustafa əl-Məraği dərin elmi biliyi və böyük din xadimi kimi bizim hər birimizin rəğbətini qazanmışdır. O, XX əsrin birinci yarısında hər kəsin dini və ideoloji həyatında böyük rola malik olmuş və bizim İslam ümmətimizin ən çətin anlarında öz yaddaşını fəallaşdırmışdır. Görkəmli Şeyx Mühəmməd bütün sahələrdə qətiyyət göstərərək böyük stimulla keçmiş və gələcək nəsilləri öyrənirdi. O, bu istiqamətdə gördüyü işlərdə hər zaman insanların və vətənin xeyrinə çalışmışdır.

Artıq  XX əsrin birinci yarısında böyük İslam alimlərindən olan Şeyx əl-Mərağinin vasitəsilə Misirdəki dini və ideoloji mühit təsvir olunurdu. O, böyük ictimaiyyəti islah edən, vətənpərvər, həmçinin əl-Əzhəri İslam və müsəlmanlara bir qala, işıq verən mayak etmək üçün çalışan carçı kimi tanınmışdır. əl-Məraği İslam məzhəbləri və müxtəlif müsəlman qəbilələrinin bir-biri ilə yaxınlaşması məsələsinin bərpasına da çağırışlar etmişdir.

 

TƏVƏLLÜDÜ VƏ YARADICILIĞI

Şeyx Mühəmməd Mustafa əl-Məraği 1881-ci il martın 9-da Marağa şəhərinin Suhac qubernatorluğunda dünyaya gəlmişdir. Öz kəndində Quran-kərimi əzbər öyrəndikdən sonra əl-Əzhər təhsil ocağına daxil olmuşdur. O, böyük alim və şeyxlərdən dərs almış, İmam Mühəmməd Əbduha bağlı bir insan olmuşdur. Onun tarix, sosiologiya, siyasət dərslərindən faydalanmış və onunla olan sıx irtibatını heç vaxt kəsməmişdir. Əl-Məraği daha sonralar onun yenilikçi və islahatçı, yəni reform yolu ilə addımlamışdır.

Əl-Məraği 1904-cü ildə beynəlxalq diplom əldə edərək əl-Əzhər Universitetinin məzunu olur. Həmin vaxt gənc alim 23 yaşında idi və bu yaş digər əl-Əzhər alimlərinə nisbətən çox erkən göstərici hesab olunurdu.

Əl-Məraği məzun olduğu il öz müəllimi Şeyx Mühəmməd Əbduh tərəfindən Sudanın Dunqula şəhərinə qazı işləmək üçün seçilir. Şeyx oradakı vəzifəsini 3 il müddətində, yəni 1907-ci ilədək davam etdirir. Alim daha sonra Sudanda yerləşən İngilis hərbi hökuməti ilə davam edən ixtilaflara görə istefa ərizəsini təqdim edir. Bundan sonra o, Misirə qayıdır və məhkəmə işlərinə daxil olur, 1923-cü ildə "Ali Şəriət Məhkəməsi”nin rəhbəri vəzifəsinə qədər ucalır. Əl-Məraği 1928-ci ildə hələ 47 yaşında əl-Əzhərin şeyxi vəzifəsinə təyin edilir. O, əl-Əzhərdə yeni islahatların aparılmasında qətiyyətli idi. Lakin ona olan çoxsaylı təzyiqlər nəticəsində Məraği 1929-cu ilin oktyabrında öz vəzifəsindən istefa verir.

1935-ci ilin aprel ayında əl-Məraği yenidən əl-Əzhərin şeyxi vəzifəsinə təyin edilir. Buna səbəb əl-Əzhər tələbələrinin, alimlərinin əl-Mərağinin yenidən öz vəzifəsinə geri qaytarılması üçün təşkil etdikləri nümayişlər olur.Və onun islahatları yenidən araşdırılır. Şeyx əl-Məraği bu vəzifədə ömrünün sonuna qədər, yəni 1945-ci il avqust ayının 22-nə qədər çalışır.

 

FİKİRLƏRİ VƏ İDEOLOJİ İSTİQAMƏTLƏRİ

Şeyx əl-Məraği yenilik və islahat məsələsində çox cəsarətli və prinsipial idi. Bu yolda atılan addımlarda onu öz müəllimi olan Mühəmməd Əbduh istiqamətləndirmişdi. Şeyx Məhkəmə və əl-Əzhərdən hər birində islahat aparmağa əhəmiyyət vermişdir.

 

1. MƏHKƏMƏ İSLAHATI

Məhkəmə islahatı odur ki, ilk növbədə insanlar arasında düzgünlük və ədalət araşdırılsın və hər zaman İmam Əl-Mərağinin diqqətində olsun, Şeyx məhkəmədə hər iki tərəfi yeni üslub ilə izləsin, müdafiəsi olmayan tərəflərdən birini müdafiə ilə təmin etsin. O, belə hesab edirdi ki, hakim öz hökmlərini və qüdrətini Quran-kərimdən və Peyğəmbərin şərəfli Sünnəsindən götürsün. Allahdan və öz vicdanından başqa, heç bir şey insana hökm edə bilməz, öz işini insanlar arasında heç kimdən qorxmadan, çəkinmədən ədalət ilə aparmağı bacarmalıdır, o şəxs hökmdar və hakim olsa belə. Əl-Məraği hesab edir ki, qanunun düzgünlüyü məhkəmə işinin yarısının düzgünlüyüdür. Buna görə də əl-Məraği öz rəhbərliyi altında vəzifəsi yalnız qanun hazırlamaqdan ibarət olan komitə təşkil edir və Misirdə insanların şəxsi vəziyyətlərinə əsaslı şəkildə diqqət yetirir. İmam əl-Məraği qanunların hazırlanması ilə məşğul olan komitə üzvlərini məzhəbindən asılı olmayaraq təyin edirdi. Qazıların bəziləri İmam Əbuhənifə məzhəbi ilə bağlı neytral mövqedə deyildilər. Həmin vaxt o məzhəbə əməl olunurdu. Lakin əl-Məraği başqa məzhəblərə də müraciətin zəruri olduğunu görür və ictimaiyyətin ümumi maraqları ilə müttəfiq olurdu. Şeyxin komitə üzvlərinə dediyi bəzi fikirlər: "Qanun maddələrini elə seçin ki, onlar zamana və məkana müvafiq olsun, İslam şəriətindəki genişlik və alicənablığı onun mülki və cinayət məhkəməsində də tapaq. Oradakı hər bir şey bizə fayda və mənfəət versin”.

 

2 . ƏL-ƏZHƏRDƏ İSLAHAT

Əl-Əzhərdə müəyyən islahat aparmaq Şeyx əl-Mərağini daim düşündürən məsələlərdən biri idi. Orada aparılan islahat və inkişaf İslamın bir qələbəsi oldu. Ona görə də əl-Əzhər şeyxlərindən ibarət rəyasət heyəti onu dərhal qanunlara və tədris proqramlarına nəzarət komitəsinə rəhbər təyin etmişdi.

O, hələ əl-Əzhər işlərinə nəzarət sahəsində işləyərkən Kral Fuada əl-Əzhərin vəziyyətinin düzəldilməsi ilə bağlı qanun layihəsi təqdim etmişdi. Bu qanunda Kral Fuada aid bəzi haşiyələr istisna olmaqla əl-Məraği əl-Əzhərin saraydan asılı olmayaraq müstəqil fəaliyyətini istəyirdi. Lakin Kral Fuad bu qanun layihəsini geri çevirdi və onu şeyxin özünə qaytardı. Şeyx əl-Məraği əl-Əzhər islahatları ilə bağlı qanunu və öz istefasını zərfin içinə qoyub Krala göndərir və ondan seçim azadlığını tələb edir. Kral Fuad da onun istefasını qəbul edir. Ancaq bundan sonra tələbələr və alimlər təhsildə tətillərə başlayırlar. 14 aydan artıq davam edən tətillər Kral Fuadı Şeyxi yenidən öz vəzifəsinə qaytarmağa məcbur edir. Daha sonra Şeyx tədris müddəti 4 il olan 3 fakültə təsis edir ki, onlar ərəb dili, şəriət və qanun, dinin əsasları fakültələridir. İmam əl-Məraği həmişə tədris sahəsində gəncləri əl-Əzhər metodunun təqliddən azad olunması zərurətinə, o cümlədən modern üslublara və ictihadda genişliyə çağırırdı. Şeyx həmçinin tələbələri xarici dillərin öyrənilməsinə dəvət edirdi. Ona görə ki, onlar İslamın və İslam mədəniyyətinin yayılmasında ən çox güc və qüdrət sahibi olsunlar.

Əl-Məraği əl-Əzhər Universitetinin daxilində alimlərdən ibarət bir komitə təşkil edir və bu komitənin işi ondan ibarət idi ki, müxtəlif heyətlərdən və fərdlərdən gələn dini suallara həmin komitə cavab versin. Bu, İslam dünyasında təşkil olunmuş ən böyük dini komitə idi. Bu birliyin tərkibi 30 nəfərdən ibarət böyük alimlərdən təşkil olunmuşdu. Şeyx əl-Məraği bu birliyə üzv olmaq istəyənlər qarşısında belə bir şərt qoymuşdu ki, hər bir üzv dini sahədə töhfə sahibi olmuş olsun, həm ixtira, həm də elmi dissertasiya onun səciyyəvi xüsusiyyəti olsun.

Alim İslam məzhəblərini və bəzi müsəlman qəbilələrini bir-birilə yaxınlığa dəvət edirdi. Bu istiqamətdə o bəzi cəhdlər də etmişdir. Məsələn, Ağaxan ilə danışıqların aparılması, dini tədqiqatlar üçün komitənin yaradılması, dünyanın hər bir yerində olan müsəlmanlar arasındakı rabitənin və həmrəyliyin yaradılması, İslam ölkələrindəki təhsil müəssisələrinin bir-birilə əməkdaşlığının yaradılması və aralarındakı ixtilafa baxmayaraq, müxtəlif İslam məzhəb və təriqətlərinin müvəffəqiyyətə nail olması.

 

ONUN FƏZİLƏTİ HAQQINDA SÖYLƏNİLƏN FİKİRLƏR

Əl-Əzhərin Şeyxi olan d-r Mühəmməd Seyid Tantavi alim haqqında demişdir: "Şeyx əl-Mərağinin qısa ömür sürməsinə baxmayaraq, o gördüyü işlərin müqabilində böyük və uzun yaşamış, daim əl-Əzhərin xidmətində duraraq qanunların hazırlanmasını təşkil etmişdir. O, tədris metodlarını inkişaf etdirmiş, ərəb dili, şəriət və qanun, dinin əsasları fakültələrini təsis etmişdir. İmam əl-Məraği belə olmaqla öz ailəsində ilk şəxsiyyət olmamışdır. Əksinə onun ailə üzvlərinin hamısı İslamın təhsil ocaqlarında müxtəlif əsərlərdən, tərcümələrdən və araşdırmalardan məruzələr demişlər”.

D-r Nemət Əhməd Fuad onun haqqında demişdir: "Şeyx əl-Məraği dini və dünyəvi elmləri cəm etmiş və onlardan biri olan ədəbiyyat sahəsində şeir və nəsr əsərləri yazmışdır”.

Alim İslamın şərəfli simasını izhar etmək məqsədi ilə əl-Əzhərin metodları daxilində dinlərin müqayisəli tədrisinə çağırırdı. O, təkidlə bildirirdi ki, elmi və fəlsəfi inkişaf müharibə və onun səbəblərinin qarşısını almağa qadir deyil. Əksinə günlər keçdikcə görürük ki, müharibələr elmin inkişafı ilə vəhşiliyi, zorakılıq və şiddəti artırır. Dinlər, xüsusən də onun müqəddiməsi hesab olunan İslam yeganə qüdrətdir ki, bu müharibələri dayandıra və ona mane ola bilər.

Ərəb dili fakültəsinin keçmiş dekanı və İmam əl-Mərağinin yaxın dostu d-r Mühəmməd Nail alim haqqında söyləmişdir: "Həqiqətən, Əl-Məraği bir inqilab yaratmışdır, o, haqq yolunda kimsədən çəkinməmişdir”.

 

HƏYATINDAKI ŞƏRƏFLİ VƏ TARİXİ MÖVQE

İmam əl-Məraği şərəfli və tarixi mövqeyi olan, öz sahəsinə şübhəsi olmayan, Rəbbinə bağlı və ona günah etməkdən çəkinən bir alim olmuşdur. Onun şərəfli işlərindən biri də İkinci dünya müharibəsi ilə bağlı olmuşdur. Belə ki, alim Misirin İkinci dünya müharibəsində iştirakını və Britaniya istilasından qurtulmaq üçün ingilislər və almanlar ilə əməkdaşlığı rədd etmişdir. Necə ki alim öz mövqeyini açıq şəkildə belə ifadə etmişdir: "Həqiqətən, Misir bu müharibədə yük daşıyan dəvə deyildir və bu hərbi düşərgələrin və döyüşçülərin Misirlə heç bir əlaqəsi yoxdur”. İmam əl-Mərağinin bu səs-küylü bəyanı Misir hökumətini silkələyir və ingilisləri narahat etməyə başlayır. Misir hökumətindən tələb olunur ki, İngilis hökuməti və bu müharibə ilə bağlı əl-Əzhər Şeyxi əl-Mərağinin mövqeyi haqqında bir bəyan çıxarılsın. Bundan dərhal sonra Misirin Baş Naziri Hüseyn Sirri Paşa İmam əl-Məraği ilə əlaqə saxlayır, ondan kəskin bir şəkildə tələb edir ki, yalnız elmlə məşğul olsun və gələcəkdə Misir hökumətini utandıracaq bir işə səbəb olmasın. Mömin izzəti ilə tək qalan və Allahdan başqa kimsədən qorxmayan Şeyx onlara deyir: "Sözünüz Əzhər şeyxini təhdid edir? Bunu bilin əl-Əzhər şeyxi öz mərkəzi və nüfuzu ilə müsəlmanlar arasında hökmdardan daha qüdrətlidir. Əgər Hüseyn məscidinin minbərinə qalxmaq istəsən, ictimai qınaq sənə təsir edər. Əgər bunu etsən, dərhal özünü xalqın arasında taparsan”.

Bir müddət sonra fırtına sakitləşir. Misirdəki işğalçı Britaniya qüvvələrinə qarşı ictimai rəy oyananadək ingilislər əl-Əzhər şeyxi ilə savaşdan çəkindilər. İmam əl-Məraği Sudan ərazisindəki Britaniya istilaçılarına qarşı vuruşan mücahidlərin hazırlanması üçün Misirdə ianələrin toplanması kompaniyasına rəhbərlik edirdi. Bu kompaniya sayəsində 6 min cüneyh (Misir valyutası)  ianə toplanmışdı  və bu məbləğ bugünkü dəyəri ilə 6 milyon cüneyhə bərabərdir.

Alimin şərəfli tarixi xidmətlərindən biri də Misir hökmdarı Kral Faruqa rədd cavabı verməsidir. Belə ki, Kral Şeyxdən tələb edir ki, şahzadə Fəridənin ondan boşandıqdan sonra başqa bir şəxslə izdivacını haram etsin. Lakin Şeyx bunu etməyərək Krala rədd cavabı göndərir. Kral öz məktubunda haşiyəyə çıxaraq fitvanın verilməsi üçün onu təhqir edir. Şeyx yenə də ona rədd cavabı verir.

İmam əl-Mərağiyə xəstəlik üz verdiyindən alim İskəndəriyyədəki xəstəxanalardan birinə yerləşdirilir. Orada müalicə olarkən Kral Faruq şeyxin ziyarətinə gəlir, onun əhvalını soruşaraq yenidən şahzadə Fəridənin izdivacı üçün haram fitvasının çıxarılması məsələsini gündəmə gətirir. Xəstəliyinə görə şiddətli ağrıdan əziyyət çəkməsinə baxmayaraq, Şeyx qışqıraraq deyir: "Talağa gəlincə mən ona razı deyiləm, izdivacın haram edilməsinə gəlincə o, mənim əlimdə olan bir iş deyil! Həqiqətən, əl-Məraği Allahın halal etdiyi bir işi haram etməyi bacarmaz!”

Əl-Əzhərin xidmətində durmağa, onu İslamın alınmaz qalası və nur bəxş edən mayakı olmasına alimin xəstəliyi belə mane ola bilmədi. Növbəti illərin birində onun xəstəliyi yenidən baş qaldırır və bu zaman əl-Əzhər imtahanlar ərəfəsində idi. İmam əl-Məraği xəstəliyə baxmayaraq, gündəlik olaraq israrla əl-Əzhərdə öz işinə davam edirdi. Bu işinə bəraət qazandıraraq belə deyirdi: "Həqiqətən, mən sağlamlığımı təhlükə altına atdığımı qəbul edirəm, amma bu, əl-Əzhərin etibarının və şöhrətinin təhlükəyə məruz qalmasından asandır”.

 

ƏSƏRLƏRİ

Şeyx əl-Məraği İslam kitabxanasını bir çox əsərlər və tərcümələr, o cümlədən özünün islahat proqramını əhatə edən kitablar ilə zənginləşdirmişdir. Ələlxüsus, onun əl-Əzhər islahatları və ailə qanunları buna bariz nümunədir. Alimin Quran-kərimin təfsiri və bəzi dərsliklərlə bağlı kitabları da vardır. Bura fiqhi və dilçiliyə dair kitabları da əlavə etmək olar. Onun ən mühüm əsərləri aşağıdakılardır:

1. "Hamilər və sərvətlərinə həbs qoyulanlar”. Bu fiqhi bir araşdırmadır və əl-Əzhərin kitabxanasında hələ də əlyazma şəklindədir. Şeyx o kitabda səfehlərin sərvətinə qoyulan həbs məsələsini araşdırmış və bu araşdırma vasitəsilə böyük alimlərdən ibarət heyət üzvlüyünə nail olmuşdur.

2. "Təbarəkə cüzünün təfsiri”. Şeyx bu təfsiri qısaldaraq tamamlayır və İmam Mühəmməd Əbduhun "Əmmə-Cüz təfsiri”ni təkmilləşdirir.

3. "Quran-kərimin tərcüməsinin vacibliyinin araşdırılması”.

4. Londondakı "Dinlər Konfransı”na yazdığı "İnsani Yoldaşlıq” məktubu.

5. İslam qanunvericiliyindəki araşdırmalar və nikah qanununun sənədləri № 25, 1929-cu il.

6. Bəlağət və dilçiliklə bağlı araşdırmalar.

7. Əl-Əzhər jurnalında nəşr olunan və Quran-kərimin bəzi surələrinin təfsirini əhatə edən dini dərslər. Bu dərsləri Şeyx özü Qahirə və İskəndəriyyənin məscidlərində verirdi. Bu dərslərdə Kral Faruq h. q. 1356-cı (m. 1937) ildən 1364-cü (m. 1945) ilə qədər iştirak etmiş və daha sonralar bu dərslər müstəqil bukletlərdə də nəşr olunmağa başlamışdır.



  Şərhlər / 0 Şərh




 Şərh yazın


Ad və soyadınız* :
E-mail* :
Ölkə / Şəhər* :
Şərhiniz* :


ƏLLAMƏ BURQUİ


11

free counters

Sabiqun 2011-2019 © Bütün hüquqlar qorunur
Məlumatlardan istifadə zamanı istinad zəruridir!
Telefon: (+994 50) 429-20-99
Site by: azDesign.ws
 

Yeniliklərə abunə olun