16 Oktyabr 2019









SÜBH NAMAZININ VƏ ORUCUN BAŞLANMASI HAQQINDA
Jurnalımızda namaz vaxtları ilə əlaqədar verilən cədvəl bəzi möminlərin etirazına, bəzilərinin isə təəccüb və heyrətinə səbəb olur. Etiraz edənlər bu cədvəlin ölkədə buraxılan cədvəllərə uyğun olmadığınıdavamı>>
A+ Balacalaşdır A+ Böyütmək

MİLLİ GÖRÜŞÜN TARİXİ XİDMƏTLƏRİ

"Milli Görüş” lideri Prof. Dr. Nəcməddin Ərbakanın vəfatından sonra haqqında danışanlar onun ölkəsi üçün nə qədər böyük xidmətlər göstərdiyini bir daha söylədilər. Aşağıdakı rəqəmlər bu sözlərin nə qədər doğru olduğunu sübuta yetirir. Budur, Xocamızın vətəni və milləti üçün göstərdiyi xidmətlərdən bəziləri...

a) ƏXLAQ VƏ MƏNƏVİYYAT SAHƏSİNDƏKİ XİDMƏTLƏR
1. 52-si daha öncəki dövlət nümayəndələri və ələlxüsus Dəmirəl tərəfindən bağlanan orta qisimlərini yenidən işə salmaq üzrə tam 350 İmam-Xətib Məktəbi açılmışdır. Bütün respublika tarixi boyunca 50 ildə sadəcə 50 məktəb, Milli Səlamət dövründə isə 3 ildə 300 İmam-Xətib Məktəbi yaradılmışdır.
2. İmam-Xətib Məktəbi məzunlarının universitetlərə qəbul olunması haqqında təklif verilmiş və bu qanuniləşərək həyata keçirilmişdir. Yüz minlərlə əqidəli kadrlar yurd çapında əgər müəyyən vəzifə və mənsəb sahibidirsə, bu, "Milli Səlamət” Partiyasının meyvələri və uğurlu nəticələridir.
3. İmam-Xətib Məktəbi məzunu olan müəllimlərin ibtidai məktəblərdə din və əxlaq dərsi müəllimi olması haqqında qanun təklifi verilmiş və çox şükürlər olsun ki, bu da həyata keçirilmişdir. Və bu qanun bu gün də tətbiq edilməkdədir.
4. Bütün məktəblərdə din və əxlaq dərsləri proqramı tərtib olundu. Bu vəziyyət sekular Türkiyədə təkbaşına bir hadisə sayılmışdır. Daha sonra 12 sentyabr hərbi idarəetmə sistemi bunun əhəmiyyətini başa düşərək "din təhsilini məcburi dərslər kateqoriyası”na keçirmişdir.
5. Bu əxlaq dərslərinin məktəblərdə və liseylərdə yüksək İslam və ilahiyyat məzunları tərəfindən oxudulması bir şərt kimi qoyulmuşdur.
6. 1976-1977-ci illərdə tədris ilinin əvvəlindən etibarən ibtidai və orta ümumtəhsil məktəblərində, həmçinin liseylərdə bütün dərs kitablarının yenidən yazılması Nazirlər Kabineti tərəfindən qərara alınmışdır.
7. Misir, Səudiyyə Ərəbistanı kimi müsəlman ölkələrində təhsil alanların, oxuyanların diplomlarının Türkiyədə tanınması qərara alınmış və tətbiq edilməyə başlamışdır.
8. Əxlaqa, mənəviyyata zidd olan nəşriyyatlara qarşı mübarizə qanunu qəbul edilmiş, Ədliyyə və Daxili İşlər Nazirlikləri tərəfindən ciddi şəkildə və cəsarətlə tətbiq edilmişdir.
9. Təşkil edilən fondlarda malların yağmalanmasına, dağıdılmasına son qoyulmuş, fondlar tərəfindən 500-ə yaxın məscid yenidən bərpa edilmiş, fond gəlirləri 3-4 dəfə artmışdır. Xüsusən fondun hesabına maliyyələşən yeməkxanalarda qidalandırılan yoxsulların sayı dörd dəfə artırılmışdır. Təqribən beş minə qədər kor, şikəst və sahibsiz insana fondlardan maaş verilmiş, fondlara aid yeni iş yerləri açılmış və gəlir, qazanc mənbələri artırılmışdır.
10. "Risaleyi-Nur” kimi dini, elmi və əxlaqi əsərlərin oxudulmasına qoyulan yasaqlar ləğv edilmiş, beləcə islami mətbuatda yeni bir cığır açılmışdır.
11. Quran kurslarının açılması və fəaliyyət göstərməsi üçün respublika tarixində ilk dəfə olaraq dövlət tərəfindən maliyyələşən 3000-dən çox Quranı tədris edən kurslar xidmətə başlamışdır.
12. Dinlə məşğul olan işçilərin peşə bilgilərinin artırılması və təkmilləşdirilməsi üçün 7 ədəd bölgə Təhsil Mərkəzi açılmışdır.


b) AĞIR SƏNAYE KAMPANİYASI
Türkiyəni geri qalmaqdan, istismar edilməkdən və dilənçilikdən xilas etmək, insanlara halal və hüzurlu rahat iş sahələri açmaq üçün Ağır Sənaye Kampaniyası fəaliyyətə başlamışdır. Milli Hərbi Sənaye qurulmuşdur. "Montaj deyil, hər cəhətdən milli və yerli istehsal”, "Fabrik düzəldən fabrik”, – deyərək işə başlanmış və ölkə miqyasında 200 böyük fabrikin plan və layihəsi hazırlanmış, bünövrələri qoyulmuşdur. Bu iri müəssisələrin 70-ə qədəri əsasən fəaliyyət göstərməyə başlamış və yeni istehsal sahələri yaradılmışdır. Onlardan bəziləri bunlardır:
Türkiyə Şəkər Fabrikləri, Türkiyə Sement Fabrikləri S. C., Azot Sənayesi, SEKA (Türkiyə Sellüloza və Kağız Fabrikləri S. C.), SÜMƏRBANK, Türkiyə Dəmir və Polad Müəssisələri, Maşın və Kimya Sənayesi Qurumu, Türk Təyyarə Sənayesi, TÜMOSAN (Türk Motor Sənayesi və Ticarət Səhmdar Cəmiyyəti), TAKSAN (Maşın Alətlərinin Sənayesi və Ticarət Şirkəti), TEMSAN (Türkiyə Elektromexanika Sənayesi Ümumi Müdirliyi) və TESTAŞ.
Beləcə yüz minlərlə vətəndaş üçün işləmək imkanı yaradılmışdır. Qalan 130 fabrikin çoxunun inşaat işləri və xidmət binaları tamamlanmış, hətta bəzilərinin dəzgahları da gətirilmişdir.
Bu arada Milli Səlamət Partiyası tərəfindən təklif edilən və həyata keçirilən önəmli qanunların bəzilərini diqqətinizə çatdırmaq istəyirik:
1. İstiqlal hərbi qazilərinə maaş verilməsi üçün qanun təklifinin hazırlanması...
2. Təqaüdçü işçilərin həyat yoldaşlarının və uşaqlarının sığorta edilməsi...
3. Çalışan işçilərin ata-analarının sığortalı sayılması...
4. Minimum dolanışıq endirimi qanun təklifinin hazırlanması...
5. Toxunulmazlıq haqqında qanunu pozanların cəzalandırılması...
6. Usta şagirdləri və usta köməkçiləri haqqında qanun çıxarılması...
7. Kəndxudalara maaş verilməsi...
8. Maliyyə vasitələrinin tənzimlənməsi və bahalaşmanın qarşısını almaq üçün reklam və faizin məsrəfə yazılmaması (Təəssüf ki, sağcı və solcu istismarçıların ittifaqı ilə buna maneə qoyuldu)...
9. Şərqi Anadoluda işləyənlərə yanacaq yardımı edilməsi...
10. Kiçik fermerlərin və balıqçıların vergi imtiyazı həddinin yüksəldilməsi...
11. Xarici ölkələrdə çalışan işçilərin əsgərlik müddətinin 29 yaşa qədər uzadılması...
12. Evdar qadınların və özəl ev xidmətində işləyənlərin sığortalanması...
13. Kənd təsərrüfatı və meşə işçilərinin Sosial Sığorta Qurumunda qeydiyyata alınması...
14. Xaricdə çalışan işçilərin Türkiyə daxilindəki iş müddətlərinin birləşdirilməsi və toplanması...
15. Xaricdə işləyənlərin övladlarının diplomlarının Türkiyədə də etibarlı sayılması...
16. 65 yaşı tamam olmuş xəstə və imkansızlara, ehtiyac içində yaşayanlara təqaüd verilməsi...
17. Dul və yetimlərə maaş təyin edilməsi.


c) XARİCİ SİYASƏTDƏ
1. Türkiyənin İslam konfransına tam və aktiv üzv seçilməsi...
2. İslam aləmi ilə siyasi, iqtisadi və mədəni sahələrdə ciddi əlaqə və işbirliyinin təməlinin atılması...
3. MSP-nin üstün cəhd və cəsarəti ilə zəfərlə sona çatan Kipr Barış Hərəkatının həyata keçirilməsi və Kipr Türkünün həyat və azadlığının xilas edilməsi...
4. Qərb ölkəri və xüsusilə Amerika dövləti ilə bağlanan qarşılıqlı müqavilələrdə dövlət qürurunun və milli mənafeyin qorunmasının təmin edilməsi...


RİFAHYOL HÖKUMƏTİ HANSI İŞLƏRİ GÖRMÜŞDÜR?
Rifahyol hökumətinin dörd illik proqramında nəzərdə tutduğu və sadəcə bir illik icrasına sığışdırdığı xidmətlərin siyahısı:
1. Cəmiyyətin bütün zümrələrinə xidmətin əsas götürülməsi...
2. Xalqın rifah halını yüksəltmək üçün hər biri 10 milyard dollar dəyərində cəmi 30 milyarda bərabər olan 3 Mənbə Paketinin inkişaf etdirilməsi və bu mənbələrdən 1997-ci ilin aprel ayına qədər (yəni 8 ay içərisində) 13,3 milyard dollar gəlirin təmin edilməsi...
3. Məmur maaşlarının 130 nisbətində artırılması...
4. İşçilərin əməkhaqqının yüzdə iki nisbətində yüksəldilməsi...
5. Kəndlinin istehsal etdiyi məhsulun qiymətləri orta hesabla yüzdə 312 artımla 1996-cı ildə kəndliyə 43,5 trilyon TL ödəndiyi halda, Rifahyol dövründə 136 trilyon ödənilməsi...
6. Ticarətçilərə aşağı faizlə kredit verilməsi. Kreditin miqdarının 57 trilyondan 80 trilyona qədər artırılması...
7. 8036 KOBİ-yə (Kiçik və Orta Səviyyəli Şirkətlərə) ilk dəfə fond kredit imkanlı təşviq sənədi ilə 2,5 trilyon kreditin paylaşdırılması...
8. Bağ-Kur (Sosial Sığorta Qurumu) təqaüdçü maaşlarında yüzdə 300-ə qədər artımın təmin edilməsi...
9. Çətin vəziyyətdə olan heyvandarlığın yenidən canlandırılması...
10. İnflyasiyanın səkkiz ayda 100/100-dən 100/75-ə endirilməsi...
11. İşçilərin və məmurların təqaüdünün inflyasiyadan qorunması üçün indeks düzəltmə sisteminin alt təbəqəsinin yaradılması və 01 iyul 1997-ci ildən etibarən tətbiq olunmaq üçün hazır vəziyyətə gətirilməsi...
12. İctimai Əmək Müqavilələrinin ilk dəfə 3 ay içində və özü də tətilsiz şəkildə həll edilməsi. Maaşların dollar əsasında 655 dollardan 993 dollara qədər yüksəldilməsi...
13. Kənd təsərrüfatı ilə bağlı (aqrar) dəstəkləmə payı 1995-ci ildə 19 trilyon, 1996-da 38 trilyon olduğu halda Rifahyolun iqtadara gəlməsi ilə 1996-cı il üçün nəzərdə tutulan 38 trilyonluq dəstəyin 60 trilyona, 1997-ci ilin büdcəsində isə 95 trilyona yüksəldilməsi...
14. TMO (Torpaq Məhsulları Ofisi) 1995-ci ildə 48 milyon dollarlıq taxıl aldığı halda, Rifahyol dövründə bunun 7 dəfə artırılaraq 320 milyon dollarlıq taxıl alınması...
15. Kəndlilərə yüzdə 50 nisbətində gübrə subsidiyasının alışda dərhal ödənməsi əsasının gətirilməsi...
16. Kəndliyə 1995-ci ildə 366 dollar olan gübrə dəstəyinin 1996-cı ildə 586 milyona, 1997-ci ildə isə 629 milyon dollara qədər yüksəldilməsi...
17. Ət idxalının məhdudlaşdırılması üçün fond tətbiqatının 3%-dən 30%-ə qədər yüksəldilməsi, daha sonra alınan qərara əsasən canlı heyvan və ət idxalının yasaq edilməsi...
18. Heyvandarlığın inkişaf etdirilməsi üçün çayır və örüş (otlaq) sahələrinin meliorasiyasında 8000 hektar artımın təmin edilməsi...
19. 1996-cı ildə 7650 hektar olan yem bitkiləri üçün ayrılmış sahənin 1997-ci ildə üçqat artırılması və 22000 hektar olması...
20. FİSKO-BİRLİY-in (Fındıq Təsərrüfatı Satış Kooperativləri Birliyi) fındıq alışında təməl dəyərin son 15 ilin ən yüksək qiyməti (iki dollar) olaraq müəyyənləşdirilməsi...
21. Sosial Yardım fondunda toplanan pulların əvvəllər 78%-i büdcə kəsirlərinə, 11%-i Qiymət Sabitliyi fonduna, ancaq 11%-i yoxsullara paylandığı halda, RİFAHYOL dövründə fondda toplanan 60 trilyonun hamısının yoxsul və imkansız adamlara paylanması...
22. Yenə Sosial Yardımlaşma Dəstəkləmə Təsərrüf Fondundan 1994-1995-ci illərdə 78815 şagirdə adambaşı 750 000 TL, 1995-1996-cı illərdə 100525 nəfərə adambaşı 1 000 000 TL təqaüd verildiyi halda, 1996-1997-ci illərdə 20 000 nəfərə 4 milyon TL təqaüdün verilməsi...
23. Büdcədən BAĞ-KUR təqaüdçülərinə 866 milyard, təqaüdçü məmurlara 985 milyard, işçi təqaüdçülərinə 2074 milyard TL dəstəyin təmin edilməsi...
24. İctimai İqtisadi Quruluşların kəsirlərinin Holdinq anlayışı və Hovuz Sistemi ilə bağlanması və Kitler (İctimai İqtisadi Təşəbbüslər) qazanc əldə edildi.
25. 76% səviyyəsinə yüksələn geri satın alma müqaviləsi (repo) faizlərinin 1997-ci ilin fevralında 50%-ə endirilməsi...
26. Yüzdə 170 səviyyəsində təhvil alınan xəzinə borclarının 80%-ə qədər endirilməsi...
27. Təhvil alındıqda 155 gün olan xəzinə borclanma müddətinin 1997-ci ilin fevral ayında 400, aprel ayında 730 günə qədər artırılması...
28. 1996-cı ilin 28 iyununda 550 olan birja indeksinin 1997-ci ilin fevralında 1700-ə yüksəldilməsi...
29. Valyuta rezervlərinin 1 milyard dollar artırılması...
30. ANAYOL hökumətinin 1996-cı il büdcəsində nəzərə alınan 36 milyard dollarlıq daxili borcun 22 milyarda endirilərək kapitalist istismarın qarşısının alınması...
31. 1996-cı ilin sonunda 20 milyard olması gözlənən büdcə kəsirinin 15 milyard dollarda dayandırılması...
32. Son 50 ilin ilk balanslaşdırılmış büdcəsinin tərtib edilib, təsdiq edilmək üçün Məclisə təqdim olunması. 28 fevrala qədər "0” olan büdcə kəsiri, 28 fevraldan sonra siyasi kriz səbəbi ilə 1997-ci ilin iyun ayında 5,5 milyard dollar oldu. Yenə də bu kəsir ANAYOL dönəmindəki 15,2 milyard dollarlıq büdcə kəsirindən 3 dəfə az idi.
33. Tamamilə daxili və xarici borc faizlərinə sərf edilən büdcə imkanlarını investisiyaya çevrilməsi layihələrinin tətbiq edilməsi və 1997-ci il 25 yanvarda keçirilən mətbuat toplantısı ilə xalqa çatdırılması...
34. Sosial Yardımlaşma Dəstəkləmə Təsərrüf Fondundan Təcili Dəstəkləmə Proqramındakı 57 şəhər, 96 rayon, 52 qəsəbə və 90 kəndə 3 trilyon 947 milyard 559 milyon, Şərqi Anadoluya 1 trilyon 13 milyard 500 milyon, Cənub-Şərqi Anadoluya 1 trilyon 120 milyard 559 milyon yardım edilməsi...
35. İqtisadi və sosial göstəricilərə görə hazırlanan Şərqi və Cənub-Şərqi Anadolu İcra Proqramının RİFAHYOL dövründə tamamlanması...
36. 1991-ci il körfəz krizindən bəri bağlanmış Kərkük-Yumurtalıq neft kəmərinin açılması...
37. Şimali İrakla Sərhəd Ticarətinin hərəkətə gətirilərək cənub-şərq xalqının iqtisadi vəziyyətinin yaxşılaşdırılması...
38. Terror hadisələrinin Türkiyənin gündəliyindən çıxarılması...
39. Şərqdə və cənub-şərqdə boşaldılan kəndlərə qayıdış layihəsinin hazırlığına başlanılması...
40. "Çəkic Güc”ün vəzifəsinə son verilməsi...
41. İnsan haqları barədə konstitusiyada edilən dəyişikliklərlə paralel olaraq tebeçilik qanunlarının da Məclisdən keçirilərək qanuniləşdirilməsi...
42. Dövlət Nazirlərindən birinin insan haqlarının pozulma hallarına qarşı mübarizə məqsədi ilə vəzifəyə təyin edilməsi...
43. Terror aksiyalarında şəxsən iştirak etməmiş, amma təzyiq altında gizlətmə cinayəti ilə ittiham edilənlər haqqında peşmançılıq qanununun ilkin nümunələrinin Məclisdə müzakirə edilməsi...
44. Sadəcə qərb ölkələri ilə deyil, Şərqi Asiya və Afrika ölkələri ilə yaxın əlaqələrin qurulması və ilk dəfə bir Türk Hökumətinin rəhbərliyi altında dünya səviyyəsində təşkilatın – D-8 təşkilatının yaradılması.





  Şərhlər / 0 Şərh




 Şərh yazın


Ad və soyadınız* :
E-mail* :
Ölkə / Şəhər* :
Şərhiniz* :


ƏLLAMƏ BURQUİ


11

free counters

Sabiqun 2011-2019 © Bütün hüquqlar qorunur
Məlumatlardan istifadə zamanı istinad zəruridir!
Telefon: (+994 50) 429-20-99
Site by: azDesign.ws
 

Yeniliklərə abunə olun