16 Oktyabr 2019









SÜBH NAMAZININ VƏ ORUCUN BAŞLANMASI HAQQINDA
Jurnalımızda namaz vaxtları ilə əlaqədar verilən cədvəl bəzi möminlərin etirazına, bəzilərinin isə təəccüb və heyrətinə səbəb olur. Etiraz edənlər bu cədvəlin ölkədə buraxılan cədvəllərə uyğun olmadığınıdavamı>>
A+ Balacalaşdır A+ Böyütmək

MÖVLUD GÜNÜ

Bu gün Allahın sonuncu Peyğəmbəri – Həzrət Mühəmməd (s)-in doğum günüdür. Bu münasibətlə "Milli Görüş-Sabiqun” hərəkatı bütün dünya müsəlmanlarını təbrik edir, onlara Peyğəmbər (s) və Əhli-Beyt (ə) məktəbinin layiqli davamçıları olmağı arzu edirlər. Bayramınız mübarək!

Peyğəmbərimizin mövludu bizim hamımız üçün yeni doğum günüdür. Biz hər gün sabahımızı açanda İslamla yenidən doğulur, onunla yaşayır və yeniləşirik, çünki İslam bütün insanlardan öz fikirlərində, qüvvə, fəaliyyət və imkanlarda yeni düşüncə sahibi olmalarını istəyir. Yalnız bu yolla insan bütün dünyanı inkişafa və təkamülə doğru yönəldə bilər. Ona görə də hər bir fərd öz iman və İslamını düzgün tanımalıdır. Mövlud günü bütün əməllərimizi, planlarımızı, niyyətlərimizi süzgəcdən keçirməliyik və özümüzə nəzarəti artırmalıyıq. Axı biz Allaha söz vermişik. Həm də Rəsulullahı (s) bütün bəşəriyyət üçün layiqli bir nümunə seçmişik. "Həqiqətən, Allahın Rəsulu sizin üçün Allaha, qiyamət gününə ümid bəsləyənlər (Allahdan, qiyamət günündən qorxanlar) və Allahı çox zikr edənlər üçün gözəl örnəkdir!” ("Əhzab”, 21). Bu səbəbdən, görəsən, biz Hz. Mühəmməd (s)-i özümüzə rəhbər bilib, ondan dərs alırıqmı? Axı o bizi Allahın evinin qapısına və haqqa qovuşdurur. Bəs biz onun gətirdiyi təlimatı (Quran) və Sünnəsi (həyat tərzi) əsasında əlaqələrimizi möhkəmləndiririkmi? Həyatımızın onun həyatı kimi, ölümümüzün də onun vəfatı kimi olmasına çalışırıqmı? Əgər biz onunla birgə iman karvanında hərəkət etmək istəyiriksə, bütün bunlara əməl etməliyik. Mövlud gününün də bizdən tələbi odur ki, bu müqəddəs gündə bu şüur içərisində olaq. Peyğəmbərin (s) mübarək doğum gününü yad etməklə düşünməliyik ki, indi İslam əleyhinə olunan hücumlar, İslamın ilkin mərhələlərində Hz. Mühəmmədin (s) şəxsən öz əleyhinə edilən hücumlardan daha çoxdur. Budur bizim doğum günü haqqındakı görüşlərimiz. Bu mövlud yazısında Hz. Peyğəmbərin nurlu simasını, onun həyat tərzini və vəzifələrimizi imkan daxilində təsvir etməyə çalışırıq. "Milli Görüş-Sabiqun” məktəbi olaraq dərk edirik ki, Allah Rəsulunun yolunu təhlil etmək biz qələm sahiblərinin çiyninə düşmüş böyük məsuliyyətdir. Bu gün biz ən çox Peyğəmbərin mövludunun günümüzə baxan yönünü araşdırmaq və təhlil etmək istəyirik. Çalışaq ki, vəhdət həftəsinə lazımi dəyəri verək. Bu günlərdə Peyğəmbərlə nə qədər birlikdə olduğumuza nəzər salaq. O Həzrətin yanımızda olsa, bizdən nə soruşacağını, bizə hansı göstərişlər verəcəyini, nəyin hesabatını alacağını vicdanımıza sual verək. Nəfsini hesaba çəkən hər bir şəxs bunların cavabını nəinki bilir, hətta onu təfsir etmə gücünə sahibdir. Sizcə, mövcud zülmün qarşısında susmağı qəbul edən insanlara, məzhəb ayrı-seçkiliyi edənlərə Peyğəmbər nə deyərdi? Görəsən, öz mövludunun hansı tərzdə keçirilməsini istəyərdi? Bu mübarək gündə kimlərə daha çox diqqət edilməsini, hansı mətləblərə daha çox toxunmağımızı istəyərdi? Çox təəssüf ki, cəmiyyətimizdə Peyğəmbər adına keçirilən mövlud və tədbirlərin formatı və mövzusu qənaətbəxş hesab olunmur. Biz hələ də bu cür məclislərdə vəhdəti zədələyən, İslamın zəfərini gecikdirən, üzərindən 1400 il keçməsinə baxmayaraq, köhnə tarixi hadisələrin qabardılmasının şahidi oluruq. Bilmək lazımdır ki, plov verib xüsusi insanlara süfrə açmaqla, kasıbların az olduğu yerlərdə Allahın ayələrini oxumaqla, Peyğəmbərin (s) adını ucaltmaqla öz kimliyimizi şübhə altına salırıq. Bu isə çox utancvericidir. Bu sual hamımızı düşündürməlidir. Görəsən, əshabələr bu gün yaşasaydı, bizi müsəlman sayardılar? Öz aralarına bizi də alardılar? Bu sualların sayını istədiyiniz qədər artıra bilərsiniz.

Bu gün bizim yaşadığımız İslam düşməni narahat etmirsə, demək o "İslam”da problem var. Bəli, düşməni narahat etmirsə, onda Peyğəmbəri (s) narahat edir. Bəlkə də, nə vaxtsa arxayın, rahat mövlud keçirməyə haqqımız çatacaq, amma bu gün buna hazır deyilik. Bütün bunlar Peyğəmbərin (s) həyatından xəbərsiz olduğumuzun göstəricisidir. Onun həyatının yaşam fəlsəfəsini bilmədən ağız dolusu danışırıq. Onun həyatından yalnız mübahisələr sünni-şiə çəkişmələri zamanı dəlil kimi nümunələr göstərilir. Nəticədə eyni şeylər təkrarlanır. Həm də bu təkrarlar həqiqəti tapmaq üçün yox, əvvəlcədən möhkəmləndirilmiş məzhəbi mövqeyi sübuta yetirmək məqsədi daşıyır. Qələbəni isə İslam yox, şəxsin nəfsi qazanır. Bu mövlud günündə ənənəvi görüşlərimizi bir kənara qoyub yeni bir baxış bucağı yaratmalıyıq. Həm də islahatlarla dolu bir baxış. Elə bir baxış ki mövqeyimizi möhkəmlətsin, üzərimizdə olan məsuliyyəti artırsın. Düşüncə və hissiyyatımızı Allah Rəsulunun (s) düşüncə və hədəflərinə çevirsin. "Milli Görüş-Sabiqun” məktəbi olaraq bir daha sizi mövlud günü münasibəti ilə təbrik edirik. Bu doğum günündə hamınıza dərin düşüncə, sarsılmaz vəhdət arzu edirik. Rəbbim (c.c) bizi Hz. Mühəmmədin (s) və onun Əhli-Beytinin (ə) yolundan gedənlərdən, bu məktəbi qoruyanlardan qərar versin. Allah bizim dualarımızın qəbul olunmasının qarşısını alan günahlarımızı bağışlasın. Amin! Doğum günün mübarək olsun, ey Allahın Rəsulu! Sənə layiq ümmət olmadığımız üçün bizi bağışla...

 


  Şərhlər / 0 Şərh




 Şərh yazın


Ad və soyadınız* :
E-mail* :
Ölkə / Şəhər* :
Şərhiniz* :


ƏLLAMƏ BURQUİ


11

free counters

Sabiqun 2011-2019 © Bütün hüquqlar qorunur
Məlumatlardan istifadə zamanı istinad zəruridir!
Telefon: (+994 50) 429-20-99
Site by: azDesign.ws
 

Yeniliklərə abunə olun