18 Noyabr 2019









SÜBH NAMAZININ VƏ ORUCUN BAŞLANMASI HAQQINDA
Jurnalımızda namaz vaxtları ilə əlaqədar verilən cədvəl bəzi möminlərin etirazına, bəzilərinin isə təəccüb və heyrətinə səbəb olur. Etiraz edənlər bu cədvəlin ölkədə buraxılan cədvəllərə uyğun olmadığınıdavamı>>
A+ Balacalaşdır A+ Böyütmək

TÜRKİYƏDƏ ABORT MÜBAHİSƏLƏRİ

Son zamanlar Türkiyədə abortun və qeysər kəsiyi əməliyyatlarının yasaqlanması məsələsi ölkə mətbuatında və əhalinin müxtəlif qrupları arasında qızğın mübahisələrə səbəb olmuşdur.
Baş nazir R.T.Ərdoğan abort və qeysər kəsiyi əməliyyatlarının zərurət halından başqa hallarda yasaqlanması üçün qaydalar işləyib hazırlandığını söyləmiş və birbaşa nazir kimi abortun əleyhinə olduğunu və bunun Türkiyədə əhali artımının əngəllənməsindən başqa bir şey olmadığını bildirmişdir.
Bu bəyanat ölkədə böyük əks-səda doğurmuş, ölkənin müxtəlif bölgələrində bu yasağa dəstək və etiraz mitinqləri keçirilmişdir. Etiraz mitinqlərində bəzi qadın qrupları bədənləri ilə bağlı qərarların özlərinə aid olduğunu xatırladaraq "Can mənim, qərar mənim”, – kimi şüarlarla çıxış etmişlər.
Bu günədək mövzu ilə bağlı televiziya və mətbuatda çıxış edən rəsmi şəxslərin bəziləri abortun bir haqq məsələsi olduğunu, yasaq qoyulacağı təqdirdə bir çox fəsadların yaranacağını, bəziləri isə əksinə, doğulmamış bir cana qəsd etməyin yolverilməz olduğunu vurğulamaqdadırlar.
Xatırladaq ki, Türkiyədə 1983-cü ildən "Ailə Planlaması Qanunu”na görə qadın hamiləliyinə son qoymaq haqqına sahibdir. Bu qanuna görə 10 həftəlik hamiləliyə qədər abort sərbəstdir.
Günlərdir ki, din adamları abortun haram olduğunu xatırladır. Ölkənin Dini İşlər İdarəsi "Övlad üzərində ata-ananın mülkiyyət hüququnun olmadığı kimi, onun həyatına son qoymaq haqqı da yoxdur. Bütün ilahi dinlər, bütün əxlaq sistemləri abortun bir insan həyatına son qoymaq olduğunu, ana bətnində varlığını tamamlamamış insan oğlunun yaşam haqqının da toxunulmaz olduğunu” , – deyir.
"Səadət Partiyası”nın sədri Prof. Dr. Mustafa Kamalak son günlərdə yaşanan abort ilə bağlı mübahisələr üçün yeni bir dəyərləndirmə ilə çıxış etdi. Kamalak abortun əsl səbəbinin zinanın sərbəst buraxılması olduğunu söylədi. Zinada, "İki tərəfin razılığı var” şəklindəki açıqlamalara Kamalak: "O zaman rüşvət niyə cinayətdir? O da iki tərəfin razılığı ilə həyata keçirilir!” – deyə cavab verdi.
Azərbaycanda da abortun qadağan olunması ilə bağlı qanunun qüvvəyə minməsi istisna edilmir. Belə ki, sağlamlıq haqqında qanunda yer alan bu məsələ bir dəfə parlamentdə müzakirə olunub, ancaq ilk oxunuşdan keçməyib.
Statistikaya görə ötən il Azərbaycanda 28 800 uşaq ana bətnində öldürülüb. Bu abortların əksəriyyətinin selektiv, yəni uşağın cinsinə görə edilən abortlar olduğu bildirilmişdir. Buna görə də selektiv abortlara yol açan USM müayinələrinin Səhiyyə Nazirliyi tərəfindən məhdudlaşdırılacağı gözlənilir.
NƏMİDƏ





  Şərhlər / 0 Şərh




 Şərh yazın


Ad və soyadınız* :
E-mail* :
Ölkə / Şəhər* :
Şərhiniz* :


ƏLLAMƏ BURQUİ


11

free counters

Sabiqun 2011-2019 © Bütün hüquqlar qorunur
Məlumatlardan istifadə zamanı istinad zəruridir!
Telefon: (+994 50) 429-20-99
Site by: azDesign.ws
 

Yeniliklərə abunə olun