15 Oktyabr 2019









SÜBH NAMAZININ VƏ ORUCUN BAŞLANMASI HAQQINDA
Jurnalımızda namaz vaxtları ilə əlaqədar verilən cədvəl bəzi möminlərin etirazına, bəzilərinin isə təəccüb və heyrətinə səbəb olur. Etiraz edənlər bu cədvəlin ölkədə buraxılan cədvəllərə uyğun olmadığınıdavamı>>
A+ Balacalaşdır A+ Böyütmək

MÜDRİK MÜCAHİDƏ SALAM OLSUN

İctimai parçalanma və dəyişiklik... İslam dünyasındakı; son iki yüzillikdə sürətlənən və zirvəyə çıxan siyasi, iqtisadi, ictimai və mədəni pozğunluq və çöküntü...
Qərb mədəniyyətinin; gücü üstün tutan və istismarçı zehniyyətin kəskin yandırıcı və yox edici təxribatı qarşısında, İslam mədəniyyətinin kimliyini, dayanışını və müqavimətini itirən müsəlmanların vəziyyəti...Yağmalanan İslam coğrafiyası və talanan digər dövlətlərin məzlum, əzilmiş və kölə halına düşmüş xalqların vəziyyəti... yaxın tarixin qaranlıq səhifələri içində əqidəsi, əxlaqı, kitabı, tarixi və mədəniyyəti ilə əlaqəsi kəsilərək dəyişdirilməyə çalışılan bağrı yanıq Türkiyə müsəlmanları... Sistemli şəkildə, mərhələ-mərhələ İslamı öyrənmə, başa düşmə və yaşamanın önünə çəkilən dəmirdən divarlar... İstiqamətin Beytullahdan (Allah Evindən) Qərbə doğru yönəldiyi bir zaman kəsiyi.
Həyatın bütün sahələrindən dini dəyərlər qovulur, vicdanlara həbs edilir və dinin toxunulmazlıqları ayaqlar altına alınırdı. Bunları edən gücü əlində tutan elit bir təbəqədir. Rəhbərlik etmək və məhv etmə zamanı onların idi.
Əzilən, qorxu ilə söndürülən və susdurulan müsəlmanların səsini kim eşidəcək? Onlara yardım əlini kim uzadacaq? Fəqirləşən və əxlaqi pozulmanın içinə sürüklənən kütlələrin fəryadına kim qulaq asacaq?
Etiqadı, zəkası, çalışqanlığı, bilgisi və inandığı ilə iş görmə qərarlığı ilə məzlum xalqa qulaq asacaq, problemlərini həll edəcək, mən varam, – deyəcək bir səs yüksəldi. Qəlbləri fəth edəcək, kütlələri hərəkətə gətirəcək bu səsin sahibi Müdrik Mücahid Prof. Dr. Nəcməddin Ərbakandan başqası deyildi. Universitetdən, Odalar Birliyindən, Konyadan yüksələn bu səs Türkiyə səmalarında əks-səda verirdi. Qısa zamanda İslam Dünyasına və insanlığa yayılacaqdı.
Tarixi keçmişdən gələn, yeni formalı şəkli ilə adına "Milli Görüş” deyilən ulu bir karvan. Mənəviyyat böyüklərinin və elm ərbabının başlama əmrini verdiyi bir hərəkat. İllərdən bəri yığılmış problemlərin həll olunması üçün bu hərəkatın iqtidar və idarəçilikdə də söz sahibi olması lazım idi.
"O kəslər ki əgər onlara yer üzündə iqtidar versək (idarə etmə haqqı və qüdrət versək), namaz qılar, zəkat verər, əmrun bil-məruf və nəhyun ənil-münkər edərlər. Bütün işlərin sonu (aqibətul-umur) Allaha aiddir” ("Həcc”, 41) ayəsinin nəzərə aldığı çərçivədə siyasət səhnəsinə çıxırdı.
Keçirdiyi ictimai, siyasi, iqtisadi və dini böhranların təsiri ilə öz varlığını mühafizə etməyə çalışan möminlərin qarşısına "öncə əxlaq və mənəviyyat” – deyərək çıxırdı. Ardınca İslamın bir həyat nizamı olaraq yaşanması üçün səfərbərlik elan edirdi. Bütün təşkilatlarda (şəhər, rayon, məhəllə təşkilatları, kənd təmsilçilikləri, bina sədrləri və s.) hərəkətli bir təbliğ fəaliyyəti, yenidən yaşıllaşmanın, canlanmanın həyəcanı vardı. Söhbətlər, seminarlar, konfranslar, panellər, moizələr, dərs halqaları... Ardı-arası kəsilmədən səbirlə və böyük bir əzmlə fəaliyyətə başlanılmışdı.
Müsəlmanlar "İçərinizdə (insanları) xeyirə çağıran, əmrun bil-məruf və nəhyun ənil-münkər edən bir camaat olmalıdır. Onlar (o camaat), həqiqətən, nicat tapmış şəxslərdir” ("Ali-İmran”, 104) ayəsini yaşamaq üçün dağ-daş deməyib Türkiyənin hər bir tərəfinə at sürürdülər.
Möhtərəm Xocam beyinləri hərəkətə gətirmək, donmuş fikirləri açmaq, sönmüş işıqları yandırmaq, məzlumları ayağa qaldırmaq üçün canlı və həyat dolu bir qavramı qəlblərə nəqş edirdi. Cihad... Cihad... Cihad... Yerinə yetirilmə zamanı və şəkli olmayan, qiyməti olmayan bir qavram.
"Yoxsa Allah cihad edənləri və səbir edənləri tanıyıb, bir-birindən ayırd etməmişdən qabaq Cənnətə girəcəyinizimi güman edirsiniz?” ("Ali-İmran”, 142)
"Ey iman gətirənlər! Allahın yasaq etdiklərindən qorunun! Ona yol axtarın. Allah yolunda cihad edin ki, bəlkə, nicat tapasınız!” ("Maidə”, 35) və başqa cihad ayələri dilə gəlirdi.
Hədəfi ümmətin birliyi olan Müdrik Mücahid: "Və o kəslər üçün ki onlar zülmə, təcavüzə məruz qaldıqda bir-birinə yardım edərlər” ("Şura”, 39) ayəsi və buna bənzər ayələrin işığı altında İslam Birliyinə doğru can atırdı və səy göstərirdi...
İslamı nəinki öz həyatına və eyni zamanda başqalarının da həyatına tətbiq edə bilmək, ölkənin və ümmətin iqtisadi, siyasi və ictimai sıxıntılarına son qoya bilmək üçün sərf olunan bir ömür sahibi, bəxtiyar insan, fikirləri və iş metodu ilə mütəmadi olaraq bizə yol göstərəcək xeyirli miras qoyan mübarizə adamı; məkanın Cənnət, Mühəmməd Mustafa (ə) qonşun olsun!
Xocamı başa düşmək və anlatmaq bizim həddimiz olmadığı bir halda, diqqəti bir neçə nöqtəyə çəkmək istərdim. Onsuz da bu, bir neçə səhifəlik yazı ilə əhatə edilə bilən bir məsələ deyil. Lakin bu mövzuya toxunmaqla belə bir cürət göstərsək də, ümid edirəm ki, həddimizi aşmamışıq.
Xocam, səni sevgi, sayğı, salam və məhəbbətlə bağrımıza basır və Allahdan sənə sonsuz rəhmət diləyirik.
Allahım, bizə də "Həyat iman və cihaddan ibarətdir” – prinsipi ilə yaşanan xeyirli bir ömür ehsan et. Amin!
Lokman Macit
"Anadolugenclik” jurnalı; aprel 2011-ci il, 135-ci buraxılışı





  Şərhlər / 0 Şərh




 Şərh yazın


Ad və soyadınız* :
E-mail* :
Ölkə / Şəhər* :
Şərhiniz* :


ƏLLAMƏ BURQUİ


11

free counters

Sabiqun 2011-2019 © Bütün hüquqlar qorunur
Məlumatlardan istifadə zamanı istinad zəruridir!
Telefon: (+994 50) 429-20-99
Site by: azDesign.ws
 

Yeniliklərə abunə olun