16 Oktyabr 2019









SÜBH NAMAZININ VƏ ORUCUN BAŞLANMASI HAQQINDA
Jurnalımızda namaz vaxtları ilə əlaqədar verilən cədvəl bəzi möminlərin etirazına, bəzilərinin isə təəccüb və heyrətinə səbəb olur. Etiraz edənlər bu cədvəlin ölkədə buraxılan cədvəllərə uyğun olmadığınıdavamı>>
A+ Balacalaşdır A+ Böyütmək

MÜHƏMMƏDCAVAD MUĞNİYƏ (III HISSƏ)

YENİLİKÇİ FƏQİH
(MODERNİST FƏQİH)
YEDDİNCİ FƏSİL
MÜBARİZƏLƏRİ
SİONİZMLƏ MÜBARİZƏ
Mühəmmədcavad Muğniyə ağlının, düşüncəsinin, kitab mütaliəsinin və Peyğəmbər (s) Sünnəsinin köməyi ilə elə ilk zamandan sionizmin alçaq rejiminin mahiyyətini anlamışdı.
O, özünün əksər yazılarında İsrailin hegemonluğundan bəhs edirdi. Amerikanı isə bu cinayətkarların himayədarı adlandırırdı.
İndi isə onun yazılarından bu mövzularla bağlı bəzi nümunələri diqqətinizə çatdırırıq:
 
İSRAİLİN ALLAHI
Yəhudi və irqpərəst sionizmin mövcudluq fəlsəfəsi haqqında bir neçə cilddən ibarət kitabların yazılmasına ehtiyac vardır. Lakin biz burada qısa şəkildə İsrailin Allahı, həqiqət və onun yəhudi dinində hədəfi haqqında danışmaqla kifayətlənəcəyik.
Tövrat Bəni-İsrailə xitab edərək həmin imtiyazları zikr edir. "Şəhərə və orada olan hər şeyə od vurub yandırdılar. Yalnız qızıl-gümüşü, mis və dəmir əşyaları Rəbbin evinin xəzinəsinə qoydular”[57].
Digər bir yerdə belə deyilir: "Axı siz Allahınız Rəbbin müqəddəs xalqısınız. Rəbb yer üzərində olan bütün xalqlar arasında sizi Özünə məxsus xalq olaraq seçdi”[58].
Əsərin başqa bir yerində isə belə yazılır: "Sonra İsraillilər bütün Midyan qadınları ilə uşaqlarını əsir götürüb onların bütün naxır və sürülərini, bütün əşyalarını talan etdilər. Midyanlıların yaşadıqları bütün şəhərlərə, obalara od vurdular. İnsanları, heyvanları, bütün qəniməti, talan mallarını götürdülər. Əsirləri, qəniməti, talan mallarını İordan çayının şərqində, Yerixonun qarşısında, Moav düzənliyindəki düşərgədə olan Musa ilə kahin Eleazarın və İsrail icmasının yanına gətirdilər”[59].
Bundan başqa daha geniş yayılmış əfsanələrdən biri də Yaqubun hadisəsidir. Belə nəql olunur ki, bir gün Yaqub gecə boyu Allah ilə güləşir. Allahın Həzrət Yaqubun əlindən qurtulub qaçmağa qüdrəti çatmır. Sonda qurtulmaq üçün Həzrət Yaqubun ətəyindən yapışıb ona təvəssül etməkdən başqa çarəsi qalmayan Allah yalvarışlı və iltimas dolu bir ahənglə Yaquba deyir: "Məni azad et, çünki dan yeri sökülmək üzrədir”
Yaqub Allaha deyir: "Məni mübarək etmədikcə səni buraxmayacağam”.
Pərvərdigar onu bərəkətli etdi və adını İsrail qoydu.
İsrail sözünün ərəbcə mənası fənn əhlinin dediyi kimi: "Allaha zidd qüvvə” deməkdir. Bu fəlsəfə, başqa bir ifadə ilə desək, bu xurafat buna işarə edir ki, hətta Allah yəhudi olan şəxsin qarşısında acizdir və yəhudilərin rəhbəri olan Yaqub Allaha qələbə çaldı! Bu mövzu daha aydın və daha qısa şəkildə "Maidə” surəsində nazil olmuşdur. Orada buyurulur: "Yəhudilər dedilər: "Allahın əli bağlıdır!” Bu dedikləri sözə görə onların öz əlləri bağlandı və lənətə gəldilər”[60],[61].
Yəhudi həqiqətinin izinə düşən Muğniyə başqa bir yerdə yəhudilərin çirkin irqçiliyini belə bəyan edir: "Yəhudilərin, ümumiyyətlə, irqçilik əqidələri vardır. Onlar özlərini Allahın seçkin milləti hesab edirlər. Hər bir millət – özlərindən başqa – onların qulu olmalı, onların və mənafelərinin xidmətində durmalıdır. Hər bir yəhudinin Şərq və Qərbdən istədikləri kəsə sahib olmağa və ixtiyarında tutmağa haqqı vardır. Eləcə də sahibləndikləri heyvanatla davrandıqları kimi onlarla da rəftar etmək hüququna malikdirlər. Bu barədə onların təhrif olunmuş Tövratında, "Qanunun Təkrarı”nın 7-ci və 31-ci bölmələrində yuxarıdakı məsələ bəyan edilir. Talmud kitabında belə deyilir: "Allahın seçkin milləti olan bizim, iki növ heyvana ehtiyacımız vardır. Birinci sürünənlər, dördayaqlılar və quşlar kimi yad bir növ, ikinci isə insani heyvanlar. Bunlar isə sair ümmətlər, Qərb və Şərq millətləridir”[62].
O, başqa bir məqalədə müsəlmanların cəmiyyətcə çox olmasına və dünyanın bütün mühüm sərvətlərinin, o cümlədən neftin onların ixtiyarlarında olmasına, eyni zamanda müsəlmanların İsrail istəklərinə tabe olmasına işarə edir və onları məzəmmət hədəfi seçərək deyir: "Bütün bu imkanlar və qüvvə müsəlmanlara məxsusdur. Lakin təəssüf ki, yer üzündə heç bir rola və ada sahib deyillər! Əgər konfranslarda onlar haqqında bir söhbət eşidilərsə, bu da onların rüsvayçı hərəkətlərindən və biabırçı əməllərindən başqa bir şey deyildir.
Müsəlmanlar və ərəblərin İsrail məsələsində bu qədər etinasız və laqeyd olmalarından daha böyük bir biabırçılıq nə ola bilər ki? Belə ki, nə zaman bir konfrans təşkil edilsə, İsrailin zülm və təcavüzü genişlənir və belə bir məclislərdə səs yüksələrsə, İsrail onları təhqir edib ələ salır və onların qərara alınmış bütün məsələlərini ayaqlar altına atır. Nəticədə fəsadlı və kəskin şəraitdə başqa bütün İslam ölkələrində, əmir və vəzirdən tutmuş şeyx, padşah və sultan davamçılarına qədər cəhalət və irticadan başqa İslam dövlətləri arasında bir şey hasil olmurdu. Bundan əlavə müsəlmanlar arasında yaranmış ixtilaf və çəkişmələr daha da genişləndi, amma İsraildə belə bir genişlənmə nəzərə çarpmırdı.
Lakin ərəblərlə İsrail müharibəsi haqqında deməliyik ki, bu müharibə göstərirdi ki, ərəblər qələbə əldə etməyə qadirdirlər, əgər onlar azad insanlar kimi səbir və tədbirə yiyələnsəydilər, bu ar və biabırçılıq ləkəsini öz ətəklərindən silib pak edə bilərdilər. Lakin onlar bu işi etmədilər və siyasət addımbaaddım onları alçaldıb təslim edərək yerində oturtdu. Bunu demək lazımdır ki, "Ağrı başdadır, bədəndə yox”, yəni problem rəhbərlikdədir, rəhbərliyin əmrləri altında əzilən millətdə yox”[63].
 
AMERİKA İLƏ MÜBARİZƏ
Onun mübarizliyi Amerika səfirliyini vadar etdi ki, hansı yolla olursa-olsun Şeyx Mühəmmədcavad Muğniyəni mübarizədən çəkindirsinlər. Elə buna görə də, bir görüş niyyəti ilə çıxıb ondan Ruzveltin görüşünə getməsini xahiş etdilər. O, bunun cavabında dedi: "Amerika İslamın və ərəb millətinin ən kəskin düşmənidir. Amerika İsraili yaratdı və fələstinliləri qətlə yetirdi, onları öz vətənlərindən qovdu, övladlarımızın qanı ilə Fələstin torpağını boyadı. Bizim qardaşlarımız Amerikanın İsrailə verdiyi silahlarla öldürülürlər… Bütün bunlara baxmayaraq, məni altıncı donanmanın görüşünə dəvət edirsiniz”[64].
Şeyx Mühəmmədcavad Muğniyənin bu şücaətli və kişi qeyrətli hərəkəti xalq arasında geniş əks-sədaya səbəb oldu. Belə ki, "Muhərrir” qəzetində onun bu hərəkətini "Bu Yenilməz Ərəbdir” adı ilə adlandırdılar[65].
 
ALİMLƏRDƏN KÖMƏK İSTƏMƏK
Bu həyati məsələlərdə alimlərin iştirakının təsirini görən Muğniyə yardım almaq üçün onların ətəyindən yapışdı. Onlardan Amerika ilə və dünya hegemonluğu iddiasında olanlarla mübarizə aparmalarını istədi. O, böyük alimlərdən müstəmləkəçilər əleyhinə mübarizə haqqında İslamın həqiqi hökmünü bəyan etmələrini xahiş etdi. Muğniyə yazır: "Ərəb və İsrailin dördüncü müharibəsindən sonra ərəblər Amerikaya neft satmadılar və neftin qiyməti olduqca bahalaşdı. Biz də Allaha şükr etdik. Amerika və İsrail zülmkar dövlətdirlər. Bu mövzuya Amerikanın Vyetnama olan zülmünü … sübut gətirmək olar. Bütün bunlarla yanaşı ərəblərə məxsus olan mallar (onun ən mühümü neftdir) özləri də istəmədən məzlum və binəsib millətlərin əleyhinə çevrilmiş silahdır”.
O, sonra bəzi alimləri hegemonluq əleyhinə mübarizədə köməklik göstərmədikləri üçün tənqid edərək yazır: "Belə ki, mən hiss edirəm, fəqihlərdən bəziləri mənim səsimi eşitməmək üçün öz qulaqlarını bağlayırlar. Onlara elə gəlir ki, mən səhv danışıram. Məgər onlar düşmənə silah satmağın haram olduğunu fiqhdə tədris etmirlərmi? Düşməni gücləndirmək (hər hansı yolla), istər silah növü olsun, istərsə də ehtiyacı olan digər bir şeyin alınması olsun, yüz faiz haramdır. Əgər ərəbin malı olmasa və onu Amerikaya satan olmazsa, Amerika heç bir zaman İsrailə iqtisadi və hərbi yardım edə bilməz…”[66].
O, həmişə hegemonluq və istibdad əleyhinə mübarizə üçün addım atan, səy göstərən insanları xoş niyyətlə xatırlayıb onlarla daim əlaqə saxlayıb. Muğniyə böyük şəxsiyyət Seyid Cəmaləddin Əsədabadi haqqında yazır: "Allah Seyid Cəmaləddin Əfqaniyə rəhmət etsin. O, çox uzaqgörən idi və bütün sirlərdən, pərdəarxası işlərdən xəbərdar idi. İslama və müsəlmanlara qarşı ürək yandıran idi. O, müstəmləkəçilik müharibəsində müsəlmanların tarixindən, Quranın kəramətli ayələrindən, İslam Peyğəmbərinin hədislərindən çoxlu faktlar gətirirdi. Eyni zamanda o, Şərqdə Avropa nüfuzunu istəməyənlərdən idi. O, bu məsələni yaxşı dərk edirdi və bilirdi ki, ərəblərin və müsəlmanların zəifləməsinin yeganə səbəbi yadellilərin təcavüzüdür. Deməli, bunun qarşısının alınması lazımdır… Amma onun silahı İslam kitabı və müsəlmanların tarixi idi. Elə isə nə zaman partiyalar və onların fərmanlarından, hakim və onun əlaltılarından söhbət açılardı, o, ancaq Qurana istinad edirdi. Keçmişdəkilərin səylərinə işarə edirdi. …”[67].
Muğniyə Şəhid Mürtəza Mütəhhəri haqqında yazır: "Ustad Mütəhhəri Hüseyn minbərinin natiqlərindən idi. Onun işi insanların qəlblərinə fədakarlıq ruhu saçmaq, zülm və təcavüz əleyhinə olan İnqilab partlayışının təsiredici qüvvələrindən biri olmaq idi”[68].
SƏKKİZİNCİ FƏSİL
DÜŞÜNCƏLƏRİ
YENİLİKÇİ FƏQİH
Muğniyənin fiqh və ictihada olan həvəsi həyatının ilk vaxtlarına qayıdır. O, öz xatirələrində deyir: "Mən Nəcəfi-Əşrəfdə olarkən fiqh alimi olmağın, din və elmin müqəddəs libasını geyməyin həsrətində idim… Lakin hec vəchlə mərcəiyyət fikri zehnimdə yox idi”.
Əgər kimsə ondan sən mərcəsən?[69] – deyə soruşsaydı, cavabında deyərdi: "Mən necə mərcə ola bilərəm ki, nə pul alır, nə də pul bölüşdürürəm…”
Şeyx Mühəmmədcavad Muğniyə ictihad dərəcəsini asanlıqla kəsb etməmişdi. Şəri hökmləri anlamaq qüdrətinə yalnız 11 illiyində Nəcəfdə olduğu zaman yiyələnmədi. O, demək olar ki, bütün həyatı boyu bu fənlərlə maraqlanmışdı. Özü bu barədə deyir: "Mən 39 il miladi təqvimi ilə 1936-cı ildən 1975-ci ilədək fiqh və üsul kitabları ilə gecə-gündüz birlikdə oldum. Həm mütaliə edir, həm də yazırdım”.
Onun üsulda müraciət etdiyi mənbələr Şeyx Ənsarinin "Rəsail”i, Axund Xorasaninin "Kifayə”si və mərhum Naininin "Təqrirat”ı idi. Lakin fiqhdə "Cəvahir”ə, "Məsalik”ə, "Hədaiq”ə, "Miftahul-Kəramə”yə, "Mülhəqatul-Ürvə”yə və "əl-Müstəmsik”ə və s… müraciət edirdi.
O, təhsil aldığı ilk vaxtlardan kamil fəhmlə dərslərində sabitqədəm olmağı qərara aldı. Dərs oxuduğu zaman yerindən hətta bir saniyə belə tərpənmirdi, çünki başa düşürdü ki, keçən hər dəqiqə bir daha geri dönməyəcək. Bir sözlə, vaxtın, zamanın qədrini bilirdi.
"O, bu həqiqəti anlamışdı ki, həyat dəyişkəndir. Həyat və zamanın sifətlərindən biri də dəyişkən olmasıdır və İslam yeni əsrin bəzi məsələlərini qəbul edir, bəzilərini isə rədd edir.
Onun kitabları açıq və aydın mətnlərlə doludur. Belə ki, o, insanlar arasında geniş yayılmış müqəddəs şəriət, Allah Rəsulunun Sünnəsi, fiqh, Əhli-Beyt hədisləri ilə ziddiyyət təşkil edən bugünkü həyat məsələlərini rədd etmişdir”[70].
Şəhid Seyid Mühəmmədbaqir Sədr yazır: "İndi ilk dəfə mülahizə edirik ki, mətnlərin ictimai idrakı ünsürü müstəqil surətdə izah edilir. "Fiqhul-İmamis-Sadiq” kitabının bəzi fəsillərini oxuduğum zaman görürəm ki, bizim böyük ustadımız Şeyx Mühəmmədcavad Muğniyə özünün bu əsərində həmin mövzunu planlaşdırmış və öz əli ilə cəfəri fiqhini şivə, bəyan və yozum baxımından gözəl bir şəkildə izah etmişdir.
Belə ki, mən artıq mətnlərin ictimai idrakı barəsində ehtiyatla danışıram. Yenə də inanıram ki, bizim tədqiqatçı ustad Muğniyənin bu mövzu üçün qoyduğu qayda fiqhin böyük bir düyününü açmışdır”[71].
HÖVZƏNİN İSLAH OLUNMASININ ZƏRURƏTİ
Mühəmmədcavad Muğniyə miladi 1954-cü ildə çıxan "Ürfan” jurnalında "Mərəkətu fil-Əzhər beynəl Mucəddidin vəl-Muhafizin” adı altında dərc edilən bir məqalədə Misirin əl-Əzhər Universitetinin islah olunmasının və yenilənmiş ruhiyyəsini sevinc hissi ilə qarşılayaraq bu islah metodunun şiə elmi hövzələrində də tətbiq edilməsini istədi.
Onun xitabı bütün şiə və sünni hövzələri və elmi-dini tədris ocaqları üçün nəzərdə tutulurdu.
Muğniyə fiqhin yeni üslübda, daha yaxşı anlaşılacaq tərzdə çıxarılmasının tərəfdarı idi.
O, dini və elmi tədris ocaqlarının sünni-şiə olmasına qarşı heç bir təəssüb hissi keçirmədən hövzə düşmənlərini daxili və xarici olmaqla iki hissəyə ayırır.
Daxili düşmənlər bir qrup insanlardır ki, onlar dinin adından istifadə edir, dinin libasına bürünərək gənclər arasında ümidsizliyi qüvvətləndirirlər. Xarici düşmənlər isə hövzənin qəflətdə olmasından istifadə edərək Qərbə məxsus bir sıra dərsləri insani və ictimai bəhslər adı altında cəmiyyətdə yayırlar.
Təəssüf ki, hövzə kitabları eyni mövzuları əhatə edir və digər elmi məqamlara cəmiyyətdə diqqət yetirilmir. Muğniyə bu metodu tənqid edirdi. O istəyirdi ki, hövzə və onun tələbələri dünyanın bugünkü elmlərindən də xəbərdar olsunlar.
O, hövzə kitabları haqqında deyir: "Hövzə elmlərindən, kitablardan və bizim risalələrimizdən başqa hər bir şey öz zaman və mühiti ilə səsləşir. Bizim elmlər keçmiş məsələlərdən götürülmüş, lakin bugünkü məsələlərə dəyişdirilməmişdir. Halbuki yəqinliyimiz vardır ki, İslam keçmiş kitablarda yazılanlardan çox daha geniş və şaxəlidir”[72].
O, Nəcəfdəki hövzə barəsində deyir: "Bu hövzənin xüsusiyyətlərindən biri budur ki, yeni elmləri bilmir, eyni zamanda bu elmləri hövzəvi dərslərə və üslublara sığışdırmaq da istəmir. … Hövzə müsəlmanların və dünya xalqlarının işləri qarşısında hərəkətini dayandırıb Əlcəzair hərəkatına qarşı heç bir səs çıxarmadı. Müstəmləkəçilik əleyhinə gedən müharibələrdə heç bir söz demədi, eləcə də öldürücü silahların əleyhinə və onların qadağan edilməsinə dair heç bir iş görmədi. Elə bu səbəbdən Nəcəf hövzəsinin islah olunmağa ehtiyacı vardır. Bu məsələləri o hövzənin şeyx və tələbələri anlamışdılar”[73].
Mühəmmədcavad Muğniyə yuxarıdakı mətləbi nəql etdikdən sonra bunun səbəblərini izah edərək etiraf edir ki, Nəcəf və Qumda səy və müvəffəqiyyətləri çox böyük olan alimlər vardır. Onların səyləri ixtiraçıların və təbiət elmləri üzrə alimlərin … səylərindən heç də az deyildir.
Əqli mətləblərin müvəffəqiyyətsizliyinin səbəbi məhz hövzədir. Burada nəzəri bəhslər müzakirə edilir, lakin bunların əməldə tətbiq edilməsi və probmlərinin həll olunmasında müvəffəqiyyət əldə edilmir. Şagirdlərin zehinlərini hegemonluq, ictimai zülm, təfriqə və s. kimi dövrün problemləri ilə məşğul olmaqdan uzaqlaşdırırlar. O soruşur: "Nə üçün Nəcəfdəki hövzə tələbələri "Sənhuri”[74]nin adını eşitməmiş olsunlar?”
Müəllif yazır: "Bir gün tələbələrdən biri məni jurnal və qəzet alan yerdə gördü. O, təəccüblə mənə dedi: "Bunları almaq sənə haramdır. Sən gərək ona verdiyin pulu Fələstin mübarizəçilərinə verəsən”. Dedim ki, haram odur ki, onu Allah haram buyurur. Mən bu jurnalları oxumaqla öz düşmənlərimi tanıyıram. Bilirəm ki, kimlər müsəlmanlar üçün nə hiylələr qurur”[75].
Başqa bir yerdə deyir: "Qumda olduğum zaman bir tələbə gördüm ki, Amerika Birləşmiş Ştatları ilə Vyetnam arasında olan müharibəyə rəğbətini bildirir. Vyetnamlıların ziddinə idi. Bir qədər axtarışdan sonra anladım ki, buna səbəb Vyetnamlıların Allaha imanı olmadığı üçün belə imiş. Nə üçün onlar müdafiə olunmalıdırlar?! Halbuki bilmirdi ki, zülm hər necə olursa-olsun, kimə qarşı olursa-olsun yenə də ən böyük günahdır.
Əgər fəqihlər irsi kitablardan daha irəli çıxsalar, dövrün hadisələrindən xəbərdar olsalar, günün qanunlarından, zamanın ictihadlarından anlayış əldə etsələr, fikirləri təzələnər və onlar Şərq və Qərbdə ən uca səsə sahib olarlar”[76].
Onun fikrincə hövzələrin mədəni əlaqələrə daha geniş səyləri olmalıdır. Hövzələrdən İslam ölkələri üçün müxtəlif jurnallar və nəşrlər çıxmalıdır. Yeni imkanlardan, məsələn, radio və televizordan, mətbuat və informasiya vasitələrindən bəhrələnmələri zəruridir.
Hövzənin dərsləri nizamlı olmalı və mütəmadi olaraq imtahanlar təşkil edilməlidir. Eyni zamanda hövzə İslam dövlətlərini təmsil etməlidir.
 
MƏRCƏİYYƏT
(DİNİ RƏHBƏRLİK)
Muğniyənin fikrincə, şiə qiymətli xəzinələrə sahibdir, çünki ictihad Müqəddəs Kitabdan və Sünnədən götürülmüş, hər əsr və zamanın şəraitinə uyğun irəliləyir. Bu şiənin günün bütün məsələlərində nəzər sahibi olan dinamik fiqhidir.
Onun düşüncəsinə görə bu günün müctəhidi ümumi qaydaları və yeni bir hökmün şəri əsasını hazırkı günün vəziyyəti ilə uyğunlaşdırmalıdır. Halbuki bunu keçmiş müctəhidlər bəyan etməmişlər. Lakin bu, indiki alimlərin keçmişdəkilərə nisbətən daha ağıllı bir alim olduqları üçün deyil, sadəcə bütün bunlar onların başqa əsrdə yaşadıqlarından irəli gəlir[77].
O, başqa bir yerdə yazır: "Diqqət etmək lazımdır ki, fiqh hökmlərin icra vasitəsidir. Amma bununla belə, böyük şəxsiyyətlərin bütün ömürlərini fiqh və üsula həsr etdiklərinin, bu yolda böyük səylər nümayiş etdirdiklərinin şahidi oluruq. Onlar unudurlar ki, əslində öz əsrinin insanlarının problemlərini həll etməlidirlər. Fəhlə və işəgötürən əlaqələri, yazıçı və ixtiraçının əsərlərinin oğurlanmasının icazəli olması ilə bağlı, fərd və cəmiyyət və s. İnsan həyatında mövcud olub onun fikrini təzyiqə məruz qoyan buna bənzər digər problemlər kimi.
Müasir fəqihlər ümumi kütlənin mübtəla olduğu problemləri icrasına zəmanət verdiyi yeni qanunlar çərçivəsində çıxarmalıdırlar. Bu fitvalar şəriətə və İslamın dəqiq mövzularına sağlam baxış əsasında olmalıdır. Onlar öncə gəlmiş müctəhidlərin barəsində bəhs etdikləri, lakin bu günün həyatı ilə heç bir əlaqəsi olmayan hər bir məsələni kənara qoymalıdırlar”[78].
Mütəfəkkir başqa bir yerdə təkidlə göstərir ki, əməl təmiz ruh üçün mühümdür, onun zahiri üçün deyil. Şəriətdə hədəfə diqqət etmək çox mühümdür. O, həmin istiqamətdə düşünürdü ki, fiqh hər zaman yeni bir libasda olmağı bacarmalıdır. Muğniyə özü bu uca hədəfləri həyata keçirmək üçün "Kitabu Fiqhil-İmamil-Cəfəris-Sadiq” əsərini və "Təfsiri-Kaşif”i yazmışdır. Eyni zamanda bu məqsədlə "əl-Xumeyni vəd-Daulətul-İslamiyyə” adı altında əsər nəşr etdirmişdir.
O, İmam Xomeyninin fikir və rəylərindən böyük fayda əldə etmişdir. Elə bu səbəbdən də bir müctəhidin səbəb ola biləcəyi şərtlər barədə yazır: "Alimlər ictihad üçün bir sıra şərtlər yazmışlar. Mən onları "Üsulul-İsbat” və "İmam Cəfər Sadiqin fiqhi” kitabımda qeyd etmişəm. Lakin buraya digər bir şərti də əlavə etməliyəm. Bu isə ondan ibarətdir ki, bizi əhatə edən hər bir şey dəyişkən haldadır. Biz isə öz növbəsində yeni şərtlərlə yanaşı bu dövranın məsuliyyətini dərk etməliyik. Əgər hökmlərin dörd dəlilindən (Quran, Sünnə, İcma və Ağıl) çıxarış, qavramaq bacarığı qaneedici idisə, bu o səbəbdən idi ki, həyatı İslam şəriəti əsasında tənzimləmiş, onun hökmləri ilə yanaşı addımlamışlar. Buna əsasən bu günün müctəhidi də deyilmiş şərtlərdən başqa yaşadığı dövrün həqiqətləri və hadisələri qarşısında geniş və aydın dini nöqteyi-nəzərə, zamana uyğun baxışa sahib olması şərtini artırmalıdır.
Həmçinin müctəhid yaradıcı fikrə sahib olan, yenilik gətirən olmalı, nə ağılın, nə də dinin vacib etdiyi məhdudiyyətlərdən azad olmalıdır ki, dinin aydın şərtləri ilə zamanın şəraiti arasında uyğunluq icad edə bilsin. Eyni zamanda müctəhid yeni qanunlardan bəşər həyatına kömək edən şeylər barədə çıxarışlar etmək bacarığına da malik olmalıdır. Əlbəttə, burada İslamın asan şəriətinin icazə verdiyi qanunlar nəzərdə tutulur.
Bizim dövrümüzdə tam anlamda müctəhid hesab edilən kəs məsləhət əsasında ümumi qaydalar və şəri əsaslar ölçüsündə yenilik yarada bilər (təşəbbüs irəli sürə bilər). Lakin zahirən müctəhid kimi görünən hər bir kəs öz ağıl və dünyasına qıfıl vurarsa, ictihad həqiqətinin onda təşəkkül tapması mümkün deyildir. Bu yalnız bütün fiqhi ayələri (ayətul-əhkamı), fiqhi hədisləri, mətnlər və onların şərhlərini əzbər bildiyi, tədris etdiyi, yüz min kitab və risalə yazdığı təqdirdə baş verə bilər”[79].
Onun mərcəiyyət haqqında olan düşüncəsinə görə hamı birbaşa bayraq qaldırıb əməl etməməlidir. Yəni o mənada ki, təəssüf ki, hövzənin rəhbərliyi üçün məlum və tanınmış bir metod və müəyyən bir nizam mövcud deyil. Bunun üçün vahid bir yol olmalıdır. Mərcəiyyət fərdi vəziyyətdən çıxıb ictimai hal almalıdır.
 
DİNİN TƏBLİĞİ
Muğniyənin dinin təbliği barəsində düşüncəsi bu idi ki, belə uca hədəf üçün dünyanın yeni imkanlarından kömək alınmalı və hövzə bu yolda öndə getməlidir. O deyir: "Hər şey dəyişir, dinə dəvət üslubundan və onun insanlara çatdırılma yollarından başqa”.
Onun fikrincə indiki əsrdə təbliğ bir zərurət hesab olunur. Təbliğ müəyyən üsul və qaydalara malik olduğu üçün ona müstəqil bir elm kimi yanaşmaq lazımdır.
O, yerindən və dilindən asılı olmayaraq cavan nəsillə anlaşmanın yeganə yolunu onları yeni metodlarla dinə dəvət etməkdə görürdü. Muğniyə o kəsi kamil təbliğatçı adlandırırdı ki, bu yeni metod və mənbələri tanımaqda anlayışa sahib olmuş olsun.
 
RUHANİ LİBASI
Ruhani libası cəmiyyətdə hər zaman müqəddəs bir libas kimi tanınmış və tanınır. Elə bu səbəbdən və insanların bu libası geyən şəxslərə qarşı göstərdikləri etimad üzündən bir qrup insan hövzənin müqəddəs rəhbərliyinə və ruhaniyyətə zərbə vurmaq məqsədi ilə bu libası geyərək ona bədnamlıq gətirirlər. Buna nümunə olaraq vəhhabilik və bəhailik kimi iki firqə icad edən casus Mister Hemfer və Dalqurkini göstərmək olar.
Mühəmmədcavad Muğniyə də bu məsələdən çox əziyyət çəkirdi. O, bu barədə yazır: "Ruhani libası müqəddəsliyin nümunəsi sayılır. Elə isə hövzə rəhbərliyinin onu nalayiq hərəkətlərdən uzaq tutması olduqca vacibdir. O libasın həqiqi sahibləri üçün də vacibdir ki, rəhbərliyi bir qanun tərtib etməyə məcbur etsinlər. Yalnız bu yolla cahil, riyakar və azğın insanları belə geyimlərdən uzaq tutmaq mümkün olar.
Əgər adi bir şəxs səbəbsiz yerə polis paltarını geyərsə, qanun onu cəzalandıracaqdır. Görəsən, kiçik bir idarə kimi (polis idarəsi kimi) o əzəmətdə hövzənin də haqqına riayət ediləcəyi bir gün gələcəkdirmi? Əgər hövzə belə bir nizam yaratmaqda acizdirsə, onda daha yaxşı olar ki, hövzə adamları adi libasdan istifadə etsinlər. Bəlkə, belə olduğu halda cahillər və nüfuzlu insanlar nalayiq rəftarları və əməlləri ilə ona xələl gətirməsinlər”[80].
MUĞNİYƏ VƏ İMAM XOMEYNİ
Bəzi sadəlövhlər və ya qərəzkarlar elə güman edirlər ki, Şeyx Mühəmmədcavad Muğniyənin bu inqilab və onun rəhbərliyi ilə arası yaxşı deyildir. Lakin onlar Şeyx Mühəmmədcavadın İmam Xomeyninin həqiqi sadiqlərindən biri olduğundan və İmamın fikirlərinin hərəkətverici qüvvələrindən olduğundan xəbərsiz idilər. O, İran İslam Hökuməti haqqında deyir: "Bu İslami nizamın təsis olunması ilə eyni zamanda yer üzünün milyonlarla məhrumları və binəsibləri öz ağalarının, yəni Roma Xristian İmperatorluğunun və İran İmperatorluğunun əlindən azad olmuşlar. Onların əksəriyyəti İslam dinini qəbul edib onu qucaqladılar. Bununla onlar öz zalım, diktator, despot olan sahiblərindən qurtulub bu adil və rəhmət dolu nizamın nemətlərindən bəhrələnmək və onun sayəsində şərafətli bir həyata sahib olmaq istədilər.
Budur, İmam Xomeyninin həyata keçirmək istədiyi nizam və İslam dövləti, çünki bütün insanlar üçün istər müsəlman olsun, istərsə də qeyri-müsəlman bu, ilahi bir rəhmətdir. Elə bu səbəbdən müstəmləkəçilər, sionistlər və onlara bağlı olan muzdurlar bu müqəddəs nizama qarşı mübarizə aparırlar.
Lakin iman və haqq mal deyildir ki, müamilə edilsin və yaxud bazarda alınıb-satılsın. Elə bu səbəbdən bütün silahlardan, batil dövlətlərdən və azğın partiyalardan daha qüvvətlidir. Və bu bir xeyirxahlıq fenomeni deyildir, əksinə reallığın özüdür. Buna Şərq və Qərb ölkələrinin, pul və zahirən güclü görünən kişilərin himayəsində olan, məhvedici silahlarla silahlanan, İslam dininin qılıncı və İmam Xomeyninin rəhbərliyi, onun imanlı və əzmli tərəfdarlarının köməyi ilə XX əsrdə işıq sürəti kimi bir sürətlə məhv edilən şah hökumətini misal gətirmək olar.
Qiymətli "Səfinətul-Bihar” kitabında[81] yazılmasından bir neçə əsr keçmiş olan mənbələrdən gələn nəqldə belə bəyan edilir: "Qum şəhərindən bir kişi qiyam edib xalqı haqqa dəvət edəcək. Onun ətrafına dəmir iradəli dostlar toplaşacaq. Heç bir külək və tufan onları yerindən oynada bilməyəcək. Heç bir zaman qorxu onlara güc gələ bilməyəcək. Allaha təvəkkül edəcəklər. Aqibət müttəqilərindir”.
Bu təsvir İmam Xomeyni və onun dostları barədə olan ən doğru təsvirdir. O, həyatının çoxunu Qumda keçirmiş, orada dərs oxumuş və dini elmləri tədris etmişdi. Şaha qarşı dəvəti də elə o şəhərdə elan etmişdi. Sonunda isə o şəhərdən sürgün olunmuşdu. Onun dəvəti haqq və ədalət əsasında qurulan bir vəhdətdir. Hər bir həqiqətpərəst və müxlis olan o dəvətə ləbbeyk deyir. Batil etiqad isə bu dəvətdən qorxur. Allah müttəqilərin və Ondan qorxanların dostu və himayədarıdır”[82].
O, başqa bir yerdə yazır: "İran İslam İnqilabı İslam və insaniyyət düşmənlərinə qarşı endirilən sərt bir zərbə idi”[83].
 
İSLAM ƏN ÜSTÜN HÖKUMƏTDİR
Hər gün hegemonluğun təbliğ siqnallarında özünü göstərən bu günün Qərb Demokratiyası məcburən bütün dünyanı bu qəlibə sığışdırmaq istəyir. Bununla da hər gün zəifliklərini büruzə verir. Demokratiyanın həqiqi üzü həmin hegemonluqdur, sadəcə yeni şəkildə. Şeyx Mühəmmədcavad Muğniyə bu barədə deyir: "Qərb Demokratiyası, yəni onlar üçün ümumişlək olan bu demokratiya, şübhəsiz, bir tərəfdən həddən artıq sərvətin toplanması, digər tərəfdən isə həddən ziyadə yoxsulluq və çarəsizliyn olmasıdır. Göründüyü kimi, kapitalizm quruluşunun hökm sürdüyü ölkələrdə paltar, ərzaq və yaşayış üçün lazım olan sair əşyalar onların ehtiyaclarından artıq istehsal edilməsinə baxmayaraq, onların arasında ac və çılpaq yoxsullar daha çox nəzərə çarpır. Bunun da səbəbi odur ki, bu növ (Demokratiya!) kütlənin azlıq təşkil edən hissəsinə sərvət və sərvət mənbələrini alıb yığmaq daha böyük fürsət verir. Nəticədə isə xalqın həyatı və taleyi onların əllərinə keçir. Bəli, "Kommunizm” və "Kapitalist Demokratiyası” adlanan bu iki quruluşdan heç biri ictimai problemləri həll etməyə qadir deyillər, çünki birinci istiqamət maddi və iqtisadi kişilərin siyasətidir, ikinci sərvət və iqtisad o siyasətçilərin ixtiyarlarına verilmişdir ki, onlar hökuməti monapoliya kimi əllərində tutmuşlar. Elə bu səbəbdən bu iki quruluşdan heç birində hürriyyət və azadlığı tapmaq mümkün olmur. Bu iki quruluşun pis cəhətlərindən ən böyüyü budur ki, iki rejim rəhbərlərindən birinin səhvləri və xudbinliyi nəticəsində dünyanın məhvə doğru sürüklənməsi və dünyanın torpaq qalağına çevrilməsi mümkündür, çünki bu iki tərəfdən heç biri xətalardan uzaq durmuş, bəşəri istəklərdən arınmış deyillər. Bəşəriyyətin məhvi üçün yalnız o bəs edər ki, iki rəhbərdən birinin ani dəliliyi nəticəsində qarşı tərəfə atom bombasının atılması əmrini verib böyük bir faciə yarada bilər”.
Şeyx hegemonluğun İslama qarşı olan bütün düşmənçiliyinin kökünü İslam dininin dərindən tanınmamasında görür və yazır: "İslam materialistlər, sionistlər, kommunistlər və bütün ədalət və azadlıq düşmənləri üçün ən böyük bir xətərdir”[84].
 
DOQQUZUNCU FƏSİL
VƏFAT
ÖVLADLARI
Onun Əbdülhüseyn adlı övladı vardır.
VƏFAT
Əllamə Muğniyə bütün bir ömrünü İslamın yüksəlişi yolunda sadiqcəsinə səy göstərdikdən, həmçinin fasiləsiz olaraq beş məzhəb arasında yaxınlıq yaratmağa çalışdıqdan sonra hicri qəməri tarixi ilə 1400-cü ildə (m. 1979-cu ildə) məhərrəm ayının 19-u gecə saat 10-da 75 yaşında Allahın rəhmətinə qovuşdu. O, vəfatından 2 il əvvəl ürək xəstəliyinə mübtəla olmuşdu.
 
DƏFN MƏRASİMİ
Bu Rəbbani və mücahid alimin pak cəsədi Nəcəfi-Əşrəfə gətirildi. Ayətullah Xoyi onun cənazə namazını qıldı. O, müqəddəs Əli (ə) hərəminin hücrələrinin birində torpağa tapşırıldı. O gün hövzədə, bazarda və Nəcəf şəhərində tətil oldu.
 
SON
Müəllif: Mehdi Əhmədi
Mütərcim: Ruhəngiz Müzəffər qızı Həşimova
Təshihatçı: Xəyyam Əliağa oğlu Qurbanzadə
Redaktor: Əfruzə Həsən qızı Həsənova
Korrektor: Məhbubə Hüseynbala qızı Kərimzadə
______________________________________________

[57] "Yeşua”; 6/24
[58] "Qanunun Təkrarı”; 14/2
[59] "Saylar”; 31/9-12
[60] "Maidə”, 64
[61] "Əndişehaye-seyasiye-Moğniye”, Mühəmmədcavad Muğniyə, Lətif Raşidinin tərcüməsi, çap 1372, s. 62 və 63
[62] "Əndişehaye-seyasiye-Moğniye”, s. 36
[63] "Əndişehaye-seyasiye-Moğniye”, s. 32, 33
[64] "Qolşəne-Əbrar”, c. 3, "Məğaleye-Şeyx Mohəmmədcəvad Moğniye”, Be nəğl əz "Təcarebe-Mohəmmədcəvad Moğniye”, s. 386
[65] "Qolşəne-Əbrar”, c. 3, "Məğaleye-Şeyx Mohəmmədcəvad Moğniye”, Be nəğl əz "Təcarebe-Mohəmmədcəvad Moğniye”, s. 387
[66] "Qolşəne-Əbrar”, c. 3, "Məğaleye-Şeyx Mohəmmədcəvad Moğniye”, Be nəğl əz "Təcarebe-Mohəmmədcəvad Moğniye”, s. 421
[67] "əl-İslamu məəl-Həyat”, s. 7
[68] "Əndişehaye-seyasiye-Moğniye”, s. 51
[69] Dini rəhbər
[70] "Əndişehaye-seyasiye-Muğniye”, Lətif Raşidi, s. 13
[71] "Mühəmmədcavad Muğniyə, Həyatuhu və mənhəcuhu fit-Təfsir”, Cavad Əli Kəssar, s. 150
[72] "Mühəmmədcavad Muğniyə, Həyatuhu və mənhəcuhu fit-Təfsir”, Cavad Əli Kəssar, s. 126
[73] "Mühəmmədcavad Muğniyə, Həyatuhu və mənhəcuhu fit-Təfsir”, Cavad Əli Kəssar, s. 126
[74] Əbdürrəzzaq Sənhuri Misir hüquqşünaslarındandır. O, ilahi dinlərə yiyələnmiş və 12 cilddən ibarət "əl-Vəsit” adlı kitab yazmışdır.
[75] "Qolşəne-Əbrar”, c. 3, "Məğaleye-Şeyx Mohəmmədcəvad Moğniye”, Be nəğl əz "Təcarebe-Mohəmmədcəvad Moğniye”, s. 128
[76] "Mühəmmədcavad Muğniyə, Həyatuhu və mənhəcuhu fit-Təfsir”, Cavad Əli Kəssar, s. 127, 128
[77] "Mühəmmədcavad Muğniyə, Həyatuhu və mənhəcuhu fit-Təfsir”, Cavad Əli Kəssar, s. 145-148
[78] "əl-İslamu binəzəriyyətin əsriyyə”, Mühəmmədcavad Muğniyə, s. 101, Mətnin tərcüməsi "Golşəne-Əbrar”dan götürülmüşdür. c. 3, "Məğaleye- Mohəmmədcəvad Moğniye”
[79] "Mühəmmədcavad Muğniyə, Həyatuhu və mənhəcuhu fit-Təfsir”, s. 145-148; "əl-İslamu binəzəriyyətin əsriyyə”, s. 103-104
[80] "Məcəlleye-Houze”, ş. 68, s. 154
[81] c. 2, s. 446
[82] "Əndişehaye-seyasiye-Moğniye”, s. 43, 44
[83] "Əndişehaye-seyasiye-Moğniye”, s. 43, 44
[84] "Qolşəne-Əbrar”, c. 3, "Məğaleye-Şeyx Mohəmmədcəvad Moğniye”, Be nəğl əz "Təcarebe-Mohəmmədcəvad Moğniye”, s. 346



  Şərhlər / 0 Şərh




 Şərh yazın


Ad və soyadınız* :
E-mail* :
Ölkə / Şəhər* :
Şərhiniz* :


ƏLLAMƏ BURQUİ


11

free counters

Sabiqun 2011-2019 © Bütün hüquqlar qorunur
Məlumatlardan istifadə zamanı istinad zəruridir!
Telefon: (+994 50) 429-20-99
Site by: azDesign.ws
 

Yeniliklərə abunə olun