15 Oktyabr 2019









SÜBH NAMAZININ VƏ ORUCUN BAŞLANMASI HAQQINDA
Jurnalımızda namaz vaxtları ilə əlaqədar verilən cədvəl bəzi möminlərin etirazına, bəzilərinin isə təəccüb və heyrətinə səbəb olur. Etiraz edənlər bu cədvəlin ölkədə buraxılan cədvəllərə uyğun olmadığınıdavamı>>
A+ Balacalaşdır A+ Böyütmək
Müsəlmanlığın çox məntiqli və sadə olması, məscidlərin insanı özünə çəkən cazibəsi, bu dinə mənsub olanların dinlərinə böyük bir hörmətlə ciddi yanaşması və məhəbbət ilə bağlanması bütün dünyada müsəlmanların gündə beş dəfə eyni saatda böyük bir ehtiram və ixlasla səcdəyə qapanması, mənim qəlbimdə çoxdan öz təsirini göstərmişdi. Lakin bunlar mənim müsəlman olmağım üçün heç də yetərli deyildi.
Polkovnik Donald Rokvel (amerikalı)

MÜSƏLMANLIĞI NƏ ÜÇÜN QƏBUL ETDİM

Mən ancaq İslam dinini yaxşı tədqiq etdikdən və onda gözəl, faydalı olan bir çox xüsusiyyətlər tapdıqdan sonra müsəlman oldum. Həyata ciddilik, lakin eyni zamanda insanlara zərif duyğular aşılaması, müəyyən bir iş görərkən məsləhətləşmək, qəti qərar qəbul etmək, insanlarla daim mərhəmət və şəfqət ilə rəftar etmək, yoxsullara kömək etmək, ilk dəfə olaraq qadınlara da mal sahibi olma haqqını vermək kimi, o zamana görə ən böyük mədəni inqilablar etmək və ən əsası isə İslamın bütün dünyaya rifah gətirə bilmək gücündə olması məni Mühəmməd (s)-a bağladı.
Mühəmməd (s) eyni zamanda: "Allah-Taalaya təvəkkül və etimad et, lakin dəvəni bağlamağı unutma!” – sözləri ilə insanlara Allahın qullarından: əvvəla, hər cür tədbiri görmələrini, lazım gələni etmələrini və ancaq ondan sonra Allaha təvəkkül etmələrini əmr etdiyini bildirməkdədir. O halda avropalıların iddia etdiyi kimi İslam dini heç bir iş etmədən, hər şeyi Allahdan gözləyən miskinlərin dini deyildir. İslam dini hər kəsə əvvəl əlindən gələn hər şeyi etməsini və ancaq ondan sonra Allaha təvəkkül etməyi əmr edir.
İslam dininin digər dinlərdəki insanlara qarşı göstərdiyi ədalət hissi də mənim üzərimdə çox böyük təsir göstərmişdir. Mühəmməd (s) müsəlmanların xristianlara və yəhudilərə qarşı yaxşı rəftar etmələrini əmr edirdi. Quran-kərim isə Adəm (ə)-dan başlayaraq Musa (ə) və İsa (ə)-ın Peyğəmbərliyini qəbul edirdi. Belə fikir heç bir başqa dində olmayan yüksək sədaqətdir. İslamiyyətin ən gözəl xüsusiyyətlərindən biri də onun özünü bütlərdən tamamilə qurtarmış olmasıdır. Xristianlıqda hələ də şəkil və heykəllərə sitayiş edildiyi halda, İslamiyyətdə belə münasibət qətiyyən yoxdur. Bu, bir daha İslamiyyətin nə qədər saf və təmiz olduğunu göstərir.
Məni müsəlman olmağa aparan səbəblərdən sonuncusu İslamiyyətdə tapdığım mətanət və iradə gücü oldu. İslamiyyətdə yalnız ruhun deyil, eyni zamanda bədənin də təmiz olması əmr edilmişdir. Yemək yeyərkən mədəni boğaza kimi doldurmamaq, ildə bir ay oruc tutmaq, hər şeydə ölçülü hərəkət etmək, müxtəlif məsrəflər üçün sərf olunan xərci nə çox, nə də əskik istifadə etmək. Nəinki bu gün üçün, eyni zamanda sabah da bütün insanlara rəhbərlik edəcək xüsuslar, insanlara ən gözəl tərzdə təlqin olunur.
Mən müsəlman ölkələrinin demək olar ki, hamısını ziyarət etmişəm. İstanbulda, Şamda, Qüdsdə, Qahirədə, Əlcəzairdə, Mərakeşdə və s. müsəlman şəhərlərində bütün həqiqi müsəlmanların bu qaydalara riayət etdiklərini və buna görə də həyatda dincliyə qovuşduqlarını gördüm. Onların Allahın yoluna gəlmək üçün bəzəklərə, şəkillərə, heykəllərə, mumlara, musiqiyə və bu kimi bənzər şeylərə ehtiyacları yox idi.
Allahın qulu olduqlarını hiss etmələri və özlərini Ona təslim etmələri onlara ən böyük mənəvi dinclik və səadət ləzzətini verirdi.
İslam dinindəki azadlıq və müsavat (bərabərlik) məni daim bu dinə çəkmişdir. Müsəlmanlar arasında ən yüksək bir mövqe sahibi olan bir şəxs ilə ən kasıb bir kimsə Allahın hüzurunda birdir (bərabərdir) və bir-birinin qardaşı sayılır. Məsciddə müsəlmanlar yan-yana ibadət edirlər. Mövqe sahibi olanlar üçün ayrılmış xüsusi yerlər yoxdur. Müsəlmanlar Allah ilə qul arasında heç bir kimsənin olmadığına iman edirlər. Müsəlmanlıqda ibadət Allah ilə qul arasında olur. Onlar günahlarının bağışlanması üçün din adamlarına müraciət etməzlər. Hər müsəlman öz hərəkətinə görə ancaq özü cavabdehdir.
Müsəlmanlar arasındakı qardaşlıq mənə həyatda çox zaman kömək oldu. Din qardaşlığı da məni müsəlmanlığa aparan amillərdən biridir. Hara getsəm, bir müsəlman qardaşımın mənə kömək edəcəyini və kədərini də, sevincini də mənimlə paylaşacağını bilirəm. Dünyada irq, rəng və siyasi düşüncələri bir-birindən fərqli olan bütün müsəlmanlar bir-birinin qardaşıdır və bir-birinə kömək etməyi özlərinə borc bilirlər.
Məni müsəlman edən səbəblər bunlar idi. Görəsən, bunlardan daha gözəl və ülvi (uca) bir səbəb düşünülə bilərmi?
NADİR MƏMMƏDOV
REDAKTOR: ƏFRUZƏ HƏSƏNOVA





  Şərhlər / 0 Şərh




 Şərh yazın


Ad və soyadınız* :
E-mail* :
Ölkə / Şəhər* :
Şərhiniz* :


ƏLLAMƏ BURQUİ


11

free counters

Sabiqun 2011-2019 © Bütün hüquqlar qorunur
Məlumatlardan istifadə zamanı istinad zəruridir!
Telefon: (+994 50) 429-20-99
Site by: azDesign.ws
 

Yeniliklərə abunə olun