16 Oktyabr 2019









SÜBH NAMAZININ VƏ ORUCUN BAŞLANMASI HAQQINDA
Jurnalımızda namaz vaxtları ilə əlaqədar verilən cədvəl bəzi möminlərin etirazına, bəzilərinin isə təəccüb və heyrətinə səbəb olur. Etiraz edənlər bu cədvəlin ölkədə buraxılan cədvəllərə uyğun olmadığınıdavamı>>
A+ Balacalaşdır A+ Böyütmək

NARKOTİK MADDƏLƏRİN SATIŞI, ALIŞI, İSTİFADƏSİ VƏ YAYILMASI HARAMDIR!

Narkotik maddələr bəlası cəmiyyəti bürüyür. Gənclərin, yeniyetmələrin həyatını və gələcəyini təhlükə altına salır. Cəmiyyətin məhvini hazırlayır. Bu amansız bəla haqqında İslam şəriətinin rəyi nədir?
Aşağıda bu suala cavab olaraq dini rəhbər Seyid Mühəmmədhüseyn Fəzlullahın ofisində çap olunmuş bir məqalə vardır. O məqaləni sizin nəzərinizə çatdırırıq:"
Növündən və dərəcələrindən asılı olmayaraq hər cür narkotik maddələrin istifadəsi haramdır, çünki o, insanın fəsada düşməsinə və sapmasına, həmçinin cəmiyyətin məhvinə səbəb olur. Belə ki, onun ailəyə, cəmiyyətə və ümmətə mənfi təsiri vardır. İçki insan ağlını aradan apardığı üçün Allah-Taala onu şiddətlə haram etmişdir. Halbuki Allah ağılı fikir və əməl baxımından insan hərəkətinin təminatçısı olaraq yaratmışdır. ...
Ağılı aradan aparan və onun funksiyasını dayandıran hər bir şey haramdır. Quran-kərim sərxoşluğun təsirini bizə belə anladır: "Şübhəsiz ki, Şeytan içki və qumarla aranıza ədavət və kin salmaq, sizi Allahı yada salmaqdan və namaz qılmaqdan ayırmaq istər. Artıq bu işə son qoyacaqsınızmı?”[1] Allah-Taala çirkinlikləri (yəni çirkin işləri) də haram buyurmuşdur, çünki o, cəmiyyəti dağıdır və onu doğru yoldan yayındırır. Narkotik maddələr də insan və cəmiyyətin məhvi kimi eyni nəticələrə gətirib çıxarır. Allah-Taala buyurur: "Allah sizə (hökmlərini) açıqlamaq, sizi sizdən əvvəlkilərin yollarına hidayət etmək və tövbələrinizi qəbul etmək istəyir. Allah Əlimdir (hər şeyi biləndir), Həkimdir (hikmət sahibidir)!”[2] 
 "Allah sizin tövbələrinizi qəbul etmək istəyir. Şəhvətlərinə uyanlar isə sizin böyük bir sapqınlığa düşməyinizi istəyirlər”.[3]
"İnsanların öz əlləri ilə etdikləri pis əməllər üzündən quruda və dənizdə fəsad və pozuntu əmələ gəlmişdir. ...”[4] 
Habelə Allah-Taala insanın şüurlu düşüncə, fiziki və psixoloji sağlamlıq içərisində yaşamasını istəyir ki, həyat xeyir, haqq və ədalətlə dolsun. ...
Bu bəlanın qarşısını almaq isə bütün insanların, ələlxüsus alimlərin məsuliyyətidir. Alimlər öz fitvaları ilə bu təhlükəli bəlanın qarşısını almaq üçün narkotik maddələrin qadağan edilməsində ciddi cəhd göstərirlər. Bununla belə məsuliyyət yenə də onların və cəmiyyətin üzərindədir ki, narkotik maddələrin zərərlərini göstərmək üçün əlbir olsunlar. Onlar müxtəlif formada şüurlu şəkildə mübarizə aparmalıdırlar. Hakimiyyətlər bu sahədə qanun və cəzalar tərtib etməlidirlər ki, bu bəlanın və onun ticarətinin qarşısını alsınlar. ...Narkotik maddələrin ticarəti ilə bağlı fitvaya gəlincə o, olduqca ciddidir. 
Narkotik maddələrin alqı-satqısı, istifadəsi və yayılması haramdır. Bundan (yəni bu ticarətdən) əldə olunan hər bir şey haramdır və onun (məsələn, alqı-satqı nəticəsində əldə olunan pulun) istifadəsi də haramdır.
Dini rəhbər Seyid Mühəmmədhüseyn Fəzlullah buna fitva vermişdir: "Çoxu sərxoşedici olan xəmrin (şərabın) azı da haram olduğu kimi azı və çoxu arasında heç bir fərq olmadan narkotik maddələrin hökmü də belədir. Hökm haram olan işə mürtəkib olmağın prinsipini ələ alır, çünki azı yerinə yetirən şəxs çoxu da yerinə yetirməyə hazırdır. ...”
Mütərcim: Salman Səfəralı oğlu Süleymanov
Tarix: h.q. 10 rəbiüləvvəl 1433-cü il 
m. 02. 02. 2012-ci il
[1]"Maidə”; 91

[2]"Nisa”; 26

[3]"Nisa”; 27

[4]"Rum”; 41




  Şərhlər / 0 Şərh




 Şərh yazın


Ad və soyadınız* :
E-mail* :
Ölkə / Şəhər* :
Şərhiniz* :


ƏLLAMƏ BURQUİ


11

free counters

Sabiqun 2011-2019 © Bütün hüquqlar qorunur
Məlumatlardan istifadə zamanı istinad zəruridir!
Telefon: (+994 50) 429-20-99
Site by: azDesign.ws
 

Yeniliklərə abunə olun