16 Oktyabr 2019









SÜBH NAMAZININ VƏ ORUCUN BAŞLANMASI HAQQINDA
Jurnalımızda namaz vaxtları ilə əlaqədar verilən cədvəl bəzi möminlərin etirazına, bəzilərinin isə təəccüb və heyrətinə səbəb olur. Etiraz edənlər bu cədvəlin ölkədə buraxılan cədvəllərə uyğun olmadığınıdavamı>>
A+ Balacalaşdır A+ Böyütmək

PEYĞƏMBƏRİN XÜTBƏSİ

Şeyx Səduq mötəbər bir sənədlə İmam Rzadan, onun atalarından və Həzrət Əlidən (ona və övladlarına salam olsun!) rəvayət edir:"Peyğəmbər bir gün bizə xütbə söylədi və dedi: "Ey insanlar! Həqiqətən, Allahın ayı bərəkət, rəhmət və məğfirətlə (bağışlanma) sizə tərəf gəlməkdədir. O, Allah yanında ayların ən fəzilətlisidir. Onun günləri günlərin, gecələri gecələrin və saatları isə saatların ən fəzilətlisidir. O elə bir aydır ki, siz o ayda ilahi ziyafətə (qonaqlığa) dəvət olunmuş və ilahi kəramətdən faydalananların (övliyaların) zümrəsində qərar tutmusunuz. O ayda nəfəsləriniz təsbih (dua), yuxunuz ibadət, əməliniz məqbul və duanız isə müstəcabdır (qəbuldur). Buna görə də sədaqətdolu niyyətlər və pak qəlblərlə Rəbbinizdən oruc tutmaq və Quran oxumaqda sizə müvəffəqiyyət verməsini istəyin, çünki bu böyük ayda ilahi məğfirətdən (bağışlanmadan) məhrum olan şəxs, həqiqətən, bədbəxtdir. Bu ayda ac-susuz qalmaqla qiyamət gününün aclığını və susuzluğunu xatırlayın! Fəqirlərinizə və miskinlərinizə sədəqə verin, böyüklərinizə ehtiram edin, kiçiklərinizə qarşı mərhəmətli olun, qohumlarınızla əlaqə yaradın, dilinizi qoruyun, baxılması halal olmayan şeydən gözlərinizi və qulaq asılması halal olmayan şeydən isə qulaqlarınızı qoruyun! Camaatın yetimlərinə rəhm edin ki, sizin də yetimlərinizə rəhm etsinlər. Günahlarınızdan Allaha tövbə edin və namaz vaxtlarında dua ilə əllərinizi Ona tərəf qaldırın, çünki o vaxtlar saatların ən fəzilətlisidir ki, Allah-Taala o vaxtlarda Öz bəndələrinə rəhmətlə baxar, bəndələr öz sirlərini Ona bildirdikdə onlara cavab verər, Onu çağırdıqlarında onlara "Ləbbeyk” ("Nə əmriniz var? Əmrinizə hazıram”) – deyər və Ona dua etdiklərində onlara cavab verər.
Ey insanlar! Canlarınız əməllərinizin girovundadır, onu istiğfarınızla azad edin. Çiyinlərinizdə günahlarınızdan ibarət ağır bir yük vardır, onu uzun səcdələrinizlə yüngülləşdirin. Bilin ki, Allah-Taala onu qeyd edib namazqılanlara və səcdəedənlərə əzab verməyəcəyinə və insanlar Rəbbülaləminin hüzurunda dayanacaqları gün onları atəşlə qorxutmayacağına dair Öz izzətinə and içmişdir.
Ey insanlar! Sizdən kim bu ayda oruc tutan möminə iftar verərsə, bununla Allah yanında onun üçün bir qul azad etməyin savabı yazılar və onun keçmiş günahları bağışlanar”.Deyildi: "Ey Allahın Elçisi! Bizim hamımızın bunu etməyə gücü yoxdur”. Peyğəmbər buyurdu:"Bir xurmanın yarısı ilə də olsa, atəşdən qorunun! Bir qurtum su ilə də olsa, atəşdən qorunun! Həqiqətən, Allah o mükafatı gücü olmadığı halda bu az işi görən şəxsə bağışlayar.
Ey insanlar, sizdən kim bu ayda öz əxlaqını gözəlləşdirərsə, ayaqlar Siratın üzərində sürüşəcəyi gün o, Siratdan keçər. Kim bu ayda öz xidmətçisinin işini yüngülləşdirərsə, Allah da onun hesabını yüngülləşdirər. Kim bu ayda şər işindən vaz keçərsə, Allahla görüşdüyü gün (qiyamət günü) Allah da Öz qəzəbini ondan uzaqlaşdırar. Kim bu ayda bir yetimi əzizləyərsə, Allah da qiyamət günündə onu əziz tutar. Kim bu ayda öz qohumu ilə əlaqə yaradarsa, Allah da qiyamət günü onu Öz rəhmətinə qovuşdurar. Kim bu ayda qohumu ilə əlaqəni kəsərsə, Allah da qiyamət günü ondan Öz rəhmətini kəsər. Kim bu ayda bir müstəhəb namaz qılarsa, Allah onun Cəhənnəm atəşindən azad olunmasına hökm verər. Kim bu ayda bir vacib namaz əda edərsə, ona digər aylarda yetmiş vacib namaz qılan şəxsin savabı verilər. Kim bu ayda mənə daha çox salavat göndərərsə, əməl tərəziləri yüngül gəldiyi gün Allah onun əməl tərəzisini ağırlaşdırar. Kim bu ayda bir Quran ayəsi oxuyarsa, ona digər aylarda Quranı xətm edən şəxsin savabı verilər.
Ey insanlar! Bu ayda Cənnətlərin qapıları açıqdır. Rəbbinizdən istəyin ki, bu qapıları sizin üzünüzə bağlamasın; bu ayda Cəhənnəm atəşinin qapıları bağlıdır, Rəbbinizdən istəyin ki, bu qapıları sizin üzünüzə açmasın. Bu ayda şeytanların əlləri bağlıdır; Rəbbinizdən istəyin ki, şeytanları sizə hakim etməsin”.Əmirülmöminin Əli (ə) dedi: "Ayağa qalxdım və soruşdum: "Ey Allahın Elçisi, bu ayda yerinə yetiriləcək ən fəzilətli əməl hansıdır?” Peyğəmbər cavab verdi: "Ey Əbülhəsən, bu ayda ən fəzilətli əməl haramlardan qorunmaqdır!” Şeyx Səduq (Allahın rəhməti onun üzərinə olsun!) rəvayət edir ki, ramazan ayı daxil olduqda Peyğəmbər bütün əsirləri azad edər və hər bir dilənçiyə də onun istədiyini verərdi.




  Şərhlər / 0 Şərh




 Şərh yazın


Ad və soyadınız* :
E-mail* :
Ölkə / Şəhər* :
Şərhiniz* :


ƏLLAMƏ BURQUİ


11

free counters

Sabiqun 2011-2019 © Bütün hüquqlar qorunur
Məlumatlardan istifadə zamanı istinad zəruridir!
Telefon: (+994 50) 429-20-99
Site by: azDesign.ws
 

Yeniliklərə abunə olun