16 Oktyabr 2019









SÜBH NAMAZININ VƏ ORUCUN BAŞLANMASI HAQQINDA
Jurnalımızda namaz vaxtları ilə əlaqədar verilən cədvəl bəzi möminlərin etirazına, bəzilərinin isə təəccüb və heyrətinə səbəb olur. Etiraz edənlər bu cədvəlin ölkədə buraxılan cədvəllərə uyğun olmadığınıdavamı>>
A+ Balacalaşdır A+ Böyütmək

PEYĞƏMBƏR VƏ BİZ

Mən ona iman gətirmişəm, ona inanmışam və onun gətirdiyi dəyərlər mənim üçün ən ideal dəyərlərdir. O, həyatı necə yaşamağı, müvəqqəti olan bu ömrü necə dəyərləndirib əbədi olan həyatı necə qazanmağı, haqsızlığa qarşı çıxıb zülmə qarşı necə mübarizə aparmağı, nə olursa-olsun hər zaman haqqın yanında olmağı öyrətmiş və Allahın ən böyük həyat kitabı olan Quranı gətirmişdir. Peyğəmbər (s)-dən və onun gətirdiklərindən nə qədər danışsaq, yenə azdır. Məqsədim Peyğəmbərdən deyil, Peyğəmbərlə danışmaqdır.

Buraya qədər oxuduqlarına mən inandığım kimi sən də inanmısansa, o zaman Peyğəmbər sənin qarşındadır. O, səni eşidir, danış onunla. Həyatda ən cox istədiyin şey Peyğəmbəri görmək deyilmi? Əslində Peyğəmbəri görüb-görməməkdə o qədər də böyük fərq yoxdur. O zaman da onu inkar edənlər var idi, bu gün də var. Ona inananlar da elədir, çünki Peyğəmbər bir dəyər gətirdi, sən o dəyərə iman gətirmisən, Peyğəmbər öz vəzifəsini icra etdi. Bəs sən? Peyğəmbərin gətirdiyi missiya üçün etdiklərin barədə nə demək istərdin? Sən bu missiyanın harasındasan. Qarşı-qarşıya oturmusunuz, bu həqiqətdir. Bir gün mütləq onun qarşısında oturacaqsan. Bəlkə, bu barədə heç düşünməmisən, ya da duşünmüsən. Bunları demək cətin olsa da, amma söyləməyə məcbursan. İslamın o gündən günümüzə qədər nə hala gəldiyini, müsəlmanların nə qədər zəif olduğunu, dünyaya nə qədər aludə olub bir-birindən uzaq düşdüyünu, məzhəb ixtilaflarini, Ərəb şeyxlərinin həyatını... Əhli-Beyt xəttinin unudulduğunu, xurafatların baş alıb getdiyini deməlisən. Həqiqətləri bilmək onun haqqıdır.

İslamın həyatın hər yönünü əhatə edən bir nizam olduğunu, ondan başqa insanlığı qurtuluşa aparan bir nizamın olmadığını unutmuşuq. İslam özündə iqtisadi, siyasi mənəvi, ibadi və s. sahələri birləşdirir. Həyatımızda namaz və orucdan başqa hec nə yoxdur. İslamın yalnız bu ibadi yönlərinə diqqət edirik. Adımız müsəlmandır, amma maddi maraqlar gələndə İslamın hər hansı qanununa tabe olmaq əvəzinə o qanunu öz istəklərimizə görə dəyişdirməyə çalışırıq. Lakin bir iş var; necə yaşasaq da, öləndə İslam qanunları ilə dəfn edilmək istəyirik. Peyğəmbər buyurub: "Necə yaşamısınız elə öləcəksiniz. Necə ölmüsünüz elə diriləcəksiniz” .

Bu gün İslamın adı gələndə insanlar tərəddüddə qalırlar; gah qorxurlar, gah şübhəyə düşürlər.

Sənin gətirdiyin o müqəddəs dəyərlər bu gün öz həqiqətindən çox uzaqlaşıb. Biz səni və sənin əshabələrini unutmuşuq. İslamın haradan hara gəldiyini, Məkkə və Mədinə dönəmini xatırlamırıq. Özümüzün zəif olmağımızı deyil, düşmənin güclü olmasını bəhanə edirik. Hər şeyin birdən düzəlməsini istəyirik, qələbə bizə çox uzaq görünür, kiminsə gəlib nəyisə dəyişməsini gözləyirik. Düşmən isə bizi bu günə salmaq ücün illərlə düşünmüş və bu işdə əlindən gələni əsirgəməmişdir. Ən böyük problem isə düşməni tanıya bilməməyimizdir. Hər haqdan danışanı haqq bilirik. Düşmən bizi param-parça edib. "Allahın ipindən bir yerdə yapışın” ayəsini unutmuşuq.

Hələ danışılacaq çox şeylər var. Mənə elə gəlir ki, bu gün Peyğəmbərin qarşısında ona söz verməyin tam zamanıdır, çünki bu gün Peyğəmbərin mövlud gününə təsadüf edir. Biz Peygəmbəri (s) hər gün xatırlamalıyıq. Bu günün xatırlanması da Peyğəmbərə görədir. Gün Peyğəmbərə yox, Peyğəmbər günə bir xatırlanma gətirir, çünki onun doğuşu ilə dünyada qeyri-adi hadisələr baş verib. Kəsra sarayının eyvanı uçub, min ildən bəri yanan alov sönüb, Məkkədəki bütlər üzüüstə düşüb.

Gəlin biz də söz verək və sözümüzə sadiq qalaq ki, bizim də əhdimizdən günün fironlarının sarayları uçsun və hamımız fərdi olaraq İslamı gücləndirmək və düşmənə qələbə çalmaq üçün iş görək və Peyğəmbərin gələn mövluduna onun qarşısına üzü ağ çıxaq. Allah onsuz da Öz dinini qalib edəcək. Biz həmin qalibiyyətdə olmaq istəyirikmi? Əgər istəyiriksə, o zaman nə edəcəyimizi düşünüb tapaq və bir an belə dayanmayaq və gələn dəfə Peyğəmbərlə gorüşəndə ona yalnız qələbəmizdən danışaq. Allahın möminlərə yardım etməsini və bizi hər an görməsini unutmayaq.
Vüqar Vəlizadə
 


  Şərhlər / 0 Şərh




 Şərh yazın


Ad və soyadınız* :
E-mail* :
Ölkə / Şəhər* :
Şərhiniz* :


ƏLLAMƏ BURQUİ


11

free counters

Sabiqun 2011-2019 © Bütün hüquqlar qorunur
Məlumatlardan istifadə zamanı istinad zəruridir!
Telefon: (+994 50) 429-20-99
Site by: azDesign.ws
 

Yeniliklərə abunə olun