29 Mart 2020









SÜBH NAMAZININ VƏ ORUCUN BAŞLANMASI HAQQINDA
Jurnalımızda namaz vaxtları ilə əlaqədar verilən cədvəl bəzi möminlərin etirazına, bəzilərinin isə təəccüb və heyrətinə səbəb olur. Etiraz edənlər bu cədvəlin ölkədə buraxılan cədvəllərə uyğun olmadığınıdavamı>>
A+ Balacalaşdır A+ Böyütmək
RAMAZAN ORUCUNU TUTMAQ ÜÇÜN QADINLARIN HEYZİN (AYBAŞININ) QARŞISINI ALAN DƏRMANLAR QƏBUL ETMƏSİNİN HÖKMÜ          
Bəzi qadınlar aylıq adətin qarşısını almaq üçün bəzi tibbi dərmanlardan istifadə edirlər ki, ramazan oruclarını başa vura bilsinlər.

Belə bir sual ortaya çıxır. Ramazan ayında orucu tamamlamaq üçün qadınların heyzin qarşısını alacaq dərmanlar qəbul etməsi icazəlidirmi?

Ərəb fitva idarələrindən biri belə hesab edir ki, qadının aybaşı olduqda orucunu yeməsinin vacib olması şəriətin sabit və dəyişilməz hökmlərindəndir, çünki orucu yemək süst və zəif hallarda və aybaşı ilə bağlı fiziki iztirablarda qadına münasib olan bir vəziyyətdir. Buna görə də şəriət ona orucu yeməyi vacib etmişdir. Bu, Allahdan olan yüngüllük və rəhmətdir. Bir çox qadının olduqca az bir şey yeməsi və bəzi mayelər qəbul etməsi və sonra günün qalan hissəsini orucu batil edən işlərdən çəkinməsi şərafətli şəriətin hikmətinə müxalif olan bir işdir. Qadından tələb olunan budur ki, heyz olduqda təbii şəkildə orucu yesin. Bunun heç bir problemi yoxdur, heç kim də onu qınaya bilməz, çünki bu günlərin qəzasını tutacaqdır. ...

Lakin heyzin vaxtını ramazan ayı sona çatanadək təxirə salan və qadınlara kəsintisiz olaraq bütün ayın orucunu tamamlama imkanı verəcək dərmanların və həblərin istifadəsinə gəlincə bunun şərən heç bir maneəsi yoxdur və onların qəbul edilməsilə oruc səhihdir. Qadınların bu vasitələrdən istifadə etməsi həkimlərin bu dərmanların istifadə edilməsinin gec-tez qadının səhhətinə heç bir zərər verməyəcəyini təyin etmələrilə icazəlidir. Əgər onların istifadəsi zərərli olarsa, bu surətdə şərən haramdır. ...

Şərən bu vasitələrdən istifadə etmək icazəli olmasına baxmayaraq, heyz vaxtı orucu yeməyin vacibliyinin savabı və mükafatı daha çox və daha böyükdür. ...

Ramazan ayının adət günlərində orucunu yeməyən qadının hökmü barədə soruşulduqda Seyid belə cavab vermişdir: "Məzkur günlərdə tutulan oruc səhih olmadığına görə o, bu günlərin qəzasını tutmalıdır. Əgər orucu yeməmək şəri oruc niyyətilə olarsa, onun orucu yeməməsi haramdır. ...

Qadının ramazan ayında aylıq adətin qarşısını almaq üçün həblərdən istifadə etməsinin icazəli olması haqqında verilən suala Seyid belə cavab vermişdir: "Əgər zərərli olmazsa, icazəlidir və o günlərdə tutulan oruc səhihdir. ...[1]

Heyz günlərində qadınların hökmü budur ki, orucu yeməli və namazı da tərk etməlidirlər. Az bir şey yeyib, yaxud bəzi mayelər içib sonra günün qalan hissəsini orucu batil edən işlərdən çəkinməyə gəlincə bu şərən icazəli deyildir, çünki onların adi şəkildə orucu yeməsi və digər günlərdə onun qəzasını tutması vacibdir[2]. ...




[1] "əl-Məsailul-Fiqhiyyəˮ, s. 400, 401

[2] "Şəri İdarəˮ




  Şərhlər / 0 Şərh




 Şərh yazın


Ad və soyadınız* :
E-mail* :
Ölkə / Şəhər* :
Şərhiniz* :


ƏLLAMƏ BURQUİ


11

free counters

Sabiqun 2011-2019 © Bütün hüquqlar qorunur
Məlumatlardan istifadə zamanı istinad zəruridir!
Telefon: (+994 50) 429-20-99
Site by: azDesign.ws
 

Yeniliklərə abunə olun