15 Oktyabr 2019









SÜBH NAMAZININ VƏ ORUCUN BAŞLANMASI HAQQINDA
Jurnalımızda namaz vaxtları ilə əlaqədar verilən cədvəl bəzi möminlərin etirazına, bəzilərinin isə təəccüb və heyrətinə səbəb olur. Etiraz edənlər bu cədvəlin ölkədə buraxılan cədvəllərə uyğun olmadığınıdavamı>>
A+ Balacalaşdır A+ Böyütmək

QAN EHSAN ETMƏK ÜÇÜN İSLAM

BANKININ YARADILMASI

Bəzən insan müəyyən bir hadisə ilə qarşılaşır ki, ona qan ehsan etmək (bağışlamaq) zərurəti yaranır. Bu gün xəstələrə və qana ehtiyacı olanlara tibbi yardım göstərmə məqsədilə qan bağışlamaq üçün öz xidmətlərini ictimaiyyətə təqdim edən qan banklarının və dövlət idarələrinin sayı artır. Zərurət yarandıqda müsəlmanlara tibbi yardım göstərmə məqsədilə qan bağışlamaq üçün İslam bankının yaradılmasının şəri hökmü nədir?

Əhli-sünnə fəqihlərinin rəyi budur ki, buna ehtiyac yarandıqda insanın özünə ziyan vurmadan qana ehtiyacı olan müsəlmanlara tibbi yardım göstərmək üçün öz qanını bağışlaması icazəlidir. Həmçinin insanların bağışladığı qanların qəbul edilməsi və qana ehtiyacı olan şəxsə tibbi yardım göstərmək məqsədilə onun (qanın) qorununb saxlanması üçün İslam bankının yaradılması icazəlidir. Bir şərtlə ki, bank xəstələrdən, yaxud onların işlərini idarə edənlərdən bağışlanmış qanın müqabilində pul almasın və bunu qazanc vasitəsinə çevirməsin, çünki bu işin müsəlmanlar üçün ümumi məsləhəti vardır.

Başqa bir qrup fəqihlər hesab edirlər ki, müsəlmanın qanının kafirə köçürülməsi, habelə kafirin qanının müsəlmana köçürülməsi icazəlidir. Qan bağışlayan şəxsi həvəsləndirmək üçün ona mükafat olaraq mal, yaxud pul vermək icazəlidir. Həmçinin çarəsiz qalmış şəxsin qanı pulla alması icazəlidir. Qan satmaq haram olduğu üçün günah onu satana yazılır. Habelə qan banklarının qanın götürülməsi, onun müayinə edilməsi, saxlanması və səhiyyə sisteminin müəyyənləşdirdiyi maaşların ödənilməsi xərclərini götürməsində heç bir problem yoxdur. Alınan o pullar həqiqətdə bu insani xidməti həyata keçirmək üçün o müəssisələrin sahib olduqları haqların bir hissəsi hesab olunur, qan, yaxud ondan başqa bir şeyin qiyməti deyildir. ... 

Mövzu ilə bağlı Seyid Fəzlullahın şəri idarəsi Seyidin rəyinə uyğun olaraq belə cavab vermişdir: "Əslində nəcis şeylərdən qazanc əldə etmək haramdır. Lakin həmin şey üçün ağıllı insanların diqqət mərkəzində olan şəri, halal bir mənfəətin olması istisnadır (yəni həmin şeyin ağıllı insanların diqqət mərkəzində olan şəri-halal bir faydası olarsa, bu surətdə nəcis bir şeydən qazanc əldə etmək olar). Bu surətdə onun alqı-satqısı icazəlidir. Xəstələrin müalicəsi üçün olan qan da bu qəbildəndir. Onu bağışlamaq və xəstələrin ehtiyacını təmin etmək üçün bank yaratmaq icazəlidir. İstər həmin xəstələr müsəlman olsunlar, istərsə də qeyri-müsəlman. ... Qan satışı və onunla bağlı işlərin müqabilində pul və muzd götürməyin heç bir maneəsi yoxdur”.

Əlillərin qan əldə etməsi ehtiyaclarını diqqətə almaq lazımdır. Onların ehtiyaclarını sədəqələrdən təmin etmək olar. Bir çox alimlər, o cümlədən onların başında gələn Seyid Mühəmmədhüseyn Fəzlullah Aşurada bədən yaralayıb, zəncir vurub qan çıxarmağı xəstələrin ehtiyaclarını ödəyəcək qan banklarına qan verməklə əvəz etməyə çağırmışdır. 



  Şərhlər / 0 Şərh




 Şərh yazın


Ad və soyadınız* :
E-mail* :
Ölkə / Şəhər* :
Şərhiniz* :


ƏLLAMƏ BURQUİ


11

free counters

Sabiqun 2011-2019 © Bütün hüquqlar qorunur
Məlumatlardan istifadə zamanı istinad zəruridir!
Telefon: (+994 50) 429-20-99
Site by: azDesign.ws
 

Yeniliklərə abunə olun