18 Noyabr 2019









SÜBH NAMAZININ VƏ ORUCUN BAŞLANMASI HAQQINDA
Jurnalımızda namaz vaxtları ilə əlaqədar verilən cədvəl bəzi möminlərin etirazına, bəzilərinin isə təəccüb və heyrətinə səbəb olur. Etiraz edənlər bu cədvəlin ölkədə buraxılan cədvəllərə uyğun olmadığınıdavamı>>
A+ Balacalaşdır A+ Böyütmək

RAMAZAN AYININ SON CÜMƏ GÜNÜ BEYNƏLXALQ QÜDS GÜNÜDÜR

İMAM XOMEYNİNİN ÜMMƏTƏ MÜRACİƏTİ
Qüds dünya müsəlmanlarının birinci qibləsi və ikinci hərəmi, milyonlarla avara qalmış fələstinli müsəlmanların vətənidir ki, dünya istismarçıları o torpağı 1948-ci ildən cinayətkar sionizm vasitəsilə oranın sakinlərinin əlindən almış və işğalçı yəhudi qüvvələrinin hakimiyyəti altına salmışdır. Bu plan icra olunduğu həmin ildən Fələstinin müsəlman camaatının müqaviməti, dünya müsəlmanları, dünyanın azad və oyaqqəlbli insanlarının etirazı ilə üzbəüz gəldi və uzun müddətli siyasi-hərbi mübarizələr şəklində öz simasını göstərdi. İranın müsəlman-dindar camaatı da böyük İslam inqilabının qələbəsindən sonra Fələstini Qüdsü qəsb edən qüvvələrin pəncəsindən azad etməyi öz arzularının əsası və başlıca məsələsi hesab etmişdir. İslam İnqilabının qələbəsindən sonra ümmətin imamı Ayətullah İmam Xomeyni ilk fürsətdə, Qüdsü cinayətkar sionistlərin pəncəsindən qurtarmaq üçün bu günü "Qüds günü” adı ilə təyin etdi və həmin münasibətlə etdiyi müraciətdə buyurdu: "Mən uzun illərdir ki, qəsbkar İsrailin təhlükəsini müsəlmanlara eşitdirirəm ki, indi bu günlər fələstinli qardaş və bacılarımıza özünün vəhşiyanə hücumları ilə ancaq əzab bəxş etmişdir. Və xüsusilə Livanın cənubunda fələstinli mübarizləri məhv etmək qəsdilə onların evlərini və qışlaqlarını mütəmadi olaraq bombardman edir.
Mən bütün dünya müsəlmanları və İslam dövlətlərindən istəyirəm ki, bu qəsbkarın (yəni İsrailin) və ona havadarlıq edənlərin əllərini kəsmək üçün birləşsinlər. Bütün dünya müsəlmanlarını, Qədr günlərindən hesab olunan və Fələstin camaatının da taleyinin təyin olunmasına səbəb ola biləcək mübarək ramazan ayının son cüməsini "Qüds günü” kimi seçməyə və Fələstinin müsəlman camaatının qanuni hüquqlarını müdafiə etmə uğrunda müsəlmanların beynəlxalq birliyi mərasiminin keçirilməsini elan etməyə dəvət edirəm. Allahdan küfr əhli üzərində qələbə çalmalarında müsəlmanlara arxa olmasını istəyirəm” .





  Şərhlər / 0 Şərh




 Şərh yazın


Ad və soyadınız* :
E-mail* :
Ölkə / Şəhər* :
Şərhiniz* :


ƏLLAMƏ BURQUİ


11

free counters

Sabiqun 2011-2019 © Bütün hüquqlar qorunur
Məlumatlardan istifadə zamanı istinad zəruridir!
Telefon: (+994 50) 429-20-99
Site by: azDesign.ws
 

Yeniliklərə abunə olun