16 Oktyabr 2019









SÜBH NAMAZININ VƏ ORUCUN BAŞLANMASI HAQQINDA
Jurnalımızda namaz vaxtları ilə əlaqədar verilən cədvəl bəzi möminlərin etirazına, bəzilərinin isə təəccüb və heyrətinə səbəb olur. Etiraz edənlər bu cədvəlin ölkədə buraxılan cədvəllərə uyğun olmadığınıdavamı>>
A+ Balacalaşdır A+ Böyütmək

"QARA QİTƏ”NİN İNSANLARI ... NƏYİN HƏSRƏTİNDƏDİR

Bu gün Afrika qitəsində əhalinin yarıdan çoxu aclıq və səfalət içində yaşayır. Afrikada uzun illərdən bəri hökm sürən ərzaq böhranı bir milyon uşağın həyatını təhlükə altına alır. Burkina-Faso, Çad, Mali, Mavritaniya, Niger, Kamerun, Nigeriya, Seneqal, Somali kimi belə ölkələrdə yaşayan bütöv bir nəsil doyunca qidalana bilmədikləri üçün zərər çəkməkdə davam edirlər və həyatları risk altındadır. Kasıbçılıq, pis və keyfiyyətsiz məhsullar, qida məhsullarında qiymətlərin artması ona gətirib çıxarır ki, regionda xəstə və zəifləmiş insanların sayı durmadan artır. Hal-hazırda onların hər birinin tibbi yardıma ehtiyacları var. Bu problemlərlə yanaşı su probleminin də olması "Qara Qitə”nin insanlarının vəziyyətini kəskin həddə çatdırıb. Onlar suya olan ehtiyaclarını ödəmək üçün çox uzun və üzücü bir yol qət etməli olurlar. Hətta bəzən isə heç məqsədlərinə də çatmırlar. Buna görə də özlərini yaxşı tərəfdən göstərməyə çalışan bəzi münafiq cəmiyyətlər tarix boyunca törətdikləri cinayətlərini ört-basdır etmək üçün bu əzilmiş və ayağa qalxmağa taqətləri qalmamış qitəyə yardımlar edirlər. Bu yardım daha çox bumeranqın hərəkətinə bənzəyir. Amma bu insanlar onların köməyi və yardını ilə yox, bizim əllərimizlə ayağa qalxmalıdırlar. Ən azından bu, bizim bir müsəlman kimi borcumuzdur. Afrika ölkələrində hər zaman aclıq və səfalətdir, amma biz bunun hər zaman beynəlxalq aləmdə və kütləvi informasiya vasitələrində geniş şəkildə canlandığını görmürük. Arabir bu məsələ gündəmə gəlir. Bunun da səbəbi odur ki, ya, həqiqətən, Afrika ölkələrində vəziyyət tam dözülməz bir həddə çatmışdır, ya da bu, kiminsə maraqlarına uyğundur. 2011-ci il də bu illərdən biri idi. Bu dönəmdə hər yerdə Afrika qitəsindəki aclıq və səfalətdən danışılır və böyük yardımlar edilirdi.
"Milli Görüş-Sabiqun” hərəkatının rəhbəri Xəyyam Qurbanzadənin təşəbbüsü ilə hərəkat xeyriyyə aksiyasına qoşuldu. Ramazan ayına təsadüf etdiyi üçün keçirilən məclislərdə bu məsələyə dəfələrlə toxunan Xəyyam Qurbanzadə öz çıxışında "Kim müsəlmanların halı ilə maraqlanmadığı bir halda sübhə çıxarsa, müsəlman deyildir”, – hədisi-şərifini diqqətə çatdırmış və qeyd etmişdir ki, Afrikadakı müsəlmanlar ac olduğu halda, biz tox olmamalı, onlar susuz qaldıqda biz su içməməliyik. Belə insanlara yardım etməyimizin vacib olduğunu vurğulayaraq, onu da bildirdi ki, orada aclıq və susuzluqdan əziyyət çəkən insanlar müsəlmanlar olmasa da, onlara yardım etmək bizim borcumuzdur və imkanımız yetdiyi qədər ehtiyac içində olanlara kömək göstərməli və dualarımızı da onlardan əsirgəməməliyik. Beləliklə, bayrama qədər yığılan yardımlarla Afrika qitəsində bir su quyusunun qazılmasına qərar verildi. Yığılan yardım Türkiyə Respublikasında fəaliyyət göstərən "Cansuyu” Yardımlaşma və Həmrəylik Dərnəyinə – bir quyunun qazılması üçün tələb olunan pul vəsaiti   5 000 ABŞ dollarıdır – çatdırıldı. Quyunun qazılması bir il çəkdi. Afrika qitəsinə səfər baha başa gəldiyi üçün "Cansuyu” Yardımlaşma və Həmrəylik Dərnəyi bir neçə quyunun qazılmasını təşkil etdikdən sonra o quyuları qazdırmağı qərara aldı.
Beləliklə, 2012-ci ildə "Milli Görüş-Sabiqun” hərəkatı mərhum alim, ədalətli fəqih Seyid Mühəmmədhüseyn Fəzlullahın adına olan bu quyunu Kamerun əhalisinin ixtiyarına verdi. Qeyd etmək istərdik ki, "Milli Görüş-Sabiqun” hərəkatı 2009-cu ilin yanvar ayında Fələstində baş verən hadisələrlə əlaqədar olaraq toplanan 19 000 ABŞ dolları məbləğində pulu Türkiyənin İnsani Yardım Təşkilatının (İHH) hesabına köçürmüşdür. Bununla yanaşı, hərəkat Ramazan və Qurban bayramlarında yardımlar təşkil edir, kəsilən qurbanları kasıblara çatdırır. Dərs mövsümü başlayanda kasıb ailələrdən olan uşaqların məktəb ləvazimatlarının alınmasına yardım edir və əlindən gələn hər bir köməyi etməyə çalışırlar.
"Milli Görüş-Sabiqun” hərəkatı bu xeyriyyə aksiyalarına qoşulan hər bir kəsə öz minnətdarlığını bildirir və daha böyük xeyriyyə tədbirlərində iştirak etmələrini arzu edir.
"MİLLİ GÖRÜŞ-SABİQUN” HƏRƏKATI





  Şərhlər / 0 Şərh




 Şərh yazın


Ad və soyadınız* :
E-mail* :
Ölkə / Şəhər* :
Şərhiniz* :


ƏLLAMƏ BURQUİ


11

free counters

Sabiqun 2011-2019 © Bütün hüquqlar qorunur
Məlumatlardan istifadə zamanı istinad zəruridir!
Telefon: (+994 50) 429-20-99
Site by: azDesign.ws
 

Yeniliklərə abunə olun