15 Oktyabr 2019









SÜBH NAMAZININ VƏ ORUCUN BAŞLANMASI HAQQINDA
Jurnalımızda namaz vaxtları ilə əlaqədar verilən cədvəl bəzi möminlərin etirazına, bəzilərinin isə təəccüb və heyrətinə səbəb olur. Etiraz edənlər bu cədvəlin ölkədə buraxılan cədvəllərə uyğun olmadığınıdavamı>>
A+ Balacalaşdır A+ Böyütmək

BƏYANAT

MƏRHUM DİNİ RƏHBƏR AYƏTULLAH SEYİD FƏZLULLAHIN MÜƏSSİSƏSİNDƏKİ ŞƏRİ HEYƏT: "18 İYUN CÜMƏ AXŞAMI GÜNÜ YER KÜRƏSİNİN ŞƏRQ VƏ QƏRB HİSSƏLƏRİNDƏ MÜBARƏK RAMAZAN AYININ İLK GÜNÜDÜR!”

Mərhum dini rəhbər Ayətullah Seyid Fəzlullahın müəssisəsindəki şəri heyət mərhum Seyidin söykəndiyi fiqhi əsasa uyğun olaraq dəqiq astronomik hesablamalara əsaslanıb cümə axşamı gününə təvafüq edən 2015-ci il iyun ayının 18-nin 1436-cı il mübarək ramazan ayının ilk günü olduğunu elan etmişdir. Bəyanatda deyilir: "H. q. təqvimi ilə 1436-cı ilin (m. 2015) mübarək ramazan ayının hilalı iyun ayının 16-sı çərşənbə axşamı günündə Qrinviç saatı ilə günorta 14:05-də, yəni Beyrut şəhəri yerli saat ilə 17:05-də (Bakı vaxtı ilə 19:05-də) doğacaq və Günəşin batışından təxminən 15 dəqiqə əvvəl gözdən itdiyi üçün bu gün onun (yəni hilalın) görünməsi mümkün olmayacaqdır. Bir çox ərəb və İslam ölkələrində də vəziyyət belə olacaq. Bəlkə, dünyanın gecənin bir hissəsində olsa da, müştərək olduğumuz hər hansı bir məkanında belə hilalın görünməsi mümkün olmayacaq. Şəbanın 30-cu günü olan sonrakı gün – çərşənbə günü axşam hilalın Afrika, Şimali və Cənubi Amerika qitələrində asanlıqla görünməsi mümkün olacaq. Həmçinin Avstraliya, İndoneziya və Cənub-Şərqi Asiyada da çətinliklə görünməsi mümkün olacaq. Buna görə də dini rəhbər Ayətullah Seyid Mühəmmədhüseyn Fəzlullahın söykəndiyi fiqhi əsasa görə 2015-ci il iyun ayının 18-i cümə axşamı günü Yer kürəsinin şərq və qərb hissələrində mübarək ramazan ayının ilk günüdür. Allahdan istəyirik ki, bu ayı İslam dünyası üçün xeyir, yardım və bərəkət ayı qərar versin, müsəlmanların sözünü bir yerə toplasın və mövqelərini birləşdirsin, onların cəmiyyətindən fitnə-fəsadı aparsın və ölkələrini sionistlərin, Amerikanın, Böyük Britaniyanın, Atlantika İttifaqının (NATO), digər istismarçı qüvvələrin işğalından və yerli zalımların zülmündən azad etsin!”

Allahdan istəyirik ki, bu ay bütün azərbaycanlılar arasında xeyir və haqqa açılış ayı olsun! AMİN!

"MİLLİ GÖRÜŞ-SABİQUN” HƏRƏKATI



  Şərhlər / 0 Şərh




 Şərh yazın


Ad və soyadınız* :
E-mail* :
Ölkə / Şəhər* :
Şərhiniz* :


ƏLLAMƏ BURQUİ


11

free counters

Sabiqun 2011-2019 © Bütün hüquqlar qorunur
Məlumatlardan istifadə zamanı istinad zəruridir!
Telefon: (+994 50) 429-20-99
Site by: azDesign.ws
 

Yeniliklərə abunə olun