15 Oktyabr 2019









SÜBH NAMAZININ VƏ ORUCUN BAŞLANMASI HAQQINDA
Jurnalımızda namaz vaxtları ilə əlaqədar verilən cədvəl bəzi möminlərin etirazına, bəzilərinin isə təəccüb və heyrətinə səbəb olur. Etiraz edənlər bu cədvəlin ölkədə buraxılan cədvəllərə uyğun olmadığınıdavamı>>
A+ Balacalaşdır A+ Böyütmək

RAMAZAN AYINDA VACİB NAMAZLARDAN SONRA OXUNAN DUALAR 

Hər vacib namazdan sonra bu duanı oxu:
Ey Əliyy (hər şeydən yüksək), ey Əzim (böyük və ulu), ey Ğəfur (çox günahları bağışlayan), ey Rəhim (mərhəmətli)! Sən elə böyük bir Rəbsən ki, Sənə bənzər heç bir şey yoxdur və Sən Eşidənsən, Görənsən. Və bu, bütün aylardan böyük, kəramətli, şərafətli və fəzilətli qərar verdiyin bir aydır. Bu elə bir aydır ki, o ayda oruc tutmağı mənə vacib etdin və bu, insanları hidayət edən və hidayətin və haqla batili ayırmanın aşkar dəlillərindən ibarət olan Quranı nazil etdiyin bir aydır. Bu elə bir aydır ki, onun içində Qədr gecəsi qərar vermiş və onu min aydan daha xeyirli etmisən. Ey minnət sahibi! Sənə minnət qoymaq olmaz. Minnət qoyduğun şəxslər kimi Cəhənnəm atəşindən xilas etməklə mənə də minnət qoy və məni rəhmətinlə Cənnətə daxil et, ey rəhmlilərin ən rəhmlisi!

Hər vacib namazdan sonra bu duanı oxu:

Allahım, ölülərə şadlıq əta et! Allahım, bütün yoxsulları varlandır! Allahım, bütün acları doyuzdur! Allahım, bütün çılpaqları geyindir! Allahım, bütün borcluların borcunu ödə! Allahım, bütün dərdlilərin dərdini aradan apar, bütün qəribləri evinə qaytar! Allahım, bütün əsirləri azad et! Allahım, müsəlmanların işindəki bütün fəsadları islah et! Allahım, bütün xəstələrə şifa ver! Allahım, zənginliyinlə fəqirlik qapısını bizim üzümüzə bağla! Allahım, Öz gözəl halınla bizim pis halımızı yaxşılığa doğru dəyişdir! Allahım, borcumuzu ödə və bizi fəqirlikdən ehtiyacsız et. Həqiqətən, Sən hər bir şeyə qadirsən!

Hər vacib namazdan sonra bu duanı oxu:

Ey Allahım! Bu ilimdə və məni diri saxladıqca hər il Özündən olan asanlıq, afiyət və bol rizqlə mənə Beytul-Həramının (Kəbənin) həccində olmağı əta et! Və məni bu kəramətli yerlər, şərafətli ziyarətgahlar və Peyğəmbərinin – rəhmətin ona və ailəsinə olsun! – qəbrinin ziyarətindən kənar etmə. Bütün dünya və axirət hacətlərimdə (istəklərimdə) mənə yar ol! Ey Allahım! Qədr gecəsində hökm və təqdir etdiyin mütləqləşmiş və qəti işdə – rədd edilməsi və dəyişdirilməsi mümkün olmayan hökmdə məni Sənin möhtərəm evini ziyarət edən, ziyarətləri riya və göstərişdən uzaq olan, səy və cəhdləri qədir-qiymətli olan, günahları bağışlanan və pisliklərinin üzəri örtülən hacılardan yazmağını və hökmündə və təqdirində mənim ömrümü uzatmağını, ruzimi bol etməyini və mənim əmanətimi qaytarıb borcumu ödəməyini istəyirəm. Amin! Rəbbəlaləmin!

"Həcc duası”
Ramazan ayının hər günündə oxumaq müstəhəbdir:

Allahım! Hacətimi Sənin vasitənlə və Səndən istəyirəm. Hər kəs hacəti insanlardan istəyir, mənsə hacətimi Səndən başqa heç bir kəsdən istəmirəm. Sən təksən və Sənin şərikin yoxdur. Fəzlini (mərhəmətini) və razılığını vəsilə edərək Səndən istəyirəm ki, Mühəmməd və onun Əhli-Beytinə rəhmət göndərəsən və bu ilimdə riya və göstərişdən uzaq olan, qəbul olunan, pak olan və Sənin rizan üçün yerinə yetirilən həcc ziyarəti üçün möhtərəm evinin yolunu mənim üçün açasan ki, bu ziyarətlə gözüm işıqlansın və dərəcəm yüksəlsin və Səndən istəyirəm ki, gözlərimi yasaq etdiyin şeylərə örtməyi, fərcimi (zinadan) qorumağı və bu ziyarətlə əlimi haram etdiyin bütün şeylərdən çəkməyi mənə əta edəsən, ta ki mənim yanımda Sənə itaət etmək, Səndən qorxmaq, Sənin sevdiyin şeyi etmək və Sənin xoşlanmadığın və yasaq etdiyin şeyi tərk etməkdən mühüm heç bir şey olmasın. Və bunu asanlıqda, firavanlıqda, afiyətdə və mənə onunla nemət verdiyin şeydə qərar ver. Səndən istəyirəm ki, ölümüm vəli bəndələrinlə birlikdə Peyğəmbərinin bayrağı altında qətl edilmək olsun və mənim əlimlə Öz düşmənlərini və Rəsulunun düşmənlərini qətl edəsən. Səndən istəyirəm ki, yaratdıqlarından istədiyini alçaltmaqla məni əziz tutasan və vəli bəndələrindən birini əziz tutmaqla məni alçaltmayasan. Allahım, Rəsulla birlikdə mənim üçün yol qərar ver. Allah mənə kifayət edər və Allahın dediyi olar!


MÜTƏRCİM: XƏYYAM QURBANZADƏ





  Şərhlər / 0 Şərh




 Şərh yazın


Ad və soyadınız* :
E-mail* :
Ölkə / Şəhər* :
Şərhiniz* :


ƏLLAMƏ BURQUİ


11

free counters

Sabiqun 2011-2019 © Bütün hüquqlar qorunur
Məlumatlardan istifadə zamanı istinad zəruridir!
Telefon: (+994 50) 429-20-99
Site by: azDesign.ws
 

Yeniliklərə abunə olun