15 Oktyabr 2019









SÜBH NAMAZININ VƏ ORUCUN BAŞLANMASI HAQQINDA
Jurnalımızda namaz vaxtları ilə əlaqədar verilən cədvəl bəzi möminlərin etirazına, bəzilərinin isə təəccüb və heyrətinə səbəb olur. Etiraz edənlər bu cədvəlin ölkədə buraxılan cədvəllərə uyğun olmadığınıdavamı>>
A+ Balacalaşdır A+ Böyütmək

RAMAZAN AYININ GÜNDƏLİK DUALARI



1-ci günün duası
Allahım! Bu gündə tutduğum orucu (həqiqi) oruc tutanların orucu və qiyamımı (ibadətimi) (həqiqi) qiyam edənlərin qiyamı kimi qərar ver! Bu gündə məni qafillərin yuxusundan oyandır! Günahımı bu gündə bağışla, ey aləmlərin İlahı! Əfv et məni, ey günahkarları əfv edən!


2-ci günün duası
Allahım! Bu gündə məni Öz razılığına yaxınlaşdırıb qəzəb və əzabından uzaqlaşdır. Bu gün rəhmətin haqqına ayələrini oxumaqda məni müvəffəq et, ey rəhmlilərin ən rəhmlisi!


3-cü günün duası
Allahım! Bu gündə mənə zəka və oyanıqlıq ver! Məni cahillikdən və batil şeylərdən uzaqlaşdır! Bu gündə endirdiyin hər bir xeyirdən comərdliyin haqqına mənim də nəsibimi ver, ey comərdlərin ən comərdi!


4-cü günün duası
Allahım! Bu gündə əmrini həyata keçirmək üçün məni gücləndir! Bu gündə zikrinin şirinliyini mənə daddır! Kərəminlə məni bu gündə şükrünü əta etmək üçün hazırla! Bu gündə qoruman və örtünlə məni (günah və bəladan) qoru, ey baxanların ən bəsirətlisi!


5-ci günün duas ı
Allahım! Bu gündə məni bağışlanmaq istəyənlərdən, Sənə itaət edən saleh qullarından və lütf və şəfqətinlə müqərrəb övliyalarından qərar ver, ey rəhmlilərin ən rəhmlisi!


6-cı günün duası
Allahım! Sənə qarşı etdiyim günahdan ötrü bu gündə məni yalnız buraxma, əzab qırmancınla məni cəzalandırma, lütfün və nemətlərin haqqına bu gündə qəzəbinə vəsilə olacaq şeylərdən məni uzaqlaşdır, ey şövqlü insanların ən son arzusu!


7-ci günün duası
Allahım! Bu gündə oruc tutub ibadətə qalxmaq üçün mənə yardımçı ol, bu günün sürüşmə və günahlarından məni uzaqlaşdır, müvəffəqiyyətinlə bu gündə davamlı olaraq Səni zikr etməyi mənə nəsib et, ey azanları hidayət edən!


8-ci günün duası
Allahım! Bu gündə ehsanınla yetimlərə mərhəmət etməyi, fəqirlərin qarnını doyurmağı, qarşıma çıxan hər bir şəxsə salam verməyi və dəyərli insanlarla oturub-qalxmağı mənə nəsib et, ey arzu edənlərin pənahgahı!




9-cu günün duası
Allahım! Bu gündə geniş rəhmətindən məni nəsibsiz buraxma, açıq dəlil və bürhanlarını mənə göstər və məhəbbətinlə yüyənimi tutub məni Öz razılığına doğru apar, ey şövqlü insanların arzusu!


10-cu günün duası
Allahım! Bu gündə məni Sənə təvəkkül edənlərdən, Sənə görə səadətə çatanlardan və ehsanınla məni Sənə yaxın olan şəxslərdən qərar ver, ey axtarışda olanların qayəsi!


11-ci günün duası
Allahım! Bu gündə ehsanı (yaxşılıq etməyi) mənə sevdir, fisq və günaha qarşı məndə nifrət yarat, yardımınla qəzəbini və Cəhənnəm atəşini mənə haram et, ey imdad istəyənlərin pənahı!


12-ci günün duası
Allahım! Bu gündə məni örtü və iffətlə zinətləndir, bu gün mənə qənaət və əldə olanla kifayətlənmə paltarını geyindir, məni bu gündə ədalət və insafa sövq et, qorumanla məni qorxduğum hər şeydən amanda saxla, ey qorxanları qoruyan!


13-cü günün duası
Allahım! Bu gündə məni (maddi və mənəvi bütün) çirk və pisliklərdən təmizlə, bu gündə baş verməsi təqdir edilən hadisələrə qarşı məni səbirli et və yardımınla təqvalı olmaqda və xeyirxah insanlarla dostluq etməkdə mənə müvəffəqiyyət ver, ey miskinlərin göz nuru!


14-cü günün duası
Allahım! Bu gündə ayaq sürüşmələrinə görə məni cəzalandırma, xətalarımı və səhvlərimi bağışla və izzətinlə bu gündə məni bəla və afətlərə hədəf etmə, ey müsəlmanların izzəti!


15-ci günün duası
Allahım! Bu gündə mənə xüşu əhlinin itaətini nəsib et, verdiyin amanla təvazökar insanlar kimi tövbə etməklə qəlbimi genişlət, ey qorxanlara aman verən!


16-cı günün duas ı
Allahım! Bu gündə xeyirxah insanlarla dost olmaqda məni müvəffəq et və çirkin insanların dostluğundan məni uzaqlaşdır. İlahlığın haqqına rəhmətinlə mənə əbədiyyət və sükunət yurdu olan Cənnətdə yer ver, ey aləmlərin İlahı!


17-ci günün duas ı
Allahım! Bu gündə məni saleh əməllərə hidayət et, bu gündə məni hacət və arzularıma qovuşdur. Ey açıqlamağa və soruşmağa ehtiyacı olmayan, ey aləmdəkilərin qəlbində olanları bilən, Mühəmməd və onun pak Əhli-Beytinə salavat göndər!


18-ci günün duası
Allahım! Bu günün səhərlərinin bərəkətlərindən faydalanmaq üçün məni oyandır, nurlarının işığı ilə qəlbimi nurlandır və nurunla bütün üzvlərimi bu günün təsirlərindən və bərəkətlərindən faydalandır, ey ariflərin qəlblərini nurlandıran!


19-cu günün duası
Allahım! Bu günün bərəkətlərindən nəsibimi bol et, xeyirlərinə çatma yolumu asanlaşdır, saleh əməllərinin qəbul olunmasından məni məhrum etmə, ey açıq-aşkar haqqa hidayət edən!


20-ci günün duası
Allahım! Bu gün Cənnət qapılarını üzümə aç, Cəhənnəm qapılarını üzümə bağla, bu gün Quran oxumaqda məni müvəffəq et, ey möminlərin qəlbinə sükunət və hüzur endirən!


21-ci günün duası
Allahım! Bu gün mənim üçün razılığına doğru aparacaq dəlil qərar ver, bu gün Şeytanın mənə doğru gələn yolunu bağla, Cənnəti mənim üçün yerləşəcəyim və rahatlanacağım yer qərar ver, ey axtarışda olanların istəklərini yerinə yetirən!


22-ci günün duası
Allahım! Bu gün fəzilətinin qapılarını üzümə aç, bu gün bərəkətlərini üzərimə endir və məni razılığına vəsilə olacaq işləri yerinə yetirməkdə müvəffəq et və məni cənnətlərinin ortasına yerləşdir, ey çarəsizlərin duasını qəbul edən!


23-cü günün duası
Allahım! Bu gün günahlarımı yu və eyiblərimi təmizlə, qəlbimi bu gündə qəlblərin təqvası ilə imtahan et, ey günahkarların sürüşmələrini bağışlayan!


24-cü günün duası
Allahım! Bu gün Səni razı salacaq şeyləri Səndən istəyir və Səni narahat edən işlərdən Sənə sığınıram. Bu gün Sənə itaət edib üsyan etməmək üçün Səndən müvəffəqiyyət və yardım istəyirəm, ey istəyənlərə qarşı comərd davranan!


25-ci günün duası
Allahım! Məni bu gün övliyalarını sevən, düşmənlərinlə düşmənçilik edən və Peyğəmbərlərinin sonuncusu Həzrət Mühəmmədin Sünnəsinə tabe olan şəxslərdən qərar ver, ey peyğəmbərlərin qəlblərini qoruyan!


26-cı günün duası
Allahım! Bu gün səyimi mükafatlandır! Günahımı bağışla, əməlimi qəbul et, eybimin üstünü ört, ey eşidənlərin ən yaxşı eşidəni!


27-ci günün duası
Allahım! Bu gün mənə Qədr gecəsinin fəzilətini əta et, bu gün işlərimi çətinlikdən asanlığa çevir, üzrlü səbəblərimi qəbul et, günahı üzərimdən qaldır, ey saleh qullarına qarşı mehriban olan!


28-ci günün duası
Allahım! Bu gün müstəhəb əməllərdən nəsibimi çoxalt, (dünya və axirətdə) məsul olduğum şeyləri hazırlayaraq mənə kəramət əta elə, bu gün vəsilələr arasında Sənə olan vəsiləmi yaxınlaşdır, ey israrla yalvaranların israrı Onun başqaları ilə maraqlanmasının qarşısını almayan Rəbbim!


29-cu günün duası
Allahım! Bu gün rəhmətinlə məni ört, mənə müvəffəqiyyət və qorunma əta et və məni şübhə və günah hesab olunacaq şeylərin qaranlığından təmizlə, ey mömin bəndələrinə rəhmli olan!


30-cu günün duası
Allahım! Bu gün tutduğum orucu Seyidimiz Mühəmməd və Onun Əhli-Beytinin haqqı xatirinə Özün və Rəsulun bəyəndiyi şəkildə mükafatlandırıb qəbul et və onun füruunu – iman və ixlas olan – üsulü ilə möhkəmləndir. Həmd olsun Allaha – aləmlərin Rəbbinə!


MÜTƏRCİM: XƏYYAM QURBANZADƏ





  Şərhlər / 0 Şərh




 Şərh yazın


Ad və soyadınız* :
E-mail* :
Ölkə / Şəhər* :
Şərhiniz* :


ƏLLAMƏ BURQUİ


11

free counters

Sabiqun 2011-2019 © Bütün hüquqlar qorunur
Məlumatlardan istifadə zamanı istinad zəruridir!
Telefon: (+994 50) 429-20-99
Site by: azDesign.ws
 

Yeniliklərə abunə olun