16 Oktyabr 2019









SÜBH NAMAZININ VƏ ORUCUN BAŞLANMASI HAQQINDA
Jurnalımızda namaz vaxtları ilə əlaqədar verilən cədvəl bəzi möminlərin etirazına, bəzilərinin isə təəccüb və heyrətinə səbəb olur. Etiraz edənlər bu cədvəlin ölkədə buraxılan cədvəllərə uyğun olmadığınıdavamı>>
A+ Balacalaşdır A+ Böyütmək

SEYİD FƏZLULLAHIN FİQH MƏKTƏBİNDƏN NADİR MİRVARİLƏR

ŞAHMAT OYNAMAĞIN HÖKMÜ

 Şahmat bəzilərinin sevimli oyunudur. Eyni vaxtda hesab edirlər ki, şahmat əqli və fikri inkişaf etdirən oyunlardandır. Bu oyun fiqhi qanuniliyi barədə bir çox suallar doğurur. O qadağan olunmuş qumar oyunlarındandır, ya yox? Bu barədə şəriətin hökmü nədir?

Yenilikçi dini rəhbər Seyid Mühəmmədhüseyn Fəzlullah hesab edir ki, pul atmadan (yaxud girov olaraq hər hansı bir şey qoymadan) nəfəs dərmək və dincəlmək məqsədilə bütün oyun alətlərilə oyun oynamaq icazəlidir. İstər bu oyunlar qumar oynamaq üçün düzəldilmiş alətlər vasitəsilə olsun, istərsə də sırf əyləncə üçün düzəldilmiş alətlərlə olsun. İstər fikir və bədən üçün faydalı alətlərlə olsun, istərsə də heç bir faydası olmayan alətlərlə olsun fərq etməz. Nərd və şahmat aləti də bu alətlərdən hesab olunur. Pul atmadan (pul qoymadan) onlar vasitəsilə oyun oynamaq icazəlidir. Bəli, qumar oynamaq üçün düzəldildiyi bilinən oyun alətilə pul atmadan belə oyun oynamağı tərk etmək müstəhəb ehtiyatdır. Həmçinin nərd və şahmat oynamağı da tərk etmək müstəhəb ehtiyatdır. Hansı oyun alətlərinin qumar oynamaq üçün və hansılarının əyləncə üçün düzəldildiyini aydınlaşdırmaq üçün əhli-xibrəyə (ekspertlərə) müraciət etmək lazımdır. Həmçinin adı qədimdə və müasir dövrdə müzakirə olunan oyunların yolunu və formalarını dəqiqləşdirməkdə də onlara (mütəxəssislərə) müraciət edilməlidir.

Pul atıb qumar alətlərilə oyun oynamağa gəlincə onun haram olmasında, bəlkə, böyük günahlardan olmasında heç bir şübhə yoxdur. Ortaya pul atıb hər hansı bir əyləncə alətilə də oyun oynamaq vacib ehtiyata əsasən icazəli deyil[1].

Bəzi alimlər hesab edir ki, hansı məqsədlə olursa-olsun, istər bir şey müqabilində olsun, istərsə də olmasın şahmat oynamaq icazəli deyil, çünki onun çoxlu fəsadları vardır. Bir qrup alim belə demişdir ki, şahmat "məysir”dir (yəni qumardır). Allah da məysiri (qumarı) haram etmişdir. Alimlər bu qənaətə gəlmişlər ki, əgər qarşılığında bir şey umularsa, şahmat və nərd oynamaq haramdır və Allahın haram etdiyi qumar və məysirdir. İstər qarşılığında bir şey umulsun, istərsə də umulmasın nərd oynamaq haramdır. ...

Son dövr alimlərindən bəziləri deyir ki, şahmat oynamaq halaldır, çünki o, yaddaşı gücləndirir və düşüncəyə əsaslanır. Lakin insanı ibadətdən uzaqlaşdıran hər bir şey haram olduğuna görə əgər şahmat oynamaq insanı ibadətdən ayırarsa, yaxud oyuna maddi şərt qoyularsa, yaxud oyuna günah qarışarsa, şahmat oynamaq haram olar. Habelə onu çox oynamaq da doğru deyil. ...

Seyid Xoyidən soruşmuşlar: "Əyləncə məqsədilə olsa belə kart, yaxud şahmat (şətrənc), yaxud nərd (zər) oynamaq haramdırmı? Əgər əyləncə məqsədilə bunlarla oyun oynamaq haramdırsa, bunun səbəbi və hikməti nədir?” O, belə cavab vermişdir: "Bəli, adı çəkilən alətlər vasitəsilə, hətta əylənmək məqsədilə oyun oynamaq haramdır. Bunun haram olduğunu sübut edən budur ki, müqəddəs şəriətdə qumar, şahmat və nərd oynamağın mütləq olaraq haram olduğu bildirilmişdir. ...”[2]

Şeyx Mühəmmədhəsən Nəcəfi demişdir: "Şahmat və nərd kimi bütün qumar alətlərilə oyun oynamağın haram olmasında heç bir şübhə və ixtilaf yoxdur. O alətlərlə oyun oynayan şəxs donuz əti yeyən şəxs kimidir. ...”[3]

Mühəqqiq Bəhrani demişdir: "Hədislərə əsasən nərd və şahmatla oyun oynamaqdan ibarət olan qumar haramdır və bu barədə alimlər arasında heç bir ziddiyyət yoxdur. Bizim bütün alimlərimiz bu fikirdədirlər və bu barədə qeyd etdikləri hədislər müstəfizdir və çoxdur. ...”[4]

İmam Xomeyni isə şahmat oyunu ilə bağlı öz fikrini ömrünün sonunda dəyişmiş və onun qumar aləti olmaqdan çıxdığı və mövzunun dəyişməsilə hökmün də dəyişməsi əsasına söykənərək şahmat oynamağın halallığına fitva vermişdir. ...[5]

"Milli Görüş” jurnalı 3 (4)



[1] "Fiqhuş-Şəriə”, c. 2, s. 174

[2]"Siratun-Nicat”, c. 1, s. 375

[3] "Cəvahirul-Kəlam”, c. 41, s. 43

[4] "əl-Hədaiqun-Nazirə”, Mühəqqiq Bəhrani, c. 18, s. 186

[5] İmam Xomeyninin fitvaları



  Şərhlər / 0 Şərh




 Şərh yazın


Ad və soyadınız* :
E-mail* :
Ölkə / Şəhər* :
Şərhiniz* :


ƏLLAMƏ BURQUİ


11

free counters

Sabiqun 2011-2019 © Bütün hüquqlar qorunur
Məlumatlardan istifadə zamanı istinad zəruridir!
Telefon: (+994 50) 429-20-99
Site by: azDesign.ws
 

Yeniliklərə abunə olun