15 Oktyabr 2019









SÜBH NAMAZININ VƏ ORUCUN BAŞLANMASI HAQQINDA
Jurnalımızda namaz vaxtları ilə əlaqədar verilən cədvəl bəzi möminlərin etirazına, bəzilərinin isə təəccüb və heyrətinə səbəb olur. Etiraz edənlər bu cədvəlin ölkədə buraxılan cədvəllərə uyğun olmadığınıdavamı>>
A+ Balacalaşdır A+ Böyütmək

SİZİN ÖZ DİNİNİZ VAR, BİZİM ÖZ DİNİMİZ!

Hər bir fərd və cəmiyyət həyatına istiqamət verən bir dünyabaxışı və həyat tərzi mənimsəməkdədir. Hər bir din bir həyat tərzi və hər bir həyat tərzi də bir din olduğu üçün fərdin və cəmiyyətin dini onun mənimsədiyi həyat tərzidir. Deməli, fərd və cəmiyyət hansı həyat tərzini mənimsəmişdirsə, o həyat tərzi onun dinidir. Ümumiyyətlə, dinsiz bir fərd və cəmiyyət yoxdur və olmamışdır da. Hər bir fərd və cəmiyyət bir din üzərindədir. Hətta səhvən "dinsiz” adlandırdığımız kafirlər belə Quran-kərimə görə bir din üzərindədirlər. Quranın "Kafirun” ("Kafirlər”) surəsində buyurulur: "Rəhman, Rəhim Allahın adı ilə! De ki: "Ey kafirlər, mən sizin ibadət etdiklərinizə ibadət etmərəm! Siz də mənim ibadət etdiyimə ibadət etməzsiniz. Mən sizin ibadət etdiklərinizə ibadət edən deyiləm! Siz də mənim ibadət etdiyimə ibadət edən deyilsiniz. Sizin öz dininiz var, mənim də öz dinim!”
Xaliqin varlığını, ölümdən sonra həyatı, məadı (yenidən dirilişi), qeybin (metafizik aləmin) varlığını və Allahın hökmlərini açıq şəkildə inkar etmələrinə baxmayaraq, onlara "Sizin öz dininiz var, mənim də öz dinim!” buyruğu ilə səslənilməsi, onların bir din üzərində olduqlarını açıq şəkildə bəyan edir.
Lakin din ikidir: Allahın dini və bir də Şeytanın dini, yəni ilahi dünyabaxışı və həyat tərzi və şeytani dünyabaxışı və həyat tərzi. Başqa bir ifadə ilə desək, ilahi hökmlər ilə bəyan edilən və bu hökmlər çərçivəsində yaşanan həyat tərzi və bir də bəşəri görüşlərdən qaynaqlanan həyat tərzi. Quran-kərimə görə Allah dininin, yəni ilahi hökmlər çərçivəsində yaşanan həyat tərzinin adı İslamdır. Ən doğru və ən kamil din İslamdır. Quranın "Ali-İmran” surəsinin 19-cu ayəsində buyurulur: "Allah yanında din, əlbəttə, İslamdır ”. Həmin surənin 85-ci ayəsində buyurulur: "Kim İslamdan başqa bir din ardınca gedərsə, (belə bir din) heç vaxt ondan qəbul olunmayacaq və o, axirətdə zərər çəkənlərdən olacaqdır” .
Fərd, cəmiyyət və dövlət hansı həyat tərzinə yiyələnibdirsə, bu həyat tərzini açıqlayan bir kitaba sahibdir. Bu kitabda qoyulan qanunlar mənimsənən həyat tərzini ortaya çıxarır. Necə və nə şəkildə yaşanacağı bu kitabda bəyan edilir. Haramlar, halallar, günah və cəzalar bu kitabda açıqlanır.
İlahi həyat tərzini ortaya çıxaran, Allahın yasaqlarını, halallarını və cəzalarını açıqlayan kitab Qurandır. Şeytani həyat tərzini bəyan edən kitab isə bəşəri görüşlərdən qaynaqlanan qanunların yazıldığı kitablardır. Xalqı müsəlman olan və bəşəri hökmlərə görə idarə edilən ölkələrdə hakim olan Quran yox, bu kitablardır. Özlərini müsəlman adlandıran bu qafillər şeytani qanunlarla idarə olunmaqda və Şeytanın maddə aləminə uzanan istismarçı pəncəsi altında məzlumcasına əzilməkdədirlər. Əgər öz vəziyyətlərini dəyişdirməsələr, insanlardan olan şeytanlara qarşı mübarizə aparmasalar və özlərinə Allahın qanunlarını hakim etməsələr, Allah da onların vəziyyətini dəyişdirməyəcəkdir. "Rəd” surəsinin 11-ci ayəsində buyurulur: "Hər hansı bir tayfa öz vəziyyətini dəyişdirmədikcə, Allah da onların vəziyyətini dəyişdirməz” .
Tarixin hər dönəmində istismarçılar ilahi kitabların varlığından narahat olmuşlar. Bu narahatlığın səbəbi ilahi kitablarda bəyan edilən ilahi hökmlərdir, çünki bu ilahi hökmlər yaşandığı müddətcə istismarçılar başqalarına hakim ola bilməzlər. İstismarçılar imperialist arzularına çata bilmək üçün həmişə bu ilahi hökmləri qüvvədən salmaq və öz mənfəətlərinə uyğun şeytani qanunlar və hökmlər ortaya çıxarmaq istəmişlər. Qurandan əvvəl nazil olmuş ilahi kitabları təhrif etmək məqsədi ilə başladıqları fəaliyyətlərində istəklərinə müvəffəq olmuş Şeytan və onun insanlar arasındakı dostları Peyğəmbərin zamanında başqa bir vəziyyətlə qarşılaşdılar. Müsəlmanların kitabı Quranı Allah Özü qoruyacaqdı. Quranın "Hicr” surəsinin 9-cu ayəsində buyurulur: "Şübhəsiz ki, Quranı Biz nazil etdik və sözsüz ki, Biz də onu qoruyub saxlayacağıq!”
Artıq Quranı heç kim təhrif edə bilməz və onda yer alan ilahi hökmləri aradan qaldıra bilməzdi. İstismarçıların qarşısına böyük bir maneə çıxmışdı. Öz-özlərinə fikirləşdilər: "Əgər bu insanlar Quranı oxusalar, nə üçün yaradıldıqlarını anlasalar, Allaha itaətin və Onun yolunda cihadın Cənnət kimi əbədi bir nemətlə nəticələnəcəyini bilsələr və haqlarını tanısalar, biz mənfəətimizə çata bilməyəcək və onlara hakim ola bilməyəcəyik”. "Nə etmək lazımdır?” – deyə çox fikirləşdikdən sonra bu vəziyyətdən çıxmağın iki yolunu tapdılar.
1. Müsəlmanlar Quranı oxusunlar və onu müqəddəs bir kitab bilsinlər, yetər ki, həyatı anlamaq və yaşamaq üçün Qurana müraciət etməsinlər. Beləliklə, Quranı bizə unutdurdular və biz bəşəri görüşlərdən qaynaqlanan qanunlarla idarə olunmağa başladıq. Quranı oxusaq və onu övladlarımıza öyrətsək də, artıq onun bizim həyatımızda heç bir yeri yoxdur. Bizim ölkədə Quran krill əlifbası ilə yalnız qəbiristanlıqda oxunan bir kitabdır.
2. Ləfzi baxımdan təhrif olunması mümkün olmayan Quranı mənəvi baxımdan təhrif etmək, yəni ona ilahi məqsədə zidd bir şəkildə məna vermək və müsəlmanların əməlində təhriflər meydana gətirmək.
Bu məqsədlərini həyata keçirmək üçün istismarçılar bu işə bir çox "elm adamı”nı cəlb etdilər. İblisin varlığını inkar etmələrinə baxmayaraq, ona tabe olan bu "elm adamları” ərəb dilində nazil olmuş Quranı tərcümə etmək və ona təfsirlər yazmaqla vəzifələndirildilər. Xalqa rəhbərlik etmək səlahiyyətinə və ləyaqətinə sahib olan müctəhidlərin yerini bir neçə qrammatika kitabı oxumuş əxlaqsız şərqşünas tutdu. Peyğəmbərləri, xüsusilə İslam Peyğəmbərini Allahın nümayəndəsi yox, bəlkə, təmizruhlu, insansevər, cəmiyyəti vəhşilik uçurumundan xilas edən mədəniyyət gətirən və insanları öz görüşlərindən qaynaqlanan qanunlara çağıran bir dahi tarixi şəxsiyyət kimi tanıtdıran bu "alimlər”ə görə Quran Allah kəlamı deyildir. Quranda yazılanlar Mühəmməd (s)-ın öz sözləridir və Quran Dədə-Qorqud dastanı kimi tarixi bir abidədir. Bunlara görə Quranda yazılanların dövrümüzlə heç bir əlaqəsi yoxdur. Ərəb dilini cahil bir ərəbdən bir o qədər də çox bilməyən bu şərqşünaslar Qurandakı Allah, peyğəmbər, vəhy, mükafat, cəza, Cənnət və Cəhənnəm kimi məfhumları belə izah edirlər: "Həqiqətdə Allah deyilən bir varlıq yoxdur. Allah əxlaqi bir anlayışdır, real bir varlıq deyildir. İnsanları qorxudub yalan, qeybət, böhtan və iftira kimi çirkin əməllərdən çəkindirmək üçüq işlədilməsi lazım olan bir kəlmədir.
Özlərini Peyğəmbər adlandıran şəxslərin də qeyb aləmi ilə heç bir əlaqəsi yoxdur. Cəmiyyət onların dəvətini və məntiqli sözlərini qəbul etməyincə, bunlar da cəmiyyəti özlərinə yaxınlaşdırmaq üçün yüksək məqama mənsub olduqlarını iddia edirdilər. Ruhlarını Ruhul-Qüds (Müqəddəs Ruh), düşüncələrini vəhy, verdikləri yaşayış metodunu şəriət və din və bu mövzuların yazıldığı kitabı səmavi kitab adlandırırdılar. İlahi vəzifələr, mükafat, cəza, Cənnət və Cəhənnəm kimi məfhumlar dini siyasət, məsləhətli yalan və uydurmalardır. Keçmiş əsrlərdəki insanlar cahillik və xurafatın yaratdığı qaranlıqlarda olduqları üçün peyğəmbərlər uydurma Yaradıcı və Qiyamət etiqadına söykənən bir dini nizamla onları bu qaranlıqdan xilas etməyə çalışmışlar” .
Kainat kitabının tərcümanı olan Quran kimi böyük bir kitabı oxuduqdan sonra onu dərk edə bilməyən, onu bəşər kəlamı adlandıran və ona əməl etməyən bu yalançı elm adamlarının, belində çoxlu kitab daşıyan, lakin onların içində nə yazıldığını bilməyən və onlardan faydalanmağı bacarmayan eşşəkdən heç bir fərqi yoxdur. Bəlkə, onlar eşşəkdən də aşağı səviyyədədirlər. Quranın "Cumuə” surəsinin 5-ci ayəsində buyurulur: "Tövratla yüklənib (yəni vəzifəsi ona əməl etmək olub), sonra onu daşımayanlar (yəni ona əməl etməyənlər), cildlərlə kitab daşıyan eşşəyə bənzərlər. ...”
"Əraf” surəsinin 179-cu ayəsində buyurulur: "Biz cinlərdən və insanlardan bir çoxunu Cəhənnəm üçün yaratdıq. Onların qəlbləri vardır, lakin onunla anlamazlar. Onların gözləri vardır, lakin onunla görməzlər. Onların qulaqları vardır, lakin onunla (öyüd-nəsihət) eşitməzlər. Onlar heyvan kimidirlər, bəlkə də, daha çox zəlalətdədirlər. Qafil olanlar da məhz onlardır!”
Belə "elm adamları” haqqında Sədi çox gözəl deyir:
Biliyin olsa da bir ümman qədər,
Nadansan əməlin olmasa əgər.
Eşşəyə yüklənsə bir neçə kitab,
Nə alim olar o, nə də süxənvər.
Başıboş o yazıq heyvan nə bilsin,
Dalında odundur, ya kitab-dəftər.


Belə eşşəklərə bizim məmləkətimizdə də rast gəlmək olar. Bizim ölkəmizdə də Quran tərcümə edən, dinin əsasları haqqında kitab yazan, baş örtüyünün Qurandakı yerindən danışan, onun hökmünü istədiyi kimi bəyan edən və ümumiyyətlə, dini mövzular haqqında danışan eşşəklər vardır. Vaxtaşırı televiziya ekranlarında görünən bu "insanlar”ın məqsədi Quran, İslam və iman adı altında xalqı öz görüşlərinə dəvət etmək və əsl İslamı unutdurmaqdır.
Ustad deyərdi: "Balalarım, aldanmayın, çünki aldanan heyvandır. Aldatmayın, çünki aldadan Şeytandır. Həm aldanan, həm də aldadan şeyvandır, yəni həm şeytandır, həm də heyvandır. Aldanmayan və aldatmayan isə insandır” .
Cavanlara tövsiyəmiz budur ki, Quranı öyrənsinlər və qəlblərindəki mənəvi xəstəlikləri onun şəfa bəxş edən dərmanı ilə müalicə etsinlər. Quranı öyrənməklə və oxumaqla yanaşı onu başqalarına da öyrətsinlər və fərdi, ictimai, iqtisadi və siyasi həyatlarında lazım olan bütün qanunları yalnız ondan alsınlar. Bir sözlə, Quranı yaşasınlar. Budur bizim dinimiz, budur bizim həyat tərzimiz və budur İslam!
"FİTRƏT”





  Şərhlər / 0 Şərh




 Şərh yazın


Ad və soyadınız* :
E-mail* :
Ölkə / Şəhər* :
Şərhiniz* :


ƏLLAMƏ BURQUİ


11

free counters

Sabiqun 2011-2019 © Bütün hüquqlar qorunur
Məlumatlardan istifadə zamanı istinad zəruridir!
Telefon: (+994 50) 429-20-99
Site by: azDesign.ws
 

Yeniliklərə abunə olun