16 Oktyabr 2019









SÜBH NAMAZININ VƏ ORUCUN BAŞLANMASI HAQQINDA
Jurnalımızda namaz vaxtları ilə əlaqədar verilən cədvəl bəzi möminlərin etirazına, bəzilərinin isə təəccüb və heyrətinə səbəb olur. Etiraz edənlər bu cədvəlin ölkədə buraxılan cədvəllərə uyğun olmadığınıdavamı>>
A+ Balacalaşdır A+ Böyütmək

ÜMMƏTİMİZİN SƏMASINDA SÖNMƏYƏN BİR ULDUZ

Habil ilə Qabildən bəri başlayaraq qiyamət gününə qədər davam edəcək haqq ilə batil, məzlum ilə zalım arasındakı savaşın tarix həmişə bizə iki simvolunu göstərmişdir. Quran-kərim bunu "cəhənnəm atəşinə dəvət edən imamlar” "hidayət edən imamlar” şəklində tanıtdırır. Bir tərəfdə Fironlar, Nəmrudlar, Əbuləhəblər, zalım, diktator və tağutlar varkən, digər tərəfdə İbrahimlər, Musalar, İsalar, Mühəmmədlər (ə), Əbubəkrlər, Əlilər və Əbuzərlər vardır. Bu gedişat və xətt dəyişmədiyi kimi, Habil ilə Qabilin bayrağını əldə tutanlar, zülm edən zülmkarlar, azadlıq və ədalətin yolunu açan rəhbərlər də həmişə var olmuşdur. Anadoluda başladığı "Milli Görüş” hərəkatı ilə İslam ümmətinin səmasında bir ulduz olaraq parıldayan mərhum Prof. Dr. Nəcməddin Ərbakan Xocamız əsrimizin qlobal hegemonları və tağutları önündə, modern çağın cahiliyyə, fəsad və zülməti qarşısında hidayət, azadlıq və ədalət məşəlini alışdıraraq haqqın işığını qaranlıqların üzərinə çəkmiş, İslam ümməti üçün işıqlı və ədalətli bir gələcəyin izzət dolu yolunu göstərmişdir. Ərbakan Xocamızın əzəmət və şərəf dolu mübarizəsinin daşıdığı müəzzəm məna yalnız Türkiyə səhnəsində iqtidara çatan siyasi bir prosesi ifadə etmir. Şübhəsiz ki, imperializm və onların yerli havadarlarının darmadağın etdiyi Osmanlı binasının dağıntısı arasından yeni bir nizamın inşa edilməsinin daşıdığı məna sözlərlə ifadə edilə bilməz. Ərbakan Xocamızın ölkə siyasətinə qazandırdığı dərinlik və səviyyə, siyasi mübarizənin başına qoyduğu tac və insanlığın gözü önünə gətirdiyi bərəkət dolu iqtidar həmişə beyinlərdə və ürəklərdə bir minnət və şükran vəsiləsi olaraq dayansa da, bu həqiqət Ərbakan Xocamızın rəhbərliyi altında aparılan mübarizənin kiçik bir nəticəsidir.
Biz Ərbakan Xocamızı təkcə öz vətəni və xalqı üçün deyil, dünya müsəlmanları və ümumilikdə bütün insanlıq üçün "Siracən Munira” ("Nurlu Bir Çıraq”) olaraq görürük. O, bir işıqdır, ulduzdur. Bir ümid, bir əzm, bir iradə, bir şüar, bir bayraq və bir istiqamətdir.
Təmiz fitrətlər insanlıq üzərində zərrə qədər haqqı olanları insanlıq şərəfi adına layiq bilər və daim hörmətlə yad edərlər. Lakin Ərbakan Xocamızın insanlıq, ümmət və dünya məzlumları üzərindəki haqqını, gördüyü işləri bir neçə cümlə ilə ifadə etmək, onun başladığı hərəkatı olduğu kimi tövsif etmək mümkündürmü? Bir aləmi, bir dünyanı kiçik bir sahəyə sığışdırmaq, əngin ümmanları bir qabın içinə doldurmaq, meşələri, çinarları bir otağın içinə yığmaq mümkündürmü?
Ərbakan Xocamızın mübarizəsini, miras və xatirələrini səhifələrə sığışdıra biləcəyini düşünənlər yanılırlar: bunu kim bacara bilər? Ümmanın zərrələri nədirsə, onun haqqında yazıb-danışacaqlarımız da odur ancaq.
Ərbakan Xocanın adi və kiçik bir tələbəsi olaraq onun tədrisindən öyrəndiyim, beynimə və qəlbimin dərinliklərinə nəqş etdiyim bir neçə məsələni qardaşlarımla paylaşmaq istəyirəm.
Möhtərəm Fateh Ərbakanın Xocamızın cənazə mərasimində işlətdiyi məna dolu ifadələr Ərbakan Xocamızla bizim nə qazandığımızı çox açıq və əsaslı bir şəkildə göstərir. Biz Xocamızla birlikdə hər şeydən əvvəl müsəlman olmağımızın mənasını, İslamın sahib olduğu hərtərəfli qurtuluş mesajını, sionizm və qərb imperializminin çirkli çarxları arasında, sağ və sol hiyləgərliyi qısqacında haqq yolun əzəmət dolu bayrağını gördük. Şəhid Seyid Qütbün ifadəsi ilə müsəlmanların "Amerikan stilli bir İslamiyyət”in nifaq və yalan dolu dəzgahlarında aldadılıb istismar edildiyi, batil nizamların çarxlarında üyüdülüb bir minik və bir vasitə olaraq istifadə edildiyi bir dövrdə Mühəmmədi bir üfüqün nurani işıltılarına yönəlməyi öyrəndik.
Xəyanətə, zülm və nifaqa deyil, haqqa, ədalətə, izzət və rəbbani iradəyə təslim olmağın vacib olduğunu, ümidsizlik və bədbinliyin qaraltdığı zillət qaranlığından Quran və cihad aydınlığına çıxmağı, həyatı və cəhdi Rəsulullahın yoluna vəqf etməyi, Allah yolunda əzmlə mübarizə aparmağı, rəhmani buyuruqların kölgəsində əsl müsəlman kimi və şərəfli bir həya təsis etməyi ondan öyrəndik.
Biz cəhalət və təəssübkeşliyin, qəflətin, şeytani hiylə və tələlərin hördüyü qara divarları yıxaraq, qövm, məzhəb, bölgə və ölkə ayırımına getmədən ümmətimizlə qucaqlaşmağı, qlobal sionist hegemonluğunun içiboş sütunlarını devirərək yer üzündə İslam Birliyini yenidən təsis etməyi, ümmətimizin sahib olduğu bütün imkan və fürsətləri müsəlmanların xoşbəxtliyinə təxsis etməyi, universal bir İslam cəbhəsi ilə Rəbbimizin buyuruğuna əsasən "Ümməti-Vahidə”yə ("Vahid Ümmət”ə) çevrilməyi, İslam ittihadının qalasına daxil olmağı Xocamızdan öyrəndik.
Biz "Zəfər inananlarındır, zəfər yaxındır” , – fikrini bir şüar kimi qəbul edərək yıxılmaz xəyal edilən nizamların, yenilməz təsəvvür edilən orduların, iman, ixlas, təslimiyyət, əzm, cəsarət və təvəkküllə necə yıxılacağını, ümmətimizin əllərinə və ayaqlarına vurulan zəncirlərin necə qırılıb atılacağını, zülmət pərdələrinin arxasında ilahi nur və vəd edilmiş zəfərə necə qovuşulacağını Xocamızdan öyrəndik.
Biz müqəddəs və mübarək İslam torpaqlarına zəhərli bir xəncər olaraq sancılan xərcəng mikrobu İsrail və beynəlxaq sionizmə qarşı Qüdsümüzün azadlıq mübarizəsinin necə aparılacağını, sionizmin qlobal və lokal hiylələrinin necə boşa çıxarılacağını, kağızdan pələng olan düşmənlərin pəncələrinin necə söküləcəyini, şişirdilmiş şarların necə partladılacağını Xocamızdan öyrəndik. Şəhid Həsən əl-Bənna tələbələrinə dərs verib: "Bu gün sizə danışdıqlarım sizə xəyal kimi görünə bilər. Unutmayın ki, dünən xəyal olaraq görünənlər bu gün həqiqətə çevrilmişdir. Bu gün xəyal olaraq görünənlər də sabahın həqiqətləri olacaqdır” , – deyərkən Şəhid Seyid Qütb: "İslam ümməti bir daha yatmamaq üzrə oyanmışdır, İslam ümməti bir daha ölməmək üzrə dirilmişdir” , – müjdəsini ümmətin ürəklərinə əkərkən bunun həqiqətini və isbatını Xocamızdan öyrəndik. Biz 40 il əvvəli yaşadıq, yüz il əvvəli də öyrəndik. İndi bu günü yaşayırıq. 40 il əvvəl: "Zəfər inananlarındır, zəfər yaxındır!” – deyilərkən bəziləri bizə: "Xəyal dünyasında gəzməyin”, – deyirdi, çünki onların zehinləri və ürəkləri əsir alınmışdı, ümidləri söndürülmüş, əzmləri qırılmış, iradələri yox edilmiş, maddi və zahiri olanın aldanışında rəhmani həqiqətlərin hədsiz fəzilətindən qafil buraxılmışdı...
Elə bir dövrdə möminləri müjdələyən bir mübarizə müsəlman olmayanların belə varlığı qarşısında diz çökdüyü bir həqiqətə çevrildisə, artıq hər bir şəxsin "içində yaşadığımız əsr İslam əsridir”, – etirafı rədd edilməsi mümkün olmayan bir həqiqət olaraq qarşımızda dayanırsa, bu günlərə necə gəldiyimiz barəsində özümüzü hesaba çəkməyimiz lazım deyilmi?
40 il əvvəl "Böyük İsrail” qurmaq üçün qarşısına qoyduğu planları bir-bir həqiqətə çevirən sionist rejimin bu gün yıxılmamaq üçün necə çırpındığını, 60 ildir müsəlmanlara məzar qazan bu sionistlərin indilərdə gecəni-gündüzünü özlərinə sığınacaq qazmaq məcburiyyətində qaldıqlarını gördükdə 6 sentyabr 1980-cı ildə Konyadakı Qüds mitinqinin işığında gözlərimizi Qüdsə, Əqsamıza dikməyimizin bir təcəllisi deyildirmi? Gözlərin Parisə, Londona, Moskvaya və Vaşinqtona çevrildiyi bir dövrdə bizim yönümüzü Qüdsə doğru çevirən kim idi?
Təkrar edirəm, deyəcəklərimiz bir kitabın səhifələrinə belə sığmaz. Bu gün hər zamankından daha güclü, hər zamankından daha əzmli və daha qərarlıyıq. Xocamızın göstərdiyi yol və hədəflər Rəbbimizin inayəti, müsəlmanların cəsarət və fədakarlığı ilə bir-bir həqiqətə çevriləcək və Allahın izni ilə ən qısa zamanda Qüdsdən, Məscidi-Əqsanın mehrab və həyətindən Xocamızı salamlayacaq, İsrailsiz bir Orta Şərqin müjdəsini verəcəyik... Ruhun şad olsun, əziz Xocam!
Salam olsun mübarizənə və bayrağına! Bütün dünya imanına, ixlasına və cihadına şahiddir. Hamımız açdığın cığırın və göstərdiyin hədəfin bir əsgəriyik. Sən bizim üçün sönməyən bir ulduzsan. Xocam, qərarımız budur ki, işığınla bütün dünyanı işıqlandıraq.
Anadoludan, Diyarbəkrdən, İstanbuldan, Məkkədən, Qüdsdən, Qahirədən, Qəzzədən, Tehrandan, İslamabaddan, Patanidən, Morodan, Sarayevodan, Skopyedən, Kosovadan, Qafqazdan, Binti-Cübeyldən və Beyrutdan salamlar olsun sənə! Möminlərin qəlbindən, salehlərin duasından, məzlumların təmiz göz yaşlarından salamlar və şükranlar olsun sənə! Qüdsdən və Yeni Dünyadan salamlar olsun sənə!
Nurəddin Şirin







  Şərhlər / 0 Şərh




 Şərh yazın


Ad və soyadınız* :
E-mail* :
Ölkə / Şəhər* :
Şərhiniz* :


ƏLLAMƏ BURQUİ


11

free counters

Sabiqun 2011-2019 © Bütün hüquqlar qorunur
Məlumatlardan istifadə zamanı istinad zəruridir!
Telefon: (+994 50) 429-20-99
Site by: azDesign.ws
 

Yeniliklərə abunə olun